Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

 

50

sözləri, yəni onu sevdiyini, lakin sevgisi sadəliyin itirildiyi dövrdə yaşayır. Bu oyunu davam 



etməyə hazır olan qadın sevgi etirafı sevgi etirafı olaraq qaldığını anlayır. Müsahiblərin heç 

birində sadəlik alınmır, hər ikisi keçmişin, onlardan əvvəl inkaredilməz deyimlərin basqısına sinə 

gəlir, şüurlu surətdə və həvəsnən istehza oyununa daxil olurlar... Buna baxmayaraq, onların eşq 

haqda söhbətləri alınır.  

İstehza, metadil oyunu. Kvadratda olan mülahizə. Buna görə də əgər avanqard sistemində oyunu 

başa düşməyən üçün yeganə çıxış yolu oyundan imtinadırsa, postmodernizm sistemidə bu 

oyunda, əsəri anlamadan da, tamamilə ciddi qəbul edərəkdən də iştirak etmək olar. 

İstehzalı yaradıcılığın fərqli cəhəti (həm də hiyləgərliyi) elə bundadır. İstehza diskursunu ciddi 

qəbul edən adam hər zaman tapılacaq. Ola bilsin ki, P.Pikasso, Xuan Qris (8) və Brakın (9) 

kollajları modernizmdir, çünki normal adamlar onları qəbul etməmişdilər. İçinə XIX əsrin 

qravüra hissələri yerləşdirilmiş Maks Ernstin (10) kollajları isə postmodernizmdir; bunları, 

sadəcə qravüralar, oyma, həkk etmə, hətta, ola bilsin ki, bu kollajın özü haqda sehirli nağıl, yuxu 

nəqli kimi də oxumaq olar. “ Postmodernizm” elə budursa, onda Sterni və Rableni və, sözsüz ki, 

Borxesi postmodernist adlandırmaq səbəbi və eyni bir rəssamda modernizmin postmodernizmlə 

necə “ yola getmələri”, növbələnmələri aydın olur. C.Coysu götürək. “Rəssamın gənclik portreti” 

modernizmə tərəf hərəkət haqda hekayətdir. Bundan əvvəl yazılmış “Dublinlilər” “Portret”dən 

daha da modernist əsərdir. “Uliss”—  sərhəddə dayanandır. Və nəhayət, “Finneqanın yası”— 

artıq postmodernizmdir. Əsərdə postmodern söylənmə tərzi kəşf edilib: burada mətnin dərki 

üçün əvvəl deyilənlərin inkarı yox, onun istehzalı yenidəndərki tələb olunur. 

Postmodernizm haqqında hər şey, demək olar ki, lap əvvəldən danışılmışdır. Con Bartın 1967-ci 

ildə yazılan Amerikan postmodernizminə həsr olunmuş “Kalibano” dərgisinin yeddinci 

buraxılışında indi təzədən dərc olunmuş “Tükənmə ədəbiyyatı” məqaləsini nəzərdə tuturam. (11) 

Hansı yazıçı və rəssamların postmodernist olub-olmamasını müəyyən etmək üçün 

postmodernizm nəzəriyyəçiləri (Bart daxil olmaqla) tərəfindən təbiq edilən “rütbə cədvəli” ilə 

yalnız qismən razıyam. Amma bu cərəyan nəzəriyyəçilərinin ilk şərtləri ilə sübut etdikləri 

nəzəriyə maraq doğurur. “Məncə, ideal postmodernist yazıçı XX əsrdəki atalarını və XIX əsrdəki 

babalarını təqlid etmədiyi qədər onları rədd də etmir. Əsrin birinci yarısını o öz belində yox

mədəsində gəzdirir: onu həzm etməyə gecikmir... O, ola bilsin ki, heç Ceyms Miçenerin (12) və 

İrvinq Uollesin (13) pərəstişkarlarını silkələməyi ümid belə eləmir. Ancaq o, barı nə vaxtsa 

Mannın ilk xristianlar adlandırdığı, yəni ali incəsənətin peşəkar xadimlər dairəsindən daha geniş 

müəyyən publika təbəqəsinə təsir buraxmaq və onu maraqlandıra biləcəyinə ümid bəsləməlidir. 

(...) Postmodernizmin ideal romanı bir yol taparaq realizmlə irrasionalizmin, formalizmlə 

“məzmunluğun”, təmiz (xalis) incəsənətin dəvət olunmuş incəsənətlə, elitar nəsrlə kütlə nəsri 

arasında gedən vuruşmadan üstün olmalıdır.(...) Məncə, burada yaxşı caz və ya klassik musiqi ilə 

müqayisə lap yerinə düşür. Musiqini təkrar dinləyərkən, partitura ilə izləyərkən, ilk dəfə 

diqqətindən yayındıqlarını hiss edirsən. Amma bu ilk dəfə, özü də yalnız ixtisasçıların nəzərində 

yox, o qədər sarsıdıcı, heyrət doğurucu olmalıdır ki, onu təkrar dinləmək istəyəsən.” 

1980-cı ildə Bartr həmin mövzunu bu dəfə “Tamamlama ədəbiyyatı” adıyla davam edir. Əlbəttə, 

eyni düşüncələri Lesli Fidler (14) kimi daha da paradoksal xülasə etmək olar. 1980-cı ildə 

“Salmaqundi”də L.Fidlerin bir neçə Amerika yazarları ilə diskussiyası dərc olunur. Fidler onlara 

açıqca sataşır. O, “Sonuncu mogikan”ı, sərgüzəştlər romanistikasını, qotik romanlarını, 

tənqidçilərin nifrət etdiyi, lakin əsatirlər yarada biləcək və bir neçə nəslin xəyallarını əyləndirən 

bir çox əsərləri tərifləyir. Fidler, həm mətbəxtə, həm qonaq, həm də uşaq otaqlarında eyni 

maraqla oxunan “Tom dayının daxması” ilə müqayisə edilə biləcək bir ədəbi əsərin yaranacağını 

guman edir. O, Şekspiri “əyləndirməyi bacaranlar” siyahısına daxil edir və “Küləklə 

aparılanlar”la bir cərgəyə qoyur. Fidleri çox nəcib tənqidçi tanıyanlara, bilənlərə bu fikir 

inandırıcı görünmür. Sadəcə o, incəsənəti əyləncədən ayıran divarı uçurmaq istəyir. O, instinktiv 

olaraq duyur ki, geniş kütləyə çatmaq və onun röyalarını ələ almaq heç də insanları yatızdırmaq 

deyil fikrinə gəlib çatmağımıza bütöv bir imkan yaradır. Bəlkə də əksinə: röyaları ələ almaq — 

müəmma, sirr yollamaqdır.  

 



 

51

1.Lalmanacc Bompiani, 1972. Ritorno dellintreccio. 



2.Ponson dü Terrayl P.-A. (1829-1871) —“Rokambolun sərgüzəştləri” və s. roman-felyetonların 

popular müəllifi. 

3.Syü E. (1804-1857) - fransız yazarı, “Paris sirləri”, “Əbədi yəhudi”, “Yeddi bağışlanmaz 

günah” və s. çox maraqlı romanların müəllifi. 

4.Nişçe F. (1844-1900) - alman filosofu, “Həyat fəlsəfəsi”nin banislərindən biri, “Vaxtsız 

düşüncələr” kitabının müəllifi. 

5.Berrouz U. (1914) hər hansı bir təhkiyə, hekayə və s. quruluşunun dağıdılmasına can atan 

Amerikalı yazar-superavanqardist. 

6.Keyc C.(1912). Postmodernist musiqiçi, alim.  

7.Liala, XX əsrin 30-40-cı illərində tanınmış İtalyan yazarı Liana Neqrettinin ləqəbidir. 

8.Qris X. (Qonsales X.V.) (1887-1927) – İspaniyalı kubist rəssam. 

9.Brak C. (1882-1963) - Fransalı kubist rəssam. 

10.Ernst M. (1892-1976)-Almaniya rəssamı, dadaistlər dəstəsinin yaradıcılarından biri. 

11.Barth C. The Literature of Exhaustion.-Athlantic Monthly, aug. 1967, p. 29-34. 

12.Miçener C. (1907) - tarixi  populyarlaşdıran romanların müəllifi, Amerika yazarı 

13.Uolles İ. (1916) - Amerika kütlə mədəniyyətinin klassiki, Hollivud həyatı haqda saysız 

romanların müəllifi. 

14.Fidler L. (1917) - “Ədəbiyyat nə idi” essesinin müəllifi, freydist yönlü tanınmış Amerika 

yazarı və ədəbiyyatşünası. 

 

 



Qaynaq: http://xariciedebiyyat.azeriblog.com/2009/03/12/umberto-eko-postmodernizm-istehza-

eylencevilik 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə