Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

 

67 


Sucuqçətiri- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın 

dilində  «Sium»,  rus  dilində  «Poruçeynik»  adlanır.  Limon  dadı  verən  efiryağlı  bitkidir. 

Azərbaycan florasında Adi sucuqçətiri növü məlumdur. 

Suçayırı (Çayır)- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Paspalum», 

rus  dilində  «Paspalöm»  adalnır.  Mal-qara  üçün  zəhərli  hesab  olunur.  Azərbaycan  florasında  3 

növü məlumdur. 

Suçiçəyi-  Suçiçəyi  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Potamogeton»  adlanır.  Lüğəti 

mənası  potamos-çay,  qeyton-qonşu  deməkdir.  Rus  dilində  «Rdest»  adlanır.  Yaşıl  gübrə  kimi  

məqsədilə  istifadə  olunur.  Qalınlaşmış  kökümsovları  mal-qara  üçün  yem  hesab  olunur. 

Azərbaycan florasında 12 növü məlumdur. 



Sufındığı  (Bulaq)-  Sufındığıkimilər  fəsiləsinə  aid  olan  birillik  ot  bitkisidir.  Bitki  latın 

dilində  «Trapa»,  rus  dilində  «Vodənoy  orex»  adlanır.  Şarşəkilli  bozumtul  kökləri  ilə  su 

hövzəsinin  dibinə,  orada  toplanan  lilə  bərkiyir  və  ya  sərbəst  üzür.  Meyvəsi  uzun  müddət  suda 

çürümədən qala bilir. Sufındığı qiymətli qida bitkisi kimi insanlara qədim dövrlərdən məlumdur. 

O Cənub-Şərqi Asiya və Mərkəzi Afrika ölkələrinin əhalisi tərəfindən  qida kimi istifadə olunur. 

Dərman və boya bitkisi kimi də faydalıdır. Sufındığının toxumlarının tərkibində 15% zülal, 7,5% 

yağ,  52%  nişasta,  3%  şəkər  və  22,5%  su  vardır.  Meyvələrindən  hazırlanmış  undan    çörək 

hazırlanır. Azərbaycan florasında Hirkan sufındığının növü mə-lumdur. 



Sugülü-  Sugülüçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Lemna» 

adlanır. Lüğəti mənası limne-bataqlıq, göl deməkdir. Rus dilində «Rəska» adlanır. Azərbaycanda 

demək olar bütün rayonlarda, arandan orta dağ qurşağınadək durğun və sakit axan sularda geniş 

yayılmışlar. Azərbaycan florasında 3 növü məlumdur. 



Suincilosu-  Qaymaqçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  ot  bitkisidir.  Bitki  latın  dilində 

«Batrachium»,  rus  dilində  «Vodənoy  lötik»,  «Şelkovnik»  adlanır.  Bitkiyə  respublikanın  əksər 

rayonlarında arandan  yuxarı  dağ  qurşağınadək  dayaz  və  sakit axan  sularda,  göllərdə,  şoran  sulu 

axmazlarda rast gəlinir. Akvariumda becərilə bilər. Mal-qara üçün yem bitkisi kimi də faydalıdır. 

Azərbaycan florasında 3 növü məlumdur. 



Suqouxlucası-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki 

latın  dilində  «Hydrocotyle»  adlanır.  Lüğəti  mənası  hydor-su,  kotyle-kasa  deməkdir.  Rus  dilində 

«Hitolistnik» adlanır. Onlar Lənkəran ovalığında, rütubətli yerlərdə və bataqlıqlarda yayılmışdır. 

Azərbaycan florasında 2 növü vardır. 



Suluf (bax: Quşdarısı) 

Sumaq-  Sumaqkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Rhus»,  rus  dilində  «Sumax» 

adlanır.  Sumağın  yarpağında  33%-ə  qədər  aşı  maddəsi  vardır.  Əhali  sumaqdan  müxtəlif  milli 

xörəklərin  hazırlanmasında  və  yeyinti  sənayesində  ədviyyat  kimi  istifadə  edir.  Turşməzə  tamı 

vardır. Meyvəsindən xalq təbabətində çay  kimi dəmləyib  ishala və dizenteriyaya qarşı işlədilir. 

Elmi  təbabətdə  ondan  duru  ekstrakt  hazırlayıb  hipertoniyada,  eləcə  də  şəkər  xəstəliyi  zamanı 

içirlər. Xüsusən Şəki sumağı ən yaxşı sumağ hesab olunur. Onu süfrəyə qoyub, doğranmış soğan, 

salat,  duru    xörəklərin  üzərinə  və  s.  üzərinə    bir  çimdik  (çay  qaşığının  onda  biri)  tökürlər. 

Azərbaycan florasında bir növ sumaq-AĢı sumağı yayılmışdır. 



Suoxu- Suoxuçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Butomus», rus dilində «Susak» 

adlanır. Yarpaqlarından zənbil, həsir və s. toxunur. Kökümsovu və toxumları dərman bitkisi kimi 

sərinləşdirici,  dərinin  yumşaldılmasında  və  s.  istifadə  olunur.  Azərbaycan  florasında  Çətirvari 

su-oxu növü məlumdur. 

Suşamcığı-  Suşamcığıkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Hippuris»    adlanır,  lüğəti  mənası  hippos-  at,  ura  –  quyruq  deməkdir,  rus  dilində  «Xvostik» 

adlanır.  Orta  dağ  qurşağından  alp  qurşağınadək  xırda  axmazlarda  və  bataqlıqlarda  yayılır. 

Azərbaycan florasında Adi suĢamcığı növü geniş yayılmışdır. 



 

68 


Suulduzu-  Suulduzukimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Callitriche»  adlanır.  Lüğəti  mənası  calli-gözəl,  trix,  trichos-tük  (saç)  deməkdir.  Rus  dilində 

«Bolotnik», «Vodənaə zvezdoçka» adlanır. Azərbaycan florasında 3 növü məlumdur. 



Südləyən-  Südlüyənkimilər  fəsiləsinə  aid  olan  birillik,  ikiillik  və  çoxillik  bitkidir.  Bitki 

latın dilində «Euphorbia», rus dilində «Moloçay» adlanır. Çiçəyin quruluşundan, yarpaq, meyvə 

toxumun  səthinin  əlamətlərindən,  bitkini  örtən  tükcük  və  vəzciklərin  nişanələrindən  növlərin 

təyinində  istifadə  olunur.  Mal-qara  üçün  zəhərlidir.  Xarici  ədəbiyyatda  cinsin  müəyyən 

növlərindən yanacaq (benzin) alınması qeyd olunur. Azərbaycan florasında 36 növü vardır. 

Südləmə (bax: Kahı) 

Südotu-  Südotukimilər  fəsiləsinə  aid  olan  birillik  və  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Polygala»  adlanır.  Lüğəti  mənası  polys-çox,  gala-süd  deməkdir.  Rus  dilində  «İstod»  adlanır. 

Dekorativ və tibbi əhəmiyyəti vardır. Azərbaycan florasında 8 növü məlumdur. 



Sümürgə-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Holosteum»  adlanır.  Lüğəti  mənası  xolos-yetişmiş,  osten-sümük  deməkdir.  Rus  dilində 

«Kosteneü» adlanır. Azərbaycan florasında 3 növü məlumdur. 



Sümürgən  (Anxuza)-  Sümürgənkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Anchusa»,  rus  dilində  «Anxuza»  adlanır.  Sümürgən  balverən  (nektarlı)  bitkidir, 

köklərindən qırmızı boya alınır. Azərbaycan florasında 1 növü məlumdur. 

Sünbülçiçək  (Hiasint)-  Sünbülçiçəkkimilər  fəsiləsinə  aid  olan  çoxillik  ot  bitkisidir.  Bitki 

latın dilində «Hyacinthus», rus dilində  «Qiaüint» adlanır. Qədim yunan dilində hiasint  «yağışlar 

çiçəyi»  deməkdir.  Bu  da  onun  baharın  ilk  yağışlı  aylarından  sonra  gül  açması  ilə  əlaqədardır. 

Toxumları və soğanaqları ilə çoxaldılır. Bəzək-bağçılıqda, gülçülükdə müxtəlif rəngli çiçəklərinə 

görə  əvəzedilməz  bitkidir.  Gül  dəstəsi  üçün  yararlıdır.  Azərbaycanda  1  növü  kultura  şəraitində 

becərilir.  Sünbülçiçəyinin  “H.  tpanscaspica”  növü  nadir  və  nəsli  kəsilməkdə  olan  bitki  kimi 

Azərbaycanın  «Qırmızı  Kitab»ına  daxil  edilmişdir.  MNB-da  20  çeşidi  (sortu)  kolleksiyada 

becərilir. 



Süprək- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Bitki latın dilində «Apera» adlanır. Lüğəti 

mənası  aperos-döyülməmiş  deməkdir.  Rus  dilində  «Metliüa»  adlanır.  Azərbaycan  florasında  2 

növü məlumdur. 

Süpürgəotu(Solmazçiçək)- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fə- 

siləsinə aid olan birillik bitkidir. Bitki latın dilində «Xeranthemum» adlanır. Lüğəti mənası xeros-

quru,  anthemon-çiçək  deməkdir.  Rus  dilində  «Bessmertnik»,  «Suxoüvet»  adlanır.  Dekorativ, 

toxumu yağlı bitkilərdir, yerlərdə ondan süpürgə kimi də istifadə edilir. Azərbaycan florasında 4 

növü məlumdur. 

Sürvə (bax: Adaçayı) 

Süsən-  Süsənkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki latın  dilində  «Iris»  adlanır. 

Lüğəti  mənası  «Göy  qurşağı»  deməkdir.  Rus  dilində  «Kasatik»,  «İris»  adlanır.  Süsəndən  hələ 

qədim  zamanlardan  xalq  təbabətində  istifadə  olunmuşdur.  Təzə  çıxarılmış  kökümsovlar 

qurudulduqda  bənövşəyi  rəng  alır.  Tərkibində  50%-ə  qədər  nişasta,    0,1-0,2%  efir  yağı  olan 

köklərindən öskürəyə qarşı istifadə olunur. Bundan başqa müxtəlif növlərinin kökümsov, yarpaq, 

gül, meyvə və toxumlarından dəri xəstəliklərinin müalicəsində, boyaqçılıqda, ətriyyatda istifadə 

edilir.  Süsən  kökündən  hazırlanmış  un  və  ya  spirt  məhlulu  yeyinti  sənayesində  likyor  və  bəzən 

çox qiymətli şərablara xüsusi ətir vermək üçün, həmçinin qənnadı sənayesində istifadə edilir. Efir 

yağı ətriyyat sənayesində yüksək keyfiyyətli ətirlərin hazırlanmasında və tibbidə ağrıkəsici vasitə 

kimi  işlədilir. Süsən  çiçəklərindən  rəng  və mürəkkəb  hazırlanır. Azərbaycan  florasında  26  növü 

məlumdur. 9 növü nadir və nəsli kəsilməkdə olan bitki kimi Azər-baycanın «Qırmızı Kitab»ına 

daxil edilmişdir. MNB-da 20 növü və 25 çeşidi kolleksiyada becərilir. 



Süsənbər (bax: Baqəvər) 

Şabalıd-  Fıstıqçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Castanea»,  rus  dilində  « 

Kaştan» adlanır. Şabalıd meyvəsində  8-11% zülal, 16-34% nişasta, 7-17% şəkər, 1,3-9,1% yağ, 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə