Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   49   50   51   52   53   54   55   56   57

228
Amerika prezidentləri
BİLL KLİNTON
(BILL CLINTON)
(1993-2001)
Bill Klinton (tam adı Uilyam Cefferson Blayt IV) 19 av-
qust 1946-cı ildə Arkanzas ştatının Houp şəhərində dünyaya 
gəlib. O, hələ anadan olmamış bədbəxt hadisə nəticəsində 


229
Amerika prezidentləri
atası həlak olur. Dörd yaşında ikən anası avtomobil ticarəti 
ilə məşğul olan Rocer Klintona ərə gedir (Bill on beş ya-
şından atalığının familiyasını daşıyır).  Şöhrətpərəst olan 
balaca Bill dərslərini yaxşı oxuyar və  məktəbin birinci 
şagirdlərindən hesab edilərdi. Bununla yanaşı məktəbin caz 
orkestrinə rəhbərlik edib. (Musiqiyə olan marağını bu gün 
də saxlayan Bill tez-tez saksafonda sevdiyi caz havalarını 
məharətlə ifa edir).
Orta məktəbdə təhsil aldığı illərdə, həyatında baş verən 
ən yaddaqalan hadisə onun 1963-cü ilin iyulunda Mil-
li Gənclər təşkilatının üzvü kimi prezident Kennedi ilə 
görüşməsi olub. Sonralar etiraf edib ki, məhz həmin görüş 
onu gələcəkdə siyasətçi olmağa həvəsləndirib.
Klintonun Cənub babtist kilsəsinin üzvü olmasına bax-
mayaraq orta təhsilini bitirdikdən sonra Vaşinqtondakı nü-
fuzlu Corctaun Universitetinə daxil olur. Təqaüd alması 
ona 1969-70-ci illərdə Oksfordda oxumasına şərait yaradır. 
Gələcək həyat yoldaşı Hillari Rodhemlə (onunla nikahdan 
Klintonun iki övladı var) tanış olduğu Yel hüquq institu-
tunu bitirdikdən sonra isə Arkanzasa qayıdır. Təhsil aldığı 
müddətdə maddi problemlərini özü həll etmiş, eyni zaman-
da üç yerdə işləməyə məcbur olmuşdu. 
Fayetvell Universitetinin hüquq fakültəsində qısamüd-
dətli pedaqoji fəaliyyət göstərdikdən sonra, 1974-cü ildən 
siyasətlə ciddi surətdə məşğul olmağa başlayır. Demokrat 
partiyasının üzvü kimi Konqresdə keçirilən seçkilərdə işti-
rak etsə də məğlubiyyətə uğrayır. Kiçik fərqlə məğlub olan 
Klinton Arkanzas siyasi isteblişmentinin diqqətini özünə 
cəlb etdi. Bu onun iki il sonra Arkanzas ştatının ədliyyə na-
ziri seçkilərində iştirak edərək qalib gəlməsinə səbəb oldu. 
1978-ci ildə isə qubernator seçkilərinə qoşulur və ABŞ 
tarixində ən gənc, 32 yaşında qubernator seçilir.
Qubernator olduğu müddətdə özünü bacarıqlı inzibat-
çı kimi tanıdır. ABŞ-ın kasıb  ştatlarından olan Arkanzas 


230
Amerika prezidentləri
Klintonun rəhbərliyi dövründə əhəmiyyətli dərəcədə inki-
şaf edir. Bunu bəzi statistik göstəricilərin müqayisəsi aydın 
göstərir. Yeni iş yerlərinin açılması, təhsil sahəsində  əldə 
edilən uğurlar məhz Klintonun məqsədyönlü fəaliyyətinin 
nəticəsidir.
1991-ci il prezident seçkilərində namizədliyini irəli 
sürən Klinton ölkə  səviyyəsində o qədər də tanınmırdı. 
Buna baxmayaraq o, artıq demokrat partiyasının daxilində 
nüfuz sahibi idi. Onun xüsusilə Reyqan siyasi kursunu 
dəstəkləyən (onları «Reyqan demokratları» da adlandırır-
dılar) sıravi demokratları potensial seçicilər cərgəsinə qay-
tarılmasında böyük rolu vardı. Klintonun seçki kampani-
yasının strateji xətti bir növ yaddan çıxmış orta təbəqənin 
mənafeyinin qorunması təşkil edirdi. Digər tərəfdən Rey-
qan hökumətindən miras qalmış  və Buş  tərəfi ndən həll 
edilməmiş büdcə  kəsirləri və  işsizlik probleminin həlli 
istiqamətində görəcəyi işləri seçicilərə bəyan etməsi onun 
şansını artırırdı. Noyabrda keçirilən seçkilərdə 43 % səs 
toplayan Klinton proqnozların  əksinə olaraq qalib gəldi. 
Fars körfəzi müharibəsinin uğurla başa çatması da Buşa 
kömək etmədi. Klintonun qələbəsində partiyasız sahibkar 
Ross Peronun da rolu oldu. Belə ki, R.Pero xüsusilə Buşun 
elektoratına daxil olan seçiciləri öz tərəfi nə çəkərək səslərin 
1/5-ni ala bilmişdi. Digər tərəfdən bu amerikalıların hər iki 
partiyanın yeritdiyi siyasətdən narazılığının ifadəsi idi.
Qeyd edək ki, Klintonun seçkiönü kampaniyasına onun 
bəzi  şəxsi keyfi yyətləri kölgə salıb. Vyetnam müharibəsi 
ərəfəsindəki davranışı, tələbə olarkən narkotik maddələr 
qəbul etməsi, qubernatorluğu ərzində bəzi maliyyə maxina-
siyalarında iştirak etməsi kimi kompromatlar opponentlərinə 
yaxşı mövzu idi. Lakin bu kompromatlar onun əxlaqi nüfu-
zuna zərbə vursa da, prezident seçilməsinə mane olmadı. 
R.Reyqanın prezidentliyi dövründən qalan problemlər, 
başlıcası artıma meylli 200 mlrd.-lıq büdcə kəsirinin aradan 


231
Amerika prezidentləri
qaldırılması öz həllini gözləyirdi. Klinton 17 fevral 1993-cü 
il hesabatında büdcə kəsirlərinin ləğv edilməsini prezident-
liyinin əsas məqsədi olduğunu bildirdi. Gərgin danışıqlar-
dan sonra kəsirləri aradan qaldırmaq üçün nəzərdə tutulan 
beşillik büdcə planını senatdan keçirmək ona nəsib oldu.
Qarşıya qoyulan əsas hədəfl ərdən biri səhiyyədə ra-
dikal islahatların keçirilməsi idi. İslahatlara xüsusi diqqət 
yetirən Klinton səhiyyə problemlərini həll edəcək işçi 
qrupa rəhbərliyi xanımı Hillari Klintona tapşırdı. Bu ABŞ 
tarixində «birinci ledi»nin dövlət əhəmiyyətli problemlərin 
həllində ilk iştirakı idi. Klintonun vaxtilə «prezident 
seçilsəm  əsas məsləhətçilərimdən biri xanımım olacaq» 
deməsi özünü doğrultdu.
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqda qa-
nunlar paketinin hazırlanması Klintonun əsas uğurlarından 
oldu. Bu qanunlar 30.2 mlrd. dollara başa gələn 100.000 
nəfərin polis sıralarına qəbul edilməsini vətəndaşların sax-
lamaq hüquq olan 19 sayda silahın qadağan edilməsini, 
üçüncü dəfə cinayət törətmiş  şəxsin avtomatik ömürlük 
həbsə məhkum olunmasını özündə əks etdirirdi.
Prezidentliyi  ərzində  əsas diqqəti daxili problemlərin 
həllinə yönəltməsinə baxmayaraq Klintonun xarici siyasəti 
də  bəzi uğurlar qazandı. Dövlət katibi U.Kristoferin 
vasitəçilik etdiyi Fələstin Azadlıq Təşkilatı ilə  İsrail ara-
sında aparılan danışıqlar 1993-cü ilin sentyabrında Ağ 
Evdə sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Ru-
siya ilə münasibətlər qısa müddətə normal məcraya salın-
dı. Rusiyaya iqtisadi kömək onun öz imperiya ambisiya-
larını məhdudlaşdırması hesabına başa gəldi. (məs. Baltik 
ölkələrindən rus əsgərlərinin çıxarılması tələbi).
1994-cü il yanvarın 10-da NATO-nun Brüsseldə 
keçirilən toplantısında «Sülh naminə tərəfdaşlıq» paktı im-
zalandı. Paktın Şərq ölkələrinə ekspansiyasına etiraz edilsə 
də (xüsusilə Rusiya bundan çox narahat idi), nəticədə ABŞ 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə