Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   49   50   51   52   53   54   55   56   57

221
Amerika prezidentləri
yolu seçmişdi. 80-ci illərdə  gəlir vergisinin və  mənfəətə 
görə verginin norması  əhəmiyyətli dərəcədə azaldıldı, in-
vestisiya yatırımına vergi güzəştləri edildi. Dövlət bizne-
sin bir çox növlərini nizama salmaqdan imtina etdi, trestlər 
əleyhinə qanunçuluğun tətbiq sahələri kəskin surətdə ixtisar 
edildi, şəxsi təşəbbüs üçün əlverişli şərait yarandı. Bu isə 
qısa müddətdə korporasiyaların gəlirlərinin görünməmiş 
dərəcədə artması ilə nəticələndi.
«Reyqanomika»  şəraitində Amerika sənayesi elmi – 
texniki tərəqqinin ən müasir nailiyyətlərini səmərəli sürətdə 
tətbiq edirdi. Onun beynəlxalq miqyasda rəqabətə davam-
lılığını artırdı.
Hökumət infl yasiya və  işsizlik problemlərini də  uğur-
la həll etmişdir. İnfl yasiya indeksi 1988-ci ildə 4,5 % oldu 
(Uyğun göstərici 1980-ci ildə 12,5 % olub). İşsizlik kvotası 
isə 7 %-dən 5,4 %-ə endirildi. Məşğulluğun artmasının əsas 
mənbəyi xidmət sahələrinin genişlənməsi oldu. 80-ci illərin 
ikinci yarısından başlayaraq ABŞ iqtisadiyyatına xarici ka-
pital axını güclənməyə başladı. Bu əsasən qiymətli dövlət 
kağızlarının, bank əmanətlərinin qoyulmasından,  şəxsi 
kompaniyaların səhmlərinin  əldə edilməsindən, müstəqil 
kapital qoyuluşundan ibarət idi.
Reyqan administrasiyasının xarici siyasəti antikommu-
nist ruhda köklənmişdi. Bu özünü nəinki «Şər imperiyası»na 
(Reyqan SSRİ-ni belə adlandırıb), eyni zamanda Mərkəzi 
Amerika ölkələrinə olan münasibətdə  də  aşkar göstərir. 
Sovet İttifaqı ilə dünyada nüfuz sahibliyi uğurunda aparı-
lan «müharibə» ABŞ-ın qələbəsi ilə bitdi. Burada Reyqa-
nın xidmətləri  şübhəsiz ki, böyükdür. Lakin bəzən bunu 
sırf onun xidməti kimi qeyd edilməsi heç də düzgün deyil. 
Əsas amil 1985 –ci ildə siyasi hakimiyyətə gəlmiş Mixail 
Qorbaçovun ekspansionist dünya siyasətinə son qoyması, 
əslində İttifaqı möhkəmlətmək xatirinə apardığı islahatların 
əks effekt verərək Sovet İttifaqı və Varşava blokunun süqut 


222
Amerika prezidentləri
etməsi olub. Bu Reyqanın qələbəsindən çox Qorbaçovun 
məğlubiyyəti idi. 
Başladığı iqtisadi-siyasi kursun davam etdirilməsi 
üçün siyasi varisinin ondan sonra prezident seçilməsinə 
böyük kömək göstərmişdir. Onun siyasi varisi səkkiz il-
lik hakimiyyəti dövründə vitse-prezident olmuş Corc Buş 
idi. Prezidentlik müddətinin son aylarını tamamilə Buşun 
seçki kompaniyasının uğurlu olmasına həsr edir. C.Buşun 
qələbəsindən sonra, artıq 78 yaşlı Reyqan praktiki olaraq 
fəaliyyət göstərmir. Bütün bununla o, tam yorğunluğunu, 
prezidentlik müddətinin başa çatacağı günü səbirsizliklə 
gözlədiyini nümayiş etdirirdi.
Ağ Evdən getdikdən sonra köhnə dostlarının kömə yilə 
təmir etdirdiyi, Los-Ancelosun nüfuzlu Bel-Eyr məhəl-
ləsində yerləşən malikanəsində yaşayır.  İctimai diqqətdən 
kənarda qalmağa çalışsa da, eks-prezident kimi böyük 
hör mətlə qarşılanıb. Bu xüsusilə onun dünyada sülhün 
bər qərar olunması, «Soyuq müharibəyə» son qoyulması 
istiqamətində gördüyü işlərlə bağlıdır. Təcrübəli siyasi xa-
dim kimi Yaponiyaya dəvət edilmiş, burada mühazirələr 
oxumuşdur. Onun aldığı 2 milyon dollar qonaraq 8-illik 
prezidentliyi müddətində aldığı məvacibdən 400.000 dollar 
çox idi.
Ömrünün son on ilini Reyqan alsheymer xəstəliyindən 
əzab çəkmiş, bütövlüklə yaddaşını itirmişdir. 5 noyabr 
1994-cü ildə  xəstəliyi haqqında rəsmi məlumat vermiş, 
ölkəyə xitabən vida məktubu ilə müraciət etmişdir. 2001-
ci ildə keçirilmiş sosioloji sorğuda amerikalılar onu böyük 
prezident hesab etmişlər.
Ronald Reyqan 5 iyun 2004-cü ildə vəfat etmişdir. 


223
Amerika prezidentləri
CORC BUŞ
(GEORGE H. W. BUSH)
(1989-1993)
Amerika tarixində prezident bu və ya digər səbəbdən 
növbəti seçkilərdə iştirak etmədikdə, fəaliyyətdə olan vit-
se-prezidentin ölkənin ali vəzifəsinə iddialı olması bir neçə 
dəfə  təkrarlanıb. Lakin bu özünü yalnız iki dəfə doğrul-
dub. 1836-cı il seçkilərində vitse-prezident M.Van Burenin 


224
Amerika prezidentləri
namizədliyi irəli sürülüb və o qalib gəlib. Bu praktika bir də 
152 il sonra, Corc Buş prezident olduqda özünü doğruldub.
Seçkiöncəsi ona bu haqda verilən suala belə cavab ve-
rib: «Əvvəla keçmiş seçkilərlə 1988-ci il seçkiləri arasında 
böyük fərqlər var. İkincisi Şirli Makleyn (sipiritizm bilicisi 
hesab edilən məşhur Hollivud kinoaktrisası) deyir ki, keç-
miş həyatımda mən M.Van Buren olmuşam».
ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buş 12 
iyun 1924-cü ildə Milton şəhərində (Massaçusets şt.) anadan 
olub. Atası Preskott Buş Nyu-Yorkdakı aparıcı banklardan 
birinin ortağı idi, 1952-63-cü illərdə isə Konnektikut ştatını 
senatda təmsil etmişdi. Balaca Corc ilk təhsilini Andoverdə, 
Filips Akademiyasının nəzdindəki internatda alır. Burada 
təhsilini bitirdikdən altı ay sonra, yaponlar Pörl-Harbörə 
hücum etdikdə könüllü cəbhəyə gedir və dəniz aviasiyasın-
da xidmətə başlayır. Elə xidmətinin ilk aylarında ona zabit 
rütbəsi verilir. Üç il ərzində Sakit okeanda döyüşən Corc, 
«San-Casinto» aviadaşıyıcısındakı torpedo-bombardman-
çı  təyyarəsində 58 döyüş uçuşu edir. Göstərdiyi igidlik 
və rəşadətlərə görə orden və üç medalla təltif edilir. 58-ci 
uçuş onun üçün sonuncu olur. 1944-cü il sentyabrın 2-də 
onun təyyarəsi yapon zenit artilleriyası tərəfi ndən vurulur. 
Müharibə qurtardıqda ordudan tərxis olan Buş iki il yarım 
Konnektikutdakı məşhur Yel Universitetində oxuyaraq iqti-
sadçı ixtisasına yiyələnir. Hələ müharibə ərəfəsində, 1945-
ci il yanvarın 6-da üç il əvvəl tanış olduğu Barbara Pirslə 
ailə qurur və bu nikahdan onların beş övladı dünyaya gəlir. 
Qeyd edək ki, Buşların ilk övladları Corc Buş (oğul) sonra-
lar ABŞ prezidenti olub.
Yel Universitetini bitirdikdən sonra ailəsilə birgə 
Cənub-Qərbə –Texasın Odessa şəhərinə köçür və burada 
neft avadanlıqları istehsal edən «Dresser indastriz» kom-
paniyasında işləyir. Atası bu kompaniyanın direktorlar 
şurasının üzvü idi. Sahibkarlıq təcrübəsini zənginləşdirən 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə