Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Birinin tərəzisinə torpaq tökmək - onu gücsüz saymaq, asanlıqla məğlub



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə121/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   121

Birinin tərəzisinə torpaq tökmək - onu gücsüz saymaq, asanlıqla məğlub 

ediləcəyinə inanmaq deməkdir. Yəni polad kimi gücümdən qorxmadan məni 

ağır daşlarla deyil, yüngül torpaqla çəkmək istəyirsən.

231

 

Ulduzlar o qədər qızıl səpirdi,

Yer öküzü qızıl altına girdi.

Mifoloji təsəvvürə görə, Yer kürəsi öküz üstündə durmuşdur. Beytin 

mənası: gecə oldu, o qədər ulduz doğdu ki, göydən yerə işıqdan sanki qızıl 

töküldü, yer öküzü qızılın altında duran kimi idi. (Nizamidə; yer öz öküzünü 

xəzinəyə sürdü.)

232

 

Təbii yaqutu yonunca zaman,

Yaqutlu tac ilə cüt oldu cahan.

Yəni göy təbii yaquta bənzəyən Günəşi xırdalayıb səmaya səpmiş, səma 

almazlarla bəzənmiş tac kimi yerin başına qoyulmuşdur.

233

 

Neysandan nə şerəf almışsa sədəf,

Çinə də şah verdi elə bir şərəf.

Yəni İskəndər çinlilərə çoxlu dürr-cəvahir bağışladı.

234

 

Fəğfur - qədimdə Çin imperatorlarına verilən titul.

235

 

Hər yandan töküldü şahanə yarpaq,

Meyvə yarpağıtək tökdü hər budaq.

Yəni payızda ağac yarpaqlarını tökən kimi, ziyafət süfrəsinə də o bol 

rəngarəng yemək boşqablaridüzüldü.

236

 

Fərxarə bənzəyən istək evindən,

Tez hazır olurdu hər istənilən.

Fərxar - Çində gözəlləri ilə məşhur bir şəhər olmuşdur. Yəni o məclisdə, 

Fərxar şəhərində olan kimi, hər kəs öz istədiyinə o saat nail olurdu. Cənnətdə 

həmişə hər şey arzu edilən dəqiqədə hazır olan kimi orda da hər şey hazır idi.

237

 

Xəzinə ağzını açınca xaqan,

Qarun xəznəsində yer oldu pünhan.

Yəni Çin padşahı xəzinə qapısını açıb, Qaran xəzinəsindən hər tərəfə 

hədiyyələr saçırdı.

238

 

"Fərəsi" "rüx" ilə ayaqdan salır,

"Fərəs"lə "fil"i də cəbhədən alır.

Yəni (şahmat oyununda olan kimi) düşmənin atını topla vurur, filini də 

atla aradan çıxarır.

239

 

Çərx kimi dolanır açarkən şəhbal,

Gəzişi cənubdu, çıxışı şimal.

Yəni o ov quşu ova getməkdə cənub küləyi kimi, ovdan gəlməkdə isə 

şimal küləyi kimi sürətli, iti qanadlı idi.

457


458


240

 

Su kimi lətifdir o çənə, buxaq,

Atəşdə suyu kim görmüş baş-ayaq?

Atəşdə suyun baş-ayaq görünməsi ifadəsi ilə tər damcdan süzülən lətif ağ 

buxağın od kimi qırmızı yanaqlar altında sallanması nəzərdə tutulur

241

 

Üzü bənövşəyə qızıl gül atır,

Gül üzdə bənövşə keşikçi yatır.

Burada bənövşə - saçlar, qızıl gül - yanaq deməkdir. Yəni yanağı qara 

saçların  bənövşəsinə  qızılgül  taxmış,  bənövşəni  qızılgülün  qarovulçusu 

etmişdir.

242

 

Müşk onun zülfünə bağlamış kəmər,

Zülfü də Günəşə köləlik edər.

Yəni müşk onun saçlarının beli bağlı qulu, saçları da Günəş kimi parlaq 

yanaqlarının beli bağlı qulamı idi.

243

 

İki pərvanədir bağlanmış bura,

Birinin üzü ağ, birinin qara.

Ömrün  ətrafında  dönən  iki  pərvanə  -  gecə  və  gündüz  deməkdir.  Ağ 

pərvanə - gündüz, qara pərvanə - gecədir.

244

 

Kimsənin şamına deyil pərvanə,

Dinləməz kimsəni, baxmaz fərmanə.

Bu  pərvanələr  kimsənin  işığına  getməz,  yəni  gecə-gündüz,  zəmanə, 

dövran heç kimə tabe deyil.

245

 

Dan yeri yaqutdan şəfəq saçanda,

Şəbdizin belindən təngi açanda...

Burada  yaqut  -  Günəş,  şəbdiz  -  gecə,  təng  -  aman  yolu,  kəhkəşan 

deməkdir. Yeni səhər açılanda, ulduzlar göydə gözdən itəndə...

246

 

Yeddi rus soyundan tərpətdi ordu.

O zaman Rusiya yeddi vilayətə bölünürdü.

247

 

Tarixlə, təqvimlə hərbə gedirlər,

Hesabda bir ayı təxir edirlər.

Yəni onlar tarix və təqvim üzüylə uğurlu-uğursuz saatı təyin etməklə 

başlayır və bu astronomik hesablama üçün bir ay yubanırlar.

248

 

Zəhər ki, vücuda salır zəlzələ,

Sağalır yenə də başqa zəhərlə.

Təbabətdə zəhərlənməni bədənə başqa bir zəhər vurmaqla da müalicə 

edirlər; burada həmin tibbi əməliyyata işarə olunur.

249

 

Daşlarda nizə qan çeşməsi açar,

Bir orman göyərdir yay ilə oxlar.

459


Burada daşlar dedikdə döyüşçülərin daş kimi bərk sinələri nəzərdə 

tutulur. Yəni nizə, mızraq döyüşçülərin daş sinələrinden qan bulağı açmış və 

o bulağın ətrafında nizə, ox meşəsi bitmişdir.

250

 

Aslantək alışdım sağn yırtmağa,

Tülkütək baxmaram yağlı quyruğa.

Yəni mən müharibədə aslan kimi pencə-pencəyə vuruşuram, tülkü kimi 

hiyləgərliklə məşğul olmuram.

Yəni bu müharibə çox 

soyjımaq, ölmək deməkdir.

Boynunu çəkən çox adlı pəhləvan 

Oturdu buza o soyuqqanlıdan. 

igidləri məhv etdi. Buza oturmaq - burada

Firuzə rəngli tağ - göy,

Firuzə rəngli tağ ertəsi günü,

Dağ-daşdan ucaltdı yaqut güzgünü, 

səma; yaqut güzgü - Günəş. Yəni ertəsi günü 

dağın arxasından Günəş doğdu.

253

 

Öpüşün qapısı bununla belə,

Bağlanmış Səmərqənd çubuqlariylə.

Yəni dodaqlarım gözəl, öpüşüm çox şirinsə də, lakin onların qapısı 

Səmərqənd ağacı ilə bərk bağlanmışdır, oradan öpüş içəri girə bilməz.

254

 

Mənimlə bir cınaq çəksə gül, çiçək,

"Apardım" sözünü unutsun gərək.

Yəni güllər də mənim gözəlliyimlə bəhsə girişə bilməz; mən öz 

gözəlliyimlə hər zaman güllərdən, çiçəklərdən üstünəm.

255

 

Bu müşkin xalımla çinli bağnyam,

Falca Rum qəlbinin şən çırağıyam.

Burada  müşkin  xal  -  qara,  çinli  bağn  -  ağ  vücuda,  ağ  sifətə  yaraşıq 

deməkdir.  Yəni  fala  baxdırmışam,  bəxtimə  Rum  qəlbi,  yəni  İskəndər 

düşmüşdür. Rum qəlbinin şəm çırağıyam - yeni məhəbbətim İskəndərin 

ürəyindədir, İskəndərin xoşuna gəlmişəm.

256

 

Əqiq möhr üstünü basmamışdı pas,

Saf üzük qaşım deşməmiş almas.

Yəni o qız hələ bakirə idi, o vaxta qədər ona kişi əli toxunmamışdı.

257

 

Gecəydi o yerdə, qaranlıq diyar

Müşkü ud yerinə etdi ixtiyar.

Orijinalda "qaranlıq diyar" deyil, "yarımişıqlı diyar"dır. Yəni gecə olanda 

o diyar ağ udu (işığı) deyil, qara müşkü (qaranlığı) seçdi.

460


258

 

Kinindən olmuş göy dəli, zəncirli,

Zəncinin yerinə keçdi kəşmirli.

Yəni göyün halı zəncirli dəli kimi qanşdı. Ağ sifətli kəşmirli qara bədənli 

zəncini əvəz etdi: hava işıqlandı.

259

 

Əjdər quyruğunda gizləndi Aytək.

Dini rəvayətlərdə Ayın tutulması əjdahanın onu tutub gizlətməsi ilə izah 

edilir. Buna görə də Ay tutularkən əjdahanı guya qorxudub qovmaq üçün mis 

qablara döyüb hay-küy salarmışlar. Misranın mənası: İskəndər Zülqəmeyn 

zülmata getdi.

260

 

Açmış bu mədəni başqa bir şair.

Burada Nizami Firdovsini nəzərdə tutur.

261

 

Heyvan tapmadısa, kədər yox bunda,

Heyvantək ölmədi heyvan yolunda.

Burada birinci və üçüncü "heyvan" - abi-həyat, dirilik suyu mənasındadır. 

Yəni İskəndər dirilik suyunu tapmadısa da, bundan incimədi və çox şükür 

etdi ki, heyvan suyu, yəni dirilik suyu yolunda heyvan kimi ölmədi.

262

 

Bu incə nüktədən bildi tacidar:

Torpaqdır, onu bu torpaq doyurar.

Yəni bu mənalı hekayədən şah anladı ki, şahlığın tamahını yalnız qəbir 

torpağı doydurar.

263

 

Birini günbəddən salır quyuya,

Birini balıqdan ucaldır Aya.

Yəni bu dünya birini göydən yerə endirir, birini yerdən göyə qaldırır - 

birini alçaldır, birini yüksəldir.

264

 

Hər yerdə o qoca, o sənət əri,

Yanlış söyləmişdi doğru sözləri,

Yanlışa yenidən vurdum bir bəzək,

O qoca şairdən üzr istəyərək.

Qoca şair - Firdovsidir.Yəni Firdovsi İskəndər dastanını yanlış rəvayətlər 

üzrə bəzətmişdi. Mən bunu doğru dastan üzrə bir də bəzədim (yenidən 

işlədim) ki, bunun üçün də Firdovsidən üzr istəyirəm.

265

 

Dünyanı yumuş bu üçüncü dəniz,

Nəsara dinindən etmiş tərtəmiz.

Mifoloji rəvayətə görə, üç dəniz - birinci asiman, göy, ikinci - dünyanı 

qaplayan mühit dənizi, üçüncü - havada sallanan dənizdir. Bunun suyu 

dünyanı yumaqdadır.

461


Nəsara dini - Allahı üç ünsürdən (ata, oğul, ruhül-qüds) ibarət hesab edən 

xristianlıq.

266

 

Uca, dik başını Müştəri öpər,

Təslis və tərbiə cəvahir saçan,

Üçbucaq oturdan, dördlü koturan.

Yəni Müştəri ulduzu kimi yüksəkdə olan, baxışları gövhər saçan. Tərbi - 

dördləmə; burada bardaş qurub oturma; təslis - üçləmə; burada məclisdəkiləri 

üçbucaq şəklində oturtma; sağda, solda və qabaqda.

267

 

Bitincə gövhəri aldım hüzurə,

Gövhəri hədiyyə verdim gövhərə.

Yəni "Şərəfnamə"ni yazıb qurtardıqdan sonra Nüsrətzəddinə ithaf etdim. 

Beytdə əvvəlki iki "gövhər" sözü "Şərəfhamə"ni, sonuncu "gövhər" isə 

Nüsrətəddin Atabəyi bildirir.

462


KİTABIN İÇİNDƏKİLƏR

Qəhrəmanlıq dastanı (Qəzənfər Əliyev).......................................... 4

"Ey tanrı, dünyada sənsən padşah”................................................15

Minacat............................................................................................. 20

Sonuncu peyğəmbərin tərifi............................................................ 23

Peyğəmbərin meracı........................................................................ 24

"Şərəfhamə"ni yazmaq haqqında..................................................28

Hekayət............................................................................................. 30

Öz halına və zəmanənin gedişinə dair............................................... 32

Öz nəfsinə öyüd və nəsihət............................................................... 36

Xızrın Nizamiyə təlimi...................................................................... 43

Nüsrətəddin Əbubəkr padşahın tərifi..............................................47

Padşaha xitab................................................................................... 51

Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi........................ 53

Bu əsərin yazılmasının səbəbi............................................................58

Dastanın başlanğıcı.......................................................................... 60

İskəndərin təlim alması.....................................................................64

İskəndərin taxta çıxması................................................................. 68

Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması.........71

İskəndərin Zəngibar şahma xəbər göndərməsi.............................. 75

İskəndərin Zəngibar şahını məğlub etməsi.....................................92

İskəndərin Misirdən Ruma qayıtması............................................. 97

İskəndərin ovda xoş fal vurması..................................................... 101

İskəndərin güzgü qayırması............................................................ 108

Dara elçisinin İskəndərin yanma gəlməsi......................................110

Daranın İskəndərlə müharibəyə qoşun çıxarması........................117

Daranın sərkərdələri ilə məsləhəti.................................................. 121

Daranın İskəndərə məktubu......................................................... 130

Daranın məktubuna İskəndərin cavabı..........................................134

Daranın İskəndərlə müharibəsi......................................................140

Daranın sərkərdələri tərəfindən öldürülməsi................................ 146

İskəndərin İran başçıları ilə əhd-peyman bağlaması...................159

İskəndərin İran atəşgədələrini dağıtması......................................170

İskəndərin İsfahanda Daranın qızı Rövşənəyi alınması............... 176

463


İskəndərin İstəxrdə taxta oturması................................................ 185

İskəndərin Daranın qızı Rövşənəyi Ruma göndərməsi................ 190

İskəndərin Ərəbistana getməsi və Kəbəni ziyarət etməsi............. 195

İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi...................201

İskəndərin Nüşabə ilə məclisdə oturması...................................... 220

İskəndərin Əlbürz dağma getməsi................................................. 225

İskəndərin Dərbənd qalasını alması...............................................230

İskəndərin Sərir qalasına getməsi və Keyxosrovun

qəbrini ziyarət etməsi...................................................................... 238

İskəndərin Keyxosrov məqbərəsinə getməsi................................. 245

İskəndərin Rəy və Xorasana getməsi............................................. 250

İskəndərin Hindistana getməsi....................................................... 257

İskəndərin hindli Keydə məktubu..................................................262

İskəndərin Hindistandan Çinə getməsi..........................................268

İskəndarin Xaqana məktubu.......................................................... 275

Xaqanın İskəndərə cavabı............................................................... 279

Rum və Çin nəqqaşlannm yanşı..................................................... 395

Xaqanın İskəndəri qonaq etməsi.................................................... 300

İskəndərin rus qoşununun hücumundan xəbər tutması.............. 308

İskəndərin Qıpçaq çölünə çatması................................................. 313

İskəndərin rus ölkəsinə çatması və müharibəsi............................ 317

İskəndərin ruslarla vuruşması........................................................323

İskəndərin ruslan məğlub etməsi....................................................354

Nüşabənin xilas edilməsi................................................................. 357

İskəndərin çinli kənizlə şənlik etməsi.............................................361

İskəndərin dirilik suyu axtarması.................................................. 371

İskəndərin zülmətə getməsi.............................................................378

İskəndərin zülmətdən çıxması........................................................ 383

İskəndərin Ruma qayıtması............................................................388

Nüsrətəddin Atabəyin sitayişinə dair............................................. 392

İzahlar............................................................................................... 395

464


Nizami Gəncəvi

ISKƏNDƏRNAMƏ

Şərəfnamə

"Lider nəşriyyat” BAKI-2004

465


Buraxılışa məsul:

Əziz Güləliyev

Texniki redaktorlar:

Rauf Cəfərov 

Rövşən Ağayev

Tərtibatçı-rəssam:

Nərgiz Əliyeva

Kompyuter səhifələyicisi:

Alianna Duxanina

Kompyuter yığıcılan:

Bəsti Cəfərova 

Aygün Məmmədova

Korrektorlar:

Elmira Teymurova 

Pərinaz Səmədova

466


Yığılmağa verilmişdir 25.04.2004. Çapa imzalanmışdır 09.11.2004. 

Formatı 60x90 V16. Fiziki çap vərəqi 27. Ofset çap üsulu. 

Tirajı 25000. Sifariş 159.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur. 

Bakı, Aşıq Ələsgər küç., 17.

467

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə