Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə109/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   105   106   107   108   109   110   111   112   ...   121

7

 

Gah kiçik nütfəyə qoydun qızıl tac,



Gah xırda çərdəkdən yaratdın ağac.

Yəni gah bir damcı sudan ibarət olan nütfədən bir xoşbəxt adam - bir 

padşah, bir filosof, bir peyğəmbər yaradırsan, gah da bir çəyirdəkdən bir ağac 

çıxarırsan.

8

 

Gah Xəlil alırsan bütxanələrdən,



Gah dost yaradırsan biganələrdən.

Dini rəvayətə görə, İbrahimxəlil peyğəmbər öz atasımn dinini, yəni 

bütpərəstliyi  atmış,  bütxanəyə  gedib,  bütləri  qırmışdır.  Burada  Xəlil  - 

İbrahimxəlil peyğembəre işarə olmaqdan əlavə, eyni zamanda dost mənasım 

verir.  İbrahimxəlil  əvvəl  bütpərəst  ikən  biganə  idi,  Allahı  tanımırdı,  sonra 

Allahı  tanıdı,  bütləri  qırdı,  biganəlikdən  çıxıb  dost  oldu.  Qiymətli  cavahir 

doğan bir evdən, Əbu Talibi də çıxaran sənsən.

Burada  qiymətli  cavahir  dedikdə,  ya  Məhəmməd  peyğəmbər  və  ya 

onun  əmisi  oğlu,  dördüncü  xəlifə  Əli  nəzərdə  tutulur.  Məhəmmədin  atası 

öldükdən  soma  əmisi  Əbu  Talib  yetim  qalmış  Məhəmmədi  oğulluğa 

götürmüşdü. Nizami burada demək istəyir ki, Əbu Talibin böyüklüyünə, yəni 

peyğəmbərin  atalığı  və  Əlinin  atası  olduğuna  baxmayaraq,  yenə  də  onu 

qapıdan qovdu, çünki Əbu Talib, sünnilərin əqidəsinə görə, islamiyyəti qəbul 

etməmişdi.

10

 

Kəsərli ayəni öyrətmək səndən,



Şeytanın gözünü tikməksə məndən.

İslam  dininə  görə,  güya  Şeytan  "Quran"ın  ayələrim  eşitdikdə  orada 

dura  bilməz,  qaçıb  geder.  Nizami  bu  beytində  demək  istəyir  ki,  sən  mənə 

ayələrim  öyrət,  yəni  mənə  yardım  et,  mən  də  Şeytanın  gözünü  bağlayım, 

günah işlər görməyim.

11

 



Adın mehribanlıq etsə bir qədər,

Mənimlə oynaya bilərmi divlər?

Yəni  sən  məni  istəsən,  gözün  üstümdə  olsa,  qara  qüvvələr  mənə 

ziyan vura bilməz.

12

 

Bu köhnə dəzgahdan düşərsəm uzaq...



Yəni ölüb bu dünyadan gedərsəm... Burada köhnə dəzgah dünya

mənasında işlənmişdir.

13

 

Zamindir qaraya, ağa bu rəhbər...



Yəni Məhəmməd günaha da, savaba da zamindir.

14

 



Xalım qaraldır Əbbasilərin,

Gözünə nur saçır şəmmasilərin.



408


Əbbasi xəlifələrinin paltarları və bayraqları qara idi. Xalını 

qaraltmaq ifadəsi burada Əbbasilərin səltənət və əzəmətinə 



Şəmmas -

işarədir.



409


atəşpərəst, həmdə gözdə ağ - titə deməkdir, İnad göstərmək mənasında 

işlənir.


Yəni  atəşpərəst  şəmmasilərin  gözündən  ağlığı,  korluğu  alıb  nur 

saçdı, onları müsəlman etdi.

15

 

Dodağı İsadan daha möcüzkar.



Yəni  onun  (Məhəmmədin)  nəfəsi  ölüləri  dirildən  İsamn  nəfəsindən 

daha möcüzəlidir.

16

 

Zülmətin suyutək geyinmiş paltar.



Yəni  dirilik  suyu  zülmətdə,  qaranlıq  içində  gizli  ikən,  onun  da 

vücudu qara paltarla örtülü idi.

17

 

Göy - ona dünyada dörd tağı quran,



Yer - ona fələkdə beş növbət vuran.

Yəni  göylər  ona  yerdə  dörd ünsürdən dörd  qübbəli çadır  quran, yer 

də  göylərdə  onun  beş  növbət  vuranıdır.  Səlcuq  padşahı  Sultan  Səncərdən 

qabaq şahlann saray darvazasında gündə dörd dəfə nağara çalmaq qayda idi. 

Sultan Səncərdən soma nağara çalmağın sayı beşə qaldırıldı. Nizami burada 

beş növbət vuran dedikdə, beş vaxt namaz qılmağı nəzərdə tutur.

18

 

Odur öz ağlına eləyən təkyə,



Ayı barmağıyla bölən ikiyə.

Dini  etiqadlara  görə,  Məhəmmədin  möcüzələrindən  biri  də  Ayı 

barmağı  ilə  ikiyə  bölməsidir.  Güya  qureyşilərin  rəislərindən  Əbu-Sufyan  və 

Əbu-Cəhl  bir  dəfə  Məkkədə  Məhəmməddən  doğradan  da  peyğəmbər 

olduğunu  isbat  etmək  üçün  Ayı  barmağı  ilə  ikiyə  bölməyi  tələb  etmişlər. 

Məhəmməd də güya barmağı ilə Aya işarə etmiş və Ay iki parça olmuşdur.

Soma  yenə  barmağım  Aya  doğra  uzatmış,  Ay  parçalan  yemdən 

birləşmişdir.

19

 

Hər iki dünyadan bir don tikərək,



Onlardan düzəltmiş yeganə bəzək.

O donu geyərkən pak vücuduna,

Bir qanş az gəldi uca boyuna.

Yəni Məhəmməd iki aləmdən də yüksəkdir, onun varlığı bu aləmə - 

yer və göy aləminə sığışmadı.

20

 



Dəvətə genişlik o vermiş yenə,

Daşlar da şahiddir möcüzəsinə.

İslamiyyət  uğranda  apardığı  müharibələrin  birində  Məhəmmədin 

ağzım vurub yaralamışdılar. Bu beyt həmin hadisəyə işarədir.

21

 

Göy gecə məclisi qızışdırmışdı,



İşıqdan gecənin gözü qamaşdı.

410


Məhəmməd peyğəmbərin meraca getdiyi, yəni göyün yeddinci 

təbəqəsinə qalxdığı gecə göylər ondan işıqlandı.



411


Çin ipəklərinə düzmüş dürr, gövhər...

Yəni göyləri ulduzlarla bəzəmişdir.

Yetmiş yollu yurddan köçünü vurdu,

Çadın yeddinci fələkdə qurdu.

Yəni  yetmiş  iki  millətin  yurdu  olan  bu  dünyadan  köçüb,  yeddinci 

fələyə meraca getdi.

24

 

Doqquz hücrəsini bir an buraxdı,



Göyün doqquzuncu tağına qalxdı.

Məhəmmədin doqquz arvadı və doqquz otağı vardı. Yəni o, doqquz 

hücrəsinin işindən əl çəkdi, dünyam tərk etdi, doqquzuncu fələyə getdi.

25

 



Yeddinci əflakə çapdığı zaman

Dişan atıldı dördkünc daxmadan.

Dini  etiqada  görə,  Məhəmməd  meraca  Büraq  adlı  mövhumi  at 

üzərində getmişdir. Dördkünc daxma - güya dörd ünsürdən (sudan, oddan, 

havadan,  torpaqdan)  vücuda  gəlmiş  yer  deməkdir.  Yəni  yeri  buraxıb,  göyə 

çıxdı.


26

 

Ərəb səmasında bir Süheyl çapdı,



Yəmən gönü ondan yeni rəng tapdı.

Yəni onun (Məhəmmədin) Büraqı ərəb torpağının göylərində Süheyl 

ulduzu kimi parladı, onun nurundan Yəmənin tumaçı rəng və xoş qoxu aldı. 

Süheyl - cənubda görünən çox parlaq bir ulduzdur.

27

 

Gecə otlağından, sərxoş olaraq



Ay kimi gəlmişdi əldə şəbçıraq.

Əfsanələrə  görə,  şəbçıraq  elə  bir  gövhərdir  ki,  dəniz  atı  sahilə 

otlamağa  çıxarkən  onu  özü  ilə  çıxam,  işığında  otlayır,  doyub  məst  olandan 

soma  yenə  o  gövhəri  özü  ilə  dənizə  apam.  Nizami  burada  Büraqı  həmin 

əfsanəvi  dəniz  atma,  Məhəmmədi  də  həmin  nurlu  gövhərə  bənzədir:  at, 

gövhəri  (şəbçıraqı)  dənizə  apardığı  kimi,  Büraq  da  Məhəmmədi  göylər 

dənizinə, asimana aparmışdır.

28

 



O səyyar dənizdən toz qopamdı.

Burada dəniz - göylərə işarədir. Yəni Məhəmməd göyləri çox sürətlə

keçib gedirdi.

29

 



Çatdı hər dənizə yeddi ülkərdə,

Yeddi yol yuyundu o dənizlərdə.

Yəni göylərin yeddi təbəqəsim keçib, daha da yüksəklərə qalxdı.

Ütarid ulduza verdi qələmi,

Əlinə qələmi alarmı ümmi?

412



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə