Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   33

 

63

F.Qatari, U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin görkəmli 



nümayəndələri hesab olunurlar. 

 

Müxtəlif sahələrdə postmodernizm 



Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox başqa sahələrin öz 

postmodernizm anlayışları mövcuddur, və intellektual əməyin ən müxtəlif sahələrində 

postmodernizm barədə ciddidən tutmuş anekdot səviyyəsinə qədər söz-söhbətlər, 

mübahisələr aparılmaqdadır. Riyaziyyatda modernizm hərəkatı 20-ci əsrin əvvəllərində 

başlayıb, bu hərəkatın nəticəsində çoxlu sayda çox böyük, uzun, o vaxt üçün vərdiş 

edilməmiş bir dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və deyək ki, günün bu 

günündə də bizim Bakı universitetlərində həmin bu qrandioz nəzəriyyələrin elementləri 

belə tədris olunmur (funksional analiz istisna olmaqla). Amma 20-ci əsrin sonlarından 

başlayaraq riyaziyyatçılar uzun nəzəriyyələri yox, daha çox konkret nümunələri 

öyrənməyə meylləndilər. 

 

Ədəbiyyatda postmodernizm fəlsəfi mənada postmodernizmlə və daha geniş sosial 



mənada işlənən "postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern insanlarıq", "biz 

postmodern dövrdə yaşayırıq" kimi cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq. 

Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, stilləri özündə birləşdirən geniş 

bir ədəbi hərəkatdır. Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, dekonstruksiya 

postmodernizmin ÇOXLU SAYDA xarakterisitkalarından bir neçəsidir, amma 

postmodernizm həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu janrlardan biri də 

sehrli realizmdir (magical realism). Terminin tarixi qədimdir, amma daha çox Markesin 

əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən dövr Latın Amerikası 

ədəbiyyatına aid edilisə də, əlbəttə, bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, 

hər hansı məkana və zamana məhdudlaşdırıla bilməz. Horhe Borhes, Toni Morrison, 

Salman Rüşdü kimi məşhur sehrli realist yazıçılar həm də məşhur postmodern 

yazıçılardır. 



Postmodernizm haqda bir-iki kəlmə 

 

Azərbaycan ədəbi mətbuatında postmodernizm haqda ən yaxşı halda olduqca qəribə və 



anlaşılmaz, ən pis halda isə gülməli və uğunub getməli fikirlər ara vermir. Məsəlçün, tənqidçi 

Esəd Cahangir 525-ci qəzetdə hansısa əsərin postmodern olduğunu 3 müddəayla "əsaslandırır" 

ki, bunlardan biri tamamilə anlashılmaz və mənasız, o birisi dibindən yanlışdır; 3-cü müddəa isə 

budur: "əsər çap olunmamışdan əvvəl onun müxtəlif kanallarla reklamı aparılır". Yaxud, 

dünyanın ən məşhur postmodern müəlliflərindən çoxunun öz əsərlərinin postmodern olub-

olmadığı haqda "bu barədə nəsə demək mənə çətindir" kimi yazıçıya yaraşan təvazökarlıqla (və 

əslində əsl həqiqəti əks etdirən) cavablar verdiyi bir zamanda Azərbaycanda hansısa müəllif daha 

o yer qalmayıb car çəkməsin ki, bunun əsəri postmoderndir, və bu hansısa bir coğrafi məkanda 

guya postmodernizmin bansidir. Iş o yerə gəlib çatıb ki, mən - riyaziyyatçı baba və həvəskar 

yazıçı - nəzəri hazırlığımın çox aşağı olmasına baxmayaraq indi də durub tənqidçilik eləmək 

fikrinə düşmüşəm və bu yaxın vaxtlarda, inşallah, "Ədəbiyyatda postmodernizmə dair" məqaləni 

diqqətinizə çatdırmağı ciddi düşünürəm.  

525-ci qəzetdə və "Nar"da qarşılıqlı sayğısızlıqla müşaiyət olunan konfliktin təcililiyini nəzərə 

alıb öncədən, qısaca da olsa, aşağıdakıları demək istərdim:  

Elm tarixində ən böyük şəxsiyyətlərdən olan (riyaziyyatda topologiyanın, fizikada nisbilik 

nəzəriyyəsinin banisi) fransız alimi-filosofu Anri Puankare yazırdı:" bəzən elə olur ki, bir söz, 

tək bircə söz ixtira edirsən və sonra həmin söz özü bir ixtiraçıya çevrilir…" Puankare buna misal 

olaraq fizikada "enerji", riyaziyyatda "qrup" sözlərini diqqətə çatdırırdı. Zənnimcə 

"postmodernizm" belə sözlərdəndir! "Post" + "modern" kimi ilk baxışda aydın bir mənası olan 



 

64

bu söz hər bir təhsilli adamın diqqətini bir maqnit kimi çəkir, düşüncələrini sonsuzluğa qədər 



məşğul etmək gücündəymiş kimi görünməkdədir.  

Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox başqa sahələrin öz postmodernizm 

anlayışları mövcuddur, və intellektual əməyin ən müxtəlif sahələrində postmodernizm barədə 

ciddidən tutmuş anekdot səviyyəsinə qədər söz-söhbətlər, mübahisələr aparılmaqdadır. Hətta, 

mən özüm, bir riyaziyyatçı kimi, riyaziyyatda postmodernizm nə deməkdir mövzusunda mənasız 

spekulyasilyalar edə bilərəm. Bir şeyi demək yerinə düşür ki, riyaziyyatda modernizm hərəkatı 

20-ci əsrin əvvəllərində başlayıb, bu hərəkatın nəticəsində çoxlu sayda çox böyük, uzun, o vaxt 

üçün vərdiş edilməmiş bir dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və deyək ki, günün bu 

günündə də bizim Bakı universitetlərində həmin bu qrandioz nəzəriyyələrin elementləri belə 

tədris olunmur (funksional analiz istisna olmaqla). Amma 20-ci əsrin sonlarından başlayaraq 

riyaziyyatçılar uzun nəzəriyyələri yox, daha çox konkret nümunələri öyrənməyə meylləndilər. 

Və təsəvvür edin, Azərbaycanda da həmin o qrandioz nəzəriyyələrdən heç bir anlayış olmadan, 

onların üstündən adlayıb ayrı-ayrı nümunələrin öyrənilməsinə başlansa, bu, Qərbdəkindən fərqli 

bir mənzərə yaradacaq! Bu təxminən ona bənzəyəcək ki, Iran hökumətindən kimsə deyirmiş ki

Qərb bizi modern olmamaqda suçlaya bilməz, çünki biz postmodernik!  

Ədəbiyyatda postmodernizm fəlsəfi mənada postmodernizmlə və daha geniş sosial mənada 

işlənən "postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern insanlarıq", "biz postmodern dövrdə 

yaşayırıq" kimi cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq.  

Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, stilləri özündə birləşdirən geniş bir ədəbi 

hərəkatdır. Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, dekonstruksiya 

postmodernizmin ÇOXLU SAYDA xarakterisitkalarından bir neçəsidir, amma postmodernizm 

həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu janrlardan biri də sehrli realizmdir 

(magical realism). Terminin tarixi qədimdir, amma daha çox Markesin əsərlərindən sonra 

populyarlaşdığı üçün bəzən müəyyən dövr Latın Amerikası ədəbiyyatına aid edilisə də, əlbəttə, 

bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, hər hansı məkana və zamana 

məhdudlaşdırıla bilməz. Horhe Borhes, Toni Morrison, Salman Rüşdü kimi məşhur sehrli realist 

yazıçılar həm də məşhur postmodern yazıçılardır. Cənubi Amerika ədəbiyyatında duyulan ruhca 

bizə yaxınlıq ona görə deyil ki, bu əsərlər sehrli realist janrdadır, bu sadəcə latın mentaliteti, latın 

ruhu ilə azərbaycanlı menatliteti arasındakı yaxınlığa görədir. Eynilə, postmodernizm Qərbin 

janrıdır demək ona bənzər ki, durub deyək, sərbəst şer Qərb şeridir, gəlin biz qoşma, gəraylı və 

məsnəvi yazaq. Bundan əlavə ( və daha vacibi!), postmodernizm məhz universal dəyərləri (və 

universal səviyyədə təqdim olunan Qərb dəyərlərini) rədd edir, lokal dəyərlərə, subyektiv 

dəyərlərə ayrıca tək bir şəxsin dəyərlərinə inanır. "Postmodernizm" termininin (ədəbiyyat 

çərçivəsində) hələ öz məna yatağına tam yerləşib oturmadığı, mübahisələrin, müzakirlərin belə 

qızğın bir çağında "xaricdə postmodern ədəbiyyat olur" demək ("xaric" deyiləndə hara nəzərdə 

tutulur?!) qəzet səhiflərində Mark Tveni vaxtından əvvəl öldürməyə bənzəyir. Yalnız sənətdə 

postmodernizmin indi az populyar oldughunu eşitmişəm, amma anlayışım olmadığı üçün (bəli, 

mənim ədəbi postmodernism haqda yalnız anlayışım var!) bu barədə nəsə deyə bilmərəm.  

Və son olaraq, əgər Azərbaycanda yazıçının kimliyini müəyyən etmək küçədəki adamın 

umuduna qalıbsa (bir "xalq yazıçı"sı fəxrlə deyirdi ki, rayonlara gedəndə onun ayağının altında 

qoyun kəsirlər), onda demək lazımdır ki, küçədəki adam modernist ədəbiyyat tərbiyəsi görməyib 

əsla, və onun postmodern ədəbiyyat haqda fikir yürütməsi yuxarıda riyaziyyatdan və Irandan 

gətirdiyim misallara bənzəyir. Bəlkə bu küçədəki adamların təsirindəndir ki, məndə olan 

təəssürata görə, elə nə yenidirsə postmodern hesab olunur, o cümlədən "kitabın çap 

olunmasından əvvəl müxtəlif kanallarla reklamının aparılması". 

 

Müəllif: Azər Əhmədov 

 

Realizm 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə