Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə110/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   106   107   108   109   110   111   112   113   ...   121

Ütarid  ulduzu  -  köhnə  astroloji  təsəvvürə  görə,  göylərin  katibi 

sayılır.  Ümmi  isə  savadsız  deməkdir.  Yəni  oxuyub-yazmaq  bilməyən 

Məhəmməd öz gəlişi ilə Ütarid ulduzunu savadlandırdı, işıqlandırdı.

413



Ərş divangahım sürətlə keçdi,

Dərcin də yolunu bir anda biçdi.



Dərc  -  burada  Məhəmməd  peyğəmbərin  güya  meraq  gecəsində 

keçdiyi göy pillələrindən birinin adıdır. Yəni Məhəmməd göyün təbəqələrim, 

o cümlədən dərc pilləsini keçib, yeddinci qata yüksəldi.

32

 



Ağızdan çıxmayan səsi eşitdi,

Görünməz simam ziyarət etdi.

Yəni  Allahdan gələn səsi  eşitdi və  gözə  görünməyən varlığım  iman 

gözü ilə gördü.

33

 

Tərifə başlasam dörd yavərim,



Dörd gövhər satan var, dörd gövhər alan.

Burada  dörd  yavər  dedikdə,  Məhəmməddən  soma  onun  yolunu 

davam etdirmiş olan dörd xəlifə nəzərdə tutulur. Gövhər - burada islam dini 

deməkdir. Dörd gövhər satan və alan - yenə dörd xəlifəyə işarədir.

34

 

Bu dərviş sifətli dörd böyük soltan,



Dünyaya olmuş dörd təkbir oxuyan.

Dərviş sifətli dörd soltan - yenə dörd xəlifəyə işarədir. Dörd təkbir 

- ölü üçün oxunan namazdır; burada üz çevirmək mənasındadır. Yəni o dörd 

xəlifə dünyadan üz çevirib, onun bütün vanna göz yummuşlar.

35

 



Bazarlar olmuşdu səs-küydən uzaq,

Zınqırov səsindən dincəlmiş qulaq.

Yəni  bayır-bazar  küydən,  gurultudan  boşalmış,  hər  tərəfə  səssizlik 

çökmüşdü.  Gecə  qarovullan  yatmış,  zınqırovlann  səsi  kəsilmişdi  (Şahlann 

qarovullan  bellərinə  zınqırov  bağlardılar  ki,  onun  səsindən  yuxulan  qaçsın, 

yatmasınlar).

36

 

Dan yeri başım salmışdı suya.



Yəni Günəş də göyün dənizinə qərq olmuşdu.

37

 



Gah başım dizimin üstündə dalğın,

Yer - başım altmda, göy - ayağımın.

Yəni  başım  dizimin  üstündə,  fikrə  dalmış  halda  xəyalat  və  ilham 

göylərində uçurdum. Deməli, yer başımın, göy isə ayaqlarımın altmda idi.

38

 

Günəş qarşısında əriyəntək mum,



O mumla gözümdən çəkildi yuxum.

Yəni  Günəş  mumu  əridən  kimi,  mənim  qızğın  fıkirlərimlə  coşğun 

ilhamım yuxumu əritmişdi, səhərə qədər yatmamışdım.

39

 



Müəzzin başlarkən birinci qunut

Ki: "Subhanə həyyəlləzi layəmut"...



414


Yəni azançı əvvəl Allahın əmrlərinə tabelik duasım oxudu: "Həmişə 

diri və əbədi ölməz olan Allaha alqışlar olsun", dedi.

415


40

 

Başladı ürək, dil: "Şeir yaz" deyə,



Harut, Zöhrə kimi cadugərliyə.

Yəni  Harut  və  Zöhrə  bir-biri  ilə  eşqbazlıqda  şirin,  gözəl  söhbətlər 

və  sehrbazlıqlar  etdikləri  kimi,  mənim  də  qəlbim,  dilim  bədii  söz 

yaradıcılığında möcüzəli sənət əsərləri yaratmaqla məşğuldur.

Harut  və  Marut  dini  xurafatda  İki  mələyin  adıdır;  Güya  Babil 

qülləsində bir quyudan başıaşağı asılmışlar.

Əfsanəyə görə, Harut Zöhrə adlı bir qadınla eşqbazlıqda ona sehr və 

əfsun  öyrətmiş  və  güya  bu  qadın  öyrəndiyi  sehr  ilə  göyə  qalxaraq  orada 

Zöhrə ulduzuna çevrilmişdir. Zöhrə ulduzu İran mifologiyasında həm də göy 

çalğıçısı sayılır. Farsca ona Nahid deyilir.

41

 

Bu barlı ağacdan kim meyvə dərsə,



Söyləsin xoşbəxtdir bu bağban kimsə.

Burada barlı ağac Nizaminin əsərinə - "Şərəfhamə"yə işarədir. Kim 

meyvə  dərsə,  yeni  kim  "Şərəfnamə"ni  oxusa...  Bağban  isə  o  meyvələri 

yetişdirən, yəni o sözləri yazan Nizamidir.

42

 

Ancaq bir şərtim var: bir para dəcəl,



Qonşunun malına uzatmasın əl.

Burada  Nizaminin  müasirləri  olan  bəzi  xırda  şairlərə  işarə  edilir. 



Qonşunun malına uzatmasın əl, yəni mənim əsərlərimi oğurlamasın.

43

 



Damcı oğrusundan qorxarım dəniz?

Buludum yağdırar ondan çox, şəksiz.

Yəni mənim təbim bir dənizdir: o, damcı oğurlayanlardan qorxmaz. 

Oğruların  apardıqları  damcılar  əvəzinə  ilhamımın  buludu  bir  anda  mənə 

ondan çox muzd verir.

44

 



Ay işığı qədər olsa yüz çıraq,

Yenə Günəş ona vuracaqdır dağ.

Burada günəş Nizami, çıraq isə dövrünün xırda şairləridir.

45

 



Dağlara buludlar ağ kafur saçdı,

Ac torpaq ağzmı kafurçün açdı.

Yəni  dağdan  kafur  yağdıran  bulud  göründü  -  qocalıqdan  başımda 

saçlarım  kafur  kimi  ağardı  və  həyatım  sona  yetdi  (müsəlmanlıqda  ölünü 

basdırmazdan əvvəl yuyarkən üstünə kafur səpərlər).

46

 



Bu zaman bir bucaq xoşdur saraydan,

Oyuncaq əlini uzadar dövran.

Yəni  qocalıqda  yoxsulca  bir  küncdə  yaşamaq  sarayda  kef  çəkməkdən 

yaxşıdır,  çünki  bu  zaman  artıq  dövran  insam  qocalığına  görə  ələ  salar,  ona 

istehza edər.

416



Məşriqdən ağardı daha dan yeri.

Yəni saçlanm ağarmış, artıq qocalmışam.



417


48

 

Başına tac ilə kim vursa bəzək,

Əmgəyi ağ deyil, müşk olsun gərək.

Yəni taca layiq olan başa şirmayı kimi ağ saçlar deyil, müşk kimi qara 

saçlar lazımdır; demək, bunun üçün qoca deyil, cavan olmalıdır.

49

 

Keçərsə körpüdən bu Gilan atım,

İnanma Gilana bir də qayıdım.

O  zaman  yaxşılığı  ilə  məşhur  olan  Gilan  atı  nəzərdə  tutulur.  Yəni 

ömrümün Gilan atı həyat körpüsündən keçəndən sonra bir də dünyaya 

qayıtmayacağam, əbədiyyətə qanşmış olacağam.

50

 

Qəbrim şüşəsinə əl qoyan zaman,

O pak gövhərimi heç olmasa an.

Şüşə - burada təpəcik mənasındadır. Adotə görə, birinin qəbri üstünə 

gedənlər o qəbrin təpəciyinə əl basarlar.

51

 

Bir mey ki, suyu saf, axan gümüşdür,

Onu hər dörd məzhəb halal görmüşdür.

Burada zülal suyu kimi təmiz, saf şərab deməklə Nizami güya cənnətdə 

olan kövsər suyunu nəzərdə tutur və onun bütün məzhəblərdə halal olduğunu 

söyləyir.

Dörd məzhəb - müsəlmanların iki böyük qismindən biri olan sünnilərin 

məzhəbləridir: hənəfilər, şafeilər, hənbəlilər və malikilər.

Bərcistək oxum var, atmaram ancaq.

Bərcis Müştəri ulduzunun farsca adıdır. Bu ulduz Qövs (Kaman) 

bürcündə olduğu üçün ondan ox atarmış. Nizami anlatmaq istəyir ki, 

düşmənlərlə və paxıllarla mübarizədə mənim də Müştəri ulduzu kimi silahım, 

sözdən, şeirdən oxlarım var, istəsəm vuraram.

53

 

Zöhrətək çəkiyə qoyaram dirhəm.

Zöhrənin evi Tərəzi bürcüdür. Yəni mən də söz dirhəmini (gümüşü)

Zöhrə kimi tərəzidə çəkərəm.

54

 

Hər çillə qırx gündür, xəlvəti mindir,

Bu yerdən məclisə girmək çətindir.

Çillə - burada zahidlərin cəmiyyətdən uzaqda keçirdikləri qırx gün 

deməkdir. Buna dərviş çilləsi deyilir. Yəni qırx çillədən və min cürə pəhriz, 

qənaət, ibadət işləri ilə məşğul olandan sonra, daha şahlann məclislərində 

iştirak etmək yaramaz. Demək, ömrümü azad, öz aləmimdə keçirdikdən 

sonra daha saraya girmək, saray şairi olmaq məndən uzaq olan işdir.

Görsəydim özümdən gözəl bir gülşən,

Al, san gülünü dərməzdimmi mən?

Hazıram budumdan kabab yeməyə,

418


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə