Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   49   50   51   52   53   54   55   56   57

232
Amerika prezidentləri
xarici siyasətinin uğuruna çevrildi (ölkəmiz də bu pakta qo-
şulub).
Belorus, Qazaxıstan və Ukraynanın atom silahından 
imtina etməsini də Klinton administrasiyasının uğuru kimi 
dəyərləndirmək olar. 
Bəzi sələfl əri kimi Klintonun da prezidentliyi qal-
maqalsız ötüşməyib. Qalmaqal onun ikinci prezidentlik 
müddətində baş verib və Ağ Evdə praktika keçən Monika 
Levinski ilə bağlıdır. ABŞ, eləcə də dünya KİV-də geniş işıq-
landırılan olay az qala Klintonun istefasıyla nəticələnəcəkdi. 
Aparılan təhqiqatlar, Konqresdəki müzakirələr prezidentin 
nüfuzuna ciddi zərbə vurdu. Lakin öz səhvini etiraf etməsi, 
bütün Amerika xalqından, xanımı və qızından rəsmi olaraq 
üzr istəməsi onu gözlənilən biabırçılıqdan xilas etdi.
XX əsrin sonuncu prezidentinin fəaliyyətini ümumilikdə 
qənaətbəxş hesab edirlər. Hər halda o, demokratların 
nümayəndəsi olaraq F.D.Ruzveltdən sonra iki tam müddətə 
prezident seçilən hələlik yeganə prezidentdir. İstefaya çıx-
dıqdan sonra ciddi surətdə siyasi fəaliyyət göstərməsə də, 
ictimaiyyət tərəfi ndən daim hörmətlə qarşılanır. 


233
Amerika prezidentləri
CORC BUŞ (oğul) 
(GEORGE W.BUSH)
(2001 –2009)
1824-cü il prezident seçkilərində Con Kuinsi Adams 
qalib gəldi. O, ABŞ-ın ikinci prezidenti Con Adam-
sın oğlu idi. Bu təcrübə bir də yalnız 176 il sonra 2000-


234
Amerika prezidentləri
ci il seçkilərində  təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib 
gələn Corc Buş (oğul) ABŞ-ın 41-ci prezidenti C.Buşun 
oğludur. Artıq qeyd etdiyimiz kimi, hər bir amerikalı so-
sial vəziyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən 
asılı olmayaraq prezidentlik iddiasında ola və bu istəyini 
gerçəkləşdirə bilər. (Şübhəsiz ki, konstitusiyanın verdiyi 
imkanlar çərçivəsində). Bu baxımdan C.Buşun (oğul) pre-
zident seçilməsi təbii qarşılanmalıdır.
Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub. 
Onun rəsmi bioqrafi yasında konkret harada anadan ol-
duğu öz əksini tapmır. Texasda olduqca populyar olan 
Buşu texaslılar «yüz faiz özününkü» hesab edirlər. Lakin 
jurnalistlərin «Cənab Buş harada anadan olub?» sualına 
administrasiya əməkdaşı Maykl Couns «Təəssüf ki, Kon-
nektikutda, amma iki-üç yaşlarından valideynlərilə birgə 
Texasa köçüb və tamamilə texaslı ruhunda böyüyüb» ca-
vabını verib. Orta təhsilini Midlend və Hyustonda alaraq, 
Yel Universitetinə daxil olur və oranı bakalavr dərəcəsində 
bitirir. Harvard Universiteti nəzdində Biznes Məktəbində 
oxuyaraq magistr dərəcəsi alıb. Təhsilini bitirdikdən sonra 
hərbi xidmətə getmiş və Texas Milli Qvardiyasının HHQ-
də F-102 təyyarəsində pilot kimi qulluq etmişdir.
Əmək fəaliyyətinə 1975-ci ildə, Midlenddəki neft-qaz 
sənaye şəbəkəsində başlamış və 1986-cı ilə qədər bu sahədə 
çalışmışdır. 1988-ci il prezident seçkilərində, atasının seç-
kiönü kompaniyasında fəal iştirak edir. Növbəti il bir neçə 
şəriki ilə birgə «Teksas Reyncers» beysbol komandasını 
alır. Beş il müddətində klub rəhbərliyində aparıcı vəzifələr 
tutmuşdur.
1994-cü il noyabrın 8-də keçirilən  ştat qubernatoru 
seçkilərində  iştirak edir və 53,5 % səs toplayaraq quber-
nator seçilir. 1998-ci ildə təkrar seçkilərdə 68,6 % səs top-
layaraq tarixi qələbə qazanır və Texas tarixində iki ardıcıl 
dördillik müddətə qubernator seçilən ilk şəxs olur. 


235
Amerika prezidentləri
2000-ci ildə keçirilən prezident seçkilərində respubli-
kaçılar partiyasının namizədi olur. Gərgin keçən seçkilərdə, 
Buş demokratların namizədi, Klintonun prezidentliyi 
ərəfəsində vitse-prezident vəzifəsini tutmuş Albert Qora ki-
çik üstünlüklə qalib gələrək prezident seçilir.
Xanımı Lora Buş keçmişdə kitabxanaçı  və müəllimə 
işləyib. Buşların Barbara və Cenni adlı əkiz qızları var.
Ağ Evə gedən yolda atasının rolu az olmasına baxmaya-
raq, istər seçki kompaniyasının təşkilində, istərsə də forma-
laşdırdığı kabinetdə vaxtilə atasının komandasında təmsil 
olunanlar üstünlük təşkil edib (Dik Çeyni, Kollin Pauell, 
Kondoliza Rays və s.).
11 sentyabr 2001-ci il hadisələri nəticəsində 3 min in-
san həlak olur. ABŞ xüsusi xidmət orqanlarının verdiyi 
məlumatlara görə terror aktlarının təşkilatçısı  səudiyyəli 
milyoner Usəma Ben Laden Əfqanıstanda gizlənir və 
ABŞ administrasiyası taliban hərəkatından onun təhvil 
verilməsini tələb edir. Onların rədd cavabına Buş belə re-
aksiya verir: «Biz onları yuvalarından dartıb çıxaracaq… 
və  ədalət məhkəməsi qarşısında mühakimə edəcəyik». 
ABŞ administrasiyasının diplomatik səyləri və  hərbi 
əməliyyatlar aparmaq üçün geniş koalisiya yaradılır. 2001-
ci il milad bayramı ərəfəsində NATO koalisiyası və «Şimal 
alyansı» adlı mücahidlər qrupunun birgə əməliyyatlarından 
sonra  Əfqanıstan üzərində tam nəzarət yaradılaraq milli 
vəhdət hökuməti qurulur, talibanın əsas hərbi birləşmələri 
isə məhv edilir.
2003-cü ildə  Səddam Hüseyn rejimini Əl-Qaidə ilə 
əlaqədə və kütləvi qırğın silahlarını BMT ekspertlərindən 
gizlətməkdə ittiham edən Buş  İraqa hərbi müdaxilənin 
zəruriliyini bildirir. Lakin bu, Əfqanıstanda olduğu kimi heç 
də çoxsaylı dövlətlər tərəfi ndən dəstəklənmir. Buna bax-
mayaraq  İraqa hərbi müdaxilə başlamış, Səddam Hüseyn 
rejiminə son qoyulmuşdur. Lakin hələ  də  İraq  ərazisində 


236
Amerika prezidentləri
sabitlik tam bərpa olunmayıb və  vəziyyət qeyri-müəyyən 
olaraq qalmaqdadır. Nəticədə Buş administrasiyası  həm 
daxildə, həm də xaricdə ciddi tənqid olunmuşdur. 
Tənqidlərə baxmayaraq 2004-cü il 2 noyabrda keçirilən 
seçkilərdə Buş, demokratların namizədi Con Kerriyə qalib 
gələrək ikinci dəfə prezident seçilir.
Prezident seçildikdən sonra Buşlar haqqında maraq-
lı informasiya yayılmışdır. Aristokrat soyadlarının nəsil 
şəcərəsini araşdıran ingilis nəşriyyatı «Berkez Pikçers» id-
dia edir ki, Buşlar qədim kral nəslindəndir. Onlar rus impe-
rator soyadı və Britaniya kral ailəsi ilə qohumluq əlaqələrinə 
malikdirlər. Digər tərəfdən müəyyənləşdirilib ki, Buş bir-
başa Plantagentlər sülaləsindən olan Henrixin nəslindəndir. 
Lakin bu informasiya rəsmi təsdiqini tapmayıb.
Ümumilikdə Buşun prezidentliyi birqiymətli dəyərlən-
dirilmir. Bu özünü aparılan sorğularda da göstərir. 11 sent-
yabr hadisələrindən sonra reytinqi 90 %-ə çatdırdısa, 2007-
ci ilin sonunda bu göstərici 24 % olmuşdur. Buşun prezi-
dentliyi tam obyektiv qiymətini yəqin ki, yaxın gələcəkdə 
alacaq.


237
Amerika prezidentləri
BARAK OBAMA
(BARACK H. OBAMA)
(2009 - )
Əvvəlki yazılarda qeyd etmişdik ki, sosial vəziyyətindən, 
cəmiyyətdə tutduğu mövqeyindən, etnik mənsubluğundan 
asılı olmayaraq hər bir Amerika vətəndaşı prezident olmaq 
arzusuyla yaşaya və bu arzusunu gerçəkləşdirə bilər. 2008-


238
Amerika prezidentləri
ci ildə keçirilən prezident seçkiləri sadalanan amillərə daha 
birisini – irqi mənsubluğu da əlavə etdi. Yaxın keçmişdə cid-
di problem hesab edilən irqi ayrıseçkilik birdəfəlik tarixin 
arxivinə göndərildi, hələ ötən  əsrin ortalarında zəncilərlə 
bir avtobusa getməyi, eyni restoranda nahar etməyi həqarət 
hesab edən Amerika xalqı qaradərili Barak Obamanı özünə 
prezident seçdi. Amerika tarixində ilk dəfə baş verən bu 
hadisəni demokratiyanın böyük qələbəsi hesab etmək olar.
Barak Hüseyn Obama kiçik 1961-ci il 4 avqustda Hono-
lulu şəhərində (Havay şt.) anadan olub. Keniyalı müsəlman 
olan atası Barak Hüseyn Obama–böyük luo qəbilə sindən 
olan ara həkiminin oğlu idi. Erkən yaşlarında çobanlıq 
etməsinə baxmayaraq sonradan Nayrobidə  təhsil alır və 
dövlətdən maliyyə yardımı alaraq təhsilini ABŞ-da, Havay 
Universitetində davam etdirir. Burada o, gələcək prezidentin 
anası Stenli Ənn Danhəm ilə tanış olur. Obama-kiçik dünya-
ya gəldikdən iki il sonra o, Keniyaya qayıtmış və 1982-ci ildə 
avtomobil qəzasında həlak olmuşdur. Anası və atalığı Lolo 
Soetoro ilə birlikdə İndoneziyaya gedən Obama-kiçik dörd 
il burada yaşamış  və Cakartadakı dövlət məktəblərindən 
birində oxumuşdur. Sonradan o, Honoluluya qayıdaraq ana-
sının valideynlərinin yanında yaşayır. Burada o, nüfuzlu Pu-
nahou məktəbində təhsil alır.
1979-cu ildə məktəbi bitirən Obama Los-Ancelosdakı 
Qərb kollecində oxuyur, sonradan isə təhsilini Kolumbiya 
Universitetində davam etdirmiş və 1983-cü ildə oranı baka-
lavr dərəcəsində (politologiya və beynəlxalq münasibətlər) 
bitirmişdir. İki il ərzində Beynəlxalq Biznes korporasiyası 
və Nyu-York elmi-tədqiqat mərkəzində işləyir. 1985-ci ildə 
Çikaqoya köçmüş xeyriyyə fondlarında sosial təşkilatçı 
kimi çalışmışdır.
1988-ci ildə Obama Harvard universitetinin hüquq 
məktəbinə daxil olmuş, 1990-cı ildə isə yarandığı tarixdə ilk 
dəfə universitetin nüfuzlu Harvard Law Review nəşrinin 


239
Amerika prezidentləri
qaradərili redaktoru olmuşdur. 1991-ci ildə hüquq doktoru 
diplomu alaraq Çikaqoya qayıtmış və burada hüquqi prak-
tika ilə məşğul olmuşdur. Bundan əlavə 2004-cü ilə qədər 
o, Çikaqo universitetinin hüquq məktəbində konstitusiya 
hüququndan dərs demişdir.
Barak Obama 1992-ci ildə hüquqşünas Mişel Robin-
sonla ailə qurmuşdur. Onların Maliya Ənn və Nataşa adlı 
iki qızları var.
Gələcək prezident siyasi karyerasına İllinoys ştatının se-
natında başlayıb. Burada o 1997-2004-cü illərdə Demokrat-
lar partiyasını təmsil edib. 2000-ci ildə Nümayəndələr pala-
tasına iddialı olsa da konqresmen Bobbi Raşa praymerizdə 
(ilkin seçkilər) məğlub olur. Ştat senatında Obama həm 
demokratlarla, həm də respublikaçılarla əməkdaşlıq etmiş-
dir: hər iki partiyanın nümayəndələri vergiləri azaltmaqla 
aztəminatlı ailələrə dövlət yardımı proqramını birgə hazırla-
mışlar. Obama məktəbəqədər təhsilin inkişaf etdirilməsinin 
fəal tərəfdarı kimi çıxış etmiş, istintaq orqanları üzərində 
nəzarət tədbirlərinin güc 
lən dirilməsini dəstəkləmişdir. 
2002-ci ildə Çikaqoda keçirilən antimüharibə  mi tin qində 
Corc Buş administrasiyasını  sərt tənqid etməsi onu məş-
hurlaş dır mışdır.
2004-cü ildə Obama ABŞ senatına seçkilərə namizədlik 
uğrunda mübarizəyə qoşulur. Praymerizdə o, altı rəqibi üzə-
rində inamlı qələbə qazanır. Obamanın respublikaçı rəqibi 
Cek Rayanın ailə problemləri ilə əlaqədar məhkəmə qalma-
qalı ilə üzləşməsi səbəbindən namizədliyini geri götürməsi 
onun şansını daha da artırdı.
29 iyun 2004-cü ildə, seçkiönü kampaniyanın gedişində 
Obama Demokrat partiyasının milli qurultayına müraciətlə 
çıxış edir. Televiziya ilə translyasiya edilən çıxışı onu bütün 
ölkəyə tanıtdı. Senatorluğa namizəd dinləyiciləri Amerika 
cəmiyyətinin köklərinə qayıtmağa və ABŞ-ı yenidən «açıq 
imkanlar» ölkəsinə çevirməyə çağırdı: açıq imkanlar ide-


240
Amerika prezidentləri
alını o, atasının və özünün tərcümeyi-halında illüstrasiya 
edirdi.
Senata seçkilərdə Obama respublikaçı Alan Keyesə 
böyük üstünlüklə qalib gəlir. Səlahiyyətlərinin icrasına 
4 yanvar 2005-ci ildən başlayaraq ABŞ tarixində beşinci 
qaradərili senator olur. Burada o, ətraf mühit problemləri, 
veteranlar məsələsi və beynəlxalq münasibətlər üzrə ko-
missiyaların üzvü olur.
Ştat senatında olduğu kimi o, nümayəndələr palatasın-
da da respublikaçılarla, xüsusilə hökumətin fəaliyyətinin 
şəffafl ığı haqqında qanun layihəsi üzərində işləyərkən yaxın-
dan əməkdaşlıq edir. Bundan əlavə Obama məşhur respub-
likaçı senator Riçard Luqarla bir çox ölkələrdə, o cümlədən 
Azərbaycanda da səfərdə olmuşdur. Bütövlükdə o Senat-
da Demokrat partiyasının liberal xəttinə uyğun fəaliyyət 
göstərmişdir. Xüsusilə alternativ enerji mənbələrinin inki-
şafı ideyasına ciddi diqqət yetirmişdir. 
Senator Obama qısa müddətdə  mətbuatın hörmətini 
qazanmış  və Vaşinqtonda diqqət mərkəzində olmuşdur. 
Artıq 2006-cı ilin payızında bir çoxları növbəti prezident 
seçkilərində onun namizəd olacağını mümkün sayırdılar. 
2007-ci ilin əvvəllərində o Demokrat partiyasının favoritləri 
siyahısında Hillari Klintondan sonra ikinci yeri tuturdu. 
Yanvarda Obama prezident seçkilərində  iştiraka hazırlıq 
üçün qiymətləndirmə komitəsi yaradır. Fevralda aparılan 
sorğularda demokratların 15 %-i onun 43 %-i isə Klintonu 
dəstəklədiklərini bildirdilər.
10 fevral 2007-ci ildə Sprinqfi ldə İllinoys ştatının köhnə 
Kapitolisi qarşısında keçirilən mitinqdə Barak Obama ABŞ 
prezidenti postuna namizədliyini rəsmən bəyan edir. Məkan 
simvolik xarakter daşıyırdı. Belə ki, 1858-ci ildə Avraam 
Linkoln tarixi «Bölünmüş ev» nitqini məhz burada et-
mişdir. Seçki kompaniyasının gedişi  ərzində Obama İraq 
müharibəsinə son qoyulması, enerji müstəqilliyi və univer-


241
Amerika prezidentləri
sal səhiyyə mövzusunda çıxışlar edir. Onun kompaniyası-
nın əsas şüarları «bizim inana biləcəyimiz dəyişikliklər» və 
«bəli, biz bacarırıq» olub. Onu da qeyd edək ki, Obama seç-
kiönü kompaniyanı dövlətin maliyyələşdirməsindən imtina 
edən birinci və hələ ki, yeganə namizəd olub.
Obama-namizədin əsas problemi onun «afro-amerikalı» 
mənsubluğu olub. Tezliklə aşkar oldu ki, ölkənin qaradərili 
əhalisinin bəzi, o cümlədən nüfuzlu nümayəndələri Oba-
manı heç də özlərininki hesab etmirlər. Məsələ ondadır ki, 
«əsl» amerikalı zəncidən fərqli olaraq Obama heç də Qərbi 
Afrikadan Amerika kontinentinə  gətirilmiş qul nəslindən 
deyil. Bundan əlavə, amerikalı  zənci-siyasətçilərin böyük 
əksəriyyətindən fərqli olaraq ona qaradərililərin hüququ 
uğrunda mübarizədə iştirak nəsib olmayıb. 
7 iyun 2008-ci ildə Hillari Klintonun seçki yarışmasın-
dan çıxması haqqında verdiyi rəsmi bəyanatından sonra Ba-
rak Obama demokratların vahid namizədi oldu. İlk olaraq 
ABŞ-ın 42-ci prezidenti Bill Klinton Obamanı dəstəkləyir və 
rəsmi nümayəndəsi Mett Makken vasitəsilə, onun prezident 
seçilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bəyan edir.
23 avqust 2008-ci ildə, Demokratlar partiyasının qu-
rultayı  ərəfəsində Obama vitse-prezidentliyə namizədin 
adını açıqlayır: bu senator Co Bayden olur. Hər ikisinin 
namizədliyi 28 avqustda partiyanın qurultayında təsdiqlənir.
Barak Obama seçkiönü debatlarda respublikaçıların 
namizədi Con Makkeynlə üç dəfə qarşılaşmışdır. Sorğu-
lara görə Obama hər üç raunda qalib gəlmişdir. Debat-
larda uğursuz çıxışları, həmçinin respublikaçıların vitse-
prezidentliyə namizədi Sara Peylinin səlahiyyətlərindən 
sui-istifadə etməsi haqqında təhqiqatla bağlı qalmaqal 
Makkeynin reytinqini aşağı salmışdır. Bəzi bukmeyker 
kontorları hətta əvvəlcədən Obamanın qələbə qazanacağı-
nı bildirmiş, Makkeyn özü isə mümkün məğlubiyyətə hazır 
olduğunu söyləmişdir.


242
Amerika prezidentləri
4 noyabrda seçicilərin 64 %-nin iştirak etdiyi seçkilərdə 
51 % səs toplamaqla yanaşı, seçimçilərin 338 səsini alan 
Barak Obama prezident seçildi.
18 noyabr 2008-ci ildə Los-Ancelosda keçirilən ekoloji 
konfransın iştirakçılarına video müraciətində Buş administ-
rasiyasını ABŞ-ın ətraf mühitin qorunmasında «liderlik ro-
lunu əldən verməkdə» ittiham edərək, enerjiyə qənaət üzrə 
tədbirlərə hər il 15 mlrd. dollar ayırmağa söz vermişdir. Elə 
həmin gün KİV-də onun, vaxtilə Bill Klinton administrasi-
yasında ABŞ-ın ədliyyə nazirinin müavini olmuş qaradərili 
hüquqşünas Erik Holderi gələcək administrasiyasında 
ədliyyə naziri təyin etmək niyyətində olduğu haqda qeyri-
rəsmi məlumatlar yayılmışdır. Eyni zamanda 1 dekabrda 
Çikaqoda çıxış edərkən keçmiş  rəqibi Hillari Klintonun 
ABŞ Dövlət katibi postuna, Robert Qeytsin isə müdafi ə na-
ziri postuna namizəd olduqlarını rəsmən bəyan etmişdir. 


243
Amerika prezidentləri
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində
1. ABŞ Dövləti. Ümumi cizgilər. Bakı: 2005, 120 s
2. Amerika 
tarixinin 
əsas cəhətləri. Bakı: 2005, 406 s
3. Demokratiya: 
gediləsi uzun bir yol. Antologiya.  
Tərt. H.Hacızadə. Bakı: 2001, 445 s.
4.  Əliyev Ş. Prezidentlik institutu. Bakı: 1994, 115 s.
5.  İvanov R. Duayt Eyzenhauer. B.: İşıq, 1985, 336 s.
6. Urofski 
M.İ. ABŞ demokratiyası haqqında əsas  
mətnlər. Bakı: 2005, 487 s.
Rus dilində
1. 100 
великих политиков. М.: «Вече», 2006, 480 с.
2. 100 знаменитых  политиков.  Харков:  Фолио, 
2004, 511 с.
3.  Америка.  Энциклопедия  повседневной  жизни. 
М.: 1988, 416 с. 
4.  Гершов З.М. Вудро Вильсон. М.: 1983, 335 с.
5.  Глядя в будущее. Автобиография Джордж Буш:  
В  сотрудничестве  с  Виктором  Голдом.  М.:  Прогресс, 
1989, 336 с.
6.  Горовиц Д., Кольвер П. Клан Кеннеди. М.: 1988, 
494 с.
7.  Громыко  А.А. 1036 дней  президента  Кеннеди. 
М., 1971, 279 с.
8.  Джефферсон Т. Автобиография: Заметки о штате 
Виргиния. Л.: «Наука» 1990, 314 с.
9.  Иванов  Р.Ф.  Дипломатия  Авраама  Линкольна. 
М.: 1987, 301 с.
10.  Иванов Р.Ф. Президентство в США. М.: 1981, 62 с.


244
Amerika prezidentləri
11.  История США: В 4-х т/ Под. Ред. С.Н. Севость-
янова. М.: Наука, 1983-1985 
12.  Качан  Я.И.  Миф  и  реальность.  Что  такое 
«американ уей оф лайф», Минск: 1970, 174 с.
13.  Майроф Б. Лики демократии. Американские  
лидеры: герои, аристократы, диссиденты,  демократы. 
М.: «Вес Мир», 2000, 480 с.
14.  Мальков В.Л. Франклин Рузвельт. М.: 1988, 350 с.
15.  Мишин  А.А.  Принцип  разделения  властей  в 
конституционном механизме США. М.: 1984, 190 с. 
16.  Никонов  В.А.  От  Эйзенхауэра  к  Никсону:  Из 
истории Рес. Партии США, М.: 1984, 287 с.
17.  Пессен  Э.  Миф  о  бревенчатой  хижине.  М.: 
Прогресс, 1987, 276 с.
18.  Печатнов  В.О.  Гамильтон  и  Джефферсон.  М.: 
1984, 335 с.
19.  Печатнов  В.О.  Демократическая  партия  США: 
избиратели и политика. М. 1980, 248 с.
20.  Романова Н.Х. Реформы Э. Джексона. М.: 1988,  
150 с.
21.  Севостьянов  Г.Н.  Томас  Джефферсон.  М.: 
«Мысль», 1976, 392 с.
22.  Согрин 
В.В. 
Джефферсон. 
Человек, 
Мыслитель,   политик. М.: 1989, 272 с.
23.  Согрин В.В. История США. СПб, 2003, 192 с.
24.  Согрин В.В. Основатели США: исторические  
портреты. М.: 1983, 177 с.
25.  Токвилл А. де Демократия в Америке. М.: 2000,  
560 с.
26.  Уткин А.И. Рузвельт. М.: Логос, 2000, 544 с.
27.  Уткин  А.И.  Теодор  Рузвельт:  Политические 
портреты. Свердловск, 1989, 192 с.


245
Amerika prezidentləri
28.  Федоров В. Как избирают президента США. М.: 
1980, 95 с.
29.  Яковлев Н.Н. Братья Кеннеди. М.: 2003, 488 с.
30.  Яковлев Н.Н. Вашингтон. М.: 2003, 416 с.
31.  Яковлев Н.Н. ФДР – человек и политик. Загадка  
Пёрл-Харбора. М.: 1988, 731 с.
 
İngilis dilində
1.  Americas eleven greatest presidents./ Ed. By  
M.Borden – Chicago? 1971-295 p.
2.  Gallick Sarah. Ronald Reagan: the pictorial  biog-
raphy. – New York. 1999 – 119 p.
3.  Roseboom H.H. A History of presidential elections  
– New York. 1959, 568 p.
4.  Wagner H.L. George Washington great american  
presidents. 2004-101 p.
İnternet resursları
1.   http: // www.en.wikipedia.org
2.   http: // www.peoples.ru 
3.   http: // www.whitehause.gov 
4.   http: // www.presidents.h1.ru


246
A successful political system does 
not depend only on laws and consti-
tutions written on paper, it depends 
on separate people who implement 
this system, their qualities and cha-
racteristic features.
This book in Azerbaijani language 
depicts 43 political leaders - presi-
dents who formed and implemen-
ted the USA Constitution; their li-
ves and activities.


247
QEYDLƏR


Yığılmağa verilib: 13.09.2012 Çapa imzalanıb: 16.09.2012
Format: 84x108 1/32. F.ç.v 7
Sayı: 500
«Apostrof» Çap Evi
AZ 1009, Bakı, Azərbaycan, M.İbrahimov 43

Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə