Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə22/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   18   19   20   21   22   23   24   25   ...   205

ilqar Məmmədov 

tiv  biliklərin  və  adekvat  anlayışların,  gerçəkliyi  əks  etdirən  nəzəri 

biliklər  sisteminin  yaradılması  dövlət  və  hüquq  nəzəriyyəsinin 

mühüm vəzifələrindən biridir. Həmin hadisələrə aid biliklər obyektiv 

elmi yanaşmanın nəticəsi olduğu təqdirdə dövlət və hüququn inkişaf 

qanunauyğunluqları,  ictimai  həyatda,  o  cümlədən,  fərdlərin 

həyatında  onların  yeri  və  rolu  düzgün  müəyyənləşdirilmiş  olur, 

həmçinin  də  dövlətdən  və  hüquqdan  insanların  azadlığı,  rifahı, 

cəmiyyətin  inkişafı  üçün  səmərəli  şəkildə  istifadə  edilməsi  imkanı 

yaranır. 

4.

 

Plyuralizm prinsipi.



 Dövlət və hüquq hadisələrinin obyektiv elmi 

idrakını  reallaşdırmaq  üçün  həmin  hadisələrin  öyrənilməsində 

müəyyən əhəmiyyət kəsb edən müxtəlif təlimləri, fəlsəfi yanaşmaları 

nəzərə almaq və yalnız bir yanaşmanın, ideologiyanın, təlimin elmi 

cəhətdən düzgün olmasını iddia etməklə digərlərini qəti olaraq inkar 

edən ehkamçılıq mövqeyindən uzaq olmaq çox vacibdir. Plyuralizm 

prinsipi  dövlət  və  hüququn  yaranması,  inkişafı,  onların  inkişaf 

qanunauyğunluqları, tarixi tipləri və formaları, mahiyyəti ilə bağlı fərqli 

nəzəriyyələri,  təlimləri  nəzərə  alaraq  müqayisələr aparmağa,  elmin 

öz  daxilində  müxtəlif  baxışların,  yanaşmaların  dialoqunu  aparmağa 

və nəticədə də birtərəf- lilikdən uzaqlaşmağa imkan yaradır, müxtəlif 

fikirlərin,  görüşlərin,  konsepsiyaların  dialoqu  yanlışlıqların  aşkar 

olunmasına kömək edir. Bunun nəticəsində həqiqi biliklər əldə olunur 

və elmin özü yaradıcı yöndən inkişaf edir. 

Qeyd olunanlardan belə başa düşmək olar ki, dövlət və hüquq 

nəzəriyyəsinin metodologiyası kənardan alınan və ya təsadüfi olaraq 

seçilmiş üsul və vasitələrin pərakəndə yığımı deyil. Dövlət və hüquq 

nəzəriyyəsinin  metodologiyası  onun  bir  elm  sahəsi  kimi  inkişaf 

qanunauyğunluqlarından  irəli  gələn,  predmeti  ilə  bağlı  konseptual 

yanaşmadan  çıxış  etməklə  müəyyənləşən  elmi  tədqiqatın  üsul  və 

vasitələrinin 

sistemidir. 

O, 

elmi 


axtarışların 

istiqamətini 

müəyyənləşdirir, 

həmçinin 

də 

həqiqətin 



açılmasına 

və 


əsaslandırılmasına yönəldilmiş elmi yaradıcılığın təşkilini təmin edir. 

66 


Dövlət və hüquq nəzəriyyəsi 

§ 3. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN METODLARININ 

TƏSNİFATI 

Elmi  ədəbiyyatda  metodların  müxtəlif  təsnifatı  mövcuddur. 

Məsələn, elmi idrak prosesində yeri və roluna görə empirik və nəzəri, 

fundamental  və  tətbiqi  və  s.  metodlar,  elmin  öyrəndiyi  obyektlərin 

məzmununa  görə  təbiət  elmləri  və  sosial-humanitar  elmlərin 

metodları fərqləndirilir. Təbiət elmlərinin metodlarının özü isə cansız 

və canlı təbiətin öyrənilməsi metodlarına bölünür. Bunlarla bərabər, 

bir sıra başqa təsnifatlar da var, lakin metodların ümumilik dərəcəsinə 

və tətbiq olunma sahəsinin genişliyinə görə aparılan təsnifata daha 

çox müraciət olunur. 

Metodların  ümumilik  dərəcəsinə  və  tətbiq  olunma  sahəsinin 

genişliyinə  görə  təsnifatın  özünün  də  bir  neçə  variantı  mövcuddur. 

Belə ki, həmin təsnifat daxilən metodların həm iki qrupa :1) konkret 

elmi  və  ya  xüsusi  metodlara;  2)  ümumi  elmi  metodlara;  həm  üç 

qrupa:  1)  ümumi  fəlsəfi  metoda;  2)  elmin  ümumi  metodlarına;  3) 

xüsusi  metodlara;  həm  də  dörd  qrupa:  1)ümumi  fəlsəfi  metoda;  2) 

ümumi  metodlara;  3)  xüsusi  metodlara;  4)  konkret  elmi  metodlara 

bölünmə variantlarına ayrılır. 

Nəzəriyyəçilərin  bir  çoxu  həmin  təsnifatın  dördpilləli  variantına 

üstünlük  verirlər.  Ümumilik  dərəcəsinə  və  tətbiq  olunma  sahəsinin 

genişliyinə  görə  dövlət  və  hüquq  nəzəriyyəsinin  metodlarının 

dördpilləli variantda təsnifatı belədir: 

1)

 

ümumi və ya ümumi fəlsəfi metod; 



2)

 

ümumi elmi metodlar; 



3)

 

xüsusi və ya sahəvi elmi metodlar; 



4)

 

hüquq elmlərinin konkret və ya xüsusi metodları. 



Ümumi  və  ya  ümumi  fəlsəfi  metod 

dövlət  və  hüquq 

nəzəriyyəsinin  metodoloji  əsası  kimi  çıxış  edir.  Elmi  təfəkkürün 

ümumi  prinsipləri  bu  metodun  məzmununu  təşkil  edir.  Həmin 

prinsiplərin  xarakteri  isə  tədqiqatçının  rəhbər  tutduğu  fəlsəfi 

yanaşmadan,  təlimdən  asılı  olur.  Fəlsəfi  metodun  ümumiliyi  onun 

bütün  elmlər  tərəfindən,  özü  də  elmi  idrakın  demək  olar  ki,  bütün 

mərhələlərində istifadə edilməsi ilə bağlıdır. 



67 


ilqar Məmmədov 

Ümumi elmi metodlar 

bir çox hallarda bütün elmlər tərəfindən 

tətbiq olunan ümumi metodlardır. Onlar digər elm sahələri kimi dövlət 

və  hüquq  nəzəriyyəsi  tərəfindən  də  istifadə  olunur.  Belə  metodlar 

konkret idrak prosesinin bütün mərhələlərində deyil, idrak obyektinin 

ancaq  müəyyən  tərəflərini,  xassələrini,  xüsusiyyətlərini  açmaq 

məqsədi daşıyan müəyyən mərhələlərdə tətbiq olunur. Onların tətbiq 

olunması  elmi  təfəkkür  məsələləri  ilə  məhdudlaşır  və  tədqiqatı 

bütünlüklə  əhatələmir.  Ümumi  elmi  metodlara  analiz  və  sintez, 

induksiya  və  deduksiya,  eksperiment  və  müqayisə,  analogiya  və 

modelləşdirmə və s. aiddir. 

Xüsusi  və  ya  sahəvi-elmi  metodlar 

ayrı-ayrı  elmlər  daxilində 

işlənib  hazırlanır  və  əsasən  də  həmin  konkret  elmlər  çərçivəsində 

istifadə olunur. Lakin buna zərurət yarandıqda onlardan dövlətin və 

hüququn öyrənilməsində də istifadə edilir. Konkret- sosioloji, riyazi, 

statistik,  psixoloji,  kibernetik  və  s.  metodlar  sa-  həvi  metodlardır. 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  metodoloji  sistemində  həmin 

metodlar ikinci dərəcəli rol oynayır. 

Hüquq  elmlərinin  konkret  və  ya  xüsusi  metodlarının 

fərqləndirici cəhəti ondan ibarətdir ki, onlar hüquq elmləri tərəfindən 

yaradılan  metodlar  olmaqla  yalnız  bu  elmlər  daxilində  tətbiq  edilir. 

Xüsusi  metodlar  qrupuna  hüququn  təfsiri  metodu,  müqa- 

yisəli-hüquqi metod və s. daxildir. 

Dövlət  və  hüquq  nəzəriyyəsinin  ümumi-fəlsəfi,  ümumi  elmi, 

sahəvi elmi və xüsusi metodları bir-birilə qarşılıqlı əlaqədə olmaqla və 

bir-birini  tamamlamaqla  onun  metodoloji  sistemini  təşkil  edən  ən 

mühüm komponent rolunu oynayır. 

Bu  məsələdə  A.F.Çerdantsevin  mövqeyi  ilə  razılaşdığımıza 

görə,  onu  da  qeyd  etməliyik  ki,  qəbul  etdiyimiz  təsnifat  da  daxil 

olmaqla  dövlət  və  hüquq  nəzəriyyəsinin  metodları  ilə  əlaqədar 

aparılan  təsnifləşdirmələrin  heç  birini  mütləqləşdirmək  olmaz. 

Birincisi  ona  görə  ki,  müasir  şəraitdə  müxtəlif  elmlər  arasında 

inteqrasiya  prosesi  gedir  və  «metodlar  mübadiləsi»  özü  də  bu 

prosesə  ciddi  şəkildə  təsir  göstərir.  Məsələn,  hüquqşünaslıqda 

sosiologiyanın, 

psixologiyanın, 

məntiqin, 

kibernetikanın, 

informatikanın metodları getdikcə daha geniş istifadə olunur. İkincisi 

68 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə