Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   49   50   51   52   53   54   55   56   57

212
Amerika prezidentləri
Reyqan 1976-cı il prezident seçkilərinə Fordun namizəd ol-
masının qəti əleyhinə çıxış edirdi. Ford əvvəl bu çıxışlara 
əhəmiyyət verməsə də ilkin seçkilər Reyqanın reytinqinin 
yüksək olduğunu göstərdi. Yalnız partiyanın Kanzas-Sitidə 
keçirilən konventində Ford əsas rəqibinə kiçik üstünlüklə 
qalib gələrək partiyanın namizədi oldu. Bunun üçün o, li-
beral vitse-prezident Nelson Rokfellerlə vidalaşmaq zorun-
da qalır və bu vəzifəyə mühafi zəkar senator Robert Doul 
namizəd göstərilir.
Demokratların namizədi isə Amerika xalqına  əyalət 
adamı kimi təqdim edilən Cimmi Karter idi. 
1976-cı ilin noyabrında keçirilən seçkilərdə Kar-
ter 50,1 % səs toplayaraq prezident oldu. Seçicilər Ce-
rald Fordu şəxsən cavabdeh olmadığı qalmaqallara görə 
cəzalandırmışdılar.
Ford zəif prezidentlər sırasında özünə əbədi yer tutub. 
Lakin burada bir məqama diqqət yetirmək gərəkdir ki, o 
prezident olarkən ağır mirasa yiyə durub və prezidentlik 
institutunun bilavasitə ondan asılı olmayan səbəblərdən 
nüfuzunu itirdiyi dövrdə prezidentlik edib. Digər tərəfdən 
Ford heç vaxt prezidentlik iddiasında olmayıb. Onun prezi-
dent olması nəinki ölkə, hətta özü üçün də gözlənilməz idi.
İstefaya çıxdıqdan sonra ciddi siyasi fəaliyyət 
göstərməsə də, qoca və təcrübəli dövlət xadimi kimi daim 
diqqət mərkəzində olub. Ford 26 dekabr 2006-cı ildə vəfat 
etmişdir.


213
Amerika prezidentləri
CİMMİ KARTER 
(JIMMY CARTER)
(1977-1981)
ABŞ prezidentləri tarixində  hər bir prezidentin 
fəaliyyəti, onun ölkə tarixində xidmətləri bu və ya digər 
prinsiplər  əsasında dəyərləndirilir. Lakin qeyd edək ki, 
bu dəyərləndirmələr nisbi xarakter daşıyır. Müasirləri 


214
Amerika prezidentləri
tərəfi ndən fəaliyyəti qənaətbəxş hesab edilməyən prezi-
dent sonralar tamamilə başqa cür qiymətləndirilib. Belə 
prezidentlərdən biri də Cimmi Karterdir.
Bu gün Amerika tarixçiləri, siyasi xadimləri və insan 
haqları uğrunda hərəkat fəalları bir çox xüsusiyyətlərinə görə 
bu insana rəğbət göstərirlər. Bunun başlıca səbəblərindən 
biri Karterin ABŞ xarici siyasətini insan haqları ilə uzlaş-
dırmağa çalışması olmuşdur.
Cimmi Karter (Ceyms Erl Karter) 1 oktyabr 1924-cü 
ildə Pleynis şəhərində (Corciya şt.) anadan olub. Onun nəsil 
şəcərəsi haqqında müxtəlif versiyalar var. Bəzi bioqrafl arı 
Karterin ingilis kralı Böyük Alfredin nəslindən olduğunu 
bildirir. Digərləri isə 1650-ci ildə Amerikaya köçmüş ser 
Tomas Karteri Cimminin ulu babası hesab edirlər. Karte-
rin özü isə hazırda mövcud olan ailə məzarlığında 1798-ci 
ildə dəfn olunmuş Uayli Karterin nəslin ona məlum olan ilk 
nümayəndəsi olduğunu deyir.
Atası Erl Karter işgüzar fermer və böyük dükan sahibi 
olsa da «Böyük böhran» onlardan da yan keçməyib. Cimmi 
ilk uşaqlıq çağlarından işləməyə məcbur olur. Beş yaşında 
ikən Pleynisin küçələrində qovrulmuş araxis sataraq gündə 
5 dollar qazanardı. Lakin bu, onun təhsil almasına mane 
olmayıb.
Yerli məktəbdə orta təhsilini bitirərək, 1943-cü ildə 
çox sevdiyi dənizçilik peşəsinə yiyələnmək məqsədilə 
Annapolisdəki Birləşmiş  Ştatlar Hərbi-Dəniz Akademiya-
sına daxil olur. Üç il sonra Akademiyanı miçman rütbəsində 
bitirir. Elə  həmin il Karterlərin çoxdankı dostları Smitlər 
ailəsinin qızı Rozalinlə evlənir.
Tezliklə donanmada xidmətə başlayaraq yeddi il burada 
qulluq edir. 1953-cü ildə atasının vəfatı onu istefaya çıxma-
ğa məcbur edir və 29 yaşlı Karter doğma ştata qayıdaraq 
ailə biznesini davam etdirir.


215
Amerika prezidentləri
Xidməti ərzində topladığı kiçik məbləği də biznesə qo-
yaraq atasının işini daha da inkişaf etdirir. On beş il sonra 
onun illik dövriyyəsi 1 milyon dollara çatmışdı. Bundan 
əlavə bir çox şirkətlərə ortaq olan Karter artıq nüfuzlu iş 
adamı kimi tanınırdı.
Tədricən yerli siyasi dairələrdə söz sahibi olması, onun 
«Març of daymz» xeyriyyə cəmiyyətinin sədri seçilməsi ilə 
nəticələndi. 1962-ci ildə isə Corciya senatına seçilir və iki 
seçki müddətində burada fəaliyyət göstərir.
1966-cı ildə demokrat partiyasının nümayəndəsi kimi 
qubernator seçkilərində iştirak edir, lakin uğur qazana bil-
mir. Məğlubiyyət onu ruhdan salmır, 1970-ci ildə yenidən 
seçki marafonuna qoşulur və asanlıqla qubernator seçilir.
Karter 1972-ci il prezident seçkilərində «maarifl ənmiş 
və sənayeçi cənubun nümayəndəsi» kimi vitse-prezidentliyə 
namizəd olmaq istəyir. Lakin demokrat-namizəd Corc 
Makqovernin yaxın ətrafı buna mane olur. Aldığı rədd ca-
vabı onu növbəti seçkilərdə öz namizədliyini irəli sürməyə 
ruhlandırır. 1976-cı ildə demokratların namizədi kimi çıxış 
edərək yalnız 2 % üstünlüklə Forda qalib gələrək prezident 
seçilir.
Seçki marafonunun startında aşkar autsayder hesab 
edilən Karterin qələbəsinin bir çox səbəbləri vardı. Əvvəla 
Nikson maxinasiyalarından qorxmuş Amerika ictimaiyyəti 
professional siyasətçilərə inanmaq istəmirdi. İkinci başlıca 
səbəb Karterin əyalət adamı olması, heç bir siyasi qalma-
qalda adının çəkilməməsi, bir sözlə şəxsi keyfi yyətləri idi.
Nikson sindromunu dəf etmək məqsədilə Karter 
idarəetməyə yeni çalarlar əlavə etdi. İnauqurasiya günü 
Kapitolidən Ağ Evə ənənəvi olaraq limuzində deyil piya-
da getməsi, prezident himninin çalınmasının yasaqlanma-
sı, səfərə gedərkən əl baqajını özü götürməsi kimi formal 
dəyişikliklər edildi.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə