Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

207
Amerika prezidentləri
Hyübert Hemfrinin namizədliyini irəli sürürlər. Nikson 
1968-ci ilin noyabrında keçirilən seçkilərdə qalib gələrək 
prezident seçilir.
Prezidentliyinin ilk günlərindən  əsas diqqəti Vyet-
nam sindromuna yönəldən Nikson, 1969-cu ilin iyununda 
«Nikson doktrinasını» imzaladı. Bu, tərəfl ər arasında sülh 
danışıqlarını davam etdirməklə yanaşı, 1973-cü ilədək 
ABŞ qoşunlarının münaqişə bölgəsindən çıxarılması pro-
sesini sürətləndirdi. Müharibənin faktiki olaraq ABŞ-ın 
məğlubiyyətilə sonuclanmasına baxmayaraq, Niksonun xa-
rici siyasətdə uğurları şəksizdir. Keçmişdə kommunist «ov-
çusu» olsa da iki böyük kommunist dövləti Çin və SSRİ ilə 
münasibətləri nizamlamağa cəhd göstərir və hər iki ölkəyə 
səfər edən ilk prezident olur. Bu xətt «Soyuq müharibə» 
başladıqdan sonra ABŞ xarici siyasi kursunda sərt dönüşdən 
xəbər verirdi.
Prezidentlik səlahiyyətlərinin icrasına başlayanadək 
Nikson prezidentin yalnız xarici siyasətlə  məşğul olmalı 
olduğunu deyirdi. Lakin Ağ Evə sahib olduqdan sonra ye-
ritdiyi siyasət bunun tam əksini göstərir. Tezliklə yaradılan 
bir çox təsisatlar hakimiyyətin bir əldə cəmləşməsi, konkret 
olaraq prezidentin digər hakimiyyət qollarından üstün ol-
ması ilə nəticələndi. Bu isə öz növbəsində konqreslə qarşı-
durmaya səbəb oldu.
1972-ci il seçkilərində Nikson yenidən respublikaçıla-
rın namizədi olur. Xüsusilə Vyetnam müharibəsində ciddi 
dönüş yarada bilməsi onun reytinqini yüksəltmişdi. O de-
mokratların namizədi Corc Makqovernə böyük üstünlüklə 
qalib gələrək 2-ci müddətə prezident seçilir. 
Qeyd etdiyimiz kimi Nikson ilk dəfə olaraq tutduğu 
vəzifədən istefa verib. Buna səbəb olmuş Uotergeyt qalma-
qalını doğuran hadisə 17 iyun 1972-ci ildə baş verib. Həmin 
gecə demokratların Vaşinqtondakı Uotergeyt otelində 
yerləşən mənzil qərargahına gizli qulaqasma qurğuları  və 


208
Amerika prezidentləri
fotokameralar qoymaq istəyən beş nəfər həbs edilir. İlkin is-
tintaq hadisənin Ağ Evə gedib çıxdığını aşkar etdi. Bəzi Ağ 
Ev rəsmiləri bu işin onlara aidiyyəti olmadığını bildirsələr 
də, istintaqı dayandırmağa nail ola bilmədilər.
İmpiçment təhlükəsi qarşısında qalan Nikson 8 avqust 
1974-cü ildə televiziya ilə çıxış edərək istefa verdiyini bil-
dirdi. Baş verən qalmaqalda günahı olmadığını bildirərək is-
tefasını siyasi bazasını itirməsilə əlaqələndirdi. Lakin istefa 
onun impiçmentdən qurtarsa da alçaldıcı istintaq bitmədi. 
Bir ay sonra prezident Ford baş verənlərə görə rəsmi olaraq 
üzr istəyərək, onu bu biabırçılıqdan qurtardı.
Hər bir siyasətçi üçün ölüm sayıla biləcək bu qalmaqal-
dan sonra Nikson bir müddət tənhalığa çəkilərək elmi-siya-
si yaradıcılıqla məşğul olur. Yaradıcılığının bəhrəsi olaraq 
onun doqquz kitabı nəşr olunmuşdur.
1994-cü il 22 apreldə vəfat edərkən Uotergeyt qalma-
qalı yaddan çıxmasa da bağışlanmışdı. ABŞ siyasətində əlli 
ildən çox bir müddətdə aparıcı simalardan olan Niksonun 
təntənəli dəfni bunu sübut edir. Qeyd edək ki, vaxtilə onun 
istefasını  tələb edən izdihamlı mitinqlərin iştirakçısı olan 
prezident Klinton dəfn zamanı qəbirüstü nitq söyləmişdir.


209
Amerika prezidentləri
CERALD FORD 
(GERALD FORD)
(1974-1977)
Cerald Ford Birləşmiş  Ştatlar tarixində yeganə prezi-
dentdir ki, nə prezident, nə də vitse-prezident seçkilərində 


210
Amerika prezidentləri
iştirak etməyib. O, vitse-prezidentliyə Niksonun tədqimatı 
ilə gətirilmiş, sonuncunun istefasından sonra isə prezident 
səlahiyyətlərinin icrasına başlamışdır.
C.Ford 1913-cü il iyulun 14-də Miçiqan ştatının Qrand-
Renids şəhərində dünyaya gəlib və Lesli Linç Kinq adlan-
dırılıb. Atası Lesli Kinq yun ticarəti ilə məşğul olan kom-
mersant idi. İki yaşında ikən valideynləri ayrılır və Lesli 
anası ilə qalır. Anası Doroti Qardner tezliklə Cerald Forda 
ərə gedir. Gələcək prezidentin atalığı oğulluğa götürməklə 
yanaşı ona öz adını verir. Özü haqqında bu həqiqətləri Ce-
rald Ford (kiçik) yalnız 17 yaşında olarkən bilmişdir.
Fordlar kasıb olmasalar da Ceraldın yeniyetməliyi o 
qədər də yüngül keçməyib. 1930-cu ildə yerli məktəbdə 
orta təhsilini bitirərək restoranda qabyuyan və ofi siant kimi 
işə düzəlir. Belə  ağır işə düzəlməsinə  səbəb isə «Böyük 
böhran» illərində ailənin maddi vəziyyətinin pisləşməsi idi.
Hələ orta məktəbdə oxuduğu illərdə bacarıqlı fut-
bolçu adını qazanması köməyinə  gəlir. Məhz bu bacarığı 
sayəsində Miçiqan Universitetinə daxil olarkən ona təqaüd 
verilir.
1935-ci ildə Universiteti bitirən Cerald Yel Universiteti-
nin futbol və boks üzrə yığma komandalarının baş məşqçisi 
işləyir. Bununla yanaşı sahibkarlıq fəaliyyəti göstərir, aldığı 
yüksək məvacibin bir hissəsini «Konover» modalar evinə 
yatıraraq onun payçısı olur. 1938-ci ildə Yel Universitetinin 
hüquq fakültəsinə daxil olaraq işləməklə yanaşı təhsilini ar-
tırır. Üç il sonra imtahan verərək hüquq elmləri üzrə baka-
lavr dərəcəsi alır. 
Qrand-Renidsə qayıdaraq dostları ilə şərikli vəkil kon-
toru açsa da uğur qazanmır, kontor bir il sonra bağlanır. 
1942-ci ilin yazından miçman rütbəsilə donanmada xidmət 
edərək ikinci ranq kapitan rütbəsində istefaya çıxır.
Müharibədən sonra nüfuzlu vəkil kontorlarından birində 
yüksək məvacibli işə düzələn Ford, elə bu ərəfədə siyasətə 


211
Amerika prezidentləri
ciddi maraq göstərir. Onu siyasi fəaliyyətə  həvəsləndirən 
əsas səbəb atalığının Respublikaçılar partiyası Kent dairə 
(Miçiqan  şt.) komitəsinə  sədr seçilməsi idi. 1948-ci ildə 
Konqresə keçirilən seçkilərdə namizədliyini irəli sürür. 
Seçki kompaniyası ərəfəsində Betti Blumer Uorrenlə tanış 
olur və onlar tezliklə ailə qururlar.
Seçkilərdə qalib gələn Ford 24 il müddətində Konqresin 
üzvü olur. Son səkkiz ildə respublikaçı azlığın lideri kimi 
çıxış edir. 1973-cü ilin dekabr ayında vitse-prezident Spiro 
T.Aqnyü istefa verdikdə, Ford ABŞ tarixində bu vəzifəyə 
seçilməmiş, yalnız təyin edilmiş ilk şəxs oldu. Bundan 
düz səkkiz ay sonra R.Nikson istefa verdikdə isə prezident 
səlahiyyətlərinin icrasına başladı.
Fordun Niksonu əfv etməsi amerikalılar arasında 
nüfuzuna böyük zərbə vurdu. Çoxları  əfvi pərdəarxası 
sövdələşmələrin bəhrəsi kimi dəyərləndirirdi. Niksonun 
istefadan  əvvəlki çıxışları belə düşünməyə  əsas verirdisə 
də, fakt sübutunu tapmayıb. Buna baxmayaraq Ford 
opponentlərinə tənqid üçün əlverişli mövzu vermiş oldu və 
təkrar seçilməsinə böyük əngəl törətdi.
Uotergeyt qalmaqalı  nəinki Fordun, hətta bütünlüklə 
Respublikaçılar partiyasının fəaliyyətinə problem yaradıb. 
1974-cü il Konqresə seçkilərdə respublikaçılar hər iki pa-
latada üstünlüyü əldən verdilər. Belə  şəraitdə prezidentin 
öz hökumət proqramını gerçəkləşdirməsi çətinləşdi. Bu isə 
öz növbəsində prezident-konqres qarşıdurmasına rəvac ver-
di. Təsadüfi  deyil ki, Ford Konqresin təqdim etdiyi qanun 
layihələrinə ilyarım ərzində 66 dəfə veto qoyub.
Xarici siyasətdə  təcrübəli diplomat Henri Kissincerin 
fəaliyyəti nəticəsində əvvəlki kurs saxlanılıb.
Fordun yeritdiyi istər daxili, istərsə  də xarici siyasi 
kursun liberallığını  əsas göstərən sağ  təmayüllü respubli-
kaçılar kəskin çıxışlara başladılar. Partiyadaxili müxalifətin 
lideri Kaliforniyanın eks-qubernatoru Ronald Reyqan idi. 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə