vivo
TARİX-İ QEZELBAŞAN
4
« Tarix-i Qezelbaşan »
PDF hazırladı - Nizami Əlisoy (lisoynizami@gmail.com)
©Vivo-Book.com |Bakı - 2015
vivo
TARİX-İ QEZELBAŞAN
5
Q 16 (93)
Redaktoru V. Qardaşlı
Tərcümə və şərhlər M.Ə. Məhəmmədinindir.
XVII əsrin əvvəllərində naməlum müəllif tərəfindən yazılmış bu əsər XV
–
XVI əsrlərdə
–
Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə Azərbay-
canda və qonşu ölkələrdə baş verən tarixi hadisələri əks etdirir.
Müəllif müxtəlif qızılbaş tayfaları və bu tayfalardan çıxmış görkəmli
Şəxslər barədə məlumat verir ki, bu da qızılbaş hərəkatında hansı tayfaların iştirak
etdiyini və bu iştirakın mühümlük dərəcəsini müəyyənləşdirməyə imkan yaradır.
Bu baxımdan «Qızılbaşlar tarixi» tamamilə orijinal bir mənbədir. Əsər indiyə
qədər Azərbaycan tarixşünaslığında tədqiqata cəlb olunmamışdır.
Tərcümə, əsərin Tehranda saxlanan yeganə əlyazması nüsxəsinin 1982-ci
il nəşrindən edilmişdir.
Tərcümə zamanı əsərin cüzi bir hissəsi ixtisar edilmişdir.
Şərhlərin yazılmasında bir sıra tarixi mənbələrdən («Tarix-i aləmara-yi
Əmini», «Əhsən ət təvarix», «Şərəfnamə» və s), elmi və məlumat xarakterli ədə-
biyyatdan, o cümlədən Azərbaycan tarixçiləri Z.M. Bünyadovun, O.Ə. Əfəndiye-
vin, Ş. F. Fərzəliyevin tədqiqatlarından istifadə olunmuşdur.
Q 16(93)
Qızılbaşlar tarixi. Tərcümə və Şərhlər M. Ə. Məhəmmədinindir.
–
Bakı,
«Azərbaycan» nəşriyyatı. 1993
–
48 s.
Q 48004000000-016(93) Q 16 (93) Azərb
M 670(07)—93
© «Azərbaycan» nəşriyyatı. 1993.
© Vivo-book.com 2015.
vivo
TARİX-İ QEZELBAŞAN
6
Bismillah ər-rəhman ər-rəhim!
Pak can cövhərini su və torpaqla birləşdirib onların izdivacından zamanın
möcüzəsi və dövranın nadir (varlığı) olan yüksək məqamlı insanın üzünə
mövcudluq qapılarını açmış Allah hədsiz və müqayisəsiz pərəstiş və təşəkkürə,
əbədi dua və tərifə layiqdir. Şer: Bütün gələnlərdən əvvəl mövcud olan, Bütün
varlıqlardan çox qalan!
Və Allah tərəfindən verilmiş parlaq tacın sahibi, Allahı dərk etmiş və
Allaha doğru süluk etmiş, Allahın elçisi Əbülqasim Məhəmmədə səmimi dualar, ən
qiymətli salavat və ən yaxşı salamlar olsun! Nəzm:
Yaradanın xüsusi elçisi,
Möhkəm dəlilin
1
yetiricisi!
O, dar dəvət (yoluna) genişlik (bəxş edib).
Daşlar onun möcüzəsinə Şəhadət verir
2
!
Və övliyaların başçısı, Həzrəti-Mustafanın qəyyumu, Allahın qalib gəlmiş
Şiri, möminlərin əmiri, dindarların imamı Əli ibn Əbutalibin işıqlanmış qəbri və
ətirlənmiş məzarı hədsiz-hüdudsuz və saysız-hesabsız nurla dolsun! Şer:
Əgər yer kəməndə gəlsəydi, Xeybərin fatehi
3
Bir anda onu qoparıb bu firuzə rəngli gümbəzə atardı!
Kövsərin saqisi behiştə saqilik etməsə,
Peyğəmbərlərin ağzı Kövsər suyundan islanmayacaq!
4
Və onların nəslinə və övladlarına salam olsun!
Amma sonra. Bu kitab parlaq Şahlıq tacı ilə fəxr edən və Şanlı Səfəvi
xanədanına xidmət edib İran vilayətlərində yüksək xanlıq və sultanlıq mənsəbinə
layiq görülmüş qızılbaş tayfaları haqqındadır. Və bu kitab iki hissəyə bölünür.
vivo
TARİX-İ QEZELBAŞAN
7
BİRİNCİ HİSSƏ
SAĞ TƏRƏFDƏ (CİNAHDA) OLAN TAYFALAR HAQQINDA
Şamlu tayfası
Onlar Hələb, Ədirnə, Tərsus
5
və digər Şam Şəhərləri ətrafında yaşayırlar
və Şanlı Səfəvi xanədanının müridlərindəndir və Süleyman məkanlı va İskəndər
məqamlı xaqan, yüksək hökmdarlıq keyfiyyətləri ilə seçilmiş Əbülfəth Şah
İsmayılın
6
–
Allah onun qəbrini nurla doldursun!
–
zamanında bütün oymaqlardan
böyük idilər.
Onların böyük əmirlərindən
7
(biri) Hüseyn bəy Lələdir. O, Lahicanda I
Şah İsmayılın xidmətində idi; o həzrətin zühurundan sonra əmir əl-üməra
8
oldu və
Cihan çayı sahilində Saru Qaplan tərəfindən məğlub edildiyi üçün gözdən düşdü
9
.
Amma Şeybək xanın qətli və Xorasanın fəthindən sonra ki, «fəth-e şah-e din
(pənah)» ifadəsi onun tarixini göstərir, Herat hakimi oldu
10
. Əmir Nəcm-i Saninin
məğlubiy-yətindən sonra
11
aləmin pənahı olan dərgaha (saraya) gəldi və Çaldıran
döyüşündə
12
öldürüldü.
Abdin bəy Sarutərcanda
13
Şam şəhərlərindən olan iki yüz cavanla I Şah
İsmayılın hüzuruna gəldi və o həzrətin diqqətini cəlb etdi, bütün əmirlərdən seçildi
və Əmir xandan sonra Herat hakimi oldu və 931-ci ildə (29.X. 1524
–
17.X-1525)
dünyadan köçdü və fərmana görə qardaşı Herat hakimi təyin edildi.
Durmuş xan Çaldıran döyüşündən sonra çalışırdı ki, Şah İsmayılı camaat-
la əylənməyə vadar etsin. O cümlədən, bir dəstə adamın başına iri taqiyə
14
qoyur-
dular ki, onlara «tacı böyük»
15
deyirdilər və onları bir evə salıb qapını bərk-bərk
bağlayırdılar, (sonra) itə, pişiyə, canavara gənəgərçək yedirib bacadan otağa
atırdılar. Bəzən onlardan birini vəhşi öküzə bağlayıb buraxırdılar və bir neçə
gündən sonra pusqu qurub öküzü tutaraq o şəxsi öküzün belindən azad edirdilər.
Və onların böyük əmirlərindən biri Durmuş xanın qardaşı Hüseyn xandır.
O, Şah Təhmasibin bacısı oğlu idi və Çuhə Sultan Təkəlunun ölümündən sonra
əmir əl-üməra oldu və 941-ci ildə (13.VII. 1534
–
1.VII. 1535) o, həzrətin
(Təhmasibin) əmri
ilə öldürüldü
16
.