Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

 

69 


müxtəlif üzvi turşular və s. vardır. Meyvələrdən həm çiy, həm də qovrulmuş  və suda bişirilmiş 

halda  istifadə  edilir.  Şabalıd  bir  sıra  milli  xörəklərin  hazırlanmasında  çərəz  kimi  işlədilir. 

Oduncağı  möhkəm  və  şəkilli  olduğundan  ondan  mebel  materialı  və  parket  döşəmələrin 

hazırlanmasında  istifadə  edilir.  Şabalıdın  çiçəklərinin  xüsusi  ətirləri  arıları  özünə  cəlb  edir  və 

ondan  çox  da  qatı  olmayan  tünd  rəngli,  qismən  acı  tamlı  bal  alınır.  Azərbaycan  florasında  Adi 

Ģabalıd növü mə-lumdur. «Qırmızı Kitab»a daxil edilmişdir. MNB-da kolleksiyada becərilir. 

Şabdar- Fabakimilər (Paxlalılar) fəsiləsinə aid olan birillik və çoxillik bitkidir. Bitki latın 

dilində  «Trifolium  resupinatum»,  rus  dilində  «Klever  oprokinutıy»,  «Şabdar»  adlanır.  Yonca 

cinsinə  aid  olub  qiymətli  yem  bitkisidir.  Ondan  bəzək-bağçılıqda  istifadə  etmək  olar.  Şabdar 

yaxşı balverən bitkidir. 



Şaftalı- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Persica», rus 

dilində «Persik» adlanır. Şaftalı meyvələrində 5,49-15,25% şəkər, 0,12-1,84% pektin, 1,11-4,81% 

sellüloza, 12,5-20 mq% C vitamini, mineral duzlar vardır. Toxumlarının tərkibində isə  50-60% 

yağ vardır. Bu yağdan qidada istifadə etməklə yanaşı, həm də qulaq ağrıları zamanı istifadə edilir. 

Şaftalı  meyvələrindən  müxtəlif  məhsulların-kompot,  mürəbbə,  cem  (po-vidlo),  və  şirə 

hazırlanmasında  istifadə  edilir.  Şaftalı  meyvələri  xalq  təba-bətində  qan    azlığı  zamanı, 

hemoqlabinin  artmasına şərait yaradan vasitə kimi istifadə edilir. Şaftalı meyvələri və şirəsi ürək 

–damar xəstəlikləri, həmçinin ürək ritminin pozulması və ateroskleroz, tənəffüs  yollarının, qara 

ciyərin,  öd  kisəsinin,  böyrəklərin  xəstəliyi,  qəbizlik,  aşağı  turşuluqlu  mədə  xəstəliyi  zamanı 

faydalıdır. Azərbaycan  florasında Adi Ģaftalı növü mə-lumdur. MNB- nın kolleksiya sahəsində 

becərilir. 

Şahtərə  –  Xaş-  xaşçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Tumaria»  adlanır.  Lüğəti  mənası  fumus  –  tüstü  deməkdir.  Rus  dilində  «Dımənka»  adlanır. 

Bitkinin gövdə və yarpaqlarının rəngi tüstüyə bənzəyir. Xalq təbabətində ondan qoturluq, gicişmə 

və  müxtəlif  göbələk  xəstəliklərinin  müalicəsində  istifadə  olunur.  Azərbaycan  florasında  6  növü 

məlumdur. 

Şaqqıldaq – Fabakimilər (Paxlalılar) fəsiləsinə aiddir. Bitki latın dilində «Colutea» adlanır. 

Lüğəti  mənası  koluteon  -  qısaltmaq  deməkdir.  Rus  dilində  «Puzırnik»  adlanır.  Çiçək  açandan 

sonra  toxumları  qovuqca  içərisində  yetişir,  əl  vurduqda  qovuqca  partlayır  və  şaqqıltı  səsi  verir. 

Ona  görədə  bitkiyə  şaqqıldaq  adı  verilmişdir.  Dekorativ  və  dərman  bitkiləridir.  Yarpağından 

hazırlanmış  həlim  işlətmə  dərmanı  kimi    istifadə    olunur.  Azərbaycan  florasında  5  növü  vardır, 

bunlardan biri də  mədəni şəraitdə becərilir. MNB-da kolleksiyası vardır. 



Şam  –  Şamlar  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Pinus»,    rus  dilində  «Sosna» 

adlanır.Şamın  iynəyarpaqları  100  ildən  artıqdır  ki,  müalicə  məqsədilə  bir  çox  xəstəliklərin,  o 

cümlədən yel (revmatizm), qaşınma, dəmirov, məxmərək və həddən artıq zəifləmənin qarşısının 

alınmasında  istifadə  olunur.  Amerikalılar    isə  onu  həşəratlardan  müdafiə  vasitəsi  kimi  istifadə 

edirlər.  Eyni  zamanda  o  kağız  sənayesində,  boyaqların,  sabunların  hazırlanmasında  və 

parfümeriyada  istifadə  olunur.  Şam  ağacından  alınan  təbii  efir  yağları  təravətli,  şirin  iyə  malik 

olur.  Efir  yağının  miqdarı  0,1-0,5%-ə  qədərdir.  Azərbaycanın    florasında  2  növü  məlumdur. 

Eldar  Ģamı  növü  Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilmişdir.  MNB-nın  kolleksiyasında 

becərilir  və  bir  neçə  xiyabanı  vardır.  Bu  xiyabanlar  asma  və  ürək  xəstə-liklərinin  müalicəsinə 

kömək edir. 

Şamdangülü- Ətirşahçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Pelargonium» adlanır. 

Pelarqoniya yunan dilində «durna dimdiyi» deməkdir. Bu ad bitkinin gülünün tozlandıqdan sonra 

meyvəsinin  böyüyüb  durna  dimdiyinə  oxşamasına  görə  verilib.  Rus  dilində  «Pelarqonium» 

adlanır. Azərbaycan florasında 1 növü məlumdur. 



Şanagüllə-  Şanagülləkimilər  fəsiləsinə  aid  olan  çoxillik  su  bitkisidir.  Bitki  latın  dilində 

«Nelumbium»,  rus  dilində  «Lotos»  adlanır.  Azərbaycan  florasında  1  növü  məlumdur.  Meyvəsi 

fındıq  kimidir,  qovrulmuş  halda  yeyilir  və  meşə  fındığı  dadını  verir.  Kökümsovunda  çoxlu 

miqdarda nişasta olmaqla, eyni zamanda 2% asparagin də vardır. Dərman əhəmiyyətli bitkidir.  



 

70 


Şego-  Cilçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində «Cobresia»,  rus 

dilində  «Kobreziə»  adlanır.    Yem  bitkisi  kimi  faydalıdır.  Azərbaycan  florasında  2  növü 

məlumdur. 

Şaxduran-  Gülçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Alchemilla», rus dilində «Manjetka» adlanır. Şaxduran növləri yay otlaqlarının tərkibində əsas 

kompanentlərdəndir.  Bəzi  növləri  aşılayıcı  xassəyə  malikdir,  bəziləri  xalq  təbabətində  qan 

dayandırıcı vasitə kimi faydalıdır. Azərbaycan florasında 22 növü məlumdur. 

Şeytanağacı (bax:Lələk)  

Şeytanqanqalı-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və 

ikiillik bitkilərdir. Bitki latın dilində «Carduus», rus dilində «Çertopolox» adlanır. Toxumlarında 

41-44% qatı yağ vardır. Azərbaycan florasında 15 növü məlumdur. 

Şəbbugülü (bax: Mixək gülü, sədbər, matthiola). 

 Şəkərçuğunduru ( bax: Çuğundur). 

Şəkərqamışı- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Eragrostis», rus 

dilində  «Poleviçka»  adlanır.  Həyat  formaları,  çiçək  qrupunun  əlamətləri  növlərin  təyinində 

istifadə olunur. Azərbaycan florasında 5 növü məlumdur. 

Şəmbələ  (Güldəfnə)  –  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki 

latın  dilində  «Trigonella»,  rus  dilində  «Şambala»  adlanır.  Şəmbələ  növlərindən  bəziləri  yem 

bitkiləridir.  Onların  arasında  dərman,  efiryağlı,  aşı  maddəli,  vitaminli  və  balverən  növlər  də 

vardır.  Dərman  bitkisi  hesab  olunur,  tibbdə  və  baytarlıqda  istifadə  olunur.  Toxumlarının 

tərkibində 0,13% triqonellin alkaloidi, 0,014% efir yağı, aşı maddəsi və sarı boyayıcı maddələr 

vardır.  Şəmbələnin  cavan  yarpaqları  tərəvəz  kimi  istifadə  olunur.  Azərbaycanda  bu  cinsin  20 

növünün yayılması göstərilir, onlardan biri mədəni şəraitdə becərilir. 

Şingilə- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan çox-illik bitkidir. Bitki 

latın  dilində  «Chondrilla»  adlanır.  Lüğəti  mənası  chondros-düyün  deməkdir.  Rus  dilində 

«Xondrilla» adlanır. Azərbaycan florasında 2 növü vardır. 

Şirəli  (Gülülçə)-  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Orobus»,  «Lathyrus»,  rus  dilində  «Soçeviçnik»  adlanır.  Mavi  şirəlinin  tərkibi  22,2% 

protein, 2,4%  yağ, 37% azotsuz ekstrakt maddələrdən ibarətdir. Bir çox şirəli növləri  yaxşı yem 

bitkiləridirlər,  bəzi  növlər  dekorativ  bitki  kimi  yaşıllaşdırmada  geniş  istifadə  olunur.  Ətirli, 

balverən və dərman əhəmiyyətli növləri də vardır. Azərbaycan florasında 5 növü yayılmışdır. 

Şirinkök- Şirinkök qıjılar fəsiləsinə aiddir. Bitki latın dilində «Polypodium» adlanır. Lüğəti 

mənası polyus-çox, podion-ayaq deməkdir. Rus dilində  «Mnoqonojka» adlanır. Kökümsovunun 

tərkibi  alma  turşusu,  santonin  və  qlisirizin  ilə  zəngindir.  Dərman  bitkisidir.  Tibbdə  bronxial 

katarda  (selikli  qişanın  iltihabı)  istifadə  olunur.  Dekorativdir.  Azərbaycan  florasında  Adi 



Ģirinkök növü məlumdur. 

Şirintum-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Glyceria»  adlanır. 

Lüğəti  mənası  qliseros-şirin  deməkdir.  Rus  dilində  «Mannik»  adlanır.  Azərbaycan  florasında  4 

növü məlumdur. 

Şirquyruğu-  Dalamazkimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki 

latın dilində «Leonurus», rus dilində «Pustırnik»  adlanır. Şirquyruğunun yarpaqlarında 5-9% aşı 

maddəsi, alkaloidlər, qlükozidlər və 0,03% efir yağları vardır. Dərman bitkisidir. Ürək, əsəb, göz, 

zob,  ostexondroz,  mastopatiya,  prostatit,  iflic  xəstəliklərinin  müalicəsində  əvəzsiz  dərman 

vasitəsidir. Balverəndir. Azərbaycan florasında 2 növü məlumdur. 

Şişgövdə-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində «Physocaulis» adlanır. Lüğəti mənası physa-qabarıq, kaulos-gövdə deməkdir. Rus dilində 

«Vzdutostebelğnik»,  «Fizokaulis»  adlanır.  Azərbaycan  florasında  Buğumlu  ĢiĢgövdə  növü 

məlumdur. 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə