Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Urmik (ər-Rumi) haqqında geniş məlumatlan Həmzə İsfahani, ad-



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə2/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   121

Urmik (ər-Rumi) haqqında geniş məlumatlan Həmzə İsfahani, ad- 

Dinəvəri ət-Təbəri və başqa ərəb tarixçilərinin məşhur əsərlərində müşahidə 

edirik.

Ət-Təbəri özünün iri həcmli "Tarix" əsərində İskəndər haqqında 

rəvayətlərə daha geniş yer verir və tez-tez özündən əvvəlki mənbələrə, 

xüsusilə Hişam ibn Məhəmmədə istinad edir ki, bu da İskəndər haqqında 

rəsmi məlumatlarla yanaşı, "Qərb və Şərq fatehi"ni xoşa gələn tərzdə təsvir 

eləyən rəvayətlərin də yayılmasına dəlalət edir.

Nizaminin "İskəndəmamə" sində təsvir olunmuş hadisələrin çox qısa 

məzmununu bir sıra incəliklərilə bərabər biz ət-Təbərinin salnaməsində 

görürük. Lakin bu heç də o demək deyildir ki, Nizami öz poemasım yazarkən 

bir çox epizodları ət-Təbəri salnaməsindən olduğu kimi iqtibas etmişdir. 

Əksinə, Nizami özü əsərin fəsillərin giriş hissəsində dəfələrlə qeyd edir ki, 

onun məqsədi daha çox deyilməyənləri ehya etməkdir. Bunu biz Nizaminin 

fars-tacik şeirinin böyük nümayəndəsi Firdovsiyə olan münasibətində daha 

aydın hiss edirik. "İskəndərnamə"də oxuyuruq:

Köhnə söz ustası, o Tuslu şair 

Söz gəlinlərini bəzədi bir-bir.

Düzdü dastanlara çox inci, gövhər,

Yenə də qaldı çox bakirə sözlər.

Yazsaydı tarixdə bütün olam,

Çox uzun sürərdi onun dastanı.

Ümumbəşəri mütərəqqi ideyalar tərənnümçüsü Nizami "Şuubilik" (İran 

və Orta Asiya xalqları arasında IX-X əsrlərdə yayılmış, ərəb hakimiyyətinə 

qarşı mübarizə bayrağına çevrilmiş cərəyan) tərəfdarı və aludəcisi olan 

"Şahnamə" müəllifinin İskəndər haqqındakı rəvayətlərə olan qərəzli 

münasibətim duymaya bilməzdi. Məhz buna görə, Nizami yuxanda 

gətirdiyimiz beytlərdən soma bilavasitə Firdovsinin bu qərəzli münasibətinə 

işarə edərək:

Sevmədiklərinə etmədi hörmət, 

Bəyəndiklərinə göstərdi rəğbət, -

yazır və həmin fəsli aşağıdakı fikirlərlə tamamlayır:

8


Nizami bu sapa düzərkən gövhər 

Qələmdən silindi qələm görənlər.

Hansı bir incini keçirdi ələ,

Onlan çəkdi öz soz çəkisiylə.

Uğurla ucaltdı "Şərəfnamə"ni,

Köhnəm bununla eylədi yeni.

Nizami Firdovsinin əsərilə yaxından tanış idi və bunu şair özü dəfələrlə 

"Xosrov və Şirin", "Yeddi gözəl" və "İskəndəmamə"də xaürladır, ona öz 

ehtiramım xüsusilə qeyd edir. Bununla yanaşı, Azərbaycan şairi "özündən 

əvvəlkiləri təkrar etmək onun yaradıcılığına xas olan cəhət deyildir" 

söyləyərək, özünün bu sahədə novator olduğunu qeyd edir.

Bunu da xatırlatmaq lazımdır ki, Nizaminin novatorluğu heç də mənbələr 

üzərində işləməklə, onların içindən tez ideya-bədii qayəsinə uyğun 

məlumatlar çıxarması ilə məhdudlaşmır. Şair öz əsərinin yüksək sənət 

nümunəsi olduğunu bilir və səmimi hisslərlə (fəxr xatirinə yox!) 

"İskəndəmamə"nin gizli sirlərlə dolu olduğunu bəyan edir:

Belə bir dəyərli gövhərlə, dostlar,

Bir gövhər sevənə ehtiyacım var.

İstərəm eylə bir kamil dinləyən,

Şairlik sirrim öyrənsin məndən!

Şairin bu əsərdə izlədiyi ən mühüm qayə həqiqətdir - insan həqiqəti. 

Doğruluq, həqiqət müəllifə görə "İskəndəmamə"nin səciyyəvi cəhətidir. O 

deyir:

Doğrular yamnda varımdır bundan 

Daha xoş şimalı, sevimli dastan?

Başqa dastanları arasan bir az,

Millətlər yamnda doğru sayılmaz.

Doğradan da, insan həqiqəti, daha geniş mənada deyilərsə, bəşər həqiqəti 

"İskəndəmamə" müəllifinin diqqət mərkəzində dayanır. Böyük şair və 

mütəfəkkir faydalandığı tarixi və eləcə də digər mənbələrə bu baxımdan 

yanaşmışdır.

"İskəndəmamə" poemasımn yazılma tarixinin dəqiq müəyyənlik 

qazanmaması bir sıra çətinliklər törədir. Məsələ burasındadır ki, şairin özü də

9


"Xəmsə"yə daxil olan əvvəlki əsərlərindən fərqli olaraq, "İskəndəmamə"nin 

yazılma tarixini göstərməmişdir. Əsərin iri həcmi

(iyirmi min misradan çox) və mürəkkəb quruluşu bizi şairin poema üzərində 

uzun müddət işləməsi qənaətinə gətirir. Hər halda "İskəndəmamə" (197-ci 

ildən ("Xəmsə"nin dördüncü hissəsi olan "Yeddi gözəl" poemasımn yazılış 

tarixidir) soma yazılmışdır. Nizami "Şərəfnamə"nin giriş hissəsində əvvəlki 

dörd əsərim sadalayır və deyir ki:

İndi soz mülkündə büsat qururam,

İskəndər dövründən təbil vururam.

"Şərəfnamə" əsəri Nüsrətəddin Əbu Bəkr Bişkinə (1191-1210) həsr 

olunmuşdur. "İskəndəmamə"nin ikinci hissəsində ("İqbalnamə") isə Məlik 

İzzəddinin adı çəkilir. Əgər I İzzəddin Məsud nəzərdə tutulursa o, 1180- 

1193-cü illərdə hökmranlıq etmişdir. Deməli, həmin İzzəddin əsərin 

yazılmasından dörd il əvvəl ölmüşdür. Söhbət II İzzəddin Məsuddan gedirsə, 

o da 1211-ci ildə, yəni Nizaminin qəbul olunmuş ölüm tarixindən iki il soma 

hakimiyyətə gəlmişdir.

Bu xronoloji qarma-qanşıqlıq "İqbalnamə"nin son hissələrinin guya şairin 

ölümündən soma başqalan tərəfindən tamamlanması barəsində fikrin 

meydana gəlməsinə səbəb olmuşdur. Bu fikir bizə görə əsassızdır.

Bir növ təəccüb doğuran ikinci məsələ əsərin qumluşu ilə bağlıdır; 

məlumdur ki, "İskəndəmamə" iki hissədən ibarətdir. Bunu əsərin bizim dövrə 

gəlib çatmış əlyazmaları aydın göstərir. Lakin Nizami "Şərəfnamə"nin giriş 

hissəsində İskəndəri üç cəhətdən, yəni fateh, hakim və peyğəmbər kimi 

səciyyələndirəcəyim iqrar edir:

Öncə söz açaram padşahlığından,

Cahangirliyini ederəm elan.

Hikmətlə bəzəkli söz yazaram mən,

Köhnə tarixləri təzələrəm mən.

Döyərəm qapım peyğəmbərliyə,

Tanrı da bəyənmiş, peyğembər, - deyə.

Soma Nizami əsərin üç hissədən ibarət olduğunu aydın şəkildə söyləyir:

Üç qapı tikdim, üç xəzinə demək,

10


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə