Fridrix Vilhelm Yozef Şellinqin naturfəlsəfəsi



Yüklə 86,15 Kb.
Pdf görüntüsü
tarix29.09.2018
ölçüsü86,15 Kb.
#71418

background image
                    

Fridrix Vilhelm Yozef Şellinqin naturfəlsəfəsi 

Fridrix  Vilhelm  Yozef  Şellinq  (1775-1854)  klassik  alman  fəlsəfəsində  obyektiv 

idealizmin  görkəmli  nümayəndələrindən  biridir.  Şellinqin  əsas  əsərlərindən 

“Transsendental  idealizm  sistemi”  (1800),  “Naturfəlsəfə  sisteminin  ilk  cizgiləri” 

(1799) –nin adlarını çəkmək olar. 

Şellinqin fəlsəfəsi aşağıdakı şəkildə dövriləşdirilir: 

 



naturfəlsəfə; 

 



praktiki fəlsəfə; 

 



irrasionalizm. 

Şellinq öz fəaliyyətinə Fixte fəlsəfəsinin davam etdiricisi kimi başlamışdır. Lakin 

o,  tezliklə  Fixtenin  subyektiv  idealizminə  qarşı  çıxmış  və  özünün  obyektiv 

idealizm  sistemini  yaratmışdır.  Onun  fikrincə,  təbiəti  izah  edən  əvvəlki 

konsepsiyalar (Fixtenin “qeyri-mən”i, Spinozanın substansiyaları) həqiqi deyillər. 

Çünki birinci halda (məsələn, subyektiv idealistlərin, Fixtenin fəlsəfəsində) təbiət 

insan  şüurundan  ifadə  olunur,  qalan  hallarda  isə  (məsələn,  Spinozanın 

substansiyalar  nəzəriyyəsində)  təbiətin  məhdudlaşdırılmış  izahı  verilir,  yəni 

filosoflar çalışırlar ki, təbiəti hər hansı çərçivələrə sığışdırsınlar. O, ruh və təbiətin, 

subyekt  və  obyektin  eyniliyinə  dair  özünün  obyektiv  idealizm  fəlsəfəsini 

yaratmışdır.  Şellinqin  fəlsəfi  sistemində  bütün  mövcudiyyətin  özəl  başlanğıcı  nə 

materiyadır, nə də fərdin şüuru. Şellinqə görə, təbiət “absolyutdur” - hər şeyi əhatə 

edən,  hər şeyin  ilk səbəbi və  ilk  başlanğıcıdır.  Onun  fikrincə,  hər  şeyin  mənbəyi 

əbədi  ağıl,  zəka  və  mütləq  “mən”dir.  Şellinqə  görə,  bütün  dünyanın  ruhu  var. 

Aləmin müxtəlif formaları ruhun, ağlın ifadəsi və əyani təzahürüdür. Mütləq ağıl, 

mənəvi  və  maddinin,  subyektiv  və  obyektiv  ilkin  əsası  və  mənbəyidir.  Şellinq 

materiya  və  təbiətin  ruhdan,  şüurdan  kənarda  və  ondan  asılı  olmadan  mövcud 

olması  fikrini  qəbul  etmirdi.  O  deyirdi  ki,  materiya  yalnız  mütləq  ruhun,  ağılın 

xüsusi  halıdır.  Şellinqin  fikrincə,  materiya  və  ruhu  qarşı-qarşıya  qoymaq  olmaz, 

çünki  onlar  mahiyyət  etibarilə  eynidirlər.  Materiya  və  ruh  eyni  bir  mütləq  ağlın 

müxtəlif  vəziyyətləridir.  O,  subyektiv  və  obyektivin,  mənəvi  və  maddinin 

idealistcəsinə eyniləşdirilməsi haqqında öz təliminə əsaslanaraq mahiyyət etibarilə 

maddini mənəvidə əritmişdir. 

Şellinqin fəlsəfəsində idealist dialektika öz əksini tapmasa idi, onun fəlsəfi sistemi 

öz-özlüyündə heç bir maraq doğurmaz və klassik xarakter kəsb etməzdi. Şellinq 

fəlsəfəsinin çıxış nöqtəsini bir-biri ilə mübarizədə olan əksliklər, öz mahiyyəti 

etibarilə ziddiyyətli olan bir şey kimi xarakterizə edirdi. O göstərirdi ki, “mən”də 

ilkin əksliklər kimi - subyekt və obyekt mövcuddur. Onların hər ikisi bir-birini



 

Yüklə 86,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə