Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   49   50   51   52   53   54   55   56   57

216
Amerika prezidentləri
Karterin qeyri-adi idarəetmə tərzi özünü Konqresə olan 
münasibətdə də göstərdi. Baxmayaraq ki, hər iki palatada 
üstünlük demokratlarda idi, partiya funksionerləri Uoter-
geyt qalmaqalından sonra icraedici aparata qarşı radikallıq-
dan əl çəkmədilər.
Xarici siyasətdə Karter administrasiyası ilk əvvəl bəzi 
uğurlar  əldə edə bildi. 1973-cü ildən Kissincer tərəfi ndən 
aparılan ABŞ-Misir danışıqları  bəhrəsini verdi. Karterin 
təşəbbüsü ilə Misir prezidenti Sadat və  İsrailin baş naziri 
Begin arasında Kemp-Deviddə on üç gün davam edən danı-
şıqlar baş tutdu və 1978-ci ilin sentyabrında sülh müqaviləsi 
imzalandı.
Sovet İttifaqı ilə münasibətlərini normallaşdırmaq daha 
çətin başa gəlirdi. Karter xüsusilə iki məsələdə anlaşmaq 
istəyirdi, silahlanmaya birgə nəzarət və insan haqlarının qo-
runması. 
Lakin, onun bu istiqamətdə atdığı  hər bir addım istər 
daxili opponentləri, istərsə  də Avropadakı müttəfi qləri 
tərə fi n dən təpki ilə qarşılandı. Nəhayət 1979-cu ildə stra-
teji nüvə silahlarının məhdudlaşdırılması haqda OCB-II 
müqaviləsi bağlandı. Bununla yanaşı Çin Xalq Respublika-
sı ilə (Tayvanla diplomatik əlaqələrin kəsilməsi bahasına) 
münasibətlər tənzimləndi.
Çox keçmir ki, SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi 
bu nailiyyətləri heçə endirir. Birləşmiş  Ştatların atdığı ilk 
addım SSRİ-yə taxıl satışını qadağan və Moskvada 1980-ci 
il Yay Olimpiya oyunlarının boykot edilməsi oldu.
1979-cu ildə İranda ABŞ tərəfi ndən dəstəklənən şah re-
jiminin devrilməsi də Karterin nüfuzuna böyük zərbə vurdu.
Növbəti prezident seçkilərində Karterin namizəd olma-
sı ona partiyadaxili parçalanmalar bahasına başa gəldi.
Seçkilərdə Karterin əsas rəqibi mühafi zəkar respub-
likaçı Ronald Reyqan idi. Reyqan dünyada baş verən bö-


217
Amerika prezidentləri
yük hadisələrə Karter hökumətinin passiv münasibətini 
kəskin tənqid edirdi. Karterin Reyqanı bütün dünyada 
sülhə təhlükə olacaq çıxışlar etməkdə ittiham etməsi də ona 
köməklik göstərmədi. Seçkilərdə 51 % səs toplayan Rey-
qan prezident seçildi.
Seçkilərdəki məğlubiyyətdən məyus olan Karter qısa 
fasilədən sonra, yenidən ictimai-siyasi fəaliyyətə başlayıb. 
İlk olaraq Atlantada prezident kitabxanasını yaradır. Onun 
təsis etdiyi «Karter Mərkəzi» beynəlxalq problemlərin həlli 
ilə məşğuldur. Bu yöndə o bəzi uğurlar da əldə edib.
1994-cü ilin sentyabr ayında Haitiyə diplomatik səfəri 
ərəfəsində o, hakimiyyətdən uzaqlaşdırılmış prezident 
Aristidin öz vəzifəsinə qaytarılması  tərəfdarı kimi çıxış 
edib. 1995-ci ilin əvvəllərində isə Bosniya münaqişəsinin 
həllində vasitəçilik etmişdir. Karter kasıblar üçün mənzillər 
tikilməsi layihəsinin gerçəkləşməsində də yaxından iştirak 
edir. 


218
Amerika prezidentləri
RONALD REYQAN 
(RONALD REAGAN)
(1981-1989)
Ronald Reyqan D.Eyzenhauerdən sonra iki tam 
müddətə hakimiyyətdə olmuş ilk prezident idi. O, böyük 
ictimai nüfuz sahibi kimi vəzifədən gedib. Bəzi tarixçi, jur-
nalist və politoloqların rəylərinə görə F.D.Ruzveltdən sonra 


219
Amerika prezidentləri
ABŞ xarici və daxili siyasi kursunda R.Reyqan qədər əsaslı 
dəyişikliklər etmiş ikinci prezident yoxdur.
Ronald Uilson Reyqan 6 fevral 1911-ci ildə  İllinoys 
ştatının Tampiko şəhərciyində irland əsilli ailədə dünyaya 
gəlib. Atası Edvard Reyqan ayaqqabı ticarəti ilə  məşğul 
olsa da, qazancı ailəni dolandırmağa güclə çatırdı. Elə bu 
səbəbdən Ronald ilk yeniyetməlik çağlarından işləməyə 
məcbur olur, hələ orta məktəbdə oxuduğu illərdə 14 yaşında 
ikən tikintidə işləyir. Növbəti altı ildə Diksondakı (İllinoys 
şt.) kurort zonasındakı çimərlikdə xilasetmə stansiyasında 
işləyir. Yaxşı idmançı olması ona yarımtəqaüd almaq şərtilə 
Yurik kollecində təhsilini davam etdirməyə imkan yaradır. 
Bu ərəfədə özünü dolandırmaq məqsədilə qabyuyan, üzgü-
çülük müəllimi, qadınlar yataqxanasında aşpaz kimi çalı-
şır. Çətin şəraiti onun təhsilə ciddi yanaşmasına mane olub. 
Kollecdə də göstərdiyi əsas səy futbol komandasının üzvü 
olmağa yönəlib.
1932-ci ildə kolleci bitirən Reyqan valideynlərinin ya-
nına qayıdır. Daha bir il xilasetmə stansiyasında işlədikdən 
sonra Davenport radiostansiyasında futbol şərhçisi olur. 
1934-cü ildən «WHO» radiostansiyasında idman şərhçisi 
kimi işə qəbul edilir və burada «Kabz» və «Uayt soks» ko-
mandalarının oyunlarına şərhçilik edir.
 1937-ci ildə «Kabz» komandası ilə birlikdə Katolinada 
olarkən «Uorner brazerz» kinoşirkəti onu sınaq çəkilişlərinə 
dəvət edir. Uğurlu keçən sınaqdan sonra şirkət onunla 
müqavilə imzalayır. İlk əvvəl ikinci dərəcəli fi lmlərdə çəkilir.
Getdikcə kino aləmində tanınan Reyqan 29 yaşında 
ikən kinoaktirisa Ceyn Uaymenlə ailə qurur. Lakin nikah 
uğursuz olmuş və onlar səkkiz il birgə yaşadıqdan sonra ay-
rılmışlar. Gələcək prezident 1952-ci ildə ikinci dəfə Nensi 
Devislə evlənmişdir.
İkinci Dünya Müharibəsi başladıqda orduya çağırılsa da 
görmə qabiliyyəti zəif olduğu üçün arxa cəbhəyə göndərilir 


220
Amerika prezidentləri
və əsasən təbliğat xarakterli fi lmlərin səsləndirilməsində iş-
tirak edir.
 50-ci illərin əvvəllərindən tədricən kinodan uzaqlaşır. 
1954-cü ildə «Ceneral Elektrik»də işə düzəlir. Bununla ya-
naşı televiziyada «Ceneral Elektrik Teatr» verilişinin apa-
rıcısı olur. Müqaviləyə əsasən o, həmçinin şirkətə məxsus 
müəssisələrə gedərək təbliğat-təşviqat xarakterli çıxışlar 
etməli idi. Etdiyi standart çıxışlar bəzən siyasi məzmunda 
olurdu. O əsasən Amerika demokratiya idealını mədh edə-
rək, kommunist təhlükəsindən danışırdı. Bu tədricən onun 
siyasətlə ciddi maraqlanmasına səbəb oldu.
İlk vaxtlar özünü Ruzveltsayağı demokrat hesab edən 
Reyqan 1962-ci ildə rəsmi olaraq respublikaçılar partiyası-
nın üzvü olur.
Bu ərəfədə iş yerini itirir. Və iki il işsiz qalır. Çox keç-
mir ki, respublikaçılar onu Kaliforniya ştatının qubernato-
ru seçkilərinə namizəd göstərirlər. 1966-cı ilin payızında 
keçirilən seçkilərdə o, demokrat Pet Brauna qalib gələrək 
qubernator seçilir. 
1974-cü ilədək Kaliforniya qubernatoru kimi fəaliyyət 
göstərən Reyqan 1976-cı il prezident seçkilərində respubli-
kaçıların namizədi olmaq istəsə də, bu istəyinə nail olmur. 
Lakin növbəti seçkilərdə bütün mərhələləri uğurla keçərək 
prezident seçilir.
Reyqanın ABŞ daxili və xarici siyasətində etdiyi önəmli 
dəyişikləri «mühafi zəkar inqilab» adlandırırlar.  İnqilabın 
nüvəsini «reyqanomika» adlandırılan və 70-ci illər iqtisa-
di problemlərinin həllinə yönəlmiş  təklifl ər paketi təşkil 
edirdi. Burada əsas hədəf kimi vergilərin azaldılması  və 
dövlətin investisiya qoyuluşuna  əngəl törədən maneələri 
aradan qaldırmaqla iqtisadi inkişafa nail olmaq götürül-
müşdü. Ümumiyyətlə Reyqan hökuməti, iqtisadiyyatı in-
kişaf etdirmək, infl yasiyanın qarşısını almaq məqsədilə 
dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə