Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   49   50   51   52   53   54   55   56   57

225
Amerika prezidentləri
Buş Hyüstona köçərək Buşlar ailəsinin kapitalı hesabına 
maliyyələşən «Sapata offşor» şirkətinin yaradılmasında iş-
tirak edir.
Corc Buşun aktiv siyasi fəaliyyətə başlaması, atasının 
siyasətdən getmək ərəfəsinə təsadüf edir. Lakin, o hələ 50-
ci illərin sonlarında dostlarına senator seçilmək niyyətində 
olduğunu bildirirdi. 1964-cü ildə Texas ştatından senata 
seçilmək istəsə də uğursuzluğa düçar olur. Məğlubiyyət onu 
ruhdan salmır və Buş iki il sonra yenidən seçki marafonuna 
qoşulur. İndi onun hədəfi  Nümayəndələr Palatası idi. Asan-
lıqla qələbə qazanaraq Vaşinqtona gəlir. Konqresdəki dörd 
illik fəaliyyəti onun üçün əlamətdar olmasa da, paytaxtın 
siyasi elitasında, işgüzar dairələrdə, gələcək karyerasında 
əhəmiyyətli dərəcədə böyük rol oynamış dostluq əlaqələri 
qurur. 
1970-ci ildə Buş, yenidən senator seçilmək istəyir. 
Bu dəfə  də demokrat Lloyd Bentsenə  məğlub olur. La-
kin çox keçmir ki, prezident Nikson onu ABŞ-ın BMT-
dəki nümayəndəsi təyin edir. Uotergeyt qalmaqalından və 
Niksonun istefasından sonra, partiyadaxili çaxnaşmalara 
son qoymaq məqsədilə onu respublikaçılar partiyası Milli 
Konventinə sədr seçirlər. 1974-cü ildə isə xüsusi missiya ilə 
Pekinə göndərilir. Bir il burada qaldıqdan sonra prezident 
Ford onu MKİ-yə  sədr təyin edir. 1976-cı il seçkilərində 
demokrat Karter qələbə çaldıqda bu postla vidalaşmalı olur.
Bir müddət siyasi arenadan çəkilərək avtobioqrafi yasını 
yazmaqla məşğul olmuşdur. Bəziləri onun hətta siyasətdən 
getdiyini iddia edirdilər. Lakin tezliklə Buş daha böyük id-
diada olduğunu bildirir və 1980-ci il prezident seçkilərinə 
qoşulur.  Əvvəlcə  bəzi  ştatlarda keçirilən ilkin seçkilərdə 
qələbələr  əldə etsə  də, tezliklə R.Reyqan onu üstələyir. 
Məğlub olacağını başa düşərək namizədliyini geri götürür. 
Bu isə onun Reyqan tərəfi ndən «ikinci respublikaçı» elan 
edilməsi, yəni seçkilərə vitse-prezidentliyə namizəd kimi 


226
Amerika prezidentləri
getməsi ilə nəticələnir. Və bu Reyqanın qələbəsindən sonra 
reallığa çevrilir.
Vitse-prezident kimi onun fəaliyyəti nəzərə çarpacaq 
olmayıb. Buş bütünlüklə və sözsüz prezidenti dəstəkləmiş, 
praktiki olaraq heç vaxt onunla hər hansı problemin həllində 
mübahisəyə getməmişdir. O səbrlə öz vaxtının çatacağını 
gözləyirdi.
Nəhayət 1988-ci il seçkiləri çatdı. Buş seçkilərdən 
çox-çox  əvvəl «fi llər partiyası»nın favoriti hesab edilirdi. 
Lakin bəzi ambisiyalı partiya funksionerləri də Reyqanın 
yerini tutmağa cəhd edirdilər. İlkin mərhələdə Robert Doul, 
Cek Kemp, Pyer Düpon namizəd olmaq istəsələr də, onun 
Ağ Evə gedən yolunu kəsə bilmədilər və Buş partiyanın 
namizədi oldu. Noyabrda keçirilən seçkilərdə 53,4 % səs 
alaraq demokratların namizədi Maykl Dukasisə qalib gəldi.
Daxili siyasətdə Buşun yeritdiyi mülayim kurs ciddi 
uğur qazana bilməyib. Bunun ciddi səbəbləri var. Reyqa-
nın prezidentliyinin son illərində ölkədə baş verən iqtisadi-
maliyyə böhranı, dövlət büdcəsinin defi siti, dövlət borcları-
nın yaranması və əmanət banklarının ifl ası hər bir preziden-
tin geniş fəaliyyət sferasını kiçildəcək problemlər idi. Digər 
tərəfdən «soyuq müharibə»nin qurtarması ilə  əlaqədar 
olaraq hərbi xərclərin ixtisar edilməsi işsizliyin artmasına 
səbəb oldu. 90-cı illərin əvvəllərində iqtisadiyyatdakı dur-
ğunluq və bunun törətdiyi çətinliklər, Buşun sosial-iqtisadi 
problemlərə lazımınca diqqət verməməsi üstündə  tənqid 
olunmasını gücləndirmişdir. Onun fəaliyyəti yalnız bəzi qa-
nun layihələrinin qəbul edilməsi ilə məhdudlaşdı. Buş eyni 
zamanda udduğu Körfəz müharibəsindən sonra sürətlə ar-
tan populyarlığından lazımınca istifadə edə bilmədi. Yaxın 
ətrafının etirazına baxmayaraq özündə yalnız cinayətkarlığa 
qarşı mübarizəni və yol-nəqliyyat problemlərini ehtiva 
edən minimalist konsepsiyasını irəli sürdü. Dəfələrlə verdi-


227
Amerika prezidentləri
yi vədinin əksinə olaraq büdcə defi sitini aradan qaldırmaq 
üçün vergiləri artırması Buşun ən uğursuz addımı idi.
Lakin xarici siyasətdə Buş  bəzi uğurlar  əldə etdi. 
1989-cu ildə diktator Noryeqanı  həbs etmək üçün Pana-
maya müdaxilə, AFR-in NATO üzrə digər tərəfdaşlarından 
fərqli olaraq almanların birləşmə prosesinə daha tez re-
aksiya verməsi, dövlət katibi Ceyms Beykerin rəhbərliyi 
ilə Latın Amerikası ölkələri ilə yaranmış borc böhranının 
tənzimlənməsi,  İsrail və onun ərəb qonşuları ilə sülh da-
nışıqlarının bərpa edilməsindəki vasitəçiliyi belə  uğur-
lardandır.  Əsas nailiyyəti isə Fars Körfəzində baş verən 
münaqişəyə hərbi müdaxilə nəticəsində qazanılıb. BMT-nin 
qərarı ilə 1990-91-ci illərdə Küveyti İraq işğalından azad 
etmək üçün körfəzə 540 min əsgər göndərilməsi amerika-
lılarda «İkinci Vyetnam» qorxusu yaratdı. Lakin 42 günlük 
hərbi əməliyyatlar qələbə ilə nəticələndi.
Lakin çox keçmədi ki, Buşun xarici siyasətdə də kamil 
konsepsiyaya malik olmadığı  aşkar oldu. Ümumiyyətlə 
ətrafına Ceyms Beyker, Kollin Pauell, Dik Çeyni, Brent 
Skaukroft (bu isimlərin bəziləri sonralar Buşun (oğul) pre-
zidentliyi dövründə onun administrasiyasının aparıcı si-
malarından olmuşlar) kimi güclü siyasətçilər toplamasına 
baxmayaraq onun prezidentliyi uğursuz olub. 1992-ci il 
seçkilərindən əvvəl aparılan sorğularda rəyi soruşulanların 
80 %-i dövlətin yeritdiyi daxili-xarici siyasətlə razı olmadı-
ğını bildirib. Seçkilərdə respublikaçıların namizədi olsa da 
demokrat Klintona məğlub oldu.
Beləliklə Corc Buş XX əsrdə ikinci müddətə seçilməmiş 
Taft, Huver və Karterlə bir sırada dayanır. Onun prezident-
liyi milli və beynəlxalq dəyişikliklər dövrünə təsadüf edib 
və özündən sonra ciddi iz qoymayıb. Bu baxımdan Buşu 
keçid prezident də adlandırmaq olar.
 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə