Gymnospermae Bitkilərin Mənşəyi və Statusu



Yüklə 131,8 Kb.
Pdf görüntüsü
tarix08.04.2018
ölçüsü131,8 Kb.
#36738


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №1, səh. 63-68 (2017)

 

63 



Azərbaycan  Dendroflorasında Olan Çılpaqtoxumlu (Pinopohyta və ya 

Gymnospermae) Bitkilərin Mənşəyi və Statusu 

 

S.Q. Qarayev 

 

AMEA Mərkəzi Nəbatat Bağı, Badamdar yolu, 40, Bakı AZ 1004, Azərbaycan;  

E-mail: qarayev.1974@ mail.ru 

 

Məqalədə  Azərbaycanın  təbii  florasında  yayılmış  və  introduksiya  olunmuş  çılpaqtoxumlu  bitkilərin 



mənşəyi,  tarixi  təkamülü  müxtəlif  müəlliflərin  əsərlərini  ümumiləşdirərək  araşdırılmışdır.  Çılpaq-

toxumlu bitkilər öz başlanğıclarını Poleozoy erasının Devon dövrünün ikinci yarsından götürmüşdür. 

Müasir  floraya  məxsus  bitkilərin  areallarının  formalşması  Kaynazoyun  əvvələrinə  təsadüf  edir. 

Kaynazoy erasının üçüncü dövrünün Paleosen və Eosen mərhələlərində iqlim isti və rütubətli olmuş-

dur. Bu dövrdə Poltav florası - əsasən həmişəyaşıl bitkilər üstünlük təşkil etmiş,  onların arealları Ark-

tikadan  Antarktidaya  qədər  genişlənmişdir.  Üçüncü  dövrün  Oliqosen  mərhələsinin  əvvəlirindən 

etibarən  həmişəyaşıl  Poltav  florasını  yarpaqlarını  tökən  Turqay  florası  sıxışdırmağa  başlamışdır. 

Məqalədə  həmçinin  Azərbaycan  dendroflorasında  olan  çılpaqtoxumlu  bitkilərin  müasir  təsnifat 

əsasında ümumi siyahısı və statusları verilmişdir. 

 

Açar sözlər: Çılpaqtoxumlular, sistematika, status, fəsilə,  cins və növlər, areal, nadir, turqay florası, Poltav 

florası 

 

 

GİRİŞ 

 

Çılpaqtoxumlular  qədim  bitkilər  olub,  öz  baş-

lanğıclarını 360-370 milyon əvvəl - Poleozoy erası-

nın Devon dövrünün ikinci yarsından götürmüşdür. 

Mezozoy  erasında  çılpaqtoxumlular  inkişafının  ən 

yüksək  mərhələsinə  çatmışlar.  Bu  dövrdə  istisevər 

bitkilər  hegomonluq  etmişlər.  Mezozoy  erasının 

sonlarında  kəskin  soyuqların  düşməsi  ilə  əlaqadar, 

bitkilərin  çoxu  məhv  olmağa  başlayırlar.  Çılpaq-

toxumlular ikinci dəfə öz başlanğıclarını Mezozyun 

soyuğadavamlı  forma-lrından  götürmüşlər.  Bu  for-

malrın  əmələ  gəlməsi,  yerin  materikdaxili  buzlaş-

ması  ilə  əlaqədar  olmuşdur.  Kaynazoy  erasında 

çılpaqtoxumlulraın  soyuğadavamlı  növləri  Şimal 

yarımkürəsinin  mülayim  və  mülayim-soyuq  iqlim 

qurşaqalrında geniş areallarda yayılmışlar. Bu bitki-

lər  həmin  yerlərin  müsair  dövr  florasında  da  üs-

tünlük  təşkil  edirlər.  Çılpaqtoxumluların  özlərin-

dən  əvvəki  bitki  qurupları  ilə  müqayisədə    bu  cür 

geniş  yayılması,  onların  toxumla  çoxalması  amili 

mühüm  yer  tutur.  Toxum  yumurtacığın  inkişafın-

dan  əmələ  gəlir.  Yumurtacıq  dəyişkənliyə  uğramış 

makrosporangidir.  Yumurtacıq  makrosprofilin  üzə-

rində  açıqda  yerləşdiyindən,  ondan  əmlə  gələn  to-

xum da açıqda yerləşir. Ona görə bu bitkilər çılpaq 

toxumlular  adlanır.  Toxumdan  ilk  olaraq  rüşeym 

kökcüyü  inkişaf  edir.  Ağac  bitkilərinin  əmələ  gəl-

məsində  kökün,  uzunmüddətli  funkisya  daşıyan 

kambinin,  mexaniki  möhkəmliyi  şərtləndirən  su 

ötürən toxumaların formalşması vacib rol oynamış-

dır.  Müasir  çılpaqtoxumluların  əksəriyyəti  ağac  və 

kol-şəkilli  bitkilərdir.  Təkamülün  qədim  mərhələ-

lərində  otşəkilli  növləri  də  olmuşdur  (Qurbanov, 

2009; Зубкевич, 2003;  Криштофович, 1957).  

Bütün  çılpaqtoxumlular  müxtəlifsporlu  bitki-

lərdir.  Mikrosporangilərdə  mikrosporlar  formalşır. 

Qılaf  ilə  örtülmüş,  böyüyən  mikrosporları-erkək 

qametofitləri  tozucuq  adlandırırlar.  Müxtəlif  sayda 

hüceyrələrdən təşkil olunan tozucuq əsasən küləklə 

yayılır. Örtülütoxumlulardan fərqli olaraq bunlarda 

yumurtacıq  bağlı  olmadığı  üçün,tozucuq  birbaşa 

rüşeym  başlanğıcına  düşür.  Rüşeym  başlanğıcının 

içərisində bir ədəd iri sporogen hüceyrə formalaşır. 

Daha sonra bu hüceyrə reduksion yolla bölünərək 4 

ədəd  qeyri-bərabər  hüceyrələri-meqasporları  əmələ 

gətirir.  Rüşeym  başlanğıcı  mürəkkəb  orqan  olub, 

mikrosporangi,  nutsellusdan  və  örtük-intequment-

dən  təşkil  olunur.  Əmələ  gələn  4  meqaspordan  3 

ədəd  kiçik  olanı  məhv  olur,  bir  ədəd  böyüyü  isə 

inkişaf  edərək  dişi  qametofiti  və  ya  endospermi 

əmələ gətirir. Mayalanmadan sonra rüşeym başlan-

ğıcından  toxum  inkişaf  edir.  İntequment  toxum 

qabığına  çevrilir,  nutsellus  rüşymin  böyüməsinə 

sərf  olunur.  Mayalanmış  yumurta  hüceyrəsindən 

rüşeym,  onun  kökçüyü,  gövdəciyi  və  2-18  ləpəli 

toxum  inkişaf  edir.  Yumurtahüceyrəsi  spermato-

zoidlə  mayalanan  bitkilərə  zoidoqam,  spermilərlə 

mayalananlara  isə  sifonoqam  bitkilər  deyilir 

(Qurbanov, 2009) 

Azərbaycan  florasında  olan  çılpaqtoxumlu 

bitkilər müxtəlif müəlliflər tərəfindən ayrı-ayrı tak-

sonlar şəkilində bir sıra aspektlərdən tədqiq olunsa 

da  ,  onların  tarixi  mənşəyi,  müasir  təsnifatı  və  sta-

tusları kompleks halda öyrənilməmişdir. 



 


S.Q. Qarayev

 

64 



MATERİAL VƏ METODLAR 

 

Tədqiqatın  materialı  Azərbaycan  florasında  tə-

bii yayılmış və introduksiya olunmuş çılpaqtoxumlu 

bitki növləridir. Azərbaycan florasında olan çılpaqto-

xumluların  siyahısı  (Гроссqейм,  1946;  Əsədov  və 

b.,  2014;  Əsgərov,  2011),  sistematikası  (Qurbanov, 

2009;  Зубкевич,  2003),    nadir  bitkilər  (Məmmədov 

və  b.,  2016)  cins  və  növlərin  adları    (Черпанов, 

1981),  tarixi  geoloji  era  və  dövrlər  (Криштофович, 

1957) görə verilmişdir. 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 



 

Müasir  təsnifata  görə  PINOPOHYTA  və  ya 



GYMNOSPERMAE-  çılpaqtoxumlular  şöbəsinə  6 

sinif daxildir: 



1.

 

Pteridospermopsida -  toxumlu qıjılar 

2.

 

Bennetitopsida -  bennetitlər 

3.

 

Cycadopsida   - saqovniklər 

4.

 

Gingoopsida -  kinqolar 

5.

 

Pinopsida  və  ya  Coniferopsida-  iynəyar-

paqlılar və ya qozadaşıyanlar 

6.

 

Chlamydospermatopsida - toxumörtüklülər. 



Toxumlu  qıjıların  və  bennetitlərin  nəsli  kəsil-

mişdir. Digər 4 sinfə aid 900-ə qədər növ yer kürə-

sinin bütün iqlim qurşaqlarında  yayılmışdır. Azər-

baycan  florasında  təbii  yayılmış  və  introduksiya 

edilmiş  çılpaqtoxumluların  ümumi  syahısı  cədvəl   

1-də verilmişdir.  



1. Cycadopsida – saqovniklər sinfi 

Gövdə və yarpaqlarının qalıqlarına əsasən Pale-

ozoy  erasının  perm  dövrünə,  strobil  və  toxumlarına 

görə isə Mezozoyun yuxarı trias dövrünə aid edirlər. 

Mezozoyun sonlarında - Yura və tabaşir dövrlərində 

çoxlu  quruplar  şəklində  yer  kürəsində  geniş  yayıl-

mışdır. Müasir florada bir fəsiləsi – Cycadceae Pors. 

(saqovnikkimilər),  10  cinsi  və  120-130  növü  tropik 

və  subtropik  iqlim  qurşaqlarında  yayılmışdır.  Ame-

rika materikində, Afrikada və Avstraliyada daha çox 

növ müxtəlifliyi vardır. Əsasən həmişəyaşıl bitkilər-

dir.  Azərbaycanda  Mərkəzi  Nəbatat  Bağında  və 

Mərdəkan Dendrologiya  İnstitutunda otaq şəraitində 

becərilən  bir  növü  -  Əyriyarpaq  saqovnik  (Cycas 



revoliuta Thunb.) vardır.  

2.Ginkgoopsida kinqolar sinfi 

Kinqolar  Paleozoy  erasının  daş  kömür  döv-

ründən  məlumdur.  Müasir  florada  bir  fəsiləsi- 

Ginkgoaceae L.- Kinqokimilər və bu fəsiləyə daxil 

olan  bir  növü  -  Gingo  biloba  L.-İkitaylı  kinqo  

vardır. Bu növ Mezozoyun üst tiras dövründə geniş 

ərazilərdə  yayılmışdır.  Hazırda  ancaq  şərqi  çində 

kiçik  sahələri  tutan  meşələri  vardır.  Hündürlüyü        

30 m-ə çatan, yarpaqlarını tökən ağaclardır. Mərkə-

zi Nəbatat Bağında və Mərədakan Dİ-da becərilir. 

3.Pinopsida  və  ya  Coniferopsida  -  İynəyar-

paqlılar və ya qozadaşıyanlar sinfi. 

Paleozoy ersının daş kömür dövründən məlum 

olub, Mezozoyun yura və tabaşir dövrlərində geniş 

yayılmışlar. Bu sinif iki yarım sinfə bölünür: 

 

 

Cədvəl 1. Azərbaycan florasında olan çılpaqtoxumlu bitkilər, statusları və mənşəyi.  St - status: t - təbii yayılanlar,  

i - introduksiya olunanmuşlar, n - nadir, r - relikt bitkilər. 



Cins və növlər 

St 

Era və 

dövrlər 

Cins və növlər 

St 

Era və dövrlər 













1.Cycadopsida Saqovniklər sinifi, 

Cycadales - Saqovnikləsırası , 

Cycadaceae Pors. - Saqovnikkimilər  fəsiləsi. 

Cycas revolutaThunub.-Əyriyarpaq 

saqovnik 

 



Mezozoy-yura, 



tabaşir 

 

 

 

2.Ginkgoopsida – Kinqolar sinifi, 

Ginkgoales Kinqolar sırası, 

Ginkgoaceae L. - Kinqokimilər fəsiləsi. 

Gingo biloba L.-İkitaylı kinqo 

Mezozoy-üst 



trias 

 

 

 

3.Pinopsida və ya Coniferopsida -İynəyarpaqlılar və ya Qozadaşıyanlar sinifi, 

Pinales və ya Coniferales - İynəyarpaqlılar sırası, 

Araucariaceae Henkel - Araukariyakimilər fəsiləsi. 

Agathis spesiosa Juss.-Adi aqatis 

Paleozoy-perm 



 

 

 

Taxodiaceae F.W.Neger. - Taksodiyakimilər fəsiləsi. 

Seguoiadendron giganteumLindl.-

Momont ağacı; 



Seguoia sempervirens Endl.

Həmişəyaşıl sekvoya; 



Cryptomeria japonica  D.Don.-Yapon 

kriptomeriyası; 

 



 



 



Mezozoy- 

 

yura, 



 

tabaşir 


Cunninghamia lanceolata Lamb.-

Neştərvari qunninqamiya; 



Taxodium distichum Rich.-Adi 

taksodium 

 



 



Mezozoy- 

 

yura, 


 

tabaşir 

 

 



Azərbaycan  Dendroflorasında Olan Çılpaqtoxumlu

 

 

65 



1 saylı cədvəlin davamı 

 













Cupressaceae Rich.ex Bartl.-Sərvkimilər  fəsiləsi 

Cupressus arizonica Bull.-Arizona 

sərvi 


C. benthamii Endl.-Bentamiya sərvi; 

C. lusitanica Mill.-Luzitan sərvi; 

C. sempervirens L. -Həmişəyaşıl sərv 

C. torulosa D.Don. Torula sərvi. 

Chamaecyparis  lawsoniana Parl.-

Lavson sərvpəri; 



Ch.nootkatensis Spach.-Nutkan 

sərvpəri; 



Ch. pisifera Sieb et Zucc.-

Noxudyarpaq sərvpəri; 



Thuja ooccidentalis L.-Qərb tuyası; 

T. plicata D.Don.-Nəhəng tuya; 

Platycladus orientalis (L.)  Franco- 

Şərq tuyası və ya şərq biotası 

 







 

 



 





Mezozoy- 

yura, 


 

tabaşir, 

 

Kaynozoy- 



 

Paleosen, 

Eosen 

 

Mezozoy-yura, 



tabaşir, 

Kaynozoy 

Paleosen, 

eosen. 


Tabaşir 

Juniperus foetidissimaWilld.-

Ağıriyli ardıc; 



J. oblonga Bieb.-Uzunsov ardıc; 

J. oxycedrus L. 

C. Koch.-Çoxmeyvəli ardıc; 

J.pygmaea C.Koch.-Cırtdan ardıc; 

J.  sabina L. -Qazax ardıcı; 

J. virginiana L. -Virginiya ardıcı; 

J. depressa Stev.-Alçaqboylu ardıc

J. chinensis L.-Çin ardıcı; 

J. communis L.-Adi ardıc 

 



 







Mezozoy 

yura, 


tabaşir, 

Kaynozoy- 

Paleosen, 

Eosen 


 

Mezozoy- yura, 

tabaşir, 

Koynozoy- 

Paleosen, eosen. 

Taxales - Qaraçöhrə sırası 

Taxaceae S.F.Gray - Qaraçöhrəkimilər fəsiləsi 

Taxus baccata L.-Giləmeyvəli 

qaraçöhrə 

Mezozoy-


tabaşir. 

 

 

 

 



 

Pinaceae Lindl. - Şamkimilər fəsiləsi 

Abies nordmanniana Spach.- 

Nordman və ya Qafqaz ağ şamı; 



Picea exelsa Link.-Adi küknar; 

P. orientalis Link.-Şərq küknarı; 

P. pungens Engelm.-Tikanlı küknar; 

Tsuga canadensis Carr.-Kanada 

tsuqası. 



Larix europaea DC.- Avropa qara 

şamı. 


Cedrus atlantika Manet.-Atlant sidri; 

C. deodora G.Don.f.-Himalay sidri; 

C. libani Rich.-Livan sidri. 

Pinus banksiana Lamb.-Banks şamı; 

 





 

 





Mezozoy- 



 

tabaşir, 

 

kaynozoy- 



 

paleosen, 

eosen, 

oliqosen 



P. eldarica Medw. - Eldar şamı. 

P. halepensis Mill. - Hələb şamı 

P. kochiana Klotzch ex C. Koch - 

Kox şamı



P. pallasiana Don. - Krım şamı; 

P. pinaster Sol. - Sahil şamı; 

P. montana Mill. - Dağ şamı; 

P. pinea L. - İtaliya şamı; 

P. longifolia Roxb.-Uzunyarpaq şam; 

P. pithsunda Stev.- Pitsunda şamı; 

P. ponderosa Douq.-Sarı şam; 

P. sylvestris L.-Adi şam 

P. strobus L.- Veymut şamı; 

e,r 


 









Mezozoy- 

 

tabaşir, 



 

kaynozoy- 

 

paleosen, 



eosen, 

oliqosen 



 

 

 

4.Chlamydospermatopsida - Toxumörtüklülər sinfi, 

Ephedrales – Acılıq sırası, 

Ephedraceae Dumort - Acılıqkimilər fəsiləsi. 

Ephedra intermedia Schrenk.-

Ortaboy acılıq; 



E. distachya L.-İkisünbül acılıq; 

E. kokanika Regel.-Kirpikli acılıq; 

 



Mezozoy- 



yura, 

 

tabaşir 



E. procera Fisch.et C.A. Mey.-Boylu 

və ya qaya acılığı 



E. equisetina Bunge. -Qatırquyruq 

acılıq 

 



 



Mezozoy- 

yura, 

 

tabaşir 



 

Cordaitidae - kordaitlər yarımsinfi. 

Bu yarımsinifə bir sıra - Cordaitales (kordait-

lər)  və  bir  fəsilə  Cordaitalaceae  -  kordaitkimilər 

daxildir.  Bu  sıra  daş  kömür  dövründə  bataqlıq  və 

quru  ərazilərdə  geniş  meşələr  əmələ  gətirmişlər. 

Daş  kömürün  formalaşmasında  iştirak  etmişlər. 

Perm dövründə qlobal iqlim dəyişiklikləri ilə əlaqə-

dar  olaraq,  quru  və  kəskin  soyuqlara  dözməyərək, 

tamamilə məhv olmuşlar. 

Pinidae - iynəyarpaqlılar yarımsinfi. 

Üst daş kömür dövründə, şimal yarımkürəsinin 

mülayim iqlim zonasında əmələ gəlmişlər. İlk iynə-

yarpaqlılar lokal buzlaşma ilə əlaqədar quraqlıq sə-

bəbindən  kseromorf  struktura  malik  olmuşlar.  Per-

min sonu, triasın əvvələrində kəskin soyuqlar iynə-

yarpaqlıların  inkişafını  ləngitmişdir.  Araukari-lər,  

podakarplar  və  şamlar  məhz  bu  dövrdə  əmələ  gəl-

mişdir. Lakin onların fəsilələrə  diferensasiyası tam 

baş  verməmişdir.  Perimin  sonunda  iynəyarpaq-

lıların  arelları  Cənub  yarım  kürəsinə  doğru  geniş-

lənməyə başladı. Triasda isə onlar bütün yer kürəsi-

nə  yayılmağa  başladılar.  İynəyarpaqlıların  inkişafı-

nın çiçəkləmə dövrü, müasir cins və növlərə ayrıl-

ması yura və tabaşir dövrlərində baş vermişdir. Mü-

asir  floraya  məxsus  bitkilərin  areallarının  formal-

şması Kaynazoyun əvvələrinə təsadüf edir. Kayna-

zoy  erasının  üçüncü  dövrünün  Paleosen  və  Eosen 

mərhələlərində iqlim isti və rütubətli olmuşdur. Bu 

dövrdə  Poltav  florası  -  əsasən  həmişəyaşıl  bitkilər 

üstünlük təşkil etmişdir. İynəyarpaqlılar üçün əlve-

rişli  olan  bu  şəraitdə  onların  arealları  Arktikadan 

Antarktidaya qədər genişlənmişdir. Üçüncü dövrün 

Oliqosen mərhələsinin əvvəlirindən etibarən həmiş-

əyaşıl  Poltav  florasını  yarpaqlarını  tökən  Turqay 

florası  əvəz  etməyə  başladı.  Bu  proses  Avropadan 

başlayıb, şimala doğru getmişdir. O cümlədən Ara-

lıq dənizi ətarfını və Qafqazı da əhatə etmişdir. Tur-

qay  florasında  Faqus  L.,  Ulmus  L.,  Betula  L., 



S.Q. Qarayev

 

66 



Quercus  L.,  Juglans  L.,  Pterocarya    Runth.,    Acer 

L.,  Vitis  L.,    Zelkova  Spch.,  və  s.  yarpağını  tökən 

cinslər  üstünlük  təşkil  etmişlər.  Oliqosenin  ortala-

rında Turqay florası Asiyadan Yaponiyaya, saxalin-

dən  Kazaxıstana,  Urala,  Avropada  Şotlandiya,  İn-

giltərəyə  qədər  yayılır  və  iynəyarpaqlıların  areal-

larını sıxışdırmağa başlayır.  

Avropa  və Asiyada buzlaşma ilə əlaqədar isti 

sevən  birkilər,  eləcə  də  iynəyarpaqlıların  bir  çox 

qurupları  məhv  olmağa  başlayır.  Yalnız  soyuğada-

vamlı  və  nisbətən  cavan  növlər  məhv  olmadılar. 

Sonradan  bu  növlər  mülayim  və  mülayim-soyuq 

iqlimə  uyğunlaşaraq,  geniş  yayıldılar.  Asiyanın 

cənub-şərq  ərazilərini  buzlaşma  əhatə  etmədiyin-

dən,  bu  ərazilərdə  qədim  növlər  öz  varlıqlarını  qo-

ruyub  saxlamışlar.  Amerikada  dağlar  əsasən  mere-

dian boyu yerləşdiyi üçün, buzlaşma dövründə isti-

sevən  bitkilər  öz  arellarını  cənuba  doğru  dəyiş-

mişlər. İndi də Amerikanın Sakit okean sahillərində 

İynəyarpaqlıların çoxlu relikt növləri vardır. 

İynəyarpaqlıların əksəriyyəti həmişəyaşıl olub, 

ağac və kol şəkillidirlər. Çılpaqtoxumlular arasında 

ən  çox  növə  malikdirlər  (7  fəsilə,  55  cins  və  600 

dən çox növ). 



Pinales və ya Coniferales - iynəyarpaqlılar sı-

rası. 


Bu  sıraya  7  fəsilə  daxildir.  Onlardan  3-nə  aid 

cins  və  növlər  Azərbaycan  florasında  (təbii  və 

introduksiya olunmuş ) vardır: 

Araucariaceae  Henkel  -  Araukariyakimilər 

fsəiləsi. 

Perm dövrünün indi də yaşayan ən qədim fəsil-

lələrindən biridir. Yura və tabaşir dövrlərində arau-

kariyakimilər  bütün  yer  kürəsində  geniş  yayılmış-

lar. Hal hazırda bu fəsiləyə Araucariya F. Neger. – 

araukariya  və  Agathis  Juss.  -  aqatis  cinsləri  daxil-

dir. Aqatis cinsinin əsasən Avstraliya, Filippin, Ye-

ni Zelandiyada 20 növü yayılmışdır. Azərbaycanda 

yalnız  introduksiya  edilmiş  bir  növünə  -  Agathis 



spesiosa  Juss.  -  Adi  aqatisə  Mərkəzi  Nəbatat  ba-

ğında rast gəlinir. 



Taxodiaceae  F.W.Neger.  -  Taksodiyakimilər 

fəsiləsinin  10  cinsi  vardır.Yura  dövründə  meydana 

gələn  taksodiyakimlərin  geniş  yayılması  tabaşir 

dövrünə təsadüf edir. Kaynozoyun  əvvələrində bü-

tün  şimal  yarımkürəsi  boyunca  Qrenlandiyaya  qə-

dər  yayılmışdır.  Hal  hazırda  Şimali  Amerika,  Cə-

nub-Şərqi Asiyada kiçik təbii arelları vardır. Cənub 

yarımkürəsində  Tasmaniya  adasında  bir  cinsi 

(Athrotaxis)  məliumdur.  Bu  fəsiləyə  daxil  olan 

ağaclar  hündür (80-100  m  )  və  uzun  ömürlü (100-

1000  il)  olmaları  ilə  fərqlənirlər.  Azərbaycan-da 

Mərkəzi  Nəbatat  Bağında  introduksiya  olunmuş 

(Seguoiadendron giganteum Lindl. - Momont ağa-

cı, Seguoia sempervirens Endl. Həmişəyaşıl sek-

voya, Cryptomeria japonica  D.Don. -Yapon krip-

tomeriyası, Cunninghamia lanceolata Lamb.-Neş-

tərvari  qunninqamiya,  Taxodium  distichum  Rich.- 

Adi taksodium) bir neçə növünə rast gəlinir. 



Cupressaceae Rich.ex Bartl. - Sərvkimilər fə-

siləsinin  geolji  tarixi  Mezozoy  erasının  yura  döv-

ründən başlayır. Tabaşir  dövründə  və  Kaynozoyun 

əvvələrində  daha  geniş  yayılaraq,  müasir  cins  və 

növlərə diferensasiya edirlər.  Müasir florada Sərv-

kimilər fəsiləsinin 20 cinsi və 130 –145 növü Şimal 

və Cənub  yarımkürəsində geniş arellarda yayılmış-

dır.  Dişi  qozaların  quruluşuna  görə  bu  fəsilə  3 

yarımfəsiləyə bölünür: 

Cupressoideae  -  sərvkimilər  yarımfəsiləsi 

üçün  yerini  dəyişən  toxum  pulcuğu  və  ağaclaşmış 

qozalar  xarakterdir.  Yarımfəsilənin  bir  cinsi- 

Cupresus L. - sərvin 15 növü Avropanın, Afrikanın 

və  Şimali  Amerikanın  mülayim  isti  rayonlarında 

yayılmışlar. Azərbaycanda Mərkəzi Nəbatat Bağın-

da,  Mərdəkan  Dİ-da  və  Abşeron  yarmadasında  bir 

neçə  növü  (Cup-ressus  arizonica  Bull.  -  Arizona 

sərvi,  C.  benthamii  Endl.  -  Bentamiya  sərvi,  C. 



lusitanica Mill. – Luzitan sərvi, C. sempervirens L. 

-  Həmişəyaşıl  sərv,  C.  torulosa  D.Don  –  Torula 

sərvi,  Chamaecyparis    lawsoniana  Parl.  -  Lavson 

sərvi,  Ch.  nootkatensis  Spach.-  Nutkan  sərvpəri, 



Ch.  pisifera  Sieb  et  Zucc.-Noxudyarpaq  sərvpəri,

 

Biota orientalis Endl. - Şərq biotası) əkilib becərilir. 

Thujoideae  -  Tuyakimilər  yarımfəsiləsinin  15 

cinsi vardır. Qozaları dəricikşəkilli, ağaclaşmış pul-

cuqlu olur. Azərbaycanda bu yarımfəsilənin cinslə-

rinə  aid  bir  sıra  növlər  introduksiya  olunaraq  park 

və  xiyabanların  salınmasında  istifadə  olunur  (T. 

ooccidentalis L. - Qərb tuyası, T. plicata D.Don. - 

Nəhəng  tuya,  Platycladus  orientalis  (L.)  Franco  - 

Şərq tuyası və ya Şərq biotası). 

Juniperoideae  –  ardıckimilər  yarımfəsiləsinə 

özündə 70-ə qədər növü birləşdirən bir cins Junipe-



rus  L.  -  ardıc  daxildir.  Ardıc  cinsi  Arktikadan  tut-

muş  subtropiklərə  qədər  yayılmışdır.  Əsasən  səril-

miş  formalı  kollar,  çox  az  hallarda  isə  10-12  m-ə 

çatan ağaclardır. Dişi qozaları 3-8 örtücü pulcuqdan 

ibarətdir. Azərbaycan florasında olan  ardıc növləri: 

Juniperus foetidissima Willd. - Ağıriyli ardıc.  

Azərbaycanda  Kiçik  qafqazda,  Naxcıvanın  dağla-

rında bitir. Nadir bitki hesab edilir

J.  oblonga  Bieb.  -  Uzunsov  ardıc.  Azərbay-

canda  Böyük  və  kiçik  Qafqazda,  Talışda,  Türyan-

çay  Dövlət  qoruğu  ərazisində,  Naxcıvanın  dağlıq 

ərazilərində bitir; 



J. polycarpos C.Koch. - Çoxmeyvəli ardıc. Bö-

yük və kiçik Qafqazda, Naxcıvan dağlarında bitir; 



J. pygmaea C. Koch. – Cırtdan ardıc. Azərbay-

canda  Böyük  Qafqazda  -  Quba  və  Qusar  rayon-

larında, Kiçik Qafqazda – qaşqaçay hövzəsində sub-

alp və alp quruşaqlarda qayalıqlarda yayılmışdır; 



J. sabina L. - Qazax ardıcı. Azərbaycanda Bö-

yük Qafqazda dəniz səviyyəsindən 3000 m yüksək-

likdə qayalıqlarda bitir. Nadir bitki hesab edilir; 



Azərbaycan  Dendroflorasında Olan Çılpaqtoxumlu

 

 

67 



J. virginiana L. - Virginiya ardıcı. Təbii halda  

Krımın  dağlıq  hissəsində  və  Qafqazın  Qara  dəniz 

sahilində  yayılmışdır.  Mərkəzi  Nəbatat bağında in-

troduksiya edilmişdir; 



J. depressa Stev. - Alçaqboylu ardıcAzərbay-

canda Böyük və Kiçik Qafqazda, Naxçıvanda subalp 

və alp qurşaqlarda qayalı və daşlı yamaclarda bitir; 

J. сhinensis L. - Çin ardıcı. Vətəni Çin, Kore-

ya və yaponiyadır. Mərkəzi Nəbatat Bağında intro-

duksiya edilmişdir;  

J.  communis  L. –  Adi ardıc.Vətəni  avropanın 

şimal zonası olub, Murmanskiyə qədər yayılmışdır. 

Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.  

Taxales - Qaraçöhrə sırasıı. 

Taxaceae  S.F.  Gray  -  Qaraçöhrəkimilər  fəsi-

ləsinin  nümayəndəliri  Şimal  yarımkürəsində  yayıl-

mışdılar. Öz başlanğıclarını tabaşiir dövründən gö-

türmüşlər.  Müsair  florada  4  cinsi  Şimali  Amerika-

da, Avropda, Şimali Afrikda və Asiyda yayılmışdır. 

Azərbaycanda  qorunub  saxlanılmış  qara-çöhrə 

meşələri nadir meşələr hasab edilir. Taxus baccata 

L. - Giləmeyvəli qaraçöhrə nadir bitki olub,   Kiçik 

və Böyük Qafqazda, Talışda bitir. 

Pinaceae  Lindl.-  Şamkimilər  geolji  tarixi 

Mezozoyun  tabaşir  dövründən  başlasa  da,  onların 

fəsilə  və  cinslərə  diferensasiyası  Kaynozyun  alt 

üçüncü dövrünün paleosen, eosen və oliqosen mər-

hələlərində  də  davam  etmişdir  Şamkimilər  fəsiləsi 

çılpaqtoxumluların ən geniş yayılmış fəsiləsidir. Bu 

fəsilənin Şimal yarımkürəsində - Avropa, Asiya və 

Amerikda mülayim, mülayim-soyuq iqlimdə yayıl-

mış  10 cinsi və 250 növü vardır. Şamkimilər zoğla-

rın formasına görə 3 əsas yarımfəsiləyə bölünür: 



Abietinae  -  ağşamkimilər  yarımfəsiləsi  üçün 

uzun  zoğların oması və qozalrın birinci il yetişməsi 

xarkteriktdir.  Azərbaycanda  (Mərkəzi  Nəbatat  Ba-

ğında,  Mərdəkan  Dİ-da  və  Abşeronda  yaşıllıqlarda) 

introduksiya  edilmiş  Abies  nordmanniana  Spach.- 

Nordman və ya Qafqaz ağ şamı, Picea exelsa Link.- 

Adi  küknar,  P.  orientalis  Link.  -  Şərq  küknarı,  P. 

pungens  Engelm.  -  Tikanlı  küknar,  Tsuga  cana-

densis Carr.- Kanada tsuqası  növlərinə rast gəlinir. 

Laricoideae  -  qaraşamkimilər  yarımfəsiləsi 

zoğlarının formasına görə iki tipə bölünür. Uzun və 

qısa  zoğların  üzərində  yaşıl  iynəyarpaqlar  olur. 

Larix  europaea  D.C.  -  Avropa  qara  şamı,  Cedrus 

atlantika  Manet.  -  Atlant  sidri,  C.  deodora  G. 

Don.f. - Himalay sidri, C. libani Rich. - Livan sidri 

növləri Mərkəzi Nəbatat bağında və Mərdəkan Dİ-

da introduksiya olunmuşdur. 

Pinoideae - şamkimilər yarımfəsiləsi bir cinsə 

(Pinus ) daxil olan 100 dən çox növə malikdir. İki 

tip zoğun olması ilə əvvəlki yarımfəsillərdən fərqlə-

nir. Azərbaycan florasında aşağıdakı növləri vardır: 

Pinus banksiana Lamb. – Banks şamı. Vətəni 

Şimali Amreikadır. Mərkəzi Nəbatat Bağında intro-

duksiya edilib; 

P.  eldarica  Medw.  -    Eldar  şamı.  Eldar  düzü-

nün  qərb  hissəsində  Eldar  Oyuğunda  təbii  arealı 

vardır.  Azərbaycanın  endem  bitki  növüdür.  Eyni 

zamanda ,üçüncü dövr relikt növdür. 



P. halepensis Mill.- Hələb şamı. Vətəni Kiçik 

Asiyadır. Abşeronda yaşllıqlarda təsadüf edilir; 



P.  kochiana  Klotzch  ex  C.Koch  -  Kox  şamı. 

Quba,  Qusar,  Balakən,  Xankəndi,  Ağdərə,  Murov-

dağ  silsiləsində  və  Naxcıvandə  təbii  halda  bitir. 

Nadir bitkidir. 



P.  pallasiana  Don. - Krım  şamı. Vətəni Krım 

və  Qafqazdır.  Azərbaycanın  bir  çox  şəhərlərində 

yaşıllaşdırmada istifadə edilir. 

P.  pinaster  Sol.  -  Sahil  şamı.  Vətəni  Aralıq 

dənizi ətrafı ölkələr, Qara dəniz sahlləridir. Mərkəzi 

Nəbatat  Bağında,  Mərdəkan  dendrarisində,  Astara- 

Lənkəran bölgəsində tək-tək nöxsələri vardır; 



 P.  montana  Mill.  -  Dağ  şamı.  Vətəni  Qərbi 

Avropa,  Karpat  və  Balkan  dağlarının  Alp  qurşa-

ğıdır. Mərkəzi Nəbatat Bağında, Mərdəkan dendra-

risində bir neçə nüxsəsi vardır. 



P.  pinea  L.-  İtaliya  şamı.  Vətəni  Aralıq  dəniz 

sahilləri və Kiçik Asiyadır. Azərbaycanda Gəncədə, 

Bərdədə, Lənkaranda və Astarada tək-tək nüsxələri 

vardır; 


P. longifolia Roxb. - Uzunyarpaq şam. Vətəni 

Himalay  dağlarıdır.  Azərbaycanda  Mərdəkan  Den-

drarsində introduksiya edilb; 

P.  pithsunda  Stev.  -  Pitsunda  şamı.  Vətəni 

Qərbi  Zaqafqaziya.  Mərkəzi  Nəbatat  Bağı  və  Mər-

dəkan Dendrarisində becərilir; 

P.  ponderosa  Douqlas. -  Sarı  şam.  Vətəni  Şi-

mali  Amerikadır.  Mərkəzi  Nəbatat  Bağında,  intro-

duksiya olunub; 

P. sylvestris L. - Adi şam. Vətəni Avropa, Asi-

ya. Bakıda park və xiyabanlrda təsdüf edilir; 



P.  strobus  L.  -  Veymut  şamı.  Vətəni  Şimali 

Amerikadır. Azərbaycanda Mərkəzi Nəbatat Bağın-

da, Gəncədə və Bərdədə nüxsələri vardır. 

4.Chlamydospermatopsida  -  Toxumörtüklülər 

sinifi. 


Bu  sinifə  Ephedrales  (acılıq),  Gnetales  (kne-

tum)  və  Welwitschiales  (velvitsiya)  sıraları  aiddir. 

Ümumilikdə 80-ə yaxın növü vardır. Hər bir sıraya 

bir  fəsilə,  hər  fəsiləyə  də  bir  cins  daxildir.  Paleo-

bataniki  materiallar  olmadığından  bu  sinifin  tarixi 

və mənşəyi dəqiqiq məlum deyildir. Bu sinifin geo-

lji  tarixinin  yura  və  tabaşir  dövründən  başlandığı 

güman  edilir.  Azərbaycan  florasında  bu  sinifin 



Ephedrales  -  acılıq  sırasının  Ephedraceae    Du-

mort - Acılıqkimilər fəsiləsinə daxil olan Ephedra 

L.  -  acılıq  cinsinin  bir  neçə  növü  vardır.  Acılıq 

cinsinin Aralıq dəniz sahilləri ölkələrində, Asiya və 

Ame-rikda  səhra,  bozqır  və  qayalıq  sahələrdə  40 

növü yayılmışdır. 



Ephedra  intermedia  Schrenk. - Ortaboy acı-

lıq. Əsasən Orta Asiyada Qərbi Sibirdə yayılmışdır. 




S.Q. Qarayev

 

68 



Azərbaycanda  Xəzər  sahili  düzənlikdə,  Kür-Araz 

ovalığında və Naxcıvan düzənliyində təsadüf edilir;  



E. distachya L. - İkisünbül acılıq. Aralıq dəni-

zinin  şimalında  yaylmışdır.  Azərbaycanda  Xəzər 

sahili  düzənlikdə,  Abşeronda,  Qobustanda,  Kür-

Araz  ovalığında,  Lənkəran  və  Naxcıvan  düzənli-

yində yayılmışdır; 

E. kokanika Regel. - Kirpikli acılıq. Mərdəkan 

Dedndrarisində introduksiya olunub; 



E.  procera  Fisch.et  C.A.Mey.  -  Boylu  və  ya 

qaya acılığı. Balkanda, Kiçik Asiyada, İranda təsa-

düf edilir. Azərbaycanda Böyük Qafqazda və Kiçik 

Qafqazın  şimalında,  Qobustanda  daşlı  çınqıllı 

ərazilərdə bitir. 

E. equisetina Bunge. - Qatırquyruq acılıqTə-

bii halda Orta Asiya, Tibetdə yayılmışdır. Azərbay-

canda Naxcıvanda, Qobustanda, Şamaxıda, Sitalçay 

boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. 

Nadir bitkidir. 

Acılıq  cinsinə  aid  növlərin  təbii  areallarının 

ekolji xüsusiyyətlərinə nəzər saldıqda, bu bitkilərin 

quraqlığa  və  kontinental  iqlimə  uyğunlaşdıqlarını, 

kseromorf  qurluşa  malik  olduqlarını  görürük.  Bu 

isə onu deməyə əsas verir ki, Toxumörtüklülər sinfi 

öz başlanğıclarını daş  kömür dövründən götürmüş, 

perm  və  trias  dövrlərinin  soyuq  və  quru  iqliminə 

uyğunlaşmışlar. 

Beləliklə, Azərbaycan florasında çılpaqtoxum-

luların 4 sinifinə, 8 fəsiləsinə, 20 cinsinə məxsus 56 

növ ağac və kol bitkisinə təsadüf edilir. Bunlardan 

13    növ  Azərabycanın  təbii  florasında  yayılmışdır 

ki onlarında 1 növü relikt, 1növü endem, 5 növü isə 

nadir bitkidir. 43 növ isə introduksiya olunmuşdur. 

Bu  bitkilərin  tarixi  paleozoy  erasının  daş  kömür 

dövründən  başlamış,  müasir  cins  və  növlər  əsasən 

Mezozoy  erasının  tabaşir,  Kaynozyun  alt  üçüncü 

dövründə formalaşmışdır.  

 

 



ƏDƏBİYYAT 

 

Əsədov  K.S.,  Mirzəyev  O.H.,  Məmmədov  F.M. 

(2014) Dendrologiya. Bakı: Gənclik, 483 s. 



Əsgərov A.M. (2011) Azərbaycan florasının kons-

pekti. Bakı: Elm, 204 s. 



Məmmədov  T.S.,  İskəndər  E.O.,  Talıbov  T.H. 

(2016)  Azərbaycanın  nadir  ağac  və  kol  bitkiləri. 

Bakı: Elm, 380 s. 

Qurbanov E.M. (2009) Ali bitkilərin sistematikası. 

Bakı: Bakı Universiteti, 420 s. 



Гроссгейм  А.А.  (1946)  Растительные  ресурсы 

Кавказа, Баку: АН Азерб. ССР, 671c . 



Зубкевич  Г.И.  (2003)  Систематика  высших 

растений голосеменные. Минск: БГУ,90 с. 



Криштофович А.Н. (1957) Палеоботаника. Ле-

нинград: 650 с 



Черепанов  С.К.  (1981)  Сосудистые  растения 

СССР. Л.: Наука, 509 с. 

 

 

Статус и Происхождение Голосемянных (Pinopohyta  или  Gymnospermae)  

Растений из Дендрофлоры Азербайджана 

 

С.Г. Гараев  



 

Центральный ботанический сад НАН Азербайджана 

 

В  статье  приводится  список  голосемянных  растений  из  флоры  Азербайджана,  указаны  их  проис-

хождение и статус, ареал естественного распространения и места интродукции.  Уделено внимание 

геологической истории этих растений. 



 

Ключевые слова: Голосемянные, систематика, статус, семейство, род и виды, ареал, редкий, Тур-

гайская флора, Полтавская флора 

 

The Origin And Status Of Gymnosperms (Pinophyta or Gymnospermae)  

Plants Of Azerbaijan Dendroflora 

  

S.G. Garayev  



 

Central Botanical Garden, Azerbaijan National Academy of Sciences 

 

The  data  on the  origin  and  historical  evolution  of  gymnosperms  spread and introduced in  Azerbaijan  have 

been generalized and investigated. The attention is paid to the geological history of these plants. 

 

Key  words:  Gymnosperms,  taxonomy,  status,  family,  genus  and  species,  areal,  rare,  Turgai  flora,  Poltava 



flora  

Yüklə 131,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə