Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   33   34   35   36   37   38   39   40   41

 

81 


vardır.  Meyvələrdən  həm  təzə  və  həm  də  emal  olunmuş  şəkildə  istifadə  edilir.  Meyvələrindən 

dəmlənmiş  çay  ürək  astması,  dizenteriya  xəstəlikləri  zamanı,  həmçinin  həzm  aparatının  işinin 

gücləndirilməsi və susuzluğu aradan qaldıran vasitə kimi istifadə edilir. Yemişan meyvəsindən və 

çiçəyindən  hazırlanmış  çay  ürək  xəstəliklərinə  müalicəvi  təsir  göstərir.  O  ürək  əzələlərinin 

tonusunu  nizamlayır,  ürəkdə  və  beyində  qan  dövranını  gücləndirir,  ürəyin  fəaliyyətini  artırır, 

pozulmuş  ritmi  nizamlayır,  tac  damarlarını  genişləndirir,  ürək  nahiyyəsində  ağrıları  götürür, 

mərkəzi  sinir  sistemini  sakitləşdirir,  yuxunu  yaxşılaşdırır,  arterial  təzyiqi  aşağı  salır.  Tətbiqi 

təbabətdə yemişandan sənaye üsulu ilə hazırlanmış preparatlar (duru ekstrakt və meyvə cövhəri) 

ürək  fəaliyyətinin  funksional  pozuntuları,  stenokardiya,  hipertoniya,  ürək  nevrozu,  qripdən, 

anginadan baş vermiş ürək ağrıları zamanı tətbiq edilir. Azərbaycan florasında 9 növü məlumdur.  

MNB-da 20-dən çox növün kolleksiyası vardır. 

Yemlik  –  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid  olan ikiillik və  ya  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Tragopogon»  adlanır.  Lüğəti  mənası  tragos-  keçi,    pogon-  saqqal 

deməkdir. Rus dilində «Kozloborodnik» adlanır. Yemliklərin kök və yarpaqları yapışqanlı, südlü 

və şirəlidir. Bir çox rayonlarda  yemlikdən geniş miqyasda çiy və bişmiş istifadə olunur. Yemlik 

buğlamada,  kətədə  daha  ləzzətli  olur.  Onun  köklərindən  qəhvəni  əvəz  edən  kofe  surroqatı 

hazırlanır.  Toxumlarının  tərkibində  6,17%  yağ  vardır  ki,  bu  da  yodla  çox  zəngindir.  Xalq 

təbabətində  ağciyər  xəstəliklərinin  müalicəsində  istifadə  olunur,  balverən  və  dekorativ 

əhəmiyyətə malik növləri vardır. Azərbaycan florasında 20 növü məlumdur.  



Yerfındığı – Fabakimilər (Paxlalılar) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Arachis»,  rus  dilində  «Araxis»  adlanır.  Azərbaycanda  da  bir  çox  rayonlarda  (Zaqatala  və  b.) 

becərilir  və  ondan  alınan  yüksək  keyfiyyətli  yağdan  (araxis  yağı),  konserv,  marqarin, 

sabunbişirmə  və  b.  sənaye  sahələrində  istifadə edilir. Toxumu  qovrulmuş halda  yeyilir,  qənnadı 

sənayesində tətbiq edilir. Azərbaycan florasında 1 növü məlumdur. 

Yerarmudu (bax: Topinambur). 

Yerkökü (bax: Kök) 

Yergiləsi  (Quş  pomidoru)  -  Badımcançiçəklilər  fəsiləsinə  aid  olan  birillik  və  ya  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Physalis»  adlanır.  Physalis  yunan  dilindən  tərcümədə  qovuq,  qabar 

deməkdir.  Rus  dilində  «Fizalis»    adlanır.  Meyvələri  qidada  turşuya  qoyulmuş  halda  istifadə 

olunur.  Meyvələrində  alkaloidlər,  0,1%  karotin,  0,06%  C  vitamini  və  orqanik  turşular  (limon, 

alma, kəhrəba turşusu) olur. Meyvələri ipək parçanın sarı və narıncı rəngə boyanmasında istifadə 

olunur.  Təzə  və  qurudulmuş  meyvələrin  həlim  və  şirəsi  sidikqovucu  kimi  istifadə  olunur. 

Toxumlarında 24-35%-ə qədər qatı yağ vardır. Meyvələri təzə və bişirilmiş halda qidaya ədviyyat 

kimi qatılır. Onlardan həmçinin qənnadı sənayesində də istifadə olunur. Azərbaycan florasında 2 

növü vardır, bunlardan 1-i mədəni şəraitdə becərilir.  

Yerköpüyü-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Paronychia»  adlanır.  Lüğəti  mənası  para-yanında,  qarşı,  oniks-dırnaq  deməkdir.  Rus  dilində 

«Prinoqotovnik» adlanır. Ağ-gümüşü rəngli tükcüklərlə sıx örtüldüyündən dekorativ görünür və 

bəzək bitkisi kimi istifadə olunur. Azərbaycan florasında Kürd yerköpüyü növü məlumdur.  



Yersarmaşığı- Dalamazkimilər (Dodaqçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki 

latın dilində «Glechoma», rus dilində «Budra» adlanır. Bakterial infeksiya, klimaks, toksiki zob, 

qurd,  xoş  xassəli  şiş  xəstəliklərinin  müalicəsində  faydalıdır.  Azərbaycan  florasında  1  növü 

məlumdur.  



Yonca-  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aid  olan  birillik  və  ya  çoxillik  bitkilərdir.  Bitki 

latın dilində «Trifolium», rus dilində «Klever» adlanır. Mal-qara tərəfindən yaxşı yeyilir. Şübhəli 

yoncanın otunun kimyəvi tərkibi 22,54% quru protein, 2,39% quru yağ, 46,05% azotsuz ekstrakt 

maddələr,  9,42%  kül,  19,60%  sellülozdan  ibarətdir.  Bir  çox  növləri  vardır,  onlardan  biri  də 

üçyarpaq  yoncadır.  Qiymətli  yem  bitkiləridir,  bəzi  növləri  vitaminli,  balverəndir  və  xalq 

təbabətində  tənəffüs  yolları  xəstəliklərinin  müalicəsində  istifadə  olunur.  Azərbaycan  florasında 

43 növü məlumdur. 



 

82 


Yovşan-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Artemisia»,  rus  dilində  «Polınğ»  adlanır.  Qış  aylarında  qışlaqlarda 

yem ehtiyatı kimi yovşanların əhəmiyyəti böyükdür. Bəzi yovşan növlərindən yastı, qıl, soxulcan 

qurdlarının  törətdikləri  xəstəliklərə  qarşı  dərman  kimi  istifadə  olunan  santolin  alınır.  Xalq 

təbabətində  yel  (revmatizm),  mədə  xəstiklərinə  qarşı,  iştah  artırıcı,  sakitləşdirici  vasitə  kimi 

işlədilir. Həmçinin şərabçılıqda, ədviyyatdə istifadəyə yararlı, efir yağlı, vitaminli növləri vardır. 

Səciyyəvi ətirli iyi, çox acı dadı vardır. Otaq şəraitində ən çox yun xalçalara zərər verən güvəyə 

qarşı  mübarizə  məqsədi  ilə  istifadə  olunur.  Azərbaycan  florasında  16  növü  vardır.  MNB-da 

kolleksiya sahəsində 2 növü becərilir.  

Yulafsof  (Yulafca)-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Helictotrichon», rus dilində «Ovseü» adlanır. Otlaq bitkisidir. Bütün heyvanlar tərəfindən yaxşı 

yeyilir. Azərbaycan florasında 4 növü məlumdur. 

Yulğun-  Yulğunçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Tamarix»,  rus  dilində 

«Tamariks»,  «Qrebenhik»  adlanır.  Boya,  aşılayıcı,  balverən,  dekorativ  növləri  vardır. 

Quraqlığadavamlı bitki olduğundan, gümüşü yarpaq və çiçəyi gözoxşayan xüsusiyyətlərinə görə 

yaşıllaşdırmada geniş tətbiq etmək olar. Azərbaycan florasında 5 növü məlumdur. 



Yumaqotu- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid olan 

ikiillik  bitkidir.  Bitki  latın  dilində  «Carlina»,  rus  dilində  «Kolöçnik»  adlanır.  Dekorativ 

bitkilərdir. Azərbaycan florasında Adi yumaqotu növü məlumdur. 

Yumşaqsüpürgə-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Calamagrostis», rus dilində «Veynik» adlanır. Azərbaycan florasında 7 növü məlumdur. 



Yunluca-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Eriochloa»,  rus 

dilində «Şerstək» adlanır. Azərbaycan florasında Nazikbel yunluca növü yayılmışdır. 



Yüvacıq  otu-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Neottia»,  rus  dilində  «Qnezdovka»  adlanır.  Çiçəkləri  yaraların  sağalmasında,  kökümsovu  isə 

qurdqovucu dərman kimi istifadə olunur. Azərbaycan florasında Həqiqi yuvacıq otu növü vardır. 

 Yuvaotu-  Qurdağzıçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Pedicularis», rus dilində «Mıtnik» adlanır. Azərbaycan florasında 6 növü məlumdur. 



Zanbaq-  Zanbaqçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Lilium» 

adlanır. Bu söz Qərbi Avropada yaşamış qədim Kelt dilindən götürülmüşdür. Lüğəti mənası «li»- 

ağ deməkdir. Rus dilində «Liliə» adlanır. Fransada bitki daha çox sevilmiş və onu «Kral zanbağı» 

adlandırmışlar. Eramızdan 1000 il qabaq zanbağın qiymətli növləri ilə kilsə, məbəd və sarayların 

bəzədilməsində  istifadə  olunurdu.  Qədim  Misirdə  bu  bitki  azadlıq  rəmzi  sayılmaqla  ən  çox 

rəsmlərdə,  mərmər  və  divar  naxışlarında  əks  edilirdi.  Qafqazda,  xüsusən  Azərbaycanda 

soğanaqları qızardılaraq yeyilir, ondan alınan efir yağlarından üzdə əmələ gələn ləkəyə və qulaq 

ağrılarına qarşı istifadə olunur. Azərbaycan florasında 4 növü vardır ki, bunlardan 1-i də mədəni 

şəraitdə  becərilir.  Əksər  növləri  nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  kimi  keçmiş  ittifaqın  və 

Azərbaycanın «Qırmızı Kitab»larına daxil edilmişdir.  MNB-da kolleksiyada becərilir.  



Zefirantes-    Nərgizkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Zephyranthes»  adlanır. 

Lügəti  mənası  «gözlənilmədən»,  «tezliklə  çiçək  açan»  deməkdir.  Bəzək-  bağçılıqda  əvəz 

olunmaz  bəzək  bitkisidir.  Yayın  istisində  kütləvi  surətdə  açan  ağ  çiçəkləri  adama  böyük  zövq 

verir.  MNB-da  ağ  və  çəhrayı  növləri  kolleksiyada  becərilir.  Ağ  zefirantes  növü  12-illik 

aqrotexniki qulluqdan sonra Abşeronda özünü həmişəyaşıl bitki kimi aparır. 

Zeytun-  Zeytunkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Olea»,  rus  dilində  «Maslina» 

adlanır.  Zeytun  meyvələrinin  tərkibində  44,8-72,4%  yağ,  müxtəlif  şəkərlər,  zülaldar,  mineral 

duzlar,  vitaminlər  və  s.  vardır.  Zeytun  meyvələri  emal  edilmiş  halda  (şorabaya  qoyulur)  yaxşı 

ləzizdir (desertdir). Müalicə vasitəsi kimi zeytun meyvələri və yarpaqları istifadə olunur. Zeytun 

meyvələrindən alınmış yağ böyrəklərin fəailiyyətinə, həzm orqanlarının işinə yaxşı təsir göstərir. 

Zeytun yağı ödqovucu, sidikqovucu, yumşaldıcı, antisklerotik xüsusiyyətlidir. Zeytun yağı mədə 

və  onikibarmaq  bağırsağın  xorası,  qəbizlik,  qanaxma  verən  babasil,  mədə  və  bağırsağın    selikli 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə