Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə107/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   103   104   105   106   107   108   109   110   ...   121

Dostlan bu işdən etdi çox heyrət

Gedəndən hər biri aldı bir ibrət. 

Bizdən ən ağıllı, həm iş bacaran,

Bax, necə aynldı bir sirr açmadan!

Az zaman keçincə bu hadisədən 

Al günəş parladı, güldü çöl, çəmən.

O biri yoldaşa yetişdi növbət,

O da bu dağlarda yox oldu xəlvət. 

Get-gedə azaldı əsrar arayan,

Olmadı o hərfi bilən bir insan. 

Qorxudan şiddətlə çırpındı ürək, 

Göylər də kimsəyə etmədi kömək. 

Əsrardan heç biri tutmadı xəbər, 

Kədərlə padşaha tərəf döndülər. 

Şikayətləndilər: "Bir çoxu bizdən 

Dağlara dırmandı, olmadı dönən.

Nə dağa çıxarkən bir az durardı,

Nə geri dönməyə bir ümid vardı. 

Bilmədik pərdədə nəyin səsidir,

Hansı bir çalanın şən pərdəsidir. 

Pərdənin yolunu bilmədik, artıq 

Çarəsiz şəhərdən geri qayıtdıq.

Bizdən də apardı bir neçə insan,

Daha səs gəlmədi bir də o dağdan. 

Olunca onların yolu dağ, gədik,

Biz də çöl yolunu tutaraq gəldik.

Bu çərxin işləri belədir, belə,

Biri düşmüş dağa, o biri çölə". 

Söylənən əsran eşitdi bir-bir,

Bildi, bu yol "gedər-gəlməzə" gedir. 

Dönsəydi o dağa gedənin biri,

O zaman gözəldi bu dağ səfəri. 

İskəndər bu işdən eylədi heyrət: 

"Öyrənən yox, nədir bu gizli hikmət?" 

Bildi ki, dırmanan o dağa, daşa 

Dünyada ömrünü vurmuşdur başa.

Bir məsəl çəkdi ki: "Ölər hər doğan,

399



Əcəl pəncəsindən kim qurtarmış can?" 

Bir ov ki, bacarmaz ovçular ilə, 

Məzara gedər o öz ayağiylə.

Yediyi bir oxdan hər ovçu tərlan 

Düşər yer üzünə öz qanadından.

İSKƏNDƏRİN 

RUMA QAYITMASI

Ey saqi, dayanma, qədəhi gətir! 

Qədəhsiz şənlənmək mümkün deyildir. 

Ver, bir qurtum içim, gətir kuzəni,

Əcəl pəncəsindən, gəl, qurtar məni.

Bir kirpik vurunca bu acı dövran,

Hər yerdə törədir yüz yaxşı-yaman. 

Birinin başım bağlayır yerə,

Birini qaldınr uca göylərə.

Birini günbəddən salır quyuya,

Birini balıqdan ucaldır Aya.

263


 

Hər anda başlayır canbaz oyunu,

Bu dünya bir heçdir, həm heçdir sonu. 

Dikbaşlıq yaramaz, uyuşmaq gərək, 

Dikbaş at hər zaman qırmanc yeyəcək. 

Dikbaşlıq edərsə ən gözəl bir at 

Misir eşşəyindən əskikdir qat-qat.

Bu dünya dünyaca görmüşdür adam, 

Ürkərək kimsəyə olmamışdır ram.

Elə kimsənindir belə ruzigar,

Anlayan kəslərin işini anlar.

Rəvayət edənlər belə anladır:

Mağara yamnda qumnca çadır,

Təmirə xəzinə tökdü tacidar,

Saldığı o şəhər adlandı: Bulğar. 

Bulğardan keçərək ruslar elinə, 

Döndərdi o mülkü şən bir gəlinə.

400



Oradan qayıtdı Rum dənizinə, 

Yelkənlərlə çıxdı öz ölkəsinə.

Bir xəbər tutunca Rum başçıları 

Axışdı müzəffər bayrağa san.

Hər kəs öz şahım qalib görüncə

Şükürlər edərək daldı sevincə.

Şahın gəlməsiylə Yunan ölkəsi 

Ay kimi nur saçdı, güldü çöhrəsi. 

İskəndər gətirən zülmətdaşından 

Yaqut rəngi aldı cəvahir satan.

Aldı o sərvətdən şəhərlər zinət,

Yerlər xəzinədən tutdu bərəkət.

Axdı hər qəsrdən cənnət sevinci, 

Yerlərə tökdülər qızıl, ləl, inci. 

Xəzinə ağzından qınldı qıfıl,

Zillət qapısına vumldu qıfıl.

Ay kimi gəldi öz bürcünə o şah, 

Başında günəştək çinli bir külah.

Şah Rumdan gedərkən bənzərdi yerə, 

Dönərkən sığmadı uca göylərə.

Bulud ki, göylərə su ilə gedər

Dönərkən dənizə saf inci səpər.

Şah yunan taxtına oturdu şən-şən, 

Dincəldi yolların zəhmətlərindən.

Şah yeddi ölkənin fikrindən doydu, 

Hər bir məmləkətdə bir nayib qoydu. 

Şahlıqlar baş əydi hər fərmanına, 

Sədaqət göstərdi hər peymamna. 

Şahın gəlməsiylə ucaldı onlar,

Hər kəs öz mülkünə döndü bəxtiyar. 

Hər biri təklikdə şahlıq edərdi,

Başım dik tutub, asıb-kəsərdi. 

Boynunu əymədi kimsə kimsəyə,

Hər biri başım ucaltdı göyə.

İskəndər adma qədəh qaldınr, 

içərkən hər biri tək onu amr.

Şah Yunan taxtına oturdu yenə,

401



Bəxtin açannı aldı əlinə.

Dünyaya elmlər, biliklər saçdı,

Tanrı hikmətindən qapılar açdı. 

Getdi haqq əmriylə peyğəmbərliyə

Hörmətlə baş əydi "fərmandır" deyə. 

Yenidən başladı şah hazırlığa, 

Dünyam dolaşdı başdan-ayağa, 

iki dəfə səfər etdi İskəndər,

Birində çöl gəzdi, birində şəhər. 

Birində dolaşdı abad yerləri,

Yenə Ruma döndü Rumun sərvəri. 

Birində yolsuz hər çölü, hər dağı 

Keçdi ay, günəştək onun bayrağı.

Birinci məclisi bitirdim artıq, 

ikinci məclisə vurdum yaraşıq.

Bu "Şərəfnamə"nin məclisində mən 

Saçmışam ən incə, bakir sözlərdən. 

Ona bağladığım incə incilər,

Hər dastan başında saçdığım gövhər, 

Bir yerdə bir telə düzülsə bunlar,

O tel ən parlayan inciylə dolar.

Hər dastan başında mənalı sözlər, 

Hikmətə dair bir başlıca dəftər. 

Tarixə ən tanış o saqiləri,

Aldım iş başına hər bir rəhbəri. 

Oturan göz oldu bu biliklərə, 

Xəznədə keşikçi oldu gövhərə.

Belə incə nəqşi kim qura bilər?

Bu gözəl rəngləri kim vura bilər? 

Sazına bağladım elə incə tel,

Olmuş hər nəğməsi Zöhrədən gözəl. 

Hər yerdə bir yanlış gördüm, silərək 

Toxudum ona ən doğru bir bəzək. 

Doğruluq yolunu tutmayan sözlər 

Aya ucalsa da qiymətdən düşər.

Hər yerdə o qoca, o sənət əri



402


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə