Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə108/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   104   105   106   107   108   109   110   111   ...   121

Yanlış söyləmişdi doğru sözləri

Yanlışa yenidən vurdum bir bəzək 

O qoca şairdən üzr istəyərək

264


Çatınca sona bu binanın nisfi, 

Verildi mənə bu dünyanın nisfi.

O  biri nisfini, zaman olsa yar, 

Təbimlə bəzərəm elə bil gülzar. 

Oxucu yuxudan qalxar bu səsə, 

Balığı dənizdə gətirər rəqsə. 

Zəmanə azacıq verərsə aman, 

Şüurum söz verir mənə, var güman. 

Bu Rumi qılıqlı, naxışlı bağda 

Al güllər göyərdim san torpaqda. 

Ən parlaq firuzə və incilərdən 

Xəzinə dolduram, şaşırsın görən. 

Hər bağdan bir çiçək alaraq bəhrə

Hər güldən bir gülab axıdım nəhrə. 

Padşahın taleyi edərsə kömək, 

Sözlərim düzülər incə incitək.

NÜSRƏTƏDDİN ATABƏYİN 

SİTAYİŞİNƏ DAİR

Saqi, ay işıqlı camı ver mana! 

Padşahın taxtım öpmək adma, 

Taxtımı ucaldım uca Pərvinə, 

Qədəhi boşaldım şah şərəfinə.

Ölkələr fəth edən, dünya pənahlı, 

Firidun kəmərli, xaqan külahlı, 

Sultan Nüsrətəddin ədalətindən 

Bu dünya xatırlar şərab içərkən. 

Bir göydür ki, ulduz ona nur verir, 

Dənizdir ki, tacı öz gövhəridir. 

Dünyam yumuş bu üçüncü dəniz, 

Nəsara dinindən etmiş tərtəmiz

265


Uca, dik başım Müştəri öpər,



403


Onun bir nəzəri min işıq səpər.

Təslis və tərbiə cəvahir saçan,

Nəsara dinindən etmiş tərtəmiz

266


Mübarək bəxtindən dünya kam almış, 

O köhnə şahlardan yadigar qalmış. 

Ulduz baş çəksə də uca göylərə, 

"Bəndənəm" deyərək baş qoyar yerə. 

Dünyam padşahlıq gücüylə hər an 

Doldurmuş biliklə, silmiş qubardan. 

Məclisin başında parlaq günəşdir, 

Döyüşdə əndaha yaxan atəşdir.

O qədər dumdur qəlbinin gözü,

Onunla nurlamr günəşin üzü.

Qılıncı qana qəsd etdiyi zaman 

Su, atəş çıxarır qara daşlardan. 

Yayından buraxsa nişan oxunu,

Yerlərə bağlar o, göyün boyunu. 

Firənglə Fələstin, Rum keşişləri 

Verdiyi buyruqdan durmazlar geri. 

Gördüm ki, güvənmiş işıqlı baxta, 

Oturmuş şahanə mübarək taxta.

Əlimdə yox elə böyük hədiyyə,

Şahım, o şahanə taxta səpməyə! 

İskəndər getdiyi çeşmədən də saf 

Bir gövhər düzdüm ki, ondan da şəffaf. 

Bitincə gövhəri aldım hüzurə,

Gövhəri hədiyyə verdim gövhərə

267


Verdim bu gövhərin üzüyünü mən 

Yeni İskəndərə o İskəndərdən.

Yaşasın padişah uca baxtıyla!

Var olsun həmişə tacü taxtıyla! 

Bağçanda ötən bu-şeyda bülbülün 

Səsiylə şənlənsin mübarək ömrün.

Elə tacidarsan, göylərin tacı 

Tacımn ucunu öpmək möhtacı.

Bu taxta tək səni bəyəndi dövlət, 

Dünyada bəxtiyar bir sənsən, əlbət.

404



Dünyada olmamış mümkün kimsəyə 

Göndərsin padşaha layiq hədiyyə.

Böyük bir dəryaya saxsı kuzədən 

Bir damcı su damsa, olurmu görən?

Qara daşdan sızan damcılar, əlbət, 

Dənizə yetişməz, bu bir həqiqət!

Nizami ki, quldur, bəndədir sana,

Yazdı bu naməni sənin adma.

Qanşqa, Süleyman taxtıdır, deyə,

Bir çibin qanadı verdi hədiyyə.

Tovuzun qanadı olsa da rəngin,

Baxsana səsinə - pişikdən çirkin.

Bax, kiçik bir bülbül cəh-cəh edərkən 

Quşları aşağı endirər göydən.

Mən haman bülbüləm, uçdum cənnətdən, 

Sənin gül bağçanda eylədim məskən, 

Dövründə oxuyum elə təranə, 

illərcə yayılsın adın cahanə.

Onunçun adma yazdım bir dastan, 

Qələmim qızıla batsın naxışdan.

Qəsdim fil tiynətli zər almaq deyil, 

Məhmudun filinə bənzəməz bu fil.

Kimsə istəmədən sərvət verərsən, 

Qədərsiz xəzinə, xələt verərsən. 

Yazmaqdan olsaydı qəsdim gövhər, dürr, 

Dürr, gövhər yonmaqla keçərdi ömür.

Bu işə eşqim var əzəldən, başdan,

Qızılda gözüm yox, eşqimdir cahan.

Söz demək sirrim mənə verdi haqq,

Sənə də düşüncə, qüvvət və anlaq. 

Xəyala nə gəlsə artıqsan ondan, 

Məmləkət alan ol, dünyam tutan!

Bu uca fələkdən hey zaman-zaman 

Başqa bir zəfərlə səadət qazan!

Dünya gənc ömrünə dadımlıq olsun, 

Qismətin dünyadan qoy artıq olsun!



405


406


İZAHLAR

1

 

Göyləri sən qurdun, ucaltdın, Allah,

Ona yer üzünü etdin güzərgah.

Qədim insanlann təsəwürünçə, bütün kainatın mərkəzi yer hesab 

edilirdi; Göy isə yerin ətrafinda dolanır. Buna görə, - yer göylərin güzərgahı, 

keçdiyi yoldur, - deyilir.

2

 

Sənsən bu aləmdə bir damcı sudan,

Günəşdən işıqlı gövhər yaradan.

Burada Günəşdən işıqlı gövhər ifadəsi ilə insan da nəzərdə tutula 

bilər. Bir damcı sudan (nütfədən) insanı yaradan sənsən, - mənası da anlaşıla 

bilər.

3

 

Fələyi uca bir hasara aldın,

O yerdə idrakı kəməndə saldın.

Yəni insanın şüuruna, fikrinə göylərin xaricində nə olduğunu 

bilməyə imkan vermədin.

4

 

Sənin varlığındır o laməkandan,

İdrak elçisini hər an daşlayan.

Yəni sənin yersiz - məkansız olan varlığın səni tapıb öyrənmək 

istəyən idrak elçisi insanı hər an daşlayıb, yaxma buraxmaz.

5

 

Y ollardan tüstünü qaldırsan əgər,

Bir çibin Nəmrudun beynini yeyər.

Dini rəvayətlərə görə, Nəmrud allahlıq iddiası edərkən bir çibin 

onun burnundan beyninə getmiş, onu öldürmüşdü. Nəmrud Babili tikdirmiş 

və orada hökmranlıq etmişdir. Özü bütpərəst olmuşdur. Guya imana 

gəlmədiyindən vücuduna milçəklər daraşaraq onu tələf etmişdir.

6

 

İstəsən əzilsin düşmənin beli,

Quşlarla qırarsan əshabi-fili.

Dini rəvayətə görə, müsəlmanların peyğəmbəri Məhəmmədin 

anadan olduğu 569-cu ildə Həbəş padşahı Ərəbistana gələrək, Kəbəni 

dağıtmaq məqsədi ilə Məkkəni mühasirəyə alır. Onun ordusunda müsəlləh 

hərbi fillər də var imiş. Lakin Allah onun üzərinə Əbabil quşlarını (dağ 

qaranquşları) göndərir. Bu quşlar dimdiklərində xırda daşlar gətirib, Həbəş 

qoşununun üstünə salırlar. Kimin başına bu daşlardan düşürsə, o, yara 

çıxardıb ölür. Bu hadisə həbəşləri geri qayıtmağa məcbur edir. Hərbi fillər 

ərəblərə dərin təsir bağışladığı üçün həmin ili fil ili, onların sahiblərini isə 

əshabi-fil (fil sahibləri) adlandırırdılar.

407


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə