Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə16/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   12   13   14   15   16   17   18   19   ...   205

ilqar Məmmədov 

Dövlət  müvafiq  səlahiyyətli  orqanlar  vasitəsilə  hüquq  normalarını 

özündə  əks  etdirən  normativ  hüquqi  aktlar  qəbul  edir,  hüquq 

normalarını  müəyyənləşdirir,  həmçinin  onların  həyata  keçməsini 

təmin edir və hüququ tətbiq edir. Dövlət hüququ müəyyənləşdirməklə 

bərabər,  həm  də  onu  müxtəlif  vasitələrlə  qoruyur.  Dövlətin 

hüquqyaratma  fəaliyyəti  olmadan  hüquq  norması  ümumməc-  buri 

xarakterli rəsmi normativ tənzimləyici kimi çıxış edə bilməz. Beləliklə 

də,  dövlət  hüquqa  təsir  göstərir.  Hüququn  özünün  də  dövlətə 

əks-təsiri  var.  Dövlət  orqanlarının,  bütövlükdə  dövlət  mexanizminin 

fəaliyyəti  hüquqla  tənzimlənir,  dövlət  hakimiyyəti  bilavasitə 

konstitusion  normalar  vasitəsilə  məhdudlaşır.  Bütün  bunlara  görə, 

dövlət və hüquq bir-birilə əlaqədə öyrənilməlidir. Real həyatda üzvi 

şəkildə  bir-birinə bağlı olan  bu  hadisələri  bir-  birindən  təcrid  etmək 

həmin hadisələrin öyrənilməsində natamamlıq yaradır. 

Onu  da  qeyd  etməliyik  ki,  dövlət-hüquq  hadisələri  fəlsəfə  və 

başqa  ictimai  elmlər-politologiya,  sosiologiya,  tarix  və  s.  tərəfindən 

də  öyrənilir.  Onların  əsas  fərqi  hadisələrin  hansı  kontekstdə, 

hadisələr  arasındakı  əlaqələrin  hansı  cəhətdən  nəzərə  alınması  ilə 

bağlıdır.  Məsələn,  politologiya  dövlət  və  hüququ  əsasən  siyasi 

faktorlar  kontekstində,  yəni  siyasi  münasibətlər  və  proseslərlə 

əlaqədə  öyrənir.  Yəni  həmin  obyektlər  politologiyada  məhz  siyasi 

aspektdən  öyrənilir,  digər  aspektlər  isə  ikinci  dərəcəli  əhəmiyyətə 

malik olur. 

Nəzəriyyəçilərin əksəriyyəti belə hesab edir ki, dövlət və hüquq 

nəzəriyyəsinin  obyekti  «sırf  dövlət-hüquq  materiyası»  ilə 

məhdudlaşmır. O, «təmiz» dövlət-hüquq hadisələri və institutları ilə 

bərabər,  onlarla  əlaqəsi  olan  və  onlara  yaxından  təsir  göstərən 

ictimai,  iqtisadi,  siyasi  və  digər  hadisələri,  institutları  əhatə  edir. 

Məsələn, V.M.Sırıx yazır ki, dövlət və hüquq nəzəriyyəsi bütövlüklə 

dövlətin  və  hüququn,  hüquqi  nizamasalmanın  və  tənzimləmənin 

öyrənilməsi  üzrə  ixtisaslaşdığına  görə  ictimai  elmlər  sistemindən 

ayrılır.  «Lakin  dövlət  və  hüquq  nəzəriyyəsinin  obyekti  həmin 

hadisələrlə məhdudlaşa bilməz. Belə ki, normativ- hüquqi qaydaların 

real davranışlara, hüquq münasibətləri sahə- 

48 



Dövlət və hüquq nəzəriyyəsi 

sinə  keçməsi  prosesi  sosial  varlığın  iqtisadi,  siyasi,  mədəni  inkişaf 

elementlərini,  həmçinin  subyektiv  faktorları:  hüquq  münasibətləri 

iştirakçılarının hüquqi psixologiyasını, məqsədlərini, onların peşə və 

həyat təcrübəsini, siyasi-hüquqi hisslərini, emosiyalarını və s. əhatə 

edir.  Buna görə  də  elmi dərketmənin  əsası,  başlanğıc  nöqtəsi  olan 

dövlət  və  hüquq  nəzəriyyəsinin  obyekti  özü  ilə  bütün  siyasi-hüquqi 

fenomenləri  (dövləti,  hüququ,  hüquq  münasibətlərini,  hüquq 

pozuntularını),  həmçinin  onların  mövcud  olmasının  konkret-tarixi 

şərtlərini,  vətəndaşların,  vəzifəli  şəxslərin  psixologiyasını,  onların 

qüvvədə  olan  hüquqa,  dövlət  orqanlarının  fəaliyyətinə,  özlərinin 

hüquqauyğun 

və 

hüquqazidd 



davranışlarına 

dəyərləndirlci 

münasibətini əhatələyir».”' 

M.N.Marçenko  isə  yazır  ki,  dövlət-hüquq  gerçəkliyi  ictimai 

həyatın onunla bağlı olan sahələri nəzərə alınmadan öyrənilə bilməz. 

Eyni  zamanda,  ifratçılığa  da  yol  vermək  olmaz.  Dövlət  və  hüquq 

nəzəriyyəsinin  obyekti  nə  sırf  dövlət-hüquq  materiyası  ilə 

məhdudlaşmalı,  nə  də  bütün  qeyri-hüquqi  materiyanı  özündə 

cəmləşdirməlidir.  Dövlət  və  hüquq  nəzəriyyəsinin  obyektinin 

məzmununa  dövlət-hüquq  hadisələri,  institutları  və  təsisatları  ilə 

yanaşı, siyasi, iqtisadi və digər materiyanın yalnız bilavasitə hüquqi 

materiya  ilə  bağlı  olan  və  bu  materiyanın  formalaşmasına, 

fəaliyyətinə birbaşa təsir göstərən hissəsi daxil edilə bilər. 

Marçenko  belə  hesab  edir  ki,  dövlət  və  hüquq  nəzəriyyəsinin 

obyektinin müfəssəl şəkildə tədqiq edilməsi üçün o, bütövlükdə yox, 

diferensiasiya  olunmuş  tərzdə,  yəni  ondakı  əsas  olanla  əsas 

olmayanı  bir-birindən  ayırmaqla  nəzərdən  keçirilməlidir.  Belə  bir 

yanaşmadan çıxış edərək Marçenko, dövlət və hüquq nəzəriyyəsinin 

obyektinin tərkib hissələrinin diferensiasiyasını aşağıdakı kimi verir: 

Birinci  əsas  hissə  dövlət  və  hüquq  nəzəriyyəsinin  obyektinin 

«nüvəsini»  əhatə  edir.  Həmin  nüvəyə  isə,  öz  spesifik  əlamətləri  ilə 

seçilən  cəmiyyətin  əsas  təşkilatı-dövlət  və  dövlət  tərəfindən 

müəyyənləşən və sanksiyalaşan hüquq daxildir. 

Cbipbix B.M. TeopH» rocyflapcTBa 

H

 npaBa. S. 552-553. 

49 



ilqar Məmmədov 

İkinci  hissə,  dövlət  və  hüquq  nəzəriyyəsinin  obyektinin  əsas 

hissəsi  ilə  obyektin  strukturu  və  məzmunundakı  qeyri-hüquqi  hissə 

arasında  yerləşən  həlqəni  əhatə  edir.  Həmin  orta  həlqəyə  öz 

xarakterinə və təbiətinə görə, bilavasitə dövlət və hüquqla bağlı olan 

hüquqi  hadisələr,  institutlar  və  təsisatlar  daxildir.  Onlara  hüquqi 

mədəniyyət,  hüquqi  şüur,  hüquq  münasibətləri,  hüquqauyğun 

davranış, hüquq pozuntuları və s. aiddir. 

Üçüncü  hissəyə  və  yaxud  həlqəyə  isə,  hüquqi  cəhətdən  bir  o 

qədər  də  əhəmiyyətli  olmayan  komponentlər  daxildir.  Dövlət  və 

hüquq hadisələri ilə əlaqəsi olan və onlara yaxından təsir göstərən 

siyasi, iqtisadi və s. fenomenlər həmin komponentlər- dəndir, 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  obyektinin  həmin  üç  tərkib 

hissəsindən ikisi hüquqi xaratkerə və təbiətə malikdir, üçüncüsü isə 

dövlət  və  hüquqla  birbaşa  əlaqəsi  olsa  da,  qeyri-hüquqi  təbiətə  və 

xaratkerə malik olan hissədir.'' 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  obyekti  real  dövlət-hüquq 

hadisələri,  intstitutları,  təsisatları  və  onlara  yaxından  təsir  göstərən 

real  iqtisadi,  siyasi,  ictimai-mədəni  fenomenlərdən  ibarət  olduğu 

halda,  onun  predmetini  həmin  hadisələrin  hüquqi  aspektdən  çıxış 

edilməklə  müəyyənləşən  ümumi  və  spesifik  qanunauyğunluqları 

təşkil edir. 

Dərsliklərin və dərs vəsaitlərinin bir çoxunda verilən izaha görə, 

dövlət və hüquq hadisələri, dövlətin və hüququn əmələ gəlməsinin, 

inkişaf və fəaliyyətinin ümumi qanunauyğunluqları, onların mahiyyəti, 

sosial  təyinatı,  ümumi  əlamətləri  dövlət  və  hüquq  nəzəriyyəsinin 

predmeti  kimi  çıxış  edir.2  Müasir  müəlliflərdən  bəzilərinin  fikrincə, 

burada müəyyən çatışmamazlıq var. 

Марченко M.H. Проблемы теории государства и права. S.18-19. 

^  В  а  х:  Лазарев  В.В.,  Липенъ  С.В.  Теория  государства  и  права.  М., 

2001,  Теория  государства  и  права.  Под  ред.  проф.  Корелъского  В.М.  и 

проф.  Перевалова  В.Д.  М.,  2002,  Теория  государства  и  права.  Под  ред. 

проф. Матузова Н.И. и проф. Малъко А.В. М., 1997, Məlikova M.F. Dövlət və 

hüquq nəzəriyyəsi. Bakı - 1988 və s. 



50 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə