Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   33

Meri Klages 

 

"Postmorernizm" 

 

 



Mürəkkəb, qarışıq, tipoloji termin, yaxud ideyalar şəbəkəsi olan postmodernizm akademik elmin 

tədqiqat sahəsi kimi 1980-ci illərin ortalarından meydana gəlib. Postmodernizmi 

müəyyənləşdirmək olduqca çətindir. Ona görə ki, o, elmin və incəsənətin müxtəlif sahələrində - 

arxitekturada, musiqidə, filimdə, ədəbiyyatda, sosiologiyada, kommunikasiyada, modada, 

texnologiyada geniş şəkildə təzahür edir. Onu tarixi baxımdan da müəyyənləşdirmək çətindir. 

Çünki postmodernizmin dəqiq nə vaxt meydana gəlməsi aydın deyil. Amma postmodernizm 

haqqında fikirləşməyin ən asan yolu modernizm haqqında düşüncələrdən başlayır. Ola bilsin, 

postmodernizm tədricən ondan törəyərək inkişaf edib, yaxud da qəfil meydana çıxıb. 

Modernizmin izahının iki faseti və ya iki modeli var ki, bu iki üsulun da hər biri 

postmodernizmin dərkinə imkan verir.   

   Birinci faset və ya modernizmin izahı öz başlanğıcını "modernizm" markalı estetik cərəyandan 

götürür. Bu cərəyan Qərbin XX əsr incəsənət ideyalarına kobud surətdə laqeyd mövqe nümayiş 

etdirir. Özünü XX əsrdə geniş şəkildə büruzə verməsinə baxmayaraq, modernizmin müstəqillik 

qazanmış formalarına XIX əsrdə də rast gəlmək mümkündür. "Sənət necə olmalıdır, onun 

mahiyyəti hansı prinsiplər üzərində qurulmalıdır, istehlakçıya (dinləyiciyə, oxucuya, tamaşaçıya) 

necə təqdim edilməlidir" kimi nəzəri sual və müddəaları özündə birləşdirən, vaxtı keçmiş 

Viktoriyan standartlarını kəskin surətdə rədd edən modernizm vizual incəsənətdə, musiqidə, 

ədəbiyyatda və dramda yaranmış bir cərəyandır.  

   Təxminən 1910-cu ildən 1930-cu ilədək davam etmiş "yüksək modernizm" dövründə XX əsr 

modernizminin baniləri hesab olunan Vulf, Coys, Paund, Stevens, Prust, Mellarame, Kafka və 

Rilk kimi aparıcı simalar "poeziya və nəsr necə olmalıdır" suallarının yenidən nəzəri izah və 

şərhində son dərəcə böyük rol oynayıblar. Ədəbiyyat açısından modernizmin əsas 

xarakteristikasına aşağıdakılar daxildir:  

   1. Ədəbi əsərdə, habelə vizual incəsənətdə impressionizm və subyektivlik ön plana çəkilir; baş 

verənlərin NECƏ qavranılmasına və oxunmasına, ilk növbədə ən əsası NƏYİN dərk edilməsinə 

xüsusi əhəmiyyət verilir;  

   2. Gerçəkliyin dinamikadan uzaq, hər şeyi bilən təhkiyəçi - üçüncü şəxs tərəfindən nəql 

edilməsi, seçilmiş süjetin prizmasından moral mövqenin ümumi şəkildə təsvir edilməsi 

(Folknerin hekayələri modernizmin bu aspektinə uyğundur); 

   3. Janrlar arası fərqin pərdələnməsi (bu üzdən də poeziya daha çox nəsrə (T.S. Eliotun əsərləri 

kimi), proza isə daha çox poeziyaya oxşayır (Vulfun və Coysun əsərləri kimi);  

   4. Fraqment formalardan istifadəyə, təhkiyəni yarımçıq qoymağa, bir-biri ilə əlaqəsi olmayan 

materialları necə gəldi birləşdirməyə üstünlük verilməsi;  

   5. Yaradılmış hər bir yeni şeyin xüsusi üsulla istehlakı kimi istənilən incəsənət əsərinin də 

şəxsi statusuna fikir verilməsi üçün onu incələmək və dərk etmək tendensiyasının 

formalaşdırılması;  

   6. Diqqətlə işlənmiş, hazırlanmış müfəssəl, formal estetik nəzəriyyələrin minimalist modellər 

(Vilyam Karlos Vilyamsın poeziyasında olduğu kimi), yaradıcılıqda təhtəlşüuri, qeyri-iradi 

tapıntılar naminə rədd edilməsi;  

   7. "Yüksək" və "aşağı", yaxud populyar mədəniyyət arasındakı fərqin, üstünlüyün rəddi; hər 

ikisindən istifadə ilə ortaq incəsənətin yaradılması; nümayiş etdirmə, yayınlama metodları ilə 

incəsənətin istehlakı.  

   Modernizm kimi, postmodernizm də bu prinsiplərin əksəriyyətinə riayət edir. Belə ki, o da 

incəsənətin yüksək və aşağı formaları arasında mövcud sərhədi qəbul etmir; daşlaşmış, donub 

qalmış janr üstünlüyünü rədd edir; stilizasiyaya, parodiyaya, ironiyaya və məsxərəçiliyə xüsusi 

əhəmiyyət verir. Düşündürmək və özünüdərk, fraqmentasiya və xüsusilə təhkiyə, nəql etmə 

strukturunda təhkiyəni, nəqli yarımçıq qoyma, qeyri-müəyyənlik, hadisələrin eyni zamanda baş 

 

9




verməsi kimi modernizmin "prinsiplərinə" əməl etməsinə baxmayaraq, postmodern incəsənət (və 

düşüncə) destruktiv, desenter, dehumanist mövzulara önəm verir. Postmodernizm yuxarıda 

sadalanan bir sıra cəhətlərinə görə modernizmə bənzəyir, amma özünün bir çox təmayüllərilə 

modernizmdən əsaslı şəkildə fərqlənir. Misal üçün, modernizm insana fraqment münasibətini 

subyektiv və tarixi prizmadan təqdim edir. Amma bu tendensiyanı və fraqmentasiyanı tragik, 

acınacaqlı, dərdli, iniltili fonda nəyinsə itkisi kimi çatdırır. Modern əsərlərin əksəriyyəti əsas bir 

ideyanı müdafiə etməyə çalışır: müasir həyatda itirilmiş birliyi, əlaqəni və dolğunluğu incəsənət 

əsərləri yenidən təmin edə bilər; insan institutlarının müvəffəq ola bilmədiyinə incəsənət 

müvəffəq ola biləcək. Bundan fərqli olaraq, postmodernizm isə fraqmentasiyaya, davamsızlıq və 

əlaqəsizliyə kədərlənmir, bunları dərdə çevirmir, ancaq onları kifayət qədər qeyd edir. Eyni 

zamanda da bildirir ki, dünya mənasızdır, gəlin özümüzü aldatmayaq ki, incəsənət onu 

dolğunlaşdıracaq, ona görə də, gəlin sadəcə cəfəngiyyatla oynayaq.  

   Başqa bir aspektdən modernizmlə postmodernizm arasındakı mövcud bağlılığa baxış bəzi 

fərqləri aydınlaşdırmaqda yardımçı rolunu oynayır. Fridrix Ceymsona görə, modernizm və 

postmodernizm kapitalizmin xüsusi mərhələlərini müşayiət edən mədəni formasiyalardır. 

Ceymson indiyədək incəsənətin və ədəbiyyatın təqdimatı da daxil olmaqla, zorla qəbul etdirilmiş 

mədəni praktikanı əhatə edən kapitalizmin üç əsas mərhələsinin konturunu çəkir. Və göstərir ki, 

birinci mərhələ XVIII əsrin sonu və XIX əsrdə Qərbi Avropanı, İngiltərəni və Birləşmiş Ştatları 

əhatə etmiş kapitalizm marketinqi mərhələsidir ki, bu birinci mərhələ buxar mühərriki ilə intişar 

tapmış spesifik texnoloji inkişafla realizm adlı xüsusi növ estetikanı özündə ehtiva edir.  

   İkinci mərhələ XIX əsrin sonlarından XX əsrin ortalarınadək (təxminən II dünya 

müharibəsinədək) olan dövrü əhatə edir; özündə elektrik və yanacaq enerjisi ilə hərəkətə gələn 

mühərrikləri və modernizmi birləşdirir, getdikcə inhisarçı kapitalizm formasını alır. Üçüncü 

mərhələ isə indi biz içərisində olduğumuz çoxmillətli və ya marketinq, satış, istehlak malları 

üzərində qərarlaşmış istehlakçı kapitalizm mərhələsidir. Bu mərhələ də özündə nüvə və elektron 

texnologiyalarını postmodernizmlə nisbətdə cəmləşdirir. Məsələyə postmodernizmi termin kimi 

istehsalat və texnologiyalar bucağından səciyyələndirən Ceymson tək yanaşsaq, görərik ki, 

postmodernizmin ikinci izahı, yaxud faseti ədəbiyyat və incəsənət tarixindən daha çox tarixdən 

və sosiologiyadan gəlir. Belə yanaşma postmodernizmi başdan-başa sosial formasiya və ya 

sosial-tarixi münasibətlər sistemi kimi müəyyənləşdirir, daha dəqiq desək, bu yanaşma 

"postmodernlik" ilə "modernliy"i "postmodernizm"lə "modernizm"dən daha çox qarşı-qarşıya 

qoyur. Bəs fərq nədir? "Modernizm" məfhumu XX əsrin çoxşaxəli estetik cərəyanına məxsusdur, 

"modernlik" isə fəlsəfi, siyasi və etik ideyalar sistemi kimi modernizmin estetik aspektinin 

bazisini təşkil edir. "Modernlik" anlayışı "modernizm"dən qocadır. İlk dəfə "modern" istilahı 

XIX əsr sosiologiyasında indiki eranı (yəni XIX əsri - tərcüməçi) əvvəlki - "antik" adlanan 

eradan fərqləndirmək mənasında işlədilib. Adətən alimlər "modern" dövrün dəqiq hansı vaxtdan 

başladığının aydınlaşdırılması, eyni zamanda nəyin modern olub, nəyin modern olmadığının 

müəyyənləşdirilməsi ətrafında mübahisə edirlər. Hər dəfə tarixçilər bu problemi nəzərdən 

keçirərkən modern dövrün başlanğıc tarixini daha əvvəllərə aparırlar. Amma bütün bu 

tədqiqatlara rəğmən, bir şey danılmazdır ki, "modern" eranın yaranması XVIII əsrin ortalarından 

başlayan Avropa maarifçiliyi ilə əlaqədardır. Maarifçiliyin təməl ideyaları da humanizmin təməl 

ideyaları kimi cilalanmamış şəkildədir. Ceyn Flaks bu ideyaların ibtidai prinsiplərini bir 

məqaləsində yaxşı xülasə edib (mən onun bu xülasəsinə bir neçə şeylər də əlavə etmişəm):  

   1. Burada stabil, sistematik, bilgili "mən" var. Bu "mən" şüurlu, rasional, müstəqil və 

universaldır. Fiziki, cismani durumlar, yaxud dəyişkənliklər onun idarəsinə substantiv təsir 

göstərmir;  

   2. Bu "mən" özünü və dünyanı rasionalistcəsinə ya postulat kimi qəbul edilən yüksək mental 

(ruhi, əqli) funksiyalar formasında, ya da yalnız obyektiv formada dərk edir;  

   3. Rasional "mən" tərəfindən təqdim edilmiş dərk etmə modelinin mahiyyətini, dərk edənin 

individual statusunu nəzərə almadan dünyada universal həqiqəti təmin edə bilən "elm" təşkil 

edir; 

   4. Elm vasitəsi ilə təqdim edilən bilik "həqiqət" və əbədidir;  



 

10



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə