İmamı iki yolla tanımaq olar: a Həzrət Peyğəmbərin özü Allahın fərmanına əsasən bir şəxsi imam tə`yin etmiş olsun



Yüklə 180,11 Kb.
tarix14.05.2018
ölçüsü180,11 Kb.
#43466

İmamı iki yolla tanımaq olar:

a) Həzrət Peyğəmbərin özü Allahın fərmanına əsasən bir şəxsi imam tə`yin etmiş olsun.

b) Bir imam özündən sonrakı imamı tə`yin etsin.

Şiələrin on iki imamının imaməti hər iki yolla isbat olunur: çünki, həm Peyğəmbər (s) onları adları ilə ardıcıl surətdə tə`yin etmiş, həm də imamların hər biri özündən sonra gələn imamı xalqa tanıtdırmışdır.

Bu haqda ixtisara riayət edərək təkcə bir hədisi diqqətinizə çatdırırıq:

Həzrət Mühəmməd (s) buyurmuşdur: “İslam dininin izzət və başıucalığı yalnız on iki xəlifə (ilahi rəhbər) vasitəsi ilə olacaqdır".

Şübhəsiz, İslamın izzəti və başıucalığına səbəb olan on iki xəlifə, şiə məzhəbinin on iki imamından başqa heç bir xəlifə və rəhbərlərlə uyğun gəlmir. Çünki, Əməvi və Abbasi xəlifələri heç vaxt İslam dininin izzətinə səbəb olmamışdır, digər tərəfdən də onların sayı on iki deyildir.

12 İMAM


12 imamcı şiələr inanırlar ki, mə`sum imamlar 12 nəfərdir. 1. Əli ibni Əbitalib 2. Həsən ibni Əli 3. Huseyn ibni Əli 4. Əli ibni Huseyn 5. Muhəmməd ibni Əli 6. Cə`fər ibni Muhəmməd 7. Musəbni Cə`fər 8. Əli ibni Musa 9. Muhəmməd ibni Əli 10. Əli ibni Muhəmməd 11. Həsən ibni Əli 12. Həzrəti Məhdi (əleyhimussalam).

Sunnulərin mo`təbər kitablarında nəql olunan ´12 xəlifə və on iki əmirª hədisini qeyd edirik. (hamısının mənası belədir ki "Mənim ummətimdə imamlarin sayı Bəni israilin nəqiblərinin (vəsilərinin) sayı qədər - 12 nəfərdir və hamısı da Qureyşdəndir)

1-´Səhihi Buxariª, əhkam kitabının axırı, 8-ci cild, səh.127; ´Musnədi Əhmədª,5-ci cild, səh.93:

عن جابر بن سمرة قال: سمعت النبى صلي الله عليه و سلم يقول: يكون اثناعشر اميرا فقال: كلمت لم اسمعها فقال ابى: انّه قال: كلّهم من قريش.



2´Səhihi Muslimª, 6-cı cild, səh.3

عن جابر بن سمرة قال دخلت مع ابى على النبى صلي الله عليه و سلم فسمعته يقول: ان هذا الامر لاينقضى حتى يمضى فيهم اثناعشر خليفة قال: ثم تكلّم بكلام خفى علىّ، قال: فقلت لابى: ما قال؟ قال: كلّهم من قريش



3´Səhihi Muslimª, 6-cı cild, səh. 3; ´Musnədi Əhmədª, 5-ci cild, səh. 98

عن جابر بن سمرة قال: سمعت النبىّ صلي الله عليه و سلم ، يقول: لايزال امر الناس ماضيا ما وليهم اثناعشر رجلا، ثم تكلم النبّى صلي الله عليه و سلم بكلمة خفيت علىّ، فسألت ابى: ماذا قال رسول اللّه صلي الله عليه و سلم ، فقال: كلّهم من قريش.



4 - Səhihi ibni Həbban,15-ci səh.43:

سمعت رسول اللّه صلي الله عليه و سلم يقول: يكون بعدى اثناعشر خليفة كلّهم من قريش.



5-Camei Termizi, 3-cu cild, səh. 340

يكون من بعدى اثناعشر اميرا، قال: ثم تكلّم بشيء لم افهمه، فسألت الّذى يلينى فقال: قال: كلّهم من قريش



6-Musnədi Əhməd ibni Hənbəl, 5-ci cild, səh. 92

يكون بعدى اثناعشر خليفة، كلّهم من قريش



7-Musnədi Əhməd ibni Hənbəl, 5-ci cild, səh. 92

يكون بعدى اثناعشر اميرا ثم لا ادرى ما قال بعد ذلك، فسألت القوم كلّهم، فقالوا: قال: كلّهم من قريش



8 - Musnədi Əhməd ibni Hənbəl, 5-ci cild, səh. 99

يكون من بعدى اثناعشر اميرا فتكلّم فخفى علىّ، فسألت الّذى يلينى اوالى جنبى، فقال: كلّهم من قريش



9 - Musnədi Əhməd ibni Hənbəl, 5-ci cild, səh. 108

يكون بعدى اثناعشر اميرا، قال ثم تكلّم فخفى عـلـىّ ما قال، قال: فسألت بعض القوم او الّذى يلينى ما قال؟ قال: كلّهم من قـريـش



10-Musnədi ibni Cə`d, 390-cı səhifə, 2660-cı nomrə

يكون بعدى اثناعشر اميرا، غير ان حصينا قال فى حديثه: ثم تكلّم بشيي لم افهمه، و قال بعضهم فسألت ابى و قال بعضهم فسألت القوم فقال كلّهم من قريش



11-Musnədi Əbi Yə`la, 13-cu cild, səh. 456

يقول لايزال الدين قائما حتى تقوم الساعة و يكون عليكم اثناعشر خليفة كلّهم من قريش



12 - Musnədi Əhməd ibni Hənbəl, 13-cu cild, səh. 456

عن جابر بن سمرة قال: خطبنا رسول اللّه صلي الله عليه و سلم بعرفات فقال: لايزال هذاالامر عزيزا منيعا ظاهرا على من ناواه حتى يملك اثنا عشر كلّهم قال: فلم افهم مابعد، قال: فقلت لابى ما قال بعد ما قال: كلّهم، قال: كلّهم من قريش



13-Hakim, Əl-Mustədrək ələs-Səhiheyn, 4-cu cild, səh. 501

عن مسروق قال: كنا جلوسا ليلت عند عبداللّه يقرأنا القرآن فسأله رجل فقال: يا ابا عبدالرحمن هل سألتم رسول اللّه صلي الله عليه و سلم كم يملك هذه الامة من خليفة؟ فقال: عبداللّه ما سألنى عن هذا احد منذ قدمت العراق قبلك، قال: سألناه، فقال: اثناعشر عدة نقبأ بنى اسرائيل.



Bu movzu ilə əlaqədar nəql olunan rəvayətlər elə kitablara məxsus deyildir ki, hamısını zikr etmək mumkun olsun; əksinə, hətta qeyd olunan kitabların bə`zilərində də, o kitabdan nəql etdikləri­miz­dən olduqca artıqdır, onların bir necəsini xulasə olaraq qeyd edirik.

Peyğəmbəri Əkrəmdən 12 imamla əlaqədar nəql olunan hədisləri boyuk səhabələr nəql etmişlər, o cumlədən: Əbdullah ibni Abbas, Əbdullah ibni Məs`ud, Salman Farsi, Əbu Səid Xudri, Əbuzər Ğəffari, Cabir ibni Sumrət, Cabir ibni Əbdullah, Ənəs ibni Malik, Zeyd ibni Sabit, Zeyd ibni Ərqəm, Əbi Əmamə, Vasilə ibni Əsqə, Əbu Əyyub Ənsari, Əmmar ibni Yasir, Huzeyfə ibni Useyd, İmran ibni Həsin (Huseyn) , Sə`d ibni Malik, Huzeyfə ibni Yəman, Əbu Qutadə və başqalari da nəql etmişlər ki, xulasəyə riayət etmək ucun onların sozlərini qeyd etmirik. Bu rəvayətdə coxlu məziyyət və ustunluk vardır, o cumlədən:

1-Xəlifələrin (sayının) 12 nəfərdə həsr olunması.

2 - O 12 nəfərin xilafətinin Qiyamətə qədər davam etməsi.

3-Dinin izzət və toxunulmazlığının onlara bağlı olması.

4-Dinin elmi və əməli cəhətdən onların vasitəsinə bərqərar olması. Cunki dinin əbədi qalması elə xəlifələrin varlığına bağlıdır ki, elmi cəhətdən dinin həqiqət və maariflərini bəyan etməyə, əməli cəhətdən isə dinin ədalətli qanunlarının və haqqın icracıları olsunlar. Bu iki muhum məsələ 12 xəlifə xususunda deyilmiş şərtlərdən başqa şeylə muyəssər ola bilməz.

5-Onların Bəni-İsrail nəqiblərinə oxşadılması; bu da onların Allah tərəfindən tə`yin olunmasının vacibliyini gostərir və “Və bəəsna minhum isna əşərə nəqibən” ayəsindən (yə`ni Biz onlardan 12 nəqib və rəis secmişdik) mə`lum olur.

6-Onların hamısının Qureyşdən olması.

Bu məziyyətlərə malik olan xəlifələr haqq 12 imam (şiəsi) təriqindən başqasına uyğunlaşdırıla bilərmi?

Yezid və onun kimi yaramazların xilafətində islamın işinin izzətlənməsi, ummət işinin yaxşı şəkildə kecməsi və Bəni-İsrail nəqibləri kimi hokumətin bərqərar edilməsi muyəssər oldumu?!

Qeyd olunanlara əsasən sunnu alim və muhəqqiqlərindən bə`ziləri e`tiraf etmişlər ki, bu hədislər nə Peyğəmbərdən sonrakı xəlifələrə uyğun gəlirlər; cunki onların sayı 12-dən az olmuşdur;– nə də Bəni-Uməyyə sultanlarına–zulm etdiklərinə və saylarının 12-dən artıq olduğuna gorə; nə də Bəni-Abbas hakimlərinə uyğun gəlir, cunki onların sayı 12-dən cox idi və Peyğəmbər Əhli-Beytinə bu ayədə buyurulan məhəbbətə riayət etməmişdilər: “De, ey Peyğəmbər! Bu dinin muqabilində sizdən, ən yaxın adamlarıma məhəbbətdən başqa bir şey istəmirəm.”

Bu hədis Peyğəmbər Əhli-Beytindən və itrətindən olan 12 imamdan başqa hec kəsə aid edilə bilməz. Cunki onlar zəmanələrinin əhli arasında ən bilikli, ən şovkətli, ən təqvalı, ən vərə`li və nəsəb cəhətindən ən yuksək, həsəb cəhətindən ən fəzilətli, Allah dərgahında ən əzizlər idirlər ki, elm, təhqiq əhli, kəşf və tovfiq əhli onları bu məqamlarla tanıyırdılar.

Sədi oz təfsirində nəql edir ki, Sara, Hacərin varlığından ikrah hissi kecirdiyinə gorə Allah İbrahimə vəhy buyurdu: “İsmaili və anasını apar, Təhami Peyğəmbərin evində–Məkkədə onlara yer ver ki, sənin ovladlarını orada artırıb yayacağam. Mən onları, Mənə qarşı kafir olanlara ağır qərar verərəm və onların ovladından 12 əzəmətli şəxs qərar verərəm.”

Bu da Tovratın təkvin sifrinin 17-ci babında gələnlərlə tamamilə uyğundur: Allah İbrahimə buyurdu: ´Biz sənin İsmailin xususunda ki, duanı qəbul etdik. İndi ona bərəkət verib xeyirli edərəm, onun (nəslini) həddindən artıq coxaldar, ondan 12 rəis dunyaya gətirər və ondan boyuk bir ummət yaradaramª.

12 imamın imaməti hec bir sənədə ehtiyac duyulmayan şiə təriqi ilə nəql olunan mutəvatir və səhih hədislər əsaında mə`sum tərəfindən subuta yetmişdir. Bu muxtəsər kitabda coxlu sənədlərlə nəql olunan və sənədlərinin əksəriyyəti mo`təbər olan, boyuk hədiscilər tərəfindən rəvayət edilən ´lovhª hədisini qeyd etməklə kifayətlənirik ki, həmin `12 nəfərin adı o hədisdə zikr olunur:

1-Şeyx Səduqun imam Baqir (əleyhissalam)-dan, onun da Cabir ibni Əbdullah Ənsaridən nəql etdiyi hədisdə buyurulur: “Mən Fatimeyi Zəhranın yanına daxil olduqda onun qarşısında bir lovh gordum ki, orada ovliyaların adı yazılmışdı. Onları saydıqda, gordum ki, 12 nəfərdir. Onların axırıncısı Qaim idi, ucu Muhəmməd, dordu isə Əli.

2-Qeybi xəbərlərə şamil olan bir hədisdir. Onun mətni ismət məqamından gəlməsinə şahiddir. Boyuk şiə muhəddisləri, o cumlədən Şeyx Mufid, Şeyx Kuleyni, Şeyx Səduq və Şeyx Tusi (Allah onların məqamını daha da yuksəltsin!) Əbdur–Rəhman ibni Salimdən, o da Əbu Bəsirdən, o da imam Sadiq (əleyhissalam)-dan nəql edir ki, onun xulasəsi və məzmunu belədir: Atam, Cabir ibni Əbdullah Ənsariyə buyurdu: – Həqiqətən mənim sənə bir ehtiyacım vardır, sənin ucun nə vaxt asan olarsa, səninlə sakit bir yerdə goruşum, onları soruşum.

Cabir dedi: – Nə vaxt istəyirsinizsə, buyurun.

Həzrət bə`zi vaxtlar Cabir ilə əyləşir və ona buyururdu: – Ey Cabir, mənə o lovhdən xəbər ver ki, anam Fatimənin – Peyğəmbərin qızının əlində gormuşsən. De gorum, anam Fatimə orada yazilanlar barədə sənə nə xəbər verib?

Cabir dedi: – Allahı şahid tuturam ki, Peyğəmbərin həyatında anan Fatimənin yanına getdim, Huseynin təvəlludunu ona təbrik etdim. Onun əlində iki yaşıl lovh gordum ki, zumruddən olduğunu guman etdim. Onun uzərində gunəş rənginə oxşar ağımtıl yazı var idi. Ona dedim: “Atam-anam sənə fəda olsun, ey Allah Rəsulunun qızı, bu lovh nədir?!”

Həzrət buyurdu: “Bu lovhu Allah Oz Peyğəmbərinə hədiyyə etmişdir. Onda atamın, ərimin, iki oğlumun və ovladlarımdan olan ovsiyaların adları vardır. Atam onu mənə hədiyyə edərək onunla məni mujdələdi.”

Cabir dedi: “Anan Fatimə o lovhu mənə verdi, mən də oxuyub onun nusxəsini yazıb goturdum.”

Atam dedi: Ey Cabir, o nusxəni mənə gostərərsənmi?!”

Dedi: “Bəli.” Sonra atam onunla birgə Cabirin evinə getdi, yumşaq dəridən olan bir səhifəni gətirib buyurdu: “Ey Cabir, sən oz yazılarına bax, mən də sənin ucun oxuyum.”

Cabir oz nusxəsinə baxır atam da oz nusxəsini qiraət edirdi: Hərfbəhərf bir-biri ilə eyni idi və hec bir fərqiləri yox idi. Allahı şahid tuturam ki, o lovhdə belə yazılmışdı:

Bismillahir-Rəhmanir-Rəhim.

Bu, əziz və həkim Allah tərəfindən Onun peyğəmbəri, nuru, elcisi, hicabıdəlili olan Muhəmməd ucun yazılan bir kitabdır. Onu Ruhul-Əmin Allah tərəfindən Muhəmmədə nazil etmişdir. Ya Muhəmməd, Mənim adlarımı boyuk say (tə`zimlə yad et) ne`mətlərimə şukr et və Mənim (batini lutf və) ne`mətlərimi inkar etmə. Həqiqətən Mən yeganə Allaham ki, Məndən başqa hec bir mə`bud (sitayişə layiq şəxs) yoxdur. Mən cabbarların (izzətini) sındıran, məzlumlara dovlət və qələbə nəsib edən, Qiyamət gunu əvəz verənəm. Həqiqətən Mən yeganə Allaham, Məndən başqa hec bir mə`bud yoxdur. Hər kəs Mənim fəzlimdən başqa bir şeyə umid bağlasa və ya Mənim ədalətimdən başqa bir şeydən qorxsa, ona elə əzab verərəm ki, aləm əhlindən hec kəsə o cur əzab verməmişəm. (Ey Muhəmməd) yal­nız Mənə ibadət et və yalnız Mənə təvəkkul et. Mən elə bir peyğəmbəri gondərməmişəm ki, onun gun­ləri kamil olduqdan, nubuvvəti tamamlan­dıq­dan sonra (onun ucun) bir canişin tə`­yin etməyim. Həqiqətən Mən səni sair peyğəm­bər­lər­dən, sənin canişinini isə sair (peyğəmbər­lə­rin) canişinlərindən fəzilətli etdim. Mən sə­nə iki nəvə – Həsən və Huseyni əta etmək­lə səni əzizləmişəm. Həsəni, atası­nın om­ru so­na catdıqdan sonra Oz elmimin mə`dəni (xə­zi­nə­si) qərar verdim. Huseyni də Oz vəhyimin xə­zi­nə­darı qərar verdim. Onu şəhadət vasi­təsi ilə əzizləyib omrunu səadət və xoş­bəxt­liklə xətm etmişəm. O, şəhid olanların ən ustunu və fəzilətlisi, şəhidlərin icərisində ən yuksək dərəcə­də­dir.

Oz tam kəlmələrimi onun yanında əmanət qoy­mu­­şam. Mənim yetərli hoccətim onunladır. Onun itrətinə məhəbbəti vasitəsi ilə (bəndə­lərə) mukafat verirəm, (onlarla duşməncilik səbə­bilə, bəndələri) cəzalandıraram (İmam Husey­nin sulbundən olan) ilk imam ibadət edən­lərin ağası (seyyidi), Mənim kecmiş ovliyala­rı­mın zinətidir. Ondan sonra da, cəddi Məh­mu­da bənzəyən ovladı–Məhəmməd Baqiri Mənim elmimin dərinliklərini yaran və hikmətimin mə`dənidir. Cə`fərin (imaməti) barəsində şəkk edənlər cox tez bir zamanda həlak olarlar (yə`ni hər kəs onun imamətində şəkk etsə, azğın­lar­dan­dır). Onu rədd edənlər sanki Məni rədd et­miş­dir. Məndən olan soz haqdır: hokmən Cə`fərin məqamını kəra­mət­li (gozəl) edəcəyəm onu, işləri, koməkciləri və dostları yanında şad edə­cəyəm. Ondan sonra, (onun ovladı) Musa ucun qaranlıq zulmətləri imtahan muqəddər olacaq. Cunki Mənim qəzavu-qədər sil­siləm hec vaxt kəsilməz və hoccətim məxfi qalmaz. Mənim ovliyalarım vəfa (tamam) olunan camlarla sirab olarlar. Hər kəs onlardan birini inkar etsə, Mənim ne`mətlərimi inkar etmişdir. Hər kəs Mənim kitabımdan bir ayəni dəyişdirsə, Mənə iftira yaxmışdır.

Vay olsun Mənim bəndəm, həbibim və secdi­yim Musanın omru sona catan zaman Mənim dostum və koməkcim olan Əliyə iftira atanlara və (imaməti barəsində) şəkk edənlərə! O şəxs ki, Mən ağır nubuvvət yukunu onun ohdəsinə qoymuşam və onun həmin işləri əncam verməkdə qudrətli etməklə imtahan edəcəyəm. Onu za­lım (təkəbburlu) və xəbis bir şəxs oldurəcək. O, Mənim bir saleh bəndəmin bunovrəsini qoy­duğu bir şəhərdə (məqsəd Məşhəd şəhəridir), cox şər bir adamın yanında (Harun Ərrəşid) dəfn olunacaqdır. Bu Mənim haqq sozumdur: Mən onu, olmundən qabaq ovladı və xələfi, onun elminin varisi Muhəmmədin vasitəsi ilə şad edəcəyəm. O, (Muhəmməd) Mənim elmimin mə`­də­ni, sirlərimin məkanı, və Mənim məxlu­qatı­ma olan hoccətimdir. Hər bəndə onun ima­məti­nə iman gətirsə, Cənnətdə ona yer verərəm, həmin şəxsin, hər biri onun nəslindən və cəhənnəm oduna layiq olan yetmiş nəfərə şəfaətini qəbul edərəm. Bu səadəti dostum, koməkcim, ummətə şahidim və səhyimə əmanətdarım olan ovladı (imam Əliyyən-Nəqi) ilə kamil (xətm) edəcəyəm. Onun sulbundən də bir şəxsi vucuda gətirəcəyəm ki, o, (insanları) Mənim yoluma də`vət edən və Mənim elmimin mə`dənidir. Onun adı da Həsəndir. Mən bunu (imaməti) Həsənə "M.H.M.D"ə verməklə təkmilləşdirəcəyəm. O, butun aləmdəkilər ucun bir rəhmətdir. Onda Musanın kamalı, İsanın dəyəri və Əyyubun səbri vardır. Onun dovrundə (zuhurdan qabaq) Mənim ovliyalarım xar və zəlil olarlar. Onların başlarını, turk-lərin və tatarların başını kəsib hədiyyə apardıq­la­rı kimi kəsər və hədiyyə apararlar. Onlar ol­du­rulər, odda yandırılarlar. Həmişə (duş­mən­lərdən) qorxar, vəhşət hissi kecirər və yer onların qanı ilə al-əlvan olar. Onların ailələrində ah-nalə və şivən qopar. Onlar Mənim həqiqi dostlarımdır. Mən onların var­lıqları səbəbi ilə butun (azğınlıq) qaran­lıqları olan fitnələri aradan qaldıracağam. Onların vasitəsi ilə cətinlikləri acaram, məşəqətləri aradan qaldıraram. Onlar həmin şəxslərdir ki, Rəbbləri tərəfindən onlara salam və rəhmət nazil olar və məhz onlar (nicat tapanlar və) hidayət olunanlardır.ª «Üsuli-Kafi», 1-ci cild, səh. 528

Hədis qurtardıqdan sonra Əbu Bəsir, Əbdur-Rəhman ibni Salimə dedi: ´Əgər butun omrun boyu bu hədisdən başqa bir hədis eşitməsən, elə bu hədis sənə kifayət edər, onu ləyaqəti olmayanlardan məxfi məxfi saxla!ª

****


Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət bəsləmək Qur`an və sünnətin tə`kid etdiyi işlərdən biridir. Qur`anda buyurulur:

(Ey Peyğəmbər! Ümmətə) de ki, peyğəmbərliyin müqabilində sizdən, Əhli-beytimə məhəbbətdən başqa bir əcr (mükafat) istəmirəm".

Ayədəki "qurba" - ən yaxınlar-sözündən məqsəd o HəzrətinƏhli-beyti və ən yaxın adamlarıdır. Çünki bu istəyiPeyğəmbərin (s) özü tələb edir. Əhli-beytə (ə) məhəbbət bəsləmək, böyük məqamlara çatmağa, onlarla birgə olub əxlaqi səciyyələrini kəsb etməyə, habelə pis və rəzil xüsusiyyətlərdən uzaq olmağa səbəb olur.

Həzrət Mühəmməddən (s) nəql olunan mö`təbər hədislərə əsasən, o Həzrətin Əhli-beytini (ə) sevmək iman, onlarla düşmənçilik etmək isə küfr və nifaq (münafiqlik) əlamətidir. Onları sevən şəxs, həqiqətdə Allahı və Peyğəmbəri (s) sevmiş, onlarla düşmənçilik edənlər isə həqiqətdə Allah və Onun Peyğəmbəri (s) ilə düşmənçilik etmiş olur.

Ümumiyyətlə, Peyğəmbərin Əhli-beytinə (ə) məhəbbət bəsləmək İslam dininin zəruri məsələlərindən sayılır və bütün müsəlmanlar da bu əqidədədir. Bu əqidə ilə müxalif olanlar yalnız nasibilər firqəsidir. onlar da bu cəhətdən İslam dinini inkar edənlərdən sayılır.
Yüklə 180,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə