7
Azərbaycan oxucusunun
diqqətinə təqdim olunan
«Amerika prezidentləri» kitabı ABŞ prezidentləri və onla-
rın fəaliyyət tarixinə həsr olunmuşdur ki, bu da onun ABŞ-
ın bütün uğur və uğursuzluqları, nailiyyət və böhranları ilə
birlikdə demokratik inkişaf təcrübəsindən söhbət açdığın-
dan xəbər verir. Amerika tarixinin «əsas»
personajlar qale-
reyası ilə tanışlıqdan sonra, oxucu özü onların fəaliyyətini
müstəqil şəkildə dəyərləndirə bilər. Belə ki, kitabın müəllifi
Elşən Bayramzadə təfsirlərə az yer verərək, daha çox fakt-
lara əsaslanmaqla uğurlu praktika seçə bilmişdir.
Bundan
əlavə, kitabın sonunda göstərilmiş geniş ədəbiyyat siyahısı
oxucuya ABŞ-ın – bu gün dünyanın yeganə superdövlətinin
siyasi sistemi və o sistemi yaşadan mədəniyyəti haqqında
öz biliklərini müstəqil şəkildə artırmağa imkan verəcək.
Əli Abasov,
Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın «
Müasir
fəlsəfə problemləri»
şöbəsinin müdiri
10
Amerika prezidentləri
GİRİŞ
Müasir dünyada prezident üsul-idarəsi
geniş tətbiq olu-
nur. Dünyanın müxtəlif inkişaf səviyyəsinə malik bir çox
ölkələrində bu institut uzun tarixi dövr ərzində fəaliyyət
göstərməkdədir. Bu idarəetmə formasının konkret məzmununu
müəyyənləşdirən
prezident seçkiləri, onun səlahiyyətləri,
hakimiyyətdə olma müddəti və digər xüsusiyyətləri heç də
bütün ölkələrdə eyni deyil. Onlar əsasən tarixi şərait, siya-
si ənənə, prezident və hakimiyyətin digər qolları arasında
münasibətlər və digər amillərlə müəyyənləşir.
Dünya miqyasında prezidentlik
üsul-idarəsi tarixinə
nəzər yetirsək görmək olar ki, o heç də demokratiyanın me-
yarı deyil. Prezidentlik üsul-idarəsi örtüyü altında gizlənmiş
diktatura və totalitar rejimlərə çoxlu misallar göstərmək
olar. Lakin bununla yanaşı prezidentlik
üsul-idarəsi daha
çox demokratiya ilə əlaqələndirilir.
Bu mövzuda ABŞ-ın tarixi təcrübəsi xüsusi maraq do-
ğurur. Bu maraq Böyük Britaniyanın Şimali Amerikadakı
13 koloniyasının 1775-1783-cü illərdə müstəqillik uğrunda
apardığı inqilabi müharibənin alovlarından ABŞ-ın doğulması
ilə müəyyənləşir. XVIII əsrin böyük inqilabi hadisəsi sayılan
müstəqillik uğrunda müharibəni bəzən bəşəriyyət tarixində
nəhəng rol oynamış 1789-1794-cü illər Böyük Fransa inqilabı-
na proloq da hesab edirlər. Amerika kontinentində ilk
müstəqil
dövlətin yaradılması və onun dövlət quruluşu üçün respublika
formasının seçilməsi bütün dünyadakı demokratik qüvvələr
üçün mühüm sosial-siyasi nümunə olmuşdur. Lakin liberal-
demokratik
prinsipləri, insan hüquqlarını əsas amalı elan etmiş
dövlətin qurulması heç də asanlıqla gerçəkləşməmişdir. Xarici
düşmənə qarşı vahid mövqedən çıxış edən qurucular, daxili
problemlərin həllində bəzən rəqiblərə çevrilmişlər.
Hələ müstəqillik uğrunda mübarizənin başlandığı ilk
illərdə gələcək
dövlətin quruluşu, idarəetmə forması çox-