Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Zöhrətək Babildə parladı öncə



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə118/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   121

Zöhrətək Babildə parladı öncə.

Haruti kəsləri təmizləyincə.

Mifologiya üzrə, Zöhrə ulduzu sehr və cadu hamiyəsi sayılır. Haruti 

kəslər - Harutun ardınca gedənlərdir. Harut və Marut - Babilə göndərilmiş 

iki mələkdir. Onlar Zöhrəyə uyub sehrbazlığa başlamış və buna görə də 

cəzalandırılmış, Babil quyusunda asdırılmışlar.

169

 

Hirbüdün oduna soyuq su tökdü,

Çox hirbüd belini ikiqat bükdü.

Hirbüd - atəşkədə xidmətçisidir. Beli ikiqat bükmək - məğlub olmaq 

deməkdir.

170

 

Əjdaha görüncə gəlir Bəlinas.

Bildi ki, şüşəni qıracaq almas.

Almasın  xassəsi  şüşəni  kəsməkdir.  Yəni  o  əjdaha  kimi  görünən  qız 

Bəlinası  gördükdə  bildi  ki,  sehrinin  şüşəsinə  doğru  almas  gəlir.  Demək, 

Bəlinas ona qalib gələcəkdir.

171

  Mişku - hərəmxana.

172

 

Qızıldan yazılsın gərək bu sözlər:

"Çarvadar əkəni dəvəçi biçər”.

Çarvadarla dəvəçi eyni rütbədə və eyni hüquqdadırlar. Birinin əkdiyini 

ona bərabər və tay olan ikincisi biçə bilər.

173

 

Gecə al günəşdən düyümü dəldi,

Şəfəqin əlinə bir əqiq gəldi.

Onu da uddu Busəhaq firuzə,

Busəhaqlara bax, ilişdi sozə.

Busəhaq - İranın Nişabur şəhərindəki firuzə mədənlərindən birinin adıdır 

ki, ondan çıxan firuzəyə Busəhaq deyirlər. Əqiq - burada qırmızı deməkdir, 

axşam şəfəqinə işarə olunur. Günəş qırmızı qızıldan düyümlənmiş böyük bir 

düyüm kimi almır; gecə bu düyümü açır, açıldıqca ondan şəfəq doğur, sonra 

gecə şəfəqin qırmızılığını Busəhaq Firuzənin göy rəngi ilə dəyişdirir, şəfəq 

də çəkilir, səmai göy olur.

Burada Günəş düyümünün açılması, şəfəq əqiqinin görünməsi, sonra 

qırmızının  göylə  örtülməsi  -  İskəndərlə  Rövşənəyin  zifaf  gecəsindəki 

vəziyyətini təsvir edir.

174

 

Ondan başqa hər kəs adını çəkər,

Saçıntək başlan kəmərə dəyər.

Yəni İskəndərdən başqa kim səninlə evlənmək fikrinə düşsə, o öz başını 

daşa vurar, boş qayıdar.

175

 

Səhər çöhrəsindən pərdə atarkən,

446


Həbəşə bac üçün dağ çəkdi Xütən.

447


Xütən - burada gün, həbəş isə gecə deməkdir. Dağ çəkdi - yəni Günəşi 

parlatdı.

176

 

Fələk dəvəsini sürətlə sürür,

Ondandır ki, gündə bir oyun doğur.

Yəni dünyanın işləri tez-tez dəyişilir, bu gün sülh ilə, sabah dava ilə keçir.

177

 

Kəyan ovlağıdır əcəm torpağı,

Orda bir vəhşidir yadlar ayağı.

Yəni İran Keylərin qəbiristanıdır. Orada yabançılar gəldi-gedərdir. Onlar 

burada çox qala bilməzlər.

178

 

Dövran gümüş teştin ağzını açdı.

Qara qarğa qızıl yumurta saçdı.

Gümüş teşt - səhər, qara qarğa - gecə, qızıl yumurta isə Günəş 

deməkdir. Yəni səhər oldu, gecənin qoynundan Günəş doğdu.

179

 

Qoca möbidlərsə tarix boyunca 

Yumurta və teştdən demiş doyunca.

Yumurta və teşt - burada astronomiyaya işarədir. İranda möbidlər, yəni 

Zərdüşt dini ruhaniləri, bunlann köməyi ilə guya qeybdən xəbər verərdilər.

180

 

Yaxşıdır hər falı xeyr işə yormaq,

"Rux"u yox, oyunda "şahrux"u vurmaq.

Yəni insan çətinliyə düşəndə ümidsiz olmamalı, əksinə, cəsarətlə 

mübarizəyə atılmalıdır.

Şahrux - şahmat oyununda elə bir gedişdir ki, bununla eyni zamanda da 

şah qaçırılır və fil də vurulur. Rux - şahmatda top fiqurudur.

181

 

İskəndər əmr etdi, cavab olaraq,

Məktublar müşk ilə yazılsın ancaq.

Yəni İskəndər hər ölkədən ona müraciət edənlərə müsbət cavab verdi, 

sülh və xeyirxahlıq bildirdi.

182

 

İstədi büsatı İranda qursun,

Ərəb də bu yolda ona baş vursun.

Yəni şahlığını İranda etsin, eyni zamanda Ərəbistan da ona tabe olsun.

183

 

Təvaf işlərindən azad olaraq,

Basaraq Yəmənin gönünə ayaq.

Yəni Kəbəni (bütxanəni) ziyarət şərtlərini yerinə yetirdikdən sonra, 

Yəmənin məşhur qiymətli dərilərini ayağı altına saldı, onlara sahib oldu.

184

 

Şəbdizə vurunca gündüz qızıl nal,

O dünya günəşi atlandı dərhal.

Şəbdiz - gecə; qızıl nal - Günəş; dünya günəşi - İskəndər deməkdir. Yəni 

səhər olcaq İskəndər atma mindi.

448


Örtmə öz qaşınla uca göyləri.

Göyləri qaş ilə örtmək - çox çətin, yaxud mümkün olmayan bir işə 

girişmək deməkdir.

186

 

Mən qalib gəlsəm, kin coşduğu zaman 

Ataram gizlənən şahı ortadan.

Yəni sən dünyanı tutmuş bir padşahsan, mən cuşə gəlib səni yıxsam, Yer 

kürəsini yıxmış olaram.

187

 

Qannca düşərsə parlaq bir tasa,

Bir çarə düşün, güc iş görməz yoxsa.

Yəni sürüşkən bir qaba qarışqa düşəndə onu bir çöp, bir samanla oradan 

xilas etmək lazımdır, yoxsa zor ilə onu tutmaq istəsən əzilib məhv olar.

188

 

Padşah da yuxuya tez hazırlandı,

Dörd ünsür də yatdı, qapı bağlandı.

Dörd ünsür - dünya və dörd divar; qapı - burada qapının iki tayına 

bənzədilən iki göz qapağı. Yəni padşah dörd divar arasında gözlərini qapayıb, 

yuxuya daldı.

Günəşin əlində bir narınc vardı,

Fələk narıncının başını yardı.

Nannc - Günəş, Günəş kürəsi. Yəni Günəş çıxdı, üfüqü qan rəngli 

şəfəqə boyadı.

Lacivərdə şəncərf vurunca dövran 

Samur san tülkü doğdu o zaman.

Yəni şəfəq keçib, havalar qatı maviyə çalanda qara gecədən sarı ay 

doğuldu.

191

 

Nəğməyə başladi pəriüzlülər,

Günəş mehreganda daha xoş gələr.

Mehregan - mehr iranlılarin qədim təqvimi üzrə aylardan biri, payızın 

birinci ayıdır. Mehregan həmin ayın on altıncı günüdür ki, farslar bu günü 

böyük bayram edərlər; payızda gecə və gündüzün bərabər olması.

192

 

Göy soyuq, Günəşin xeyməsi ocaq,

Yer quru, Cəmşidin yastığı yumşaq.

Yəni havanın soyuqluğundan yer buz bağlamışdı, quru idi. Lakin 

İskəndərin səxavəti və Cəmşid kimi ucalığı ilə soyuq qışda çadır isti, yastıq 

yumşaq olmuşdu.

193

 

Günəş Dəlv bürcündən çıxdı qırağa,

Girdi Hut bürcünə balıq tutmağa.

449


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə