Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
  1   2   3   4   5   6   7   8   9   ...   41


 

 



 

Oruc Ġbadlı 

Aliyə Zərgərli 

 

 

 

 



 

 

 



 

 

BĠTKĠ ADLARI HAQQINDA NƏ BĠLĠRSĠNĠZ ? 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 



AZƏRBAYCAN  MĠLLĠ  ELMLƏR  AKADEMĠYASI 



 MƏRKƏZĠ  NƏBATAT  BAĞI 

 

Oruc İbadlı 



Aliyə Zərgərli 

 

 

 

 

 



 

 

 



 

 

 



BĠTKĠ ADLARI HAQQINDA NƏ BĠLĠRSĠNĠZ ?   

 

 

 



 

 

 



 

                                      

 

AMEA Mərkəzi Nəbatat Bağının  75 illiyi ilə əlaqədar  



 

Bağın Elmi şurasının qərarına əsasən çap olunur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı -2009 




 

 



 

 

 



 

Redaktorları:     biologiya elmləri namizədi  V.S. Fərzəliyev, 

                           

                          biologiya elmləri namizədi, dosent  N.B.Hüseynova 

                           

 

 



                 Oruc İbadlı, Aliyə Zərgərli  

               «Bitki adları haqqında nə bilirsiniz?», Bakı, «Elm», 2009. 

 

 

          Kitabda  uzun  illər  Qafqaza  ekspedisiyalar  və  ezamiyyələr  zamanı  müxtəlif  regionların 



sakinləri  ilə  aparılmış  sorğular,  çoxsaylı  ədəbiyyatların  araşdırılması  nəticəsində  bitki  adları 

haqqında əldə edilmiş geniş materiallar verilmişdir.  

          Müəlliflərin  əsas  məqsədi  bitki  adlarının  milli  dilimizdə  ayrı-ayrı  regionların  ləhcəsində 

adlandırılmasını geniş oxucu kütləsinə çatdırmaqdan ibarət olmuşdur.  

          Kitabdan  həvəskar  nəbatatçılar,  biologiya  sahəsində  çalışan  mütəxəssislər,  ali  və  orta 

məktəb müəllimləri, aqranomlar, tələbə və şagirdlər faydalana bilər.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



GiriĢ 

 

Dünya  florasında  mövcud  olan  bitkilər  bir-birindən  müxtəlif  əlamətlərinə  görə  fərqləndiyi 



kimi, adlarına görə də fərqlənirlər.  

Məlum  olduğu  kimi  bitkilər  aləmində  sistematik  cəhətdən  sıralanmada  əvvəlcə  sıra,  sonra 

fəsilə,  cins  və  növ  gəlir.  Bütün  bu  adları  ilkin  müəyyən  edən  müəllifin  adı  sıra,  fəsilə,  cins  və 

növdən  sonra  beynəlxalq  dildə  (latınca)  yazılır.  Məs:  fəsilə  Alliaceae  J.  Aqardh,    -Allium  L. 



Allium  sepa  L.  Yəni  Alliaceae  -Soğan  fəsiləsini  ilkin  işləmiş  və  müəyyən  etmiş  J.  Aqard 

olmuşdur. Allium L. - Soğan cinsini ilk dəfə  Linney işləmişdir. Ona  görə  soğan cinsindən sonra 

Linneyin  qısaldılmış  adı  «L.»  -  kimi  göstərilir.  İlkin  olaraq  növü  tapan  tədqiqatçının  müəlliflik  

hüququ  qorunur  və  müəllifin  adı  növdən  sonra  müxtəlif  formalarda  (qısaldılmış  və  ya  tam) 

yazılır. 

Növə adı o növləri ilk olaraq sistematik cəhətdən işləyən tədqiqatçılar və alimlər  verməlidir. 

Bitkiyə adın  qoyulması  müəllifdən  çox  asılıdır. Onun arzusu  ilə bitkinin  toplandığı  şəhər,  kənd, 

qəsəbə və s. adı ilə adlandırırlar. 

Bitkilərin  adlandırılması  xarici  mühitdə  baş  verən  hadisələrdən,  bənzətmələrdən  və  s. 

səbəblərdən    asılı  olaraq  çoxşaxəlidir.  Məs:  xalq  arasında  «danaqıran»  adlanan  bitki  haqqında  

belə mülahizə gəzir ki, bitki ilk yazda hələ qar əriməmiş çiçək açdığından çiçəklərinin rəngi xeyli 

aralıdan  diqqəti  cəlb  edir.  Belə  soyuq  vaxtda  danalar  çöldə  otlayan  zaman  elə  birinci  gözlərinə 

dəydikləri bu bitki olduğundan  onun çiçək və yarpaqlarını yeyirlər. Bitkinin çiçəyi və yarpaqları 

zəhərli olduğuna  görə onu yeyən danalar zəhərləndiyindən xalq  bitkini  «danaqıran» adlandırır. 

Buna  oxşar  «itboğan»  və  ya  «vaxtsız  çiçək»  adlanan  bitkinin  soğanaqlı  yumruları,  yarpaq  və 

çiçəyi  zəhərli  olduğundan  ondan  istifadə  edən  heyvanlarda  kəskin  boğulma  baş    verir.  Xalqın 

gözü tərəzidir. Xalq belə hadisələri müşahidə edir və bitkilərə oxşar  adlar verir.  

Bir  çox  bitkilər  hər  hansı  bir  heyvanın  və  ya  quşun  formasına,  onların  orqanlarına 

bənzəməsinə  görə  adlandırılır.  Məs:  pişiyin  quyruğuna  oxşadığına  görə  «pişikquyruğu»,  şirin 

quyruğuna oxşadığına görə «şirquyruğu», durnanın dimidiyinə oxşadığına görə «durnadimidiyi», 

yarpaqları quzunun qulağına oxşadığına görə «quzuqulağı», zərif budaqları olduğundan və quş o 

budağa  qona  bilmədiyinə  görə  «quşqonmaz»,  balaca  yel  əsdikdə  bitkini  bir  yerdən  başqa  yerə 

apardığına  və  ya  qovduğuna  görə  bitkiyə  «yelqovan»  adı    vermişlər.  «Dovşanqulağı», 

«qurdqulağı», «dana- 

ayağı», «dəvəayağı», «qazayağı» və s. adlar da bu qəbildəndir.  

Bitkilərə  ad  verilməsi  çoxşaxəli və  geniş  məsələ  olduğundan bütün bunları  araşdırıb  «Bitki 

adları barədə nə bilirsiniz?» kitabçasını hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Bu istiqamətdə 

ilk dəfə tərtib olunan bu kitabda əlifba sırası ilə bitkinin elmi adı, ayrı-ayrı bölgələrin ləhcələrində 

(leksikonunda)  onun  yerli  adı,  latın  və  rus  dilində  adları,  o  cümlədən    lüğəti  mənaları  verilir. 

Kitabçada  eyni  zamanda  bitkinin  morfologiyası,  əhəmiyyəti,  istifadəsi  və  yayılması  haqqında 

məlumatlar  da  toplanmışdır.  Arzumuz  bitki  adları  və  onların  ilkin  olaraq  necə  adlandırılması 

barədə  məlum  olanları  araşdırıb  sizə  çatdırmaqdan  ibarətdir.  Məqsədimiz  floramızda  bitən  hər 

bitkinin öz dilimizdə milli və yerli adları barədə oxuculara məlumat verməkdir. 

Kitabın  işıq  üzü  görməsində  yaxından  köməklik  göstərən  k.-t.e.n.,  dos.  K.  Əsədova,  S. 

Kazımovaya və A. Nəsibovaya öz minnətdarlığımızı bildiririk.  

      Kitab ilk dəfə tərtib olunduğundan qüsurlardan xali deyildir. Ona görə bizə irad və təkliflərini 

bildirən oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk. 

Rəy və təkliflərinizi aşağıdakı ünvana  göndərə  bilərsiniz: AZ-1073,  Bakı  şəhəri, Badamdar 

yolu 40, AMEA Mərkəzi Nəbatat Bağı. 

 

  



 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə