Burdan bir atli keçDİ…



Yüklə 34,34 Kb.
tarix26.10.2018
ölçüsü34,34 Kb.
#75741

BURDAN BİR ATLI KEÇDİ
Ahıl vaxtında yurd-yuvasından məcburən

qovulmuş, Xızıya pənah gətirmiş yurd

xiffətindən dərdə düşüb vəfat etmiş dağ

cüssəli Vəliyev Qasım Hüseyn oğlunun

müqəddəs ruhuna!..

I


Burdan bir atlı keçdi…

Dona çayından içdi,

Bağçasında, bağında,

Əkdiyini yad biçdi!..

***

Aman, Ləlvər dağı, ellərin cəmi,



Harda ocaq saldı, haraya düşdü?

Yurdların bir olan, gur olan dəmi-

Fitnəyə, felə, qaraya düşdü.

*

Niyə Nuh gəmisi gəlmədi Qafa?



Yurdlar sahibinə etmədi vəfa,

Millət cəfa çəkdi, yad gördü səfa,

Köçhəköç, qaçhaqaç araya düşdü.

*

Tarix unudarmı o qanlı çağı?



Dərddən ürəklərin əridi yağı,

Düşmənin vurduğu o sinə dağı,

Yenə yara üstdən, yaraya düşdü.

*

İrəvan, Zəngəzur, Qaf, Göyçə talan,



İki yüz il dolaşır dünyanı yalan,

Ey Vətən, didərgin azəri balan,

Hara qovladılar, oraya düşdü?

*


Niyə içimizin sönübdü kini,

Cihada çağırır o İslam dini,

Dünyanın iblisi, şeytanı, cini,

Bizim yurd-yuvaya, saraya düşdü.

*

Sınaq yarışımı, Allah, mərdlərə?



Qol-qanad verirsən hey namərdlərə,

Çarə arayarkən biz bu dərdlərə,

Zülüm də, ölüm də çaraya düşdü.

II

HANI AXTALA…?

Müddətdi olubsan elindən uzaq,

Necə gəzdirirsən vayı, Axtala?

Kəsibdi başının üstünü sazaq,

Qanlıdır o Dona çayı, Axtala!

*

Hanı, o dağların düzləri, hanı?



Çeşməsi çağlayan gözləri hanı?

Sönmüş ocaqların közləri hanı?

Necə unuduldu sayı, Axtala?

*

Bağında bülbülün dili kəsildi,



Sazında siminin teli kəsildi,

Türkün beli sındı, eli kəsildi,

Hanı o dağların yayı, Axtala?

*

Suyundan içdiyim o buz bulaqlar,



Atımı sürdüyüm o göy yaylaqlar,

Yağının əlində qalan oylaqlar-

Niyə eşitməyir hayı, Axtala?

*

Mənə söylədilər yurd et Xızını,



Yayın yaylaq eylə, oxşa yazını,

Dindir dərdə düşmüş teli sazını,

Vur başa hər günü, ayı, Axtala.

*

Dünya hürr deyirkən hey millətlərə,



Biz niyə tuş olduq de zillətlərə?

Bu qoca vaxtımda bu minnətlərə-

Qalmadı könlümün hayı, Axtala.

*

Atla dolaşdığım gədiklər hanı?



Kabablıq etdiyim əmliklər hanı?

O haylı, haraylı şenliklər hanı?

Hanı o xoş bahar ayı, Axtala?

*

Gəzdikcə Xızıda çölü, çəməni,



Ürəyim unuda bilməyir səni,

Bilirsən, qubarın yandırır məni,

Yoxdu o yerlərin tayı, Axtala!..

***


Bu ahlar içində çırpınan qoca,

Haqqına könlündən açıbdı baca.

Fəraqı dilindən könlə yaxılır,

Köksündə elə bil şimşək çaxılır.

Bütün canı ilə titrəyir, əsir,

Ruhu o yerlərə yenə tələsir.

Bumbuz əllərində hərarət gəzir,

Allaha ömründən istəyir nəzir.

Bir də o yerləri dolaşmaq üçün,

Bu eşq alışdırır könlünün için.

Ona qərib gəlir Xızı dağları,

Unuda bilməyir ötən çağları…


III

BU PAYIZ QANLI GƏLDİ…

Bu payız qanlı gəldi,

Yaman divanlı gəldi,

Yurdundan perik düşən,

Köynəyi qanlı gəldi.

***


Min doqquz yüz səksən səkkiz-soyuq noyabır ayı,

Qalxır ərşə haray deyən anaların ah-vayı.

*

Yüz ildi ki, köçəköçdü Zəngəzurdan, Qafandan,



Ələsgərin eli Göyçə silindimi cahandan?

O gündən ki, rusların şər ayağı dəydi yurda,

Babamıza nökər olan erməni döndü qurda.

O tayqulaq Andranik də at oynatdı bir zaman,

Qonaq oldu hər mənzilə nalə, qırğın, ah-aman,

Anaların, bacıların namusu tapdalandı,

Ocaqların odu söndü, üstünə su calandı.

Məzarlığa döndü ellər bir əsirdə min kərə,

Qana döndü axan sellər, qanlı oldu hər dərə…

Vətən oğlu, sinən yansın bu ellərin ahına,

Şəhid olmuş babaların, nənələrin ruhuna-

Baş endirib, silah götür qisasını al daha,

And verirəm Yaradana qoyma qalsın sabaha.

Sən Cavanşir əzəmətli bu yurdun övladısan,

Azərbaycan dediyimiz məmləkətin adısan.

And verirəm doğulduğun bu torpağa, havaya,

Şah İsmayıl qüdrətli ol, qalx, yağıyla davaya!..
***

Min doqquz yüz səksən səkkiz, soyuq noyabır ayı,

Necə qəmli, necə miskin axırdı Dona çayı.

O Axtala yurdunun da köçəköçü baş alır,

Anaların, qarıların bəbəklərin yaş alır.

Ləlvər dağın, Çətin dağın başında duman gəzir,

Hanı haqqım, Qibləgahım, evləri aman gəzir.

Keçəlgodun, Mələkyurdun mənsiz necə olacaq?

Ermənimi o yaylağa, o oylağa dolacaq?

Köndüoğlu xəyaldadı sındırmayır vüqarın,

O ömrünün yoldaşı da gizlətməyir ah-zarın.

Deyir: «Məni bu yaşımda qəribliyə atma gəl,

Qəm yükünü, dərd yükünü sən çiynimə çatma gəl.

Məzarları erməniyə tapşırıbmı gedirik?

O imansız yağıları yerli, yurdlu edirik.»

Köndüoğlu Qasım kişi alışırdı bu dərdlə,

Necə qalsın bir obada bu yaşında namərdlə?

O Tükəzban qarı ilə keçirdiyi günləri,

Bircə anda xatırladı sazlı toy-düyünləri,

Boğazını boğdu qəhər qocalığın anladı,

Ürəyində milyon kərə öz-özünü danladı.

«Kilimə bürün, elnən sürün …- dedi, arvadına,-

Ləkə salmaz kişi olan, ey qarı, öz adına…»

Köndüoğlu Qasım kişi dildə dedi bu sözü,

İçin-için alışaraq yandı ürəkdə özü.

O sıçradı at üstünə yaraşmayan yaşıyla,

Yol üstündə əyalına gəl eylədi başıyla…

Öz evindən bir kibrit də almadı Qasım kişi,

Fikirləşdi qayıdacam gec-tez buraya əşi.

Həmişəlik getmirəm ki, öz yurdumdan kənara,

Bir az keçər sakit olar düzələr yenə ara…

Çevrilərək, baxdı bu an o Ağlağan dağına,

Sanki qandal vurdu fələk atının ayağına.

O ucaboy qamətini əydi Göyün köksünə,

Çapdı atın hikkə ilə Axtalanın əksinə...
***

Adəm oğlun, neçin verdin, Allah, yağı cahana?

Bu o günlər son köç idi yurddan Azərbaycana!…

Batmamaqçın o ellərin insanları al qana,

Azərbaycan torpağından köçdü Azərbaycana…

Qaçhaqaçda körpə öldü ananın kürəyində,

Yara açdı, o gün fələk Axtala ürəyində!

IV

AXTALA ƏFSANƏSİ

Deyirlər ki, Ayrım eli yurd çadırın quranda,

Kişiləri ova çıxıb, xatını ocaq quranda,

Dona çayı lap yaxından gurultuyla axarmış,

Sel gələndə qurduqları yurd-yuvanı yıxarmış.

Bir kişi də xatınına tapşırmış ev-eşiyi,

Mən gedirəm quş ovlayım sən, gəlin, çək keşiyi…

Bu üç oğul amanatın analıq peymanına,

Tapşırıram mən onları sənin pak imanına.

Deyib çıxır əri evdən gedir meşəyə sarı,

Paltar yuyur gəlin çayda anlar ötür gün yarı.

Uşaqlar da oynayırmış çaya yaxın talada,

Allah, necə şirin olur cana candan bala da?

Birdən sakit axan çayda sellər necə köpürür?

Sanki Dona bir əjdaha ağzından od üfürür.

Alır körpə balaları axan sellər qoynuna,

Mat qalıbmış fəryad çəkən gəlin fələk oynuna.

Xatunun «ah tala …» sözü o yurdun adı oldu,

Min il qabaq Axtalanın şəhid fəryadı oldu!…

V

KÖNDÜOĞLUNUN SIĞINDIĞI

XIZIDAN YURDUNA DÖNMƏSİ
Köndüoğlu köçlə birgə uzun bir yol gedirdi…

Ürəyini yurd həsrəti parça-parça edirdi.

Sadaxlıya yetişəndə əl elədi o köçə,

Gözlərində şimşək çaxdı, qəlbi od biçə-biçə…

Dedi: «Dostum bu yaxında, bir ona baş çəkim mən,

Nə qədər ki, gecə düşmüb, bu dağlara çökmüb çən»…

Atını o Sadaxlıda tapşırdı qonağına,

Dedi:«Kişi, daş da belə dəyməsin ayağına.

İnəyim də sənə daha ərmağandı bu gündən,

Bağlayanda ip boğaza qoru onu düyündən.

Sağ, ye, halal eyləyirəm südünü də bil sənə,

Bəlkə bir də dönər oldum bu yerlərə mən yenə…

Köndüoğlu ellə birgə evini tərk edəndə,

Göz gəzdirib tövləsinə bu niskillə gedəndə,

Sanki heyvan duyuq düşmüş bu qərib köçhəköçdən,

Ərşə düşmüş mələr səsi, ahı gəlmişdi içdən…

İnək onsuz durmamışdı yiyəsinə ağlamış,

Atla birgə inəyi də, o, yedəyə bağlamış…

***

Köndüoğlu Qasım kişi gəldi Xızı elinə,



Bir neçə gün çay-çörək də heç vurmadı dilinə.

Dörd ay hələ keçməmişdi Axtalanın həsrəti,

Alışdırdı sinəsində elə dönmək niyyəti.

Dönməliyəm qoca dedi: «Erməni kimdi, bala,

Salıb məni qoca vaxtı böylə didərgin hala?..

Keçəlgodun qartalıyam, mənə enmək yaraşmaz,

Qartal ölər, hənuz ona qarışqalar daraşmaz…»

Novruz hələ gəlməmişdi, Köndüoğlu yığışdı,

O, Tükəzban qarısıyla bir maşina sığışdı.

Öncə gəldi Sadaxlıda qonağının evinə,

Gedək, qarı, kişi dedi, gərək dostum sevinə.

Dostu onu çox ürəklə qarşıladı həmən gün,

Qonağının ağrısına ürəyindən qopdu ün.

Köndüoğlun daşındırmaq istədi öz fikrindən,

Gördü qocanın ürəyi aşıb-daşır lap kindən.

Dedi: «Getmə, ermənilər öldürər səni orda,

Sən ədalət arayırsan, haqq, ədalət de harda?…»

Qasım kişi sakit-sakit qonağını dinlədi,

Qəddi-qamətin düzəldib yumruğun düyünlədi,

Hirisindən, hikkəsindən elə qanlı inlədi…

Atını və inəyini, arvadını götürdü,

Özünü bir mart səhəri Axtalaya yetirdi.

***

Ermənilər mat qalmışdı kişidəki hünərə,



Qəlblərində alqışladı bəlkə onu min kərə!..

Yer də, göy də heyran olmuş ondakı bu mərdliyə,

Qasım kişi üsyan etdi yağıda namərdliyə.

O ucaboy qamətiylə yaraşırdı atına,

Qarısıyla qovuşmuşdu Axtala həyatına…

Ermənilər doluşmuşdu boş qalan o evlərə,

Qalib-qalib baxışları bənzəyirdi divlərə.

O Novruzu öz evində keçirtdi Qasım kişi,

Əkmək oldu bağ-bostanı o yaz onun hər işi.

Səhər gəldi qovardı o Göy atını şamlığa,

Niyə gəldin kəlməsini demirdi heç bir dığa.

Çörək alıb dönərdi tez Axtalanın mərd əri,

Çiyinində qoşalülə, altındaca kəhəri…

O yay oğul nəvəsi də gəldi baba yanına,

Döndü Tükəzban qarının uşaq da həyanına.

Köndüoğlu Qasım kişi qalmaqda öz elində,

Keçəlgodu, Mələkyurdu dolaşdı at belində.

Bir gün erməni uşağı nəvəsin hədələdi,

Elə bil Köndüoğlunun başına daş ələdi,

Getdi qoca qürur ilə erməni qapısına,

Dedi: «Gəlmə sənsən dığa, oturaram yasına!

Bu oğlumun oğluna da Axtaladı yurd-ocaq,

Babalardan ərmağandı, bizimki də olacaq.»

Deyərək, o, hikkə ilə qamçı çəkdi atına,

Erməninin işlədi söz, sanki yeddi qatına.

İkiüzlü yağı hələ uşağını danladı,

Ər kişinin yanındaca onu hey yamanladı.

***


Qanıqara evə gəldi Qasım kişi o gecə,

Dilindən bir fəryad qopdu, necə oldu, el necə?

Onun Tükəzban qarısı inəyini yemləmiş,

Ocaq çatıb xörək asmış, pürrəngi çay dəmləmiş.

Erəminin dərsin verdim dedi, o, arvadına,

Sədr olan vaxtı düşdü qocanın tez yadına…

Ermənilər bir zamanlar əl-ayaqda işləmiş,

Süfrəmizə qonaq olub çörəyimdən dişləmiş…

Kişi olub it uşağı, bilmirəm nə zamandan?

Qorumadıq bir-birini yüz ildi ah-amandan.

Deyərək, o qürur ilə əlini istilədi,

Ürəyində ocağına Allahdan haqq dilədi…

***

Payız gəldi Köndüoğlu başı işə qarışdı,



Mer-meyvəsi doldu-daşdı, bağ-bağatla yarışdı.

Kartofunu, soğanını yığdığca hey daşırdı,

Bir səhər də nəvəsiylə bostanda dolaşırdı…

Səsə döndü darvazaya bir maşın gördü kişi,

Dünya görmüş qoca qartal anladı bu gəlişi.

Boris idi Şamlıqdakı tanışlarından biri,

Gələn kimi bəyan etdi ürəyindəki sirri.

Dedi: « Qoca, saqqalılar dolubdu kənd-kəsəyə,

Bolünürlər hər küçədə onlar neçə hissəyə.

İstəmirəm colma-cocuq ürəyinə hey dəyə,

Bir sürüdü qırılmışlar nə ev tutur, nə pəyə.
Qasım kişi, kəsdiyimiz o çörəyin eşqinə,

Məzhəb haqqı, biz də qaldıq nə zamandan pis günə…

Başımıza kəndir salıb sürüyür it uşağı,

Dilimizi tərpədəndə bizə vurur qəlb dağı.

Heç bilmirik hardan gəlib töklüşüblər buraya?…

Qan-qırğını salıb yenə qırılmışlar araya.

Məzhəb haqqı, sağ erməni olmayaydı dunyada,

Nə siz, nə biz düşməyəydik bir bu qədər fəryada!..

Elin köçüb, sən burada neyləyərsən yetənə?

Künc-bucaqda, ya meşədə, kol dibində bitənə.»

Məğrur qoca qürur ilə uca dağlara baxdı,

Ləngi-Teymur qalasında seyrək şimşəklər çaxdı.

Şeypurxanın başı üstü dumanlara büründü,

Qara bulud o qalanın kölgəsiylə süründü…

Köndüoğlu erməniyə döndərərək üzünü,

Qəzəb doğan hiddət ilə söylədi son sözünü.

Yığışdırın hər neyim var doldurun siz maşina,

Allah özü düçar etsin ömrünüzü qışına.

Tarixlər də şahid buna bu yerlərin oğluyam,

Bu dağların sərkərdəsi, mən binadan dağlıyam.

Allahımız əlac etsin bu yurdların ahına,

Tapşırıram yurd-yuvamı məzarların ruhuna…!

VI

KÖNDÜOĞLUNUN YENİDƏN

XIZIYA DÖNMƏSİ

Köndüoğlu qayıdaraq gəldi Xızı elinə,

Bel götürdü bu yaşında o yenidən əlinə.

Bir ev tikdi, o, Tükəzban qarısıyla özünə,

«Bizimlə qal dədə» deyən oğul-uşaq sözünə,

Qulaq belə asmadı heç dağdan uca bu qoca,

El içində uca oldu, başı zirvə tək uca.

Hey evinin eyvanından baxdı bomboz dağlara,

Uçdu xəyal atı yenə Axtalalı çağlara,

Yurd həsrəti birdən-birə parçaladı köksünü…

Tapmadı, o, təzə yurdda o yerlərin əksini.

O gəzdiyi Kəçəlgodu gördü qoca yuxuda,

Alışdırdı ürəyini ocaq odu, qoxuda.

İsitmədi vücudunu bu təzəcə binəsi,

Kədər verdi evi ona yandı ahla sinəsi.

Əydi uca qamətini o yerlərin xiffəti,

Dərdli idi özü kimi can yoldaşı, afəti.

***


Köndüoğlu Qasım kişi hər gün solub saralırdı,

Uzaqlara dikir gözün, yaman qanı qaralırdı.

Xızı ona verməyirdi o yerlərin heç dadını,

İçdə boğdu qoca qartal qəribliyin fəryadını.

Qürbətlərin şəkəri də zəhər kimi acı olur,

Doğulduğu ocağında kişi yurdun tacı olur.

Köndüoğlu baxışlardan duydu qərib olduğunu,

Hiss elədi payızlar tək yarpaq töküb solduğunu…

Ayrım eli Axtalada doğulmuşdu, canı orda,

Necə təkan versin ağlı içindəki yatmış qurda?!

Haqq bilməyən yağılara necə sübut eyləsin, o?

Haqq arayan bu dünyaya haqsızlığı söyləsin, o.

Hey üzüldü ayrılığın dağdan ağır əzabından,

Qırılırdı ömür simi tale adlı rübabından.

Köndüoğlu Qasım kişi yatağına düşdü xəstə,

Dağdan ağır vüqarıyla, gidi dünya, o, can üstə…

Nə loğmanlar, nə təbiblər tapmadılar dərdə çarə,

Köksü üstə yurd ağrısı şişdi qəmdən, açdı yarə.

Vida dedi, Qasım kişi yaxınına, uzağına,

Qərib ömrü söndü şam tək qürbətlərin sazağına.

Əbədilik yümdu gözün bu dünyanın zülümünə,

Qurtulmaqçın iztirabdan o qovuşdu ölümünə!

Ruhu uçdu ər kişinin yağı əldə qalan elə,

O şərəfli həyatı mən dastan edib saldım dilə.

Son nöqtəni qoyarkən ah, bu ağrılı misralara,

Qələm məhəl qoymadı heç ürək üzən israrlara.

Köndüoğlu, ruhun bəlkə qarqışlayır yağıları,

Ya qeyibdən qulağıma gəldi hicran ağıları…

***

Burdan Göy atlı keçdi,



Atı qanadlı keçdi,

Elindən ayrı düşən,

Hicran əkdi, qəm biçdi.

*

Bu ayrılıq keçəydi,



Haqqın yolun seçəydi,

Eli dərdə salanlar,

Qəm əkib, dərd biçəydi.

*

Atımın yalına bax,



Didərgin halına bax,

Yurdum yağı əlində

Elimin halına bax.

*

Həsrətəm Göy atıma,



Bəxtəvər büsatıma,

Bu müxənnət qonşular,

Qəm qatdı həyatıma.

*

Eləmi, Ləlvər dağı,



Yağı, həmənki yağı?

Ruhum gələndə ora,

Ayrılıqdan de ağı.

*

Ləngi-Teymur qalası,



Yurdumun Axtalası,

Keçəlgoda çatdırın,

Öldü igid balası.

*

Axtala gündüzləri,



Ey igidsiz düzləri,

Qürbətdə öləninin,

Qaldı qərib sözləri.

*

Baxma qoca yaşıma,



Nələr çəkmiş başıma,

Öldüm ki, ruhum uçsun,

Yurduma, dam-daşıma…

*

Dərd var ki, böləni var,



Dərd var ki, biləni var,

Axtalaya deyin ki,

Xızıda öləni var!..

07-08.04.1998 /Neft Daşları





Yüklə 34,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə