Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

198
Amerika prezidentləri
C.Kennedinin «Yeni sərhədlər» adlandırdığı daxili si-
yasi-iqtisadi kursunun əsasını vergilərin azaldılması ilə iq-
tisadiyyatı dirçəltmək, xəstələrin sosial müdafi əsi, təhsilin 
təkmilləşdirilməsi və irqi-ayrı seçkilik probleminin həlli 
təşkil edirdi. Artıq Konqresdə üstünlüyü ələ alan respub-
likaçılar və  bəzi hallarda onlarla alyans quran Cənub de-
mokratları bu kursun federal sistemdə kompleks halında 
gerçəkləşməsinə maneə yaradırlar.
İrqi ayrıseçkilik məsələsində Kennedi ehtiyatla hərəkət 
edir. Qaradərililərin təqib edilməsinin Amerika demok-
ratiyasının idealları ilə əkslik təşkil etdiyini bildirir və bu 
məsələdən beynəlxalq ictimaiyyətin, xüsusilə Sovet İttifa-
qının əks-təbliğat üçün məharətlə istifadə etməsinin qarşı-
sını maksimum almağa cəhd göstərir.
Kennedi prezidentlik fəaliyyətində xarici siyasətə xü-
susi önəm verib. Bu məsələdə Konqres ona nəzərəçarpacaq 
dərəcədə sərbəstlik vermişdir. Buna səbəb SSRİ-ABŞ qar-
şıdurması, atom və hidrogen silahlarının bütün bəşəriyyət 
üçün təhlükə törətməsi olmuşdur.
Kennedi müstəmləkə  ağalığından yenicə xilas olmuş, 
inkişafca geri qalan dövlətlər uğrunda aparılan nüfuz 
müharibəsinə ciddi önəm verib. «Üçüncü dünya» adlandırı-
lan bu ölkələri Kennedi, demokratiya və diktatura arasında 
«döyüş poliqonu» adlandırıb. Bu istiqamətdə Kennedi ad-
ministrasiyasının təşəbbüsü ilə iki mühüm məsələnin həlli 
üçün cəhd göstərilir. «Tərəqqi alyansı» adlandırılan 19 La-
tın Amerikası ölkəsi ilə bağlanan əməkdaşlıq müqaviləsinin 
həyata keçməsi üçün Konqres on il müddətinə 20 mlrd. 
dollar vəsait ayırır. ABŞ-da xüsusilə  gənclər tərəfi ndən 
dəstəklənən «Sülh korpusu» isə Afrika və Asiya ölkələrinin 
inkişafına köməklik məqsədi daşıyırdı. Lakin bu layihələri 
tam reallaşdırmaq mümkün olmamışdır.
1964-cü il prezident seçkilərinə hazırlaşan Kenne-
di Texasa səfər edir. 1963-cü il noyabrın 22-də, Texasa 


199
Amerika prezidentləri
gəldiyi ilk saatda, Xarvi Li Osvaldın açdığı atəşdən vəfat 
edir. Onun qətlini XX əsrin cinayəti də adlandırırlar. Pre-
zident fəaliyyətinə başlamış Consonun göstərişi ilə Ali 
Məhkəmənin sədri Erl Uorrenin başçılıq etdiyi istintaq ko-
missiyası yaradılır. Bir illik təhqiqat X.L.Osvaldın cinayəti 
təkbaşına törətdiyi nəticəsinə gəlir.
Lakin bu səs-küylü qətl daim diqqət mərkəzində olub. 
Hətta 1977-ci ildə Konqresin xüsusi komissiyası da konkret 
rəyə gələ bilməyib. 80-ci illərdə aparılan təhqiqatlarda bu 
cinayətdə SSRİ DTK-sının, Kuba emiqrantlarının, MKİ-
nın adları hallansa da, hələ ki, hamı tərəfi ndən qəbul olunan 
nəticə əldə edilməyib. 


200
Amerika prezidentləri
LİNDON CONSON
(LYNDON JOHNSON)
(1963-1969)
Ən yeni tarixdə prezidentlərin fəaliyyətinə həsr olunmuş 
ictimai rəy sorğularında Lindon Conson axırıncı yerlərdən 
birini tutur. Bunun bir çox səbəbləri var. Onun məhz popul-


201
Amerika prezidentləri
yar prezident Kennedinin öldürülməsindən sonra Ağ Evə 
sahib olması, tələbə  tətillərinin kütləvi xarakter daşıması, 
irqi-ayrıseçkilik problemlərinin kəskinləşməsi, afro-ameri-
kalıların vətəndaş hüquqları uğrunda mübariz, Nobel Sülh 
mükafatı laureatı M.L.Kinqin və  gənclərin kumiri hesab 
edilən R.Kennedinin öldürülməsi onun prezidentliyinə 
kölgə salır. Bu baxımdan onun sosial-iqtisadi və vətəndaş 
haqları sahəsində əldə etdiyi nailiyyətlər demək olar ki, xa-
tırlanmır.
Lindon Beyns Conson 27 avqust 1908-ci ildə Texas şta-
tının Stounuol şəhərində dünyaya gəlib. Əvvəllər fermer və 
makler olan atası Semüel Conson qısa müddət Texas qanun-
verici orqanında demokratların nümayəndəsi kimi təmsil 
olunub. Balaca Lindonun uşaqlığı bolluq içində keçsə də, 
tezliklə ailənin maddi vəziyyəti pisləşir. 1921-ci ildə pam-
bıq bazarında baş verən böhran ailə başçısının müfl is ol-
ması ilə nəticələnir. Çox keçmir ki, ailə Pedernalesə köçür. 
Burada orta təhsilini bitirən Lindon uğur arxasınca Kalifor-
niyaya gedir. İlk əvvəl ən ağır peşələrdə çalışır, sonra uzaq 
qohumunun vəkil kontorunda işləyir. İstər dərin savadının, 
istərsə də işgüzar əlaqələrinin olmaması səbəbindən plan-
larını gerçəkləşdirə bilmir və 1926-cı ildə yenidən Texasa 
qayıdır. Bir müddət yol tikinti idarəsində fəhləlik edir.
Texasın cənubundakı Meksikan məktəbində müəllimlik 
etdikdən sonra San-Markosdakı pedaqoji kollecə daxil 
olur. Təhsil haqqı çox olmasa da, oxumaqla yanaşı işləyir. 
Təhsildə ciddi uğur əldə etməsə də müəllim və tələbələrin 
rəğbətini qazanır. Kolleci bitirərək əvvəl Persoll, sonra da 
Hyuston şəhərində natiqlik sənətindən dərs deyir. 
Texas senatına keçirilən seçkilərdə Uilli Hopkinsin seç-
kiönü kompaniyasında iştirakı, onda siyasi qabiliyyətin ol-
duğunu göstərdi. Hopkinsin zəmanəti ilə 22 yaşlı Conson 
Texası Vaşinqtonda təmsil edəcək konqresmen Kleberqin 
köməkçisi olur. Bu onun həyatında ciddi dönüş yaradır.


202
Amerika prezidentləri
Kleberqin yanında dörd il işləməsi onu siyasətçi kimi 
püxtələşdirir. Dəbdəbəli və  əyləncəli həyat keçirən konq-
resmenin  əvəzinə onun əsas işlərini görən Conson, necə 
deyərlər, siyasi mətbəxin bir çox sirlərinə bələd olur.
Bu ərəfədə təsadüfən tanış olduğu Klaudiya Teylora, elə 
tanışlığının ilk günü evlənməyi təklif edir. Varlı biznesmen 
Tomas Teylorun qızı ilə ailə qurması Consonun gələcək 
karyerasına böyük kömək etmişdir.
1935-ci ildə nüfuzlu Sem Reybernin himayədarlığı ilə, 
Conson Texas gənclər idarəsinin direktoru seçilir. 1937-
ci ildə  vəfat etmiş konqresmenin yerinə keçirilən təkrar 
seçkilərdə iştirak edərək qələbə çalır. Seçkilərdə ona qayna-
tası ilə yanaşı, ştatın varlı biznesmenləri də kömək edirlər.
1941-ci ildə senata keçirilən seçkilərdə Conson Ruzvelt 
administrasiyasından güclü dəstək alır. Buna səbəb onun 
əvvəlki il keçirilən prezident seçkilərində göstərdiyi fəallıqla 
yanaşı, texaslı vitse-prezident Con Qarneri vəzifədən uzaq-
laşdırmağa yardımçı olması idi. Senator seçilən Consonun 
nüfuzu daha da artır. Bu, öz növbəsində, Consonun işgüzar 
dairələrdə söz sahibi olması demək idi.
Müharibə başladıqda Conson fəaliyyətini dayandıraraq 
cəbhəyə yollanır və kapitan-leytenant rütbəsində donanma-
da xidmət edir. 1942-ci il 19 iyulda Ruzvelt döyüşlərdə işti-
rak edən konqresmenləri geri çağırdıqda o, Vaşinqtona qa-
yıdır. İşgüzar dostlarının köməyilə bizneslə məşğul olaraq 
böyük sərvət toplaya bilir. 60-cı illərin əvvəllərində «Life» 
jurnalı onun 14 milyon dollara malik olduğunu bildirir.
1948-ci ildə senata seçildikdən sonra sürətlə karyera 
edir. Tezliklə senatda demokrat fraksiyasına rəhbərliyi ələ 
alır. 1954-cü il seçkilərində qələbəsi isə onu demokratların 
aparıcı liderinə çevirir. 
Nəhayət, Nikson 1960-cı il prezident seçkilərində vitse-
prezidentliyə namizəd göstərilir. Kennedinin qətlindən son-
ra ölkənin ali vəzifəsinə sahib olur.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə