Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

203
Amerika prezidentləri
Consonun fəaliyyət proqramının əsasını kadr siyasəti və 
siyasi ardıcıllıq təşkil edirdi. Bununla yanaşı o, qətiyyətlə 
sosial problemlərin həllinə başlayır. Belə ki, 8 yanvar 1964-
cü ildə elan etdiyi ilk hökumət proqramını «yoxsulluğa qar-
şı sözsüz müharibə» adlandırır .
Qanunvericilik məsələlərini, hökumət sistemində zəif və 
güclü tərəfl əri Conson kimi bilən ikinci bir prezident olma-
mışdır. Uzun müddətli mübarizədən sonra Konqresdə çox-
luğun liderinə çevrilmiş texaslı məktəb müəllimi hökumətə 
özünə məxsus ailə kimi yanaşmışdır. Bütün hökumət işlərinə 
və hər bir siyasi prosesə şəxsən nəzarət etmişdir.
Vaxtilə Kennedi tərəfi ndən Konqresə  təqdim olunmuş 
vətəndaş hüquqları haqqında qanun layihəsini qısa müddətə 
qəbul etdirə bilir. Qanuna əsasən nəhayət Cənubda afro-
amerikalılara seçki hüququ verilir, kişi və qadınlar arasın-
dakı hüquq bərabərliyi öz əksini tapırdı. Bu 1791-ci ildə 
qəbul edilmiş hüquqlar haqqında Billin tam reallaşması 
istiqamətində atılmış böyük addım kimi dəyərləndirilir.
Qısa müddətə gördüyü işlər onun populyarlığını ar-
tırır. Növbəti seçkilərdə respublikaçıların namizədi Barri 
Qolduoterə böyük üstünlüklə qalib gəlir.
Xarici siyasət sahəsində Conson əsasən Kennedi kursu-
nu davam etdirir. Sovet İttifaqı ilə əlaqələrin yaxşılaşdırıl-
masına ehtiyatla tərəfdar çıxır, 1968-ci ildə nüvə silahının 
yayılmaması haqda müqavilə imzalayır, prezidentliyinin 
sonuna yaxın silahlanmanı  məhdudlaşdırmaq haqda da-
nışıqlara hazırlıq görür. Lakin onun Vyetnamda uğursuz 
müharibəyə başlaması xarici siyasi kursun ifl ası olur.
Növbəti prezident seçkilərində vitse-prezident Hübert 
Hemorrinin namizəd göstərilməsinə yardımçı olur.
İstefaya çıxdıqdan sonra Texasdakı rançosuna qayıdır və 
2 yanvar 1973-cü ildə vəfat edənədək ictimaiyyət arasında 
görsənmir. Ömrünün son günlərini nəvələrinin tərbiyəsinə 
və memuarlarını yazmağa həsr etmişdir.


204
Amerika prezidentləri
RİÇARD MİLHAUZ NİKSON
(RICHARD M. NIXSON)
(1969-1974)
O, Amerika prezidentləri tarixinə ilk dəfə istefa vermiş 
prezident kimi düşüb. Bu, iki il davam etmiş Uotergeyt qal-
maqalına son qoymaq üçün nümunəsiz addım olmaqla ya-
naşı, ABŞ tarixində görünməmiş konstitusiya böhranı kimi 
dəyərləndirilib.
Riçard Milhauz Nikson 1913-cü il 9 yanvarda Cənubi 
Kaliforniyanın Yorbe-Linda şəhərciyində anadan olub. İr-
land  əsilli Niksonlar XVIII əsrin  əvvəllərindən Amerika 
qitəsində  məskunlaşıblar. Bəzi bioqrafl arı C.Vaşinqtonun 
yaxın  ətrafına daxil olan, Vətəndaş Müharibəsinin qəhrə-


205
Amerika prezidentləri
manları  sırasında Niksonlar nəslinin nümayəndələri oldu-
ğunu bildirirlər.
Gələcək prezidentin atası Frenk Nikson sahibi olduğu 
balaca dükandan əldə etdiyi cüzi gəlirlə ailəsini dolandırır-
dı. Balaca Riçardın uşaqlığı çətin şəraitdə keçib. Uitterdəki 
kollecə daxil olanadək ailənin bütün təsərrüfat işləri onun 
üzərinə düşürdü.
Lakin vəziyyətin ağırlığı onun kolleci uğurla bitirməsinə 
mane olmur. 1934-cü ildə Daremdəki (Şimali Karolina) 
Dyuk Universitetinə, təqaüd almaq şərtilə, daxil ola bi-
lir. Universitetdə üç illik təhsilini başa vuraraq, xidmətini 
təklif etdiyi FTB və böyük vəkil kontorlarının cavabını 
gözləmədən valideynlərinin yanına qayıdır. Burada 24 yaş-
lı Nikson kiçik kontorda vəkillik praktikasına başlayır. İki 
il sonra qonşu dairədəki La-Qabia şəhərinə köçərək burada 
şəhər prokuroru vəzifəsini tutur. Paralel olaraq kommersiya 
ilə məşğul olmaq cəhdi baş tutmur.
1940-cı ildə Riçard Amerikanın sadə ailələrindən biri-
nin qızı Telma Rayanla evlənmiş  və bu nikahdan iki qızı 
dünyaya gəlmişdir. Qeyd edək ki, qızlarından biri sonralar 
D.Eyzenhauerin nəvəsi ilə ailə həyatı qurub.
Pörl-Harbör hadisələrindən sonra Niksonlar Vaşinqto-
na köçür. Burada Nikson Qiymətlərə  nəzarət üzrə dövlət 
idarəsində çalışır. 1942-ci ilin yayında isə müharibəyə 
gedərək donanmada xidmətə başlayır və ikinci ranq ka-
pitan rütbəsi alır. Maraqlı bir faktı qeyd edək ki, onun 
hərbdə olduğu  ərəfədə  həyatında önəmli dəyişikliklər baş 
verməsə  də, qumarda udduğu 10.000 dollar gələcək kar-
yerasına  əhəmiyyətli təsir göstərib. Udduğu pulları siyasi 
karyera etməyə xərcləyərək Konqresə keçirilən seçkilərdə 
iştirak edir. Onun namizədliyini irəli sürməsinin də maraqlı 
tarixçəsi var. 1946-cı ildə  qəzetlərdə Respublikaçılar par-
tiyası yerli təşkilatının «Konqresə seçkilərdə iştirak etmək 
üçün namizəd tələb olunur» məzmunlu elanına cavab ola-


206
Amerika prezidentləri
raq Nikson seçki marafonuna qoşulur. Demokrat Vurxisə 
qalib gələrək 33 yaşında konqresmen seçilir.
Nikson siyasi karyerasını  əsasən antikommunist 
təbliğatı üzərində qurub. O fanatik antikommunist olmasa 
da «kommunizm qorxusu»ndan karyera etməsi üçün yarar-
lanıb. Kommunistlərlə iş birliyində və Sovet İttifaqına ca-
susluq etməkdə günahlandırılan yüksək rütbəli diplomat və 
Karnegi Fondunun prezidenti Elcer Hissə qarşı sensasiyalı 
təhqiqatda (nəticədə E.Hissə 5 illik həbs cəzası verilib) işti-
rakı onu bütün ölkədə tanıdıb.
1948-ci il seçkilərində  də qalib gələn Nikson 1952-ci 
ildə asanlıqla senator seçilir. Elə  həmin il respublikaçılar 
onu vitse-prezidentliyə namizəd göstərirlər. Seçki pro-
sesi zamanı rüşvətxorluqda ittiham edilməsi onun siya-
si məhvinə  səbəb ola bilərdi. Lakin Nikson televiziyada 
məşhur çıxışı ilə bu sınaqdan məharətlə  çıxa bilir və Ey-
zenhauerin qələbəsindən sonra səkkiz il vitse-prezident 
vəzifəsini tutur.
1960-cı il seçkilərində respublikaçıların namizədi olan 
Nikson 0,1 % çox səs toplamış Kennediyə uduzur. İki il 
sonra Kaliforniya qubernatoru seçkilərində məğlub olduqda 
isə bir çoxları onun siyasi karyerasının bitdiyini bildirirlər. 
Lakin çox keçmir ki, onlar səhv etdiklərini anlayırlar.
60-cı illərdə yaxın dostu, varlı iş adamı Elmer Bobstun 
köməyi ilə bizneslə məşğul olur. Nüfuzlu vəkil kontorunun 
şəriki olaraq böyük sərvət toplayır. Bununla yanaşı elmi-si-
yasi yaradıcılıqla məşğul olaraq bir çox kitablar yazır.
Nikson 1968-ci il prezident seçkilərində iştirak etmək 
məqsədilə yenidən siyasi arenaya qayıdır. Partiyadaxili 
rəqibləri N.Rokfeller və R.Reyqana asanlıqla qalib gələrək 
respublikaçıların namizədi olur. Onun əsas şüarı Vyetnam-
da uğursuz müharibəyə çon qoymaq, daxili təhlükəsizlik və 
sosial problemlərin həlli idi. Robert Kennedi öldürüldükdən 
sonra çaşqın vəziyyətə düşmüş demokratlar vitse-prezident 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə