Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   33

Eyvaz TAHA 

 

"POSTMODERNİZM VƏ ARXADAN ATİLAN DAŞ" 

 

1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra "postmodernizm" sözcüyünü ağızlardan eşidir, 



kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün 

ədəbiyyat, incəsənət, bilim, və düşüncə sahələrinə sıramış bu terminlə maraqlanmağımız, 

irələyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə 

başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri təcrübəni 

qavramadan onu geyim, yemək və saç modası səviyyəsinə qədər alçaldırıq. Bu turist 

davranışıdır. Şeir kitablarının ön sözündə, ağız ədəbiyyatı toplularının başlağıcında, adda-budda 

müsahibələrdə və nəhayət çayxana danışıqlarında söz başına postmodernizmi dimdikləyirik. Sən 

demə bu sözü vurğulamadan yazıçının avanqard olduğu gerçəkləşmir. Xəstəlik də elə 

burasındadır. Bizdə postmodernizmə barmaq uzatmaq, çox vaxt onun hərfi anlamından uzağa 

getmir: postmodern yəni modernizmdən daha sonra, daha yüksək, daha yaxşı və daha avanqard! 

Biz isə bunların hamısıyıq, köhnə deyilik. Bu iddəa tövlədə yatmış aslanla, inəkdir deyə, 

cəsarətlə əylənməyə bənzəyir. 

 

2- Beş nəhəng düşünər, "Hüserl, Marks, Nitşe, Freyd və Haydeger"i anlamadan postmodernizm 



öz şərhini tapa biməyəcək. Bu ilkin dayanacaqdan hərəkətə keçdikdən sonra Frankfurt məktəbi, 

Quruluşçuluq (Strukturalizm), Post-quruluşçuluq, Yapısöküm (Dekonstruksia), feminizm

Üçüncü dalğa axımı və Multi-mədəniyyət kimi dayaqlar və qaynaqlarala qarşılaşırıq. Adlar 

tükənən deyil, hərəsi də bir hava çalır: İhab Həsən, Çarlz Cenkz, Lus İrigari, Fransua Lyotar, Jil 

Doloz, Jan Budriar , Mişel fuko, Feliks Gatari, və Riçard Rorti. Bu adlar qıraqda qalsın, irəli 

sürülən bəhslərin qaranlığında adamı dəhşət bürüyür: Çeşitli, qrmaqarışıq bəhslərin qatı və dərin 

qaranlığında. Postmodernizm söz oyunu deyil, bunu anlamağa Adorno və Horkhaymerrin 

modern dönəmə aid yazdıqları "aydınlamanın dialektıası" (Dialectic of Inlightenment) başlıqlı 

kitabları yetər. 

3- Bayaq dedim post modernizmə maraq sevindiricidir. Hardasa bu marağın özü azərbaycan 

uyğarlığına gərəkli olan qaynaqları axıdıb gətirəcək. Gec də olsa bu axın artıq başlanmışdı, 

başlıca göstəricisi isə mişel fukonun "Müəllif nədir?" və Rolan Bartın "Müəllifin ölümü" başlıqlı 

məqalələrinin çevrilməsidir. Ancaq bu çalışmalar və bu dartışmaların gedişində yol verilmiş 

səhvlər bizi üşündürməyə bilməz. Çünki məntiqi məcralardan qırağa çıxmış dartışmalar 

postmodernizm barəsində əyri, bəzən də tərsə baxış formalaşdırır. Beləliklə biz yenə də tarixin 

başqa bir dönüş nöqtəsində yeni fikirlələ özgün tanışlıq fürsətini itiririk. Belə ki, bu dönüş 

nöqtəsinin məhsulu sayılan yeni bir düşünüş tərzi barədə ya gözümüzü yumuruq, ya da arxadan 

topuğa daş atırıq. Söhbət bu məktəbin pis-yaxşılığından getmir, bu barədə ağzına gələni, ağlına 

batanı söyləyənlərdən gedir. Bizimkilərin çoxu postmodern bilginlərdən danışanda çılpaq pop 

ulduzları haqda deyilən dedi-qodular yadımıza düşür. Bu da yüksək və ciddi düşüncələrə 

yiyələnməyə can atan ulusumuzun zəif damarına çevrilir. Demək, postmodernizm tarixi 

axarından çıxaraq və öz ilkin anlamından boşalaraq Sovet dönəmi tapdalanmış royaların 

cövlangahına çevrilir. Bu da pərişanlığın, puçluğun və duyğusallığın başqa adıdır: Zahirdə 

duyğusallıqla döyüşən duyğusallın. İstanislav Andreski deyir: "Şəffaf və məntiqi düşüncə 

bilginin artmasına gətirib çıxarır. (elmin gəlişməsi bunun ən yaxşı örnəyidir.) bilginin artması isə 

gələnəksəl intizamı gec-tez laxladır. Əvəzində pərişan düşüncə bizi heç bir yerə aparıb çxarmır. 

Ona uzun sürə meydan verirsək yenə də heç bir etki bağışlamayacaq." 

4- Doğrudur, postmodernizm ağılın klasik anlamına inanmır, ciddi və saray sənətinə istehza gözü 

ilə baxır. Amma bu onun gülünc mahiyyətinə dəlalət etmir, insan toplumunda yayğın olan və 

klasik filosofların gözündən yayınmış fenomenlərə diqqətlə baxmağını göstərir. Karl Popper 

kimi ağılçı (rasionalist) bir filosofla Rolan Bartın ötəri müqayisəsində görürsənki klasik ağılçılıq 

ideoloji mahiyyət daşıyaraq nə qədər xolyalarda yaşayır. Elə bir filosof "liberalizm" deyə, kəsik 

baş kimi deyinərək gündəlik yaşamın acı gerçəklərindən uzaqlaşır. əvəzində Bart kimi bir 

 

7




düşünər hətta günaşıra yediyimiz yeməklərcə bizə yaxınlaşır.Unun yeməklərin quruluşuna göz 

qoyması təsadefi deyil. Baxmayaraq ki, bütün bunlar postmodernizmə bəraət qazandırmır, çünki 

bu anlayışda qəribə şarlatanlıqlar görənlər az deyildi. Örnəyin, Lu İrigari deyəndə ki, "Nitşe 

özünü (egonu) hər an partlayacaq atom çəkirdəyi timsalında görürdü," çoxları pıqqılti ilə 

gülüşürlər. Nə yazıq ki, bu görüşlərin bəzisi doğrudur, gülüşlər isə yersiz deyil. 

5- Postmodernizm barəsində danışmağa mənim səlahiyyətim geniş deyil. Hətta burda söylənməsi 

gərəkli olmayan nədənlərə görə, bu axımın bəzi öncüllərindən, örnəyin Budriar və ya Doluzdan 

xoşum gəlmir. Maraqlı düşüncəni daha çox Hans Gadamer, Pol Rikor, Riçard Rorti və Yürgen 

Habermasda görürəm. Bilirəm romantizmin ağlağan insani quruluşçuluq qəbristanlığında 

gömüldüsə, azadlıq və ixtiyar simgəsi olan öznə (subyekt) də unun xaçında çarmıxa çkildi. 

Başqa sözlə, tarixi irəli sürüyən insan, toplumun və toplumdakı quruluşların əsirinə çevrildi. 

Mişel Fuko zehnimizi barlandırmaq istəyirdi, bizi "həqiqəti qondaran güc" və "bağmsızlığımızı 

hədələyən ideologiya" önündə güllə batmaz etmayə çalışirdı. Lakin hərdən şaşıram ki, o 

böyüklükdə bir adamın fikri tapıntıları qismən də olsa niyə paradoks üzərində qurulmalıdır? 

Məcazi həqiqət (hiper nreality) barədə sevimli Budriarın su lilləndirməsi bizə dərin bəsirət 

bağışlasa da, öznənin yenilgisinə gətirib çıxarır. Ancaq Jak Derrida kimi nəhəng bir filisofdan 

xoşum gəlmir desəm, bu işim Don Kixotun yel dəyirmanı savaşına getməsinə bənzəyəcək. 

6- Postmodernizmə ögey yanaşmıram. əsasən Azərbaycan respublikasında postmodernizm 

baresində gedən ilk ciddi məqalə 1997-ci ildə başçılıq etdiyim Cahan dərgəsində yer alıb. O 

zaman bu məqalə vaxstından daha ertə işıq üzü gördüyü üçün qürbətə düşdüsə, 2000-ci ildən 

başlayaraq partlayış nöqtəsinə gəlmiş postmodernizm dartışmaları qızışmağa başladı. Hər şey də 

elə burdan korlandı. Ərsəyə gəlmiş yeni yazıçıların bəzisi düşmənlərini sıradan çıxarmaq üçün 

yazdıqları əsərin alnına postmodern möhürü basdılar. Postmodernizmlə əlaqəsi olmayan və ya 

onunla anlaşılmaz və gizli ilgilərdə! bulunan bu əsərlər çağdaş  bir axımla tanışlıq imkanını 

əlimizdən aldılar. Burda məqsədim H. Herisçinin postmodern damğasını daşıyan "Nekroloq" 

romanı deyil, çünki Azərbaycanda bu axımla tanış olan adamlara barmaq uzatmaq istəsəm onun 

da adını çəkərəm.  

Əlimizdən uçub getmiş imkana qayıdaq: postmodeernizm fəlsəfi, ədəbi və bədii bir axım olaraq 

Qərb uyğarlığının son elektron mərhələsinin özülündə dayanır. Belə bir önəmli fenomenə göz 

yummağın bahası faciə qədər böyük ola bilər. Qərb pratik baxımdan ağır sənaye mərhəsindən 

(yəni modernizmdən) yüngül informasia və bilgisayar mərhəsinə (yəni postmodernizmə) 

addımlamışdı. Bu adlayışın geniş nəzəri dayaqları var. Postmodernizmlə tanışlıqdan yan keçmək 

və ya onu yanlış, ötəri, sərsəri və dayaz biçimdə tanımaq bu nəzəri bazaya etinasız yanaşmaqdır. 

Açığını deyim: cəhlə etiraf etməyin qorxusu bizi pis günə qoya bilər. 

7- vaxtı itirsək də çıxılmaz yoldsa deyilik. Əxlaqi öyüd verməyə səlahiyyətim olmasa da 

deməliyəm: Bir az alçaq könüllü, bir az ciddi, bir az düşüncə hərisi, bir az da bəsirət vurğunu 

olsaq bəşərin fikri tapıntıları ilə tanışlıq o qədər də çətin olmayaca. Ancaq postmodernizm kimi 

geniş, çox şaxəli,  dərin və çox anlamlı axıma bir mənalı yanaşmaq, və onu gələcəyin düşüncəsi 

adına təpədən dırnağa mənimsəmək olduqca yersiz olacaq. 

  

Bu material E.TAHAnın çapa hazırladığı "Azərbaycan toplumu və düşüncə afətləri" başlıqlı 



kitabından qıssaldaraq alınmışdır. Sadələşdirilmiş bu yazıda müəllif postmodernizm barədə 

danışmaq istəmir, onunla ilgili yanlışlıqları açıqlamağa çalışır.   

 

 

Qaynaq: http://xariciedebiyyat.azeriblog.com/2007/09/29/eyvaz-taha-postmodernizm-ve-



arxadan-atilan-dash 

 

 



 

 

 



 

8



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə