Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə41/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   33   34   35   36   37   38   39   40   41

 

83 


qişanın  soyuqlaması,  mayelərlə  zəhərlənmələr  zamanı  ağız  boşluğunda,  udlaqda  və  mədədə 

selikli  qişanın  yanığı,  həmçinin  arı  sancması,  müxtəlif  həşəratların  dərini  zədələməsi  zamanı 

sürtkü yağı kimi istifadə olunur. Öd kisəsi daşlarının tökülməsini təmin etmək üçün gündə 60 qr 

zeytun yağı içmək məsləhət görülür. Yarpaqlarından hazırlanmış cövhər və həlim arterial təzyiqi 

aşağı  salır,  şişmələr  zamanı  sidikqovucu  kimi  təsir  edir,  həmçinin  ateroskleroz  və  piylənmə 

zamanı profilaktik və müalicə vasitəsi hesab edilir. Azərbaycan florasında Avropa zeytunu növü 

məlumdur.  MNB-da zeytunun 15-20 metrlik xiyabanları (alleyası) vardır. 

Zəfəran-  Süsənçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Crocus»  adlanır.  Bu  sözün 

mənası  «sap»  deməkdir.  Bitkinin  adı  ərəb  dilində  «Səfəran»  adlanır,  bu  zəfəran  sözündən 

götürülmüşdür  ki,  mənası  sarı  deməkdir.  Rus  dilində  «Şafran»  adlanır.  Xoş  rənginə,  dadına, 

ətrinə  görə  Azərbaycan  mətbəxində  ətirli  ədviyyat  kimi  işlədilir.  Yağ,  pendir  istehsalında, 

müxtəlif  şirniyyat  növlərinin  və  spirtsiz  içkilərin  hazırlanmasında  zəfərandan  istifadə  olunur. 

Zəfəranın  qurudulmuş  dişicik  tellərinin  dəmlənməsi,  balla  qarışığı,  təzə  çiçək  açarkən  dişicik 

tellərinin qoparılıb  dilin  altına qoyulması,  almanın  içinin  ovulub onun  içərisinə  qoyulması  və s. 

davacatları  beyin  hüceyrələrinə  və  damarlarına  yaxşı  təsir  etməklə,  onların  kirəcləşməsinin 

qarşısını  alır,  gözün  torlu  qişası  xəstəliklərinin,  mirvari  suyunun,  sarılıq,  qaraciyər,  öd  kisəsi, 

mədə-bağırsaq  xəstəliklərinin  müalicəsinə  kömək  edir.  Orqanizmə  güc,  gümrahlıq  və  cəsarət 

verir.  Zəfəranın  erkəkcik  telləri  sonsuzluğa  qarşı  əvəzsiz  müalicəvi  əhəmiyyətə  malik  dərman 

kimi,  qurudulmuş  çiçək  ləçəkləri  isə  sinəyumşaldıcı  vasitə  kimi  istifadə  olunur.  Azərbaycan 

florasında 6 növü məlumdur. Bu növlərin hamısı  MNB-da becərilir. Onların əksəriyyətinin kökü 

kəsilmək  üzrədir.  Ona  görə  də  onların  2  növü  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilib. 

Qalan növlərin də «Qırmızı Kitab»a daxil edilməsi məqsədəuyğundur. 

Zəngçiçəyi-  Zəngçiçəyikimilər fəsiləsinə aid olan birillik, ikiillik və ya çoxillik bitkilərdir. 

Bitki  latın  dilində  «Campanula»  adlanır.  Lüğəti  mənası  campana-zəng  deməkdir.  Rus  dilində 

«Kolokolğçik»  adlanır.  Xalq  arasında  bir  çox  növləri  qida  bitkisi  kimi  ürəkkeçməyə  və  şəkər 

xəstəliklərinə  qarşı  istifadə  olunur.  Bir  çox  növləri  dekorativ  bitki  kimi  əkilib  becərilir. 

Yaşıllaşdırmada müxtəlif bəzək ləklərinə  yaraşıq vermək və  gül dəstəsi düzəltmək üçün istifadə 

etmək olar. Azərbaycan florasında 46 növü bitir. 



Zəravənd-  Zəravəndkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Aristolochia»,  rus  dilində  «Kirkazon»  adlanır.  Dekorativ  bitkilərdir.  Bəzi  növləri  xalq 

təbabətində istifadə olunur. Azərbaycan florasında 3 növü məlumdur. 

Zımbırtikan  (Göytikan)-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Eryngium»,  rus  dilində  «Sineqolovnik»  adlanır.  Zımbırtikanın 

yarpaqlarında  163  mq%  C  vitamini  vardır.  Zımbırtikanın  yağı  ənbər  və  müşkə  oxşar  xoş  ətirə 

malikdir.  Təzə  şirəli  kökləri  qidada  istifadə  olunur.  Dekorativ  bitkidir.  Azərbaycan  florasında  4 

növü məlumdur. 

Zinniya-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki 

latın  dilində  «Zinnia»,  rus  dilində  «Üinniə»  adlanır.  Zinniya  bəzək-bağçılıqda  müxtəlif  formalı 

çiçəkliklər  salmaq  üçün  geniş  istifadə  olunur.  Çiçəkləri  iri,  rəngli  olduğundan  gül  dəstəsi 

düzəltmək üçün də istifadə olunur. Azərbaycan florasında Zərif zinniya növü vardır. 



Zirə-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  ikiillik  və  çoxillik  bitkidir.  Bitki 

latın dilində «Carum» adlanır. Lüğəti mənası car-baş deməkdir. Rus dilində «Tmin» adlanır. Hal-

hazırda  tərkibindəki  efir  yağına  görə  çörək-bulka,  yeyinti,  konserv  sənayesində,  ətriyyat, 

kosmetika  istehsalında,  əczaçılıqda  geniş  istifadə  edilir.  Zirə  qusmanın  qarşısını  alır,  həzm 

sistemini  qaydaya  salır.  Xalq  təbabətində  zirənin  meyvə  və  toxumlarından  hazırlanan  ekstrakt, 

cövhər  və  dəmləmələrdən  sidikqovucu,  qadın  xəstəliklərində  ağrıkəsici  kimi  istifadə  edilir  və 

bağırsaq  xəstəliyində  çay  kimi  dəmlənib  qəbul  edilir.  Adi  zirə  toxumundan  alınmış  ekstraktdan 

müxtəlif  dərəcəli  şişlərin,  göz  xəstəliklərinin,  nevrozun  müalicəsində,  maddələr  mübadiləsinin 

nizama  salınmasında  istifadə  edilir.  Adi  zirədən  hazırlanan  preparatlar  xroniki  mədə-bağırsaq 

xəstəliklərində  geniş  tətbiq  edilir.  Ondan  həzmetmə  qabiliyyətinin  yaxşılaşdırılmasında, 




 

84 


iştahgətirici,  köpmənin  qarşısını  alan  və  yelqovucu  vasitə  kimi  də  istifadə  edilir.  Azərbaycan 

florasında 3 növü məlumdur. 



Zirəvər-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Chamaesciadium»  adlanır.  Lüğəti  mənası  chamai-  torpaqda  yerləşmiş,  scias-  çətir 

deməkdir.  Rus  dilində  «Nizkozontiçnik»,  «Xamesüiadium»  adlanır.  Yaxşı  yem  bitkisi  sayılır. 

Azərbaycan florasında Gövdəsiz zirəvər növü məlumdur.  



Zəyrək  (Kətan)-  Zəyrəkkimilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  ya  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Linum»,  rus  dilində  «Len»  adlanır.  Əzilmiş  toxumlar  suda  bişirilmiş  sıyıq 

halında  yarasağaldıcı  kimi  istifadə  olunur.  Toxumlarından  yağ  alanır.  Toxumlarında  42-45%-ə 

qədər  yağ  vardır.  İşlətmə  zəyrək  növü  əvvələr  işlətmə  dərmanı  kimi  istifadə  olunurdu. 

Azərbaycan florasında 13 növü məlumdur ki, bunlardan ikisi də mədəni şəraitdə becərilir. 

Zirinc-  Zirinckimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Berberes»,  rus  dilində 

«Barbaris»  adlanır.  Turşməzə  tamı  vardır.  Zirinc  meyvəsində  68,12%-ə  qədər  su,  7,01%  şəkər, 

0,11%  saxaroza,  0,83%  aşı  və  boya  maddələri,  0,57%-ə  qədər  pektin,  yarpağında  C  və  E 

vitaminləri  vardır,  ümumi  turşuluğu  4,5%-dir  (alma  turşusuna  görə).  O  güclü  tərqovucu  və 

büzüşdürücü  xassəyə  malikdir.  Zirinc  yarpağından  hazırlanmış  cövhər  böyrək,  qaraciyər,  sidik 

kisəsi  xəstəliklərinə,  qanaxmaya  qarşı  işlədilir.  Zirinc  meyvəsindən  alınan  şirə  yaxşı  iştaha 

açandır.  Yun  və  dəri  məmulatını  sarı  rəngə  boyamaq  üçün  onun  meyvə,  kök  və  gövdəsindən 

istifadə  edilir.  Kök  və  qabığından  «berberin»  alkaloidi  alınır.  Bundan  isə  mədə-bağırsaq 

xəstəliklərində, doğuşdan sonrakı qanaxmalarda istifadə edilir. Zirincin bir çox növlərindən Orta 

Asiyada,  Hindistanda,  İranda,  Əfqanıstanda,  Qafqazda  xalq  təbabətində  ağız  boşluğunun 

iltihabına, qarın  ağrısına  və  susuzluğa  qarşı  geniş  istifadə  olunur.  Respublikamızın  daşlı-çınqıllı 

dağ  yamaclarının  meşələşdirilməsində    və  qoruyucu  meşə  zolaqlarının  salınmasında  zirincdən 

geniş istfadə olunur. Azərbaycan florasında 3 növü məlumdur. MNB-nın kolleksiya sahəsində 5 

növün kolleksiyası vardır.  



Ziyilotu  (bax: Dəmrovotu). 

Ziyilsəbət-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik 

bitkilərdir.  Bitki  latın  dilində  «Lapsana»,  rus  dilində  «Borodavnik»  adlanır.  Azərbaycan 

florasında 4 növü məlumdur.  

Zoğal- Zoğalkimilər fəsiləsinə aiddir. Bitki latın dilində  «Cornus»  adlanır.  Lüğəti mənası 

cornus-  buynuz  deməkdir.  Rus  dilində  «Kizil»  adlanır.  Meyvələri  zəngin  tərkibə  malikdir. 

Meyvələrdə şəkərlər (5,9-15,13%), 1,02-2,87% üzvi turşular, 0,58-0,73% pektin, 0,55-0,66% aşı 

maddələri, 33,5-105,6 mq% C vitamini vardır. Zoğal meyvəsindən mürəbbə, kompot, şirə, spirtli 

içkilər  hazırlanır.  Zoğal  çəyirdəyindən  üyüdüldükdən  sonra  kofe  üçün  surroqat,  yarpaqlarından 

gön  aşılamada  və  həmçinin  çay  kimi  istifadə  edilir.  Çiçəkləri  bal  arıları  üçün  yaxşı  nektar 

mənbəyidir. Oduncağı möhkəm olduğundan ondan düymə, əsa, müxtəlif kənd təsərrüfatı alətləri 

üçün saplıq hazırlanır. Xalq təbabətində zoğal meyvələrindən hazırlanmış mürəbbə soyuqdəymə 

və  zökəm  xəstəlikləri,  zoğal  həlimindən  isə  qızdırma,  qanlı  ishal  xəstəliklərinin  müalicəsində 

istifadə  edilir.  Qovrulmuş  çəyirdəyinin  unundan  yaraların  dezinfeksiyasında  istifadə  olunur. 

Azərbaycan florasında Adi zoğal növü məlumdur. MNB-da kolleksiyada vardır.  

Zöhrəçiçəyi-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Cypripedium»,  rus  dilində  «Venerin  başmaçok»,  «Kukuşkin  başmaçok»  adlanır.  Azərbaycan 

florasında 1 növü məlumdur.  

Zöhrəotu-  Südləyənkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Mercurialis»,  rus  dilində  «Prolesnik»  adlanır.  Gövdə  və  yarpaqları  boya  əhəmiyyətlidir  (göy 

rəng), zəhərli bitkidir. Azərbaycan florasında Çoxillik zöhrəotu növü vardır. 

 

 

 

 



 

85 


 

 

ƏDƏBĠYYAT 

 

1. Axundov A. «Azərbaycan dilinin orfoqrafiya lüğəti». Bakı, «Lider» nəşriy- 



    yatı, 2004, 728 s. 

2.  Əsədov K., O. İbadlı. Yabanı qida bitkiləri. Bakı,1989,   95 s. 

3. Əsədov K., Məmmədov F., Sadıxova S. Böyük Qafqazın Şimal-Şərq    

     hissəsinin dendroflorası və meşələri. Bakı, «Bakı Universiteti» nəşriyyatı,  

     2008, 276 s. 

4. Əsgərov A. «Azərbaycanın ali bitkiləri». I cild. Bakı. «Elm», 2005, 248 s. 

5. Əsgərov A. «Azərbaycanın ali bitkiləri» II cild. Bakı, «Elm», 2006, 284 s.  

6. Əsgərov A. «Azərbaycanın ali bitkiləri» (Lamiaceae, Asteraceae). III cild.  

     Bakı, «Elm», 2008, 244 s. 

7. Həsənov Z., Əliyev C. Meyvəçilik, Bakı, MBM nəşriyyatı, 2007, 496 s. 

8. Həsənov Z., Əliyev C., Qasımov V., Əlizadə S., Məmmədova M., İdrisov  

    H., Süleymanova Y. «Meyvə və tərəvəz bitkiləri», Bakı, «AGAHI»  

    nəşriyyatı, 2000, 224 s. 

9. Həsənov Z. M., Abbasov Q.C., Süleymanova Y.V.. «Subtropik bitkilər»,  

    Bakı, Aqrar-ekologiya nəşriyyatı, 2001, 199 s. 

10. Həsənov Z., Meyvəçilik (laborator-praktikum) B., Azərbaycan. «Bilik»,  

     1997, 237 s. 

11. Həsənov Z. M. Pomoterapiya (Meyvələrlə müalicə). «Gəncə poliqrafi- 

       ya» ASC. Gəncə, 2007, 89 s. 

12. İbadlı O., Ağamirov Ü., Bayramov A. Gülçülük.   Bakı, «Ozan», 

       2003, 224 s. 

13. İbadlı O., A.Mehralıyev. Abşeron şəraitində sarmaşan    bitkilərin 

      becərilməsi: Bakı, «Ozan», 2006, 88 s. 

 14. İbadlı O.  «Müalicə bitkiləri. Soğan». Bakı, «Çıraq», 2002, 16 s.  

 15. İbadlı O.  Müalicə bitkiləri. Zəfəran. Bakı, «Çıraq», 1999, 16  s. 

 16.  İbadlı O. Zəfəran (Azərbaycan, rus və ingilis dillərində),  Bakı, 

       «Tural» NPM, 2005, 28 s. 

17. İbadullayeva S. C., Cəfərli İ. Ə. «Efir yağları və aromaterapiya». Bakı,    

      «Elm», 2007, 116 s.  



 

86 


18. Qurbanov E. M. Ali bitkilərin sistematikası. Dərslik. Bakı, «Bakı  

       Universiteti» nəşriyyatı, 2009, 420s.     

 19. «Nəbatat terminləri (azərbaycanca-  rusca) və bitki adları (azərbycan- 

        ca-latınca-rusca-ingiliscə), (latınca-  azərbaycanca-rusca-ingiliscə) 

        lüğəti», Bakı, «Elm», 2008, I cild 328 s. 

  20. «Nəbatat terminləri (rusca-azərbay-  canca) və bitki adları (rusca- 

        azərbaycanca-latınca-ingiliscə),  (ingiliscə-azərbaycanca-latınca- 

        rusca) lüğəti», II cild, Bakı, «Elm», 2008,  352 s. 

21. Səfərov İ. S., Əsədov K. S. Azərbaycan meşələrinin nadir ağac və  

       kolları. Bakı, «Maarif», 1984, 136 s.  

22. Talıbov T. İbrahimov Ə. «Naxçıvan Muxtar Respublikası florasının  

       taksonomik spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu  

        bitkilər)», «Əcəmi» NPB, 2008, 364 s.  

23. Алекперли Ф.У. «Тысяча и один секрет Востока», Баку, Изд-во Нурлан,  

       2008, 490 с. 

24. Дворецкий И. Х. Латинско-русский словарь. Изд. 2-е, переработ. и доп. М.,  «Русский 

язык», 1976. 

25. Декоративные травянистые растения для открытого грунта. Том 1,  Изд- 

       во «Наука», 1977, 330 с. 

26.Декоративные травянистые растения для открытого грунта. Том 2. Изд-во  

     «Наука», 1977, 458 с. 

27.Ибадлы О.В. «Конспект геофитов Кавказа» Баку, «Турал» ИПЦ, 2005,                          

     с. 64. 

28. Касумов Ф. Ю. «Эфиромасличные виды рода Thymus флоры Кавказа и  

      пути их рационального использования». Автореф. дис.... док. биол. наук.  

      Баку, 2006, 49 с. 

29. Сааков С.Г. Оранжерейные и комнатные растения. Издательство «Наука»,            

      1983, 616 ст. 

30. Флора Азербайджана . Изд-во АН Азерб. СССР. Т. Ы-ВЫЫЫ, Баку, 1950-1961. 

31. Флора СССР, В 1-30 тт., М., Л., 30т., 1934-1960. 

32. Черепанов С. К. Сосудистые растения Росии и сопредельных государств  

      (в пределах бывшего СССР). Русское издание. СПБ, Мир и семья, 1995,    



      992 стр. 

 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə