Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

 

71 


Şişkən- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Gastridium» adlanır. 

Lüğəti  mənası  qaster-qarınlı  borular  deməkdir.  Rus  dilində  «Puzatik»  adlanır.  Azərbaycan 

florasında Adi ĢiĢkən növü mə-lumdur. 

Şişmeyvə-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində «Danaa», rus dilində «Danaa», «Vzdutoplodnik» adlanır. Böyük və Kiçik Qafqazda, orta 

dağ  qurşağınadək,  kolluqlarda,  meşənin  tala  yerlərində,  dağ  çəmənlərində  yayılmışdır. 

Azərbaycan florasında Çılpaqgövdə ĢiĢmeyvə növü vardır. 



Şiyav-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Stipa»  adlanır.  Lüğəti  mənası  stupeyon-lif  deməkdir.  Rus  dilində  «Kovılğ»  adlanır. 

Yazda  cavan  tər  yarpaqları  mal-qara  tərəfindən  yeyilir.  Azərbaycan  florasında  18  növü 

məlumdur. 



Şomu (bax: Spanaq). 

Şorangə- Tərəçiçəklilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində «Salsola», rus 

dilində  «Solənka»  adlanır.  Qenqiz  şorangəsinin  tərkibi  9,48%  hiqroskopik  su,  19,61%  kül, 

31,92% sellüloz, 24,57% azotsuz fəal maddələrdən ibarətdir. Qenqiz şorangəsinin külündən soda 

alınır. Dekorativdir. Bəzi növləri torpaq uçqunlarının qarşısını alır, digər növləri kalium, kalsium, 

fosfor birləşmələri ilə zəngindir. Azərbaycan florasında 18 növü məlumdur. 

Şoravcə- Tərəçiçəklilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində «Seidlitzia», 

rus dilində «Zeydliüiə» adlanır. Azərbaycan florasında Çiçəkli Ģoravcə növü məlumdur. 



Şorgilə-  Şorgiləkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Nitraria»,  rus  dilində 

«Selitrənka» adlanır. Meyvələri çəyirdəklidir,  qidada çiy halda istifadə olunur. Yarpaqları mal-

qara tərəfindən yeyilmir. Azərbaycan florasında 2 növü məlumdur. 

Şternbergiya-Nərgizçiçəklilər  fəsiləsinə  aiddir.  Tədqiqatçılar  bitkini  al-man  botaniki 

Şternbergin şərəfinə adlandırmışlar. Bitki latın dilində «Sternbergia»,  rus dilində  «Şternberqiə» 

adlanır.  Şternbergiya  növlərinin  çiçəkçilikdə  və  bəzək-bağçılıqda  əhəmiyyəti  misilsizdir. 

Soğanaqlarının  tərkibində  0,33-0,36%-ə  qədər  alkaloid  vardır.  Bunun  üçdə  iki  hissəsindən 

çoxunu likorin və isterin alkaloidləri təşkil edir. Azərbaycan florasında 3 növü bitir. Hər 3 növ 

nadir və nəsli kəsilməkdə olan bitki kimi Keçmiş ittİfaqın və Azərbaycanın «Qırmızı Kitab»larına 

daxil edilmişdir. MNB-da 3 növün kolleksiyası var. 

Şumotu-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Lepyrodiclis»  adlanır.  Lüğəti  mənası  lepiron-qabıq,  diklis-ikiqat  lay  deməkdir.  Rus  dilində 

«Paşennik» adlanır. Azərbaycan flolrasında Bərk Ģumotu növü məlumdur. 



Şümrək- Şümrəkçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Empetrum» adlanır. Lüğəti 

mənası en-üzərində, petros-qaya deməkdir. Rus dilində «Şikşa» adlanır. Şümrəyin giləmeyvələri 

turşməzə  dada  malikdilər.  Meyvələrində  70  mq%  C  vitamini  vardır.  Azərbaycan  florasında 

Ġkicins Ģümrək növü məlumdur.  

Şümşad-  Şümşadçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Buxus»,  rus  dilində 

«Samşit»    adlanır.  Şümşadın  bütün  hissələri  zəhərli  olub,  spesifik  iyə  malikdir.  Qabıq  və 

yarpaqlarının  tərkibində  buksin  alkaloidi  vardır.  Xalq  təbabətində  Kolxida  şümşadından 

sidikqovucu və işlətmə dərmanı kimi istifadə olunur. Toxumlarında 36,75% yağ vardır. Şümşadın 

yağından diş ağrılarında və saçın möhkəmlənməsinə qarşı istifadə olunur. Relikt (üçüncü dövrdən 

qalma)  bitkidir.  Lənkarandan  Lerikə  gedən  yolun  40  km-liyində  ocaq  (pir)  olan  sahələrdə  bitən 

şümşad bitkisinə xalq səcdə edir. Yaşıllaşdırmada geniş istifadə olunur. Azərbaycan florasında 2 

növü məlumdur. Azərbaycanın «Qırmızı Kitab»ına daxil edilib. 



Şümşə-  Şümşəkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Ilex»  adlanır.  Lüğəti  mənası 

elon-palıd  deməkdir.  Rus  dilində  «Padub»  adlanır.  Dekorativ  həmişəyaşıl  bitkidir.  Balverəndir. 

Meyvələrindən sirkə hazırlanır. Yarpaqlarının tərkibində acı  ilisin qlükozidi vardır. Azərbaycan 

florasında Hirkan ĢümĢə növü məlumdur. 



Şüvərən- Kələmçiçəklilər (Xaççiçəklilər) fəsiləsinə aid olan birillik və ikiillik bitkidir. Bitki 

latın  dilində  «Sisymbrium»,  rus  dilində  «Quləvnik»  adlanır.  Dərman  şüvərənin  cavan  (tər) 




 

72 


yarpaqları qidada tərəvəz kimi istifadə olunur. Eləcə də bunlar parçanın sarı rəngə boyanmasında 

istifadə  olunur.  Toxumlarının  tərkibində  24-30%  yağ  vardır.  Azərbaycan  florasında  8  növü 

məlumdur. 

Şüyüd-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Anethum»  adlanır.  Lüğəti  mənası  ana-  içərisindən,  ethein  –  yandırmaq  deməkdir.  Rus 

dilində «Ukrop» adlanır. 100 qram yarpağında 6,25 mq karotin, 0,14 mq B vitamini, 135-170 mq 

C vitamini və kifayət qədər B

, B


2

, RR, R vitaminləri, eləcə də dəmir, kalium və fosfor duzları 

vardır.  Tərəvəzlərin  duza  qoyulmasında  və  marinadlaşdırılmasında  şüyüdün  toxumluq 

budaqlarından  istifadə  edirlər.  Şüyüdü  qurudub  istifadə  etdikdə  də  öz  ətrini  saxlayır.  Şüyüdün 

toxumlarından  müxtəlif  növ  dərman  preparatları  hazırlanır  və  təbabətdə  geniş  istifadə  olunaraq, 

yuxusuzluğa qarşı, astma, həzm orqanları xəstəliklərinin müalicəsində istifadə edilir. Qurudulmuş 

şüyüd ət, balıq və s. yeməklərin tərkibinə qatqı kimi əlavə edilir. Şüyüdün toxumlarından qənnadı 

və çörək-bulka məmulatlarının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə istifadə edilir. Azərbaycan 

florasında Ġyli Ģüyüd növü vardır. 

Tarlaotu – Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində  ―Agrostis‖ adlanır. 

Lüğəti  mənası  aqros  –  tarla  deməkdir.  Rus  dilində    «Poleviüa»    adlanır.  Yaxşı  yem  bitkisidir. 

Samanının  kimyəvi  tərkibi  7,6%    nəm  protein,  2,3%  çiy  yağ,  26,1%  sellüloza,  44%  azotsuz 

ekstrakt maddələr, 5,7% kül və 14,8% sudan ibarətdir. Azərbaycan florasında 8 növü məlumdur. 



Tayaotu  –  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik 

bitkidir. Bitki latın dilində «Crepis» adlanır. Lüğəti mənası crepis – dayaq deməkdir. Rus dilində 

«skerda»  adlanır.    Azərbaycanda  əksər  rayonlarda,  arandan  subalp  qurşağadək,  meşə  və 

kolluqlarda,  çəmənlərdə,  yol  kənarı,  bağ  və  əkinlərdə,  daşlı-qayalı  yerlərdə  yayılmışdır. 

Azərbaycan florasında 6 növü məlumdur. 

Tekoma  (Nargülü)  –  Biqnoniyalar  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Campsis»,  rus 

dilində  «Kampsis»,  «Tekoma»  adlanır.  Amerika  və  Şərqi  Asiyada  yayılan  2  növündən  biri-



Kökatan  tekoma  növü  Azərbaycanda  qiy-mətli  dekorativ,  dırmaşan  kol  bitkisi  kimi 

yaşıllaşdırmada istifadə olunur. MNB-da kolleksiyası vardır. 



Telefium-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  coxillik  ot  bitkisidir.  Bitki  latın  dilində 

«Telephium»,  rus  dilində  «Telefium»    adlanır.  Azərbaycan  florasında  ġərq  telefiumu  növü 

vardır. 

Telekiya  –  Kəpənəkçiçəklilər    (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir. 

Bitki  latın  dilində      «Telekia»,    rus  dilində  «Telekiə»  adlanır.  Dekorativ  bitkidir.  Azərbaycan 

florasında Gözəl telekiya növü bitir. 

Təkəsaqqal – (bax: Keçiyemliyi). 

Tənbəki (Tütün) – Badımcançiçəklilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Nikotiana  rustica»,  rus  dilində  «Tabak  maxorka»    adlanır.  Tütünün  yarpaqlarından  sənayedə 

siqaret  istehsalı  üçün  istifadə  olunur.  Tütünün  yarpağından  alınan  təmiz  nikotin  çox  güclü 

zəhərdir.  Tütün  yarpa-ğından  hazırlanan  toz  və  habelə  nikotin  kənd  təsərrüfatı  zərərvericilərilə 

mübarizədə  istifadə  olunur.  Yarpaqlarında  5-15%-ə  qədər  limon  turşusu  vardır.  Cinsin 

Azərbaycanda Tütün, Tənbəki və Ətirli tütün növlərinə tə-sadüf olunur. 



Tənək  (Üzüm,  meynə)  –  Üzümçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində    «Vitis»,  rus 

dilində  «Vinoqrad»  adlanır.  Tənək  qiymətli  diyetik  (pəhrizlik)  və  müalicəvi  xüsusiyyətlərə  

malikdir.  Onlarda  becərilmə  şəraitindən  asılı  olaraq,  tam  yetişdikdə  20-30%  şəkər  (o  cümlədən 

10-17%  qlükoza  və  5-7%  fruktoza),  0,5-1,4%  üzvi  turşular,  0,18-0,30%  pektin  (əsasını 

protopektin  təşkil  edir),  0,3-0,5%  mineral  maddələr  (K,  Ca,  F,  Mg    və  s.),  50-185  mq/100qr 

aşılayıcı  və  rəngləyici  maddələr,  vitaminlər  (A,  B

9

,  B


1

,  B


2

,  B


6

,  C,  E),  p-fəal  maddələr  (40-50 

mq%)  vardır.  Tənəkdən  (Üzümdən)  və  ondan  hazırlanan  məhsullardan  (şirə,  bəhməz,  rıçal) 

qanazlığı,  ürək-damar,  mədə-bağırsaq,  qaraciyər,  böyrək,  öd  kisəsi  xəstəlikləri,  tənəffüs 

yollarının iltihabı zamanı müalicə vasitəsi kimi istifadə olunur. Yetişməmiş meyvələrdən  alınan 

üzüm  şirəsi  (qora,  abqora)  diabet,  qan  təzyiqi  xəstəliklərinin  ilkin  dövründə  çox  yaxşı  müalicə 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə