Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə10/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   6   7   8   9   10   11   12   13   ...   205

ilqar Məmmadov 

§ 3. DÖVLƏT VƏ HUQUQ NƏZƏRİYYƏSİ ELMİNİN 

İNKİŞAF TARİXİ 

intibah  və  maarifçilik  dövründə  avropalı  mütəfəkkirlər  antik 

dövrün fəlsəfəsini, o dövrdə formalaşmış hüquqi görüşləri və zəngin 

hüquq  təcrübəsini  böyük  maraqla,  özü  də  yeni  ruhda  öyrənmiş  və 

beləliklə də, Avropada insana, cəmiyyətə, dövlətə və hüquqa yeni bir 

münasibət formalaşmışdır. Bütövlükdə varlığa, insana və cəmiyyətə 

göstərilən  yeni  münasibət  xristian  dininin  ehkamlarından  azad  bir 

dünyagörüşünün formalaşmasına gətirib çıxarmışdır. Yeni görüşlərin, 

təlimlərin  təsiri  ilə  ictimai  şüurda  baş  verən  dəyişikliklər  tədricən 

ictimai  həyatın  bütün  sahələrinin  sekulyarizasiyasına  səbəb  olmuş, 

dini ehkamçılığı rasionalizm əvəz etmişdir. Rasionalizm, ilk növbədə, 

fəlsəfədə  inkişaf  etmiş  və  onu  ilahiyyatin  «qulluqçusu»  olmaqdan 

qurtarmışdır.  Həmin  dövr  fəlsəfəsinin  ən  parlaq  simalarından  olan 

Dekart iddia edirdi ki, onun fəlsəfəsi ciddi rasional prinsiplər üzərində 

qurulmaqla  istisnasız  olaraq  şüura  əsaslanır.  Ümumiyyətlə, 

maarifçilik  fəlsəfəsi  rasionallıq  prinsipini  inkişaf  etdirərək  «bütün 

sahələrdə  adətin  gücünə,  ənənələrə  və  avtoritetə  qarşı  mübarizə 

aparırdı». 

F.V.Taranovskinin  yazdığı  kimi,  həmin  dövrdən  başlayaraq 

«fəlsəfə ilahiyyatin qulluqçusu olmaqdan qurtulduğu kimi, hüquq elmi 

də  məhkəmənin  qulluqçusu  olmaqdan  azad  olmağa  başlamışdır. 

Hüquq  elmində  özünü  göstərən  yeni  cərəyan  rasionalizm  adı  ilə 

məşhur  olan  fəlsəfi  fikrin  təsiri  ilə  inkişaf  edərək  təbii  hüquq 

məktəbinə də öz təsirini göstərmişdir».^ 

Buna  qədər,  digər  sahələr  kimi  hüquqşünaslıq  da  ehkamçı 

düşüncə  tərzinə  bağlı  idi.  Ehkamçı  hüquqşünaslıq  kənardan  - 

müqəddəs  kitabdan,  Roma  hüququnun  mənbələrindən  irəli  gələn 

normaları olduğu kimi qəbul edib, onları praktiki tələblərə 

* Кассирер Эрнст. 

Философия Просвещения. М., 2004, я. 259. 

Тарановскин Ф.В. 



Энциклопедия права. Санкт-Петербург 2001, 5.26. 

30 


Dövlət və hüquq nəzəriyyəsi 

uyğun  şərh  etməklə  məşğul  idi.  Məsələn,  Yustiniyanın  hazırlatdığı 

məcəllə ehkamçı hüquqşünaslıq tərəfindən həqiqi qanun kimi qəbul 

olunurdu. Ehkamçılıq ruhuna uyğun olaraq, bu  qanun, qeyd-şərtsiz 

qəbul  edildiyindən  hüquqşünasların  bütün  enerjisi  və  intellektual 

imkanları  həmin  sənəddəki  müddəaların  məzmununu  açmağa, 

mənasını  şərh  etməyə  sərf  edilirdi.  O  dövrün  hüquq  məktəblərində 

belə  bir  fikir  hakim  idi  ki,  hüquqşünaslığın  əsas  vəzifəsi  hüququn 

praktiki  tətbiqinə  xidmət  etməkdən  ibarətdir.  Qlossatorlar, 

kommentatorlar  və  Fransa  hüquq  məktəbi  məhz  həmin  vəzifəyə 

xidmət edirdi. 

Rasionalizm hüquqşünaslığın hüququn praktiki tətbiqinə xidmət 

edən dar bir sahəyə çevrilməsi ilə razılaşmayaraq ehkam- çılığı rədd 

etmiş 


və 

hüququn 


daimi 

və 


dəyişilməz 

əsaslarını 

müəyyənləşdirərkən  şüurun  özünə  əsaslanmağı  zəruri  bilmişdir. 

Rasionalizmin  təsiri  ilə  hüquqşünaslıq  qanunvericinin  «sakral 

iradəsindən»  doğan  və  xalqın  adətlərindən  irəli  gələn,  həmçinin 

məhkəmə  təcrübəsindən  yaranan  hüquqi  qaydaların  şərhi  ilə 

məhdudlaşmaqdan azad olmuşdur. Şüurun özü hadisələrin düzgün 

dərk  edilməsinin  yeganə  mənbəyi  kimi  qəbul  edildiyindən  hüquq 

elminin  yeni  inkişaf  tendensiyası  meydana  gəlmiş  və  həmin 

tendensiya  birgəyaşayışın  həqiqi  qanunlarının  insan  təfəkkürünə 

əsaslanaraq öyrənilməsi tələbi ilə bağlı olmuşdur. Bunun nəticəsində 

hüquq bilavasitə insanın öz təbiətinə bağlı olan və şüurla dərk edilən, 

özü  də  şüura  əsaslanan  hadisə  kimi  qiymətləndirilmişdir.  Belə  bir 

hüquq  insanların  istəyi  ilə  müəyyənləşən  ötəri  hüquqdan  (ius 

voluntarium)  fərqlənən  və  öz  dəyi-  şilməzliyi  ilə  xarakterizə  olunan 

təbii hüquq (ius naturale) adlandırılmışdır. 

Təbii  hüquq  məktəbinin  nümayəndələrinin  fikrincə,  insanların 

birgəyaşayışını  tənzimləyən  hüquq  normaları,  qanunlar  insan 

təbiətindən  irəli  gələn  qanunauyğunluqlara  əsaslanmalı  və 

təfəkkürün  məntiqinə  uyğun  formalaşdırılmalıdır.  Həmin  normalar 

varlığa  immanent  olan  təbii  qaydaları  əks  etdirməli,  yəni  ədalətli 

olmalıdır.  Onlar  belə  hesab  edirdilər  ki,  ədalətin  özü  insanlar 

arasındakı bərabərliyin ümumbəşəri prinsipləri ilə ölçül 

31 



ilqar Məmmədov 

məlidir.  Təbii  hüquq  nəzəriyyəsi  ictimai  müqavilə  haqqında 

fəlsəfi-hüquqi görüşlərin inkişafına da ciddi təsir göstərmişdir. 

Təbii hüquqla bağlı rasional görüşlərin inkişaf etməsi bir müddət 

sonra  yus  naturale  harmonium,  yəni  təbii  hüquq  vasitəsilə  faktiki 

qüvvədə olan hüququn (pozitiv hüququn) təkmilləş- dirilməsinə yeni 

imkanlar  açmışdır.  Rasional  təbii  hüquq,  hüquq  sahəsində 

islahatların 

həyata 

keçirilməsinin 



nəzəri 

prinsiplərini 

müəyyənləşdirməklə yanaşı, həm də təbii hüquqların mövcud hüquq 

sisteminə  daxil  edilməsi  barədə  mühüm  müddəalar  işləyib 

hazırlamışdır. Dövlətin özü isə ictimai müqavilənin nəticəsi kimi şərh 

edildiyindən  o,həmin  hüquqların  təmin  edilməsi  üçün  mövcud  olan 

institut kimi dəyərləndirilmişdir. Beləliklə də, xristian teologiyasından 

azad  olmuş  rasional  düşüncəyə  əsaslanan  təbii  hüquq  məktəbi 

dövlətlə hüquq arasındakı bağlılığın yeni obrazını formalaşdırmışdır. 

Həmin  təsəvvürə  görə,  dövlət  insanların  birgəyaşayışa  olan 

tələbatlarından  irəli  gələn  bir  təşkilat  kimi  təbii  hüquqların  təmin 

edilməsinə xidmət etməlidir. Təbii hüquqların nədən ibarət olduğunu 

müəyyənləşdirmək üçün insanın təbiətindən irəli gələn tələbatlardan 

çıxış  edilməlidir.  C.Lok-  kun  fikrincə,  ictimai  müqavilə  insanların 

qarşılıqlı  olaraq  öz  təbii  hüquqlarının  bəzilərindən  dövlətin  xeyrinə 

imtina etməsini əks etdirir. Bütün qalan təbii hüquqlar isə vətəndaş 

hüquqlarına  transformasiya  olunur.  «Müqavilənin  mahiyyəti  təbii 

azadlığın  məhdudlaşmasındadır;  məhdudlaşma  üsulu  isə  həyata 

keçirilməsinə görə dövlətin («hökumətin») məsuliyyət daşıdığı hamı 

üçün ümumi olan qanunlardır. Beləliklə, real siyasi hakimiyyət imtina 

olunan təbii hüquqların akkumilyasiya olunmuş gücü kimi çıxış edir. 

Dövlətin  təbiətinin  bu  cür  başa  düşülməsinin  «idarə  olunanların 

razılığı»  prinsipi  ilə  əlaqəsi  var.  Həmin  prinsip  isə  hakimiyyətin 

yurisdiksiyasını  və  cəmiyyətin  qanunsuzluqdan  və  özbaşınalıqdan 

(«tiraniyadan») müdafiə hüququnu müəyyənləşdirir».”' 

1  Конституция  США:  история  и  современность. 



Под  ред.  доктора 

юридических наук, ироф.

 

Мишина А.А. и доктора исторических наук



ироф.

 

Языкова Е.Ф. 



М., 1988, я.37.

 

32 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə