Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
  1   2   3   4   5   6   7   8   9   ...   62


Qubad İbad oğlu (Bayramov)
Özəlləşdirmə: 
Dünya təcrübəsi və Azərbaycanın timsalında 
Özəlləşdirmənin nəzəri-metodoloji Problemləri və  retrospektiv iqtisadi  təhlil
Bakı - "Elm və həyat" nəşriyyatı-2001
www.ekspert.go.to
Elmi redaktor:
Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi təhlil" kafedrasının professoru, i.e.d. 
R.B.ƏLİYEV
Rəyçilər:
Professor, T.Ə.QULİYEV
Azərbaycan Dövlət İqtisad Universiteti 
* * *


İçindəkilər 
Giriş
 I fəsil.Özəlləşdirmənin nəzəri və metodoloji məsələləri
1.1 Özəlləşdirmə nəzəriyyələri
1.2. Mülkiyyət hüquqları  və korporativ idarəetmə
II fəsil. Ayrı-ayrı ölkələrin özəlləşdirmə təcrübəsi və onun xüsusiyyətləri
2.1. İnkişaf etmiş ölkələrdə özəlləşdirmə
2.2. Latın Amerikası ölkələrində özəlləşdirmə
2.3. Asiyanın yeni sənaye dövlətlərində özəlləşdirmə
2.4. Türkiyədə özəlləşdirmə
III fəsil. Kütləvi özəlləşdirmə proqramlarının müqayisəli təhlili
3.1. Kütləvi özəlləşdirmə modelləri           
3.2. Kütləvi özələlşdirmə  proqramlarında təklif
və tələb aspektləri
3.3. Kütləvi özəlləşdirmə proqramlarında mübadilə mexanizmləri
IV fəsil. Postsosialist ölkələrində özəlləşdirmə problemləri və onun nəticələri 
4.1. Şərqi və Mərkəzi Avropa ölkələrində
özəlləşdirmənin nəticələri və onun dərsləri
4.2. Rusiya və digər MDB dövlətlərində
özəlləşdirmənin nəticələri və onun dərsləri
4.3. Çin və Monqolustanda özəlləşdirmənin
nəticələri və onun dərsləri
V fəsil. Azərbaycanda mülkiyyətin dövlətsizləşdirilməsi və müəssisələrin özəlləşdirilməsinin 
səmərəli  təşkili problemləri
5.1. Azərbaycanda özəlləşdirmə modelinin
konseptual və hüquqi normativ  əsasları
5.2. Özəlləşdirmənin ilkin dövlət proqramı üzrə
yekunlarının sosial-iqtisadi konteksdə
qiymətləndirilməsi və retrospektiv təhlili
5.3. Özəlləşdirmənin  inkişaf meylləri və onun perspektiv təhlili 
Nəticə
Ədəbiyyat 


PRIVATIZATION IN THE WORLD AND AZERBAIJAN
The Theoretıcal-Methodıcal  Problems Of Prıvatızatıon And Retrospectıve Economıc Analysıs
Contents
Introduction
Chapter 1.Theoretical and methodological issues of       Privatisation
1.1 .Theroretical issues of provatization
1.2 .Ownership rights and corporative management
Chapter 2. Privatization experience in various countries and its peculiarities
2.1. Privatization process in developed countries 
2..2 Privatization in Latin American countries
2.3. Privatization in new industrial countries of Asia
2.4..Privatization in Turkey 
Chapter 3. Comparative analysis of the mass privatization programs
3.1. Mass privatization models
3.2. Supply and demand aspects in mass privatization programs
3.3. Interchange the mechanism in mass privatization programs
Chapter 4. The results of privatization in the post Soviet countries and its outcomes
4.1.The results of privatization in the Western and Central European countries and its outcomes
4.2. The results or privatization in Russia an in the other CIS countries and its outcomes
4.3.The results or privatization in South - Western Asia and its outcomes
Chapter 5. Privatization of the state property in Azerbaijan and issues on effective management of 
privatization of enterprises
5.1. Conceptual basis of privatization models in Azerbaijan and survey of the juridical-normative 
base 
5.2. Evaluation of the first State Privatization Program's results in social-economic dimension and 
retsocpective analysis
5.3. Development and prospective analysis of privatization process
* * *


Giriş
Son dövrlər sürətlə qloballaşan dünya iqtisadiyyatında mülkiyyətin dövlətsizləşdirilməsi və
müəssisələrin özəlləşdirilməsi istiqamətində həyata keçirilən struktur islahatları, onun səmərəli 
təşkili məsələləri müxtəlif səviyyəli elmi-praktiki müzakirələrdə nəinki tədqiqatçıları, hətta 
praktikləri belə cəlb edən və düşündürən mövzulardan ən aktualı hesab olunur. Özəlləşdirmə XX 
əsrin sonralarında da, XXI əsrin əvvəllərində də, ümumiyyətlə tarixən də nəinki bazar 
iqtisadiyyatına keçid dövründə sistem dəyişiklərini yaşayan, hətta sənayecə inkişaf etmiş, sarsılmaz 
bazar münasibətləri ilə seçilən dövlətlərin  də iqtisadi siyasət gündəliyində olmuşdur. Bu 
kontekstdə  aktuallığı  ilə  həmişə fərqlənən iqtisadiyyatın tənzimlənməsində dövlətin rolu, onun 
reallaşdırılması mexanizmləri, mülkiyyət hüquqlarının bölgüsü, yenidən bölgüsü, korporativ  
idarəetmə  məsələlərinin hələ bir çox müzakirələrin aparıcı mövzusuna çevriləcəyi şübhə
doğurmur. Belə olan halda, leytmotivini dövlət müəssisələrinin özəlləşdirilməsi təşkil edən 
mülkiyyətdə struktur islahatları ilə bağlı təhlil və tədqiqatların genişləndiyi bir  şəraitdə  yeni fikir 
və  ideyaların meydana çıxması və onun praktiki  tətbiqi nəticəsində optimal hərəkət 
mexanizmlərinin doğru-düzgün müəyyənləş-dirilməsi-mövcud gerçəkliklərin 
qiymətləndirilməsindən, qərar-laşan tendensiyaların  vaxtında səciyyələndirilməsindən daha çox 
asılıdır.
Bu məqsədlə hər bir dövlətin iqtisadi sistemində bazis rolunu oynayan mülkiyyət münasibətlərinə, 
onun səmərəli təşkili məsələlərinə, idarəetmə formalarına, müxtəlif mülkiyyət növləri arasındakı 
optimal nisbət problemlərinə və bütün bu proseslərin hərəkətverici qüvvəsinə çevrilən özəlləşdirmə
siyasətinə kompleks halda baxış müasir dövrün zəruri tələbatından irəli gəlir. Bu baxımdan 
özəlləşdirmə sadəcə olaraq mülkiyyətin  dəyişməsini şərtləndirən adi bir tədbir kimi deyil, dövlət 
müəssisələrinin satışından başlayaraq onun sağlamlaşdırıl-masına qədər olan dövrü əhatə  edən və
eyni sistem daxilində həyata keçirilən iqtisadi siyasət olaraq qəbul edilməli və
qiymətləndirilməlidir. Artıq bu gün "mülkiyyətçinin kim olması vacib deyil, onsuz da bazar özü 
əvvəl-axır bacarıqlı sahibkarı axtarıb tapacaq" kimi bir vaxtlar iqtisadi ədəbiyyatlarda məşhur olan 
və hətta müəllifini Nobel mükafatı almaq səviyyəsinə qədər yüksəldən Kouz ideyası praktiki 
gerçəklikdə öz iqtisadi əhəmiyyətini itirməkdədir.*
Hazırki dövrdə bu ideyaya söykənən "indi özəlləşdirək, sonra tənzimləyərik" prinsipi əsasında 
aparılan struktur islahatları çərçivəsində dövlətsizləşdirmə siyasətinin real həyatdakı uğurları  da 
çox sönük görsənir. Bu meydanda "xüsusi mülkiyyət və rəqabət" adlı "Siam əkiz"lərinin fəaliyyət 
dairəsi getdikcə genişlənməkdədir. Lakin "Siam əkizləri"ni özəlləşdirmə vasitəsilə iqtisadi və
təsərrüfat müstəvisinə gətirmək istəyənlərin fikirləri  də hələ ki, birmənalı qəbul olunmur. Bu 
iqtisadi fəaliyyətin nəzəri məsələlərinin elmi araşdırılması ilə məşğul olanlar arasında 
özəlləşdirməni, hətta "dövlətin qarətedici əlində yumşaq əlcəyə" bənzədənlər də tapılmışdı. 
Bununla yanaşı  dünyanın iki nəhəng ölkəsinin təqribən oxşar start vəziyyətindən başlayaraq son 10 
ildəki makroiqtisadi yekunlarını müqayisə edib tutarlı arqumentlər söyləyənlər də əldə etdikləri 
təzadlı nəticələri ilə bu istiqamətli fikir və ideyaların təsir gücünü bir az da artırırdılar. Məşhur 
iqtisadçı C.Stiqlits beynəlxalq konfransda "Bu islahatlar hara aparır?" mövzusunda çıxış edərkən, 
Çinin və Rusiyanın iqtisadi göstəricilərindən yalnız birini müqayisəli şəkildə iştirakçıların nəzərinə
çatdırmaqla, bəlaların səbəbini dövlət mülkiyyətində, sosialist quruluşunda, onun dərmanlarını isə
xüsusi mülkiyyətçilikdə, bazar iqtisadi sistemində görənlərin cavabını belə vermişdir: necə olur ki, 
özəlləşdirmə vasitəsilə mülkiyyətin dövlətsizləşdirilməsinə hələ də tələsməyən Çində ümumi milli 
məhsulun (ÜMM) həcmi son 10 ildə 2 dəfə artdığı halda, sürətli  kütləvi özəlləşdirmə taktikası ilə
seçilən Rusiyada müvafiq göstərici eyni dövrdə bir o qədər də azalmışdır? Deməli, bütün iqtisadi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə