Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   33

öhdəsindən gəldiyi çətinliklərin dərəcəsi yüksək olduqca yüksəlir. Seymurgilin sənəti “mənə nə 

deyəcəklər” abır-həyasının ortaya qoyduğu çətinliyin öhdəsindən gəlməkdən dəyər qazanır - 

ancaq bu çətinlik çoxmu böyükdür ki, dəyər də böyük olsun?! 

 

   Birlik və Müxtəliflik 



 

   Sənətdə necə göstərməkdən, bildirməkdən doğan plyuralistik müxtəliflikləri açandan sonra 

Post-modernist müxtəlifliyə çıxaq. “Eynilik” və ya bizim türkcədə “Birlik” çox nəsnələri açan 

DƏHŞƏTLİ gözəl və tutumlu sözdür. Eyniliyin türk variantı olan “Birliyin” bir çaları var: 

“Birlik” sözü “Vəhdət” sözü kimi çoxluların, cürbəcürlərin BİR-də toplanmışlığını bildirir. Belə 

“Birlik” BÜTÖVLÜK kimi görünür və belə “Birlik”də “Bir” təkcə başqalarını özünə yığmır. 

Özü də başqalarında güzgü ciliklərində görünən Günəş parıltısı kimi görünür. Klassik Alman 

fəlsəfəsində, filosof Adorno demişkən, “Bir” belənçi idi (bütün bu söhbətləri mən çağımızı 

anlamaq üçün edirəm). Adorno deyirdi: “Alman idealistləri Eynilikdən danışanda nəzərə alırdılar 

ki, əsl Eynilik müxtəlifliklə barışmalıdır, ona görə də özünü təsdiq etmək üçün harada 

müxtəliflik rastına çıxsa, onları öz identikliyi ilə “basıb yeməməlidir”. 

 

   İnsanlarda da elədir, çoxluğu birə yığmaq yoxsullaşdırma ola bilər. Bir düşünün, adama 



həvəslə demokratiyada “dinc yolla hakimiyyətin dəyişməsini, hakimiyyətə gəlməyi” başa salmaq 

istəyirsən. Onun başında isə mənfi məna daşıyan “hakimiyyət davası” deyilən bir ideya var. 

Sənin söylədiklərini qanmaq üçün tezcə sözlərini “hakimiyyət davası” ideyası ilə eyniləşdirir, 

birləşdirir və deyir, “hə, sənin demokratlarının işi də hakimiyyət davasıdır”. Beləcə, onun 

şüurunda “hakimiyyət davası” sənin söylədiklərini elə basıb yeyir ki, hakimiyyət davasında 

demokratiyanın hakimiyyətin dinc yolla əvəzlənməsi nəzəriyyəsindən heç bir başqalıq qalmır. 

 

   Post-modernizm fərqlərin fəlsəfəsindən doğub. Doğrudan da çağımızda cürbəcürlük basıb 



bütün bir olmalı olanları və ya bir görünənləri dağıdır. Bunu müxalifət və hakimiyyət 

düşərgələrində yaxşı görürük. Hər iki düşərgədə Birlik situasiyası yaranan kimi “bölünən 

hüceyrə” prosesi başlayır və fraqmentləşmə gedir. Düzdür, bu proses bütün tarix boyu olub. 

İstənilən dində bidətçi hərəkat “bölünən hüceyrə” proseslərinə düşərək təriqətlər, sektalar 

törədib. İstənilən dini, fəlsəfi, sosial ideyalar davamçıların yaradıcılığında o qədər dəyişib ki, 

ilkindəkindən heç nə qalmayıb. 

 

   Ancaq çağımızla öncəki dönəmlərin bir fərqi var. Öncələr bütün bu fraqmentləşmələrin, 



bölünmələrin üstünə bir utanış, bir suç kölgəsi düşürdü. Ona görə də bölənlər, ayrılanlar, 

qopanlar bölmək suçunu özlərinə götürməyib başqalarının üstünə yıxırdılar: Vahabilər 

(müvahidunlar) İslam dünyasında öz fraqmentlərini, öz yollarını salsalar da əsl, ilkin İslamın, 

məhz, onlarda olmasına iddia edirdilər. Parçalamaqda isə başqalarını suçlayırlar. Beləcə, tarix 

boyu bölənlərin, parçalayanların heç biri etdiklərinin ağır yükünə, yəni suç, utanış yükünə duruş 

gətirməyib suçu başqalarının üstünə yıxmaqla məşğul olublar. Hətta dialektikaya görə 

müxtəlifliklərin birliyini anlamalı olan Sovet marksizmi də yalnız icazəli başqalığa razı olurdu 

və ona görə də Sovet mənəvi dünyasındə Marksizm hər yerdə müxtəlifliyi basıb yeyirdi. 

 

   Yalnız öncə Modernizmdə, sonra Post-modernizmdə (eləcə də Demokratiyada) bölənlərin, 



parçalayanların üstündən suç, təxribat ləkəsi götürülür. Ona görə də dünyamız suç duyğusunu 

bilməyən arsızlıq (=həyasızlıq?) aləminə ya bənzəyir, ya da elə belə də aləmdir. Ona görə də 

dünyamızda Bir-dən ayrılmalar gedir. Öncələr də gedirdi, ancaq ayrılanlar sonda vətənləri Bir-ə 

qayıtmaq istəyini özlərində saxlayaraq ayrılırdılar. Post-modern çağında isə ayrılan 

geridönməzliyə, qayıtmazlığa özündən, Bir-dən azmağa məhkumdur, caz improvizələrində baş 

melodiyaya qayıtmayan səs “ləpələri” kimi. 

 

 

5




   Bütün öncəki mədəniyyətlər şırım-şırım demarkasiyon cızıqlar çəkirdilər və bununla intizam, 

düzüm yaradırdılar. Bütün öncəki mədəniyyətlərdə nələrəsə elə yasaqlar qoyulurdu ki, pozulması 

ayıb, utanış gətirsin. Ona görə də hansı yasaq olunanlarınsa “adam arasına” buraxılması sərt 

çarpışmalardan, ağır “məhkəmələrdən” keçirdi. Yalnız çağdaş Post-modernist mədəniyyətdə hər 

şey üçün qapılar açıqdır, “buraxılış məntəqələri” isə simvolik görüntüyə çevrilmişdir. Ona görə 

də mən bilirəm ki, gün gələcək, dünyada hətta qızların mırıq dişli olması və ya mırıq diş 

görüntüsü üçün dişlərinə qara çəkməsi də gözəllik dəbinə çevriləcək. Cırıq, yamaq-yumaq 

cinslərdən, tüklü üzlərdən sonra niyə mənim sözlərim qəribçiliyə salınsın?! 

 

   Azərbaycanda bu cürbəcürləşmənin iblisanə rəqsinin ilk partiyası gedir. Ancaq elə bu, 



mənəviyyatsızlıq, pozğunluq haqqında hiddətlər, ümidsizliklər doğurur. Bəs rəqsin ortası 

gələndə nə olacaq? Biz bu rəqsi yaxşı oynamağı öyrənməliyik, yoxsa ahıl kişilər kimi qırağa 

çəkilməliyik? Çağımızın baş suallarından biri budur. Azərbaycan post-modernistləri isə bu 

soruya öz cavablarını verməkdədirlər.  

 

Qaynaq: http://xariciedebiyyat.azeriblog.com/2008/01/25/niyazi-mehdi-azerbaycan-



postmodernizmine-girish 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

6




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə