Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

 

52

Vaqif Yusifli 



 

"Xaqani Hassın şeirləri" 

 

 



 

 

Xaqani Hassın şeirlərini çoxdan oxuyuram. İlk dəfə «Sənət qəzeti»ndə bu şeirlərin poetik 



ovqatına köklənmək istədim. İndi eşidirəm ki, kitabı da çıxıb. Amma mən o kitabla tanış 

deyiləm. Bu qeydlərim isə öncə oxuduğum şeirləri barədədir. Amma şairin ŞAİRLİYİNİ təsdiq 

edə biləcək bircə şeiri də kifayət edər. 

 

Xaqani mənim bölgümə görə «ikiminincilər»dəndir. Sonuncu poetik nəslin yaradıcılığına diqqət 



yetirəndə heç şübhəsiz, həyatımızdan, ömrümüzdən keçən illərin əks-sədası ilə də qarşılaşırıq. 

Onların şeirlərində həyatda, gerçəklikdə baş verən ictimai-siyasi hadisələr, olaylar bu və ya digər 

dərəcədə öz əksini tapır. Lakin bunu onların yaradıcılığı üçün stimul saymaq olarmı? Sovet 

poeziyasının acı təcrübəsindən də məlumdur ki, cəmiyyətdə baş verən hadisələr axın-axın şeir 

məmulatlarının, əksəriyyəti yazıldığı illərin zaman sərhəddini aşa bilməyən minlərlə nəzm 

nümunələri kimi çox keçmədən yaddaşlardan silindi. O dövrün poeziyasında gözəl şeirlərin, 

poetik nümunələrin yarandığını və o əsərlərin indinin özündə də bədii təravətini itirmədiyini də 

inkar eləmək olmaz, ancaq bir həqiqət indi gün kimi aydındır ki, şairlərimiz Sözə, bədii dilin 

yaradıcı qüdrətinə deyil, daha çox və daha artıq Məzmuna, nəyi demək məsələsinə diqqət 

yetirilirdi. Necə yazmaq, Sözün potensial imkanlarını aşkara çıxarmaq məsələsi bir qədər arxa 

plana keçirilmişdi. 

 

Mən sonuncu poetik nəslin yaradıcılığında Sözə münasibətin yeni çalarlarını hiss edirəm. Bu 



fikri söyləyərkən heç də iddia etmirəm ki, onlar sözün poetik ifadəsində tam bir inqilab 

yaradırlar. Amma hər halda hiss olunur ki, sözlə yaxşı mənada «oyun» oynamaq, fikri, deyəcəyin 

mətləbi bu «oyun»un çərçivəsinə sığışdıra bilmək maraqlı alınır. Burada Söz fikirlə eyni 

dərəcədə qaynayıb-qovuşur, nəticədə ŞEİR YARANIR.Bax belə: 

 

sözləri gecəyə 



musiqisi payıza məxsus 

bir qadın eşidilir qatarın kupesində 

mandolinada ifa olunur qadın 

heyif ki 

mandolina çalmağı bacarmıram 

 

Bu balaca şeirin müəllifi Xaqani Hassdır. Bu yaxınlarda «Yazar» qəzetində Zahir Əzəmətin 



Xaqani Hassın «Böyüməyə Prolegomena» şeirlər kitabı haqqında qeydlərini oxudum. Həmin 

yazıda Z.Əzəmət Xaqanidən belə bir sitat gətirir: «Şeir mənimçün dildir; o, duyumların, 

anlamların plüralizmindən yaranır, dilin çoxmənalılığından doğur, meydana gəlir. Mənim üçün 

«şeir nədir» sualı «dil nədir» sualına bərabərdir». Bu fikri Xaqani Hassın şeirlərində onun bir şair 

kimi başlıca missiyası kimi duydum. 

 

Yuxarıda misal gətirdiyim şeirdə də Xaqani həm «şeir nədir», həm də «dil nədir» suallarına 



cavab verir. Şeir dildə ifadə olunan fikirdir, hissdir, duyğudur, dil isə şeirdə ifadə olunmuş və 

özünü tapmış sözlərin, ifadələrin parlaq kommunikasiyasıdır. Xaqani Hassın başqa bir şeiri: 

 

yatmısan, yuxu görürsən 



yuxunda göy üzü var 

əllərin göy üzünə gəzməyə gedib 




 

53

səni oyandırmağa qıymıram 



oyansan əllərin yox olar 

mənimsə misram qalmadı 

içinə sığmağa 

üstəlik göy üzünün yuxusuyam 

oyansa yox olaram 

 

Bu şeiri izah eləməyə, onun «mənasını açmağa» heç bir ehtiyac duymuram. Əsl şeir özü-özünü 



izah edir və ümumiyyətlə, hər hansı şeiri yozmağa nə ehtiyac? Əgər söhbət lap Füzuli 

qəzəllərindən getsə belə… Mən müasir oxucunu şeir «müşgüllərini» ram edə bilən bir şəxs hesab 

edirəm. 

 

Xaqani Hassın şeirlərinin başlıca məziyyəti təkcə sözə münasibətinin dəqiqliyi və sözlə rəftarının 



incəliyində deyil, həm də yeni bədii təsvir vasitələrinə üz tutmasıdır. Bir misal gətirim: İçərişəhər 

haqqında çox şeirlər yazılıb. Bu şeirlərdə İçərişəhər nələrlə təşbeh edilib? 

 

Fikrət Qocada: 



 

Qobustan qayaları kimi binalar 

çiyin-çiyinə yatır İçərişəhərdə… 

Şəhər saldıq küləkdöyəndə, 

küləklər az qala Bakını alıb atacaqdı belədən-belə. 

Qız qalasıyla şəhəri mıxladıq sahilə.  

 

İsa İsmayılzadədə: 



 

İçəri şəhər, İçəri şəhər! 

Ulu nağıl, daş krosvord. 

Bakıda bir boxça var, adı –İçəri şəhər. 

İçində iç-içə açılan dalanlar, 

göz-gözə dayanan döngələr.  

 

Ələkbər Salahzadədə: 



 

İçəri şəhərli şeirsən Bakı.  

 

Çingiz Əlioğluda: 



 

Balıqçı toru kimi nazik küçələrdən toxunub bu şəhər.  

 

Misalların sayını artıra da bilərik. Xaqani Hassın təfsirində isə: 



 

Qabaqcadan 

qapını döyürəm keçmişin açır 

nə vaxtdır evdə yoxsan 

küçələrin qocalar evinə getmisən- 

İçərişəhərə. 

 

«Küçələrin qocalar evi» – zənnimcə, İçərişəhəri belə səciyyələndirmək orijinal bir təşbehin 



yaranmasına səbəb olub. Şeirdə bir insan taleyinin təkliyə, tənhalığa sürüklənməyi və 

ümumiyyətlə, bu boyda dünyada və bu boyda şəhərdə kimsəsiz qalması bədii düşüncənin 

predmetinə çevrilir. 



 

54

 



hansı avtobusa minsəm 

son dayanacağı dünya olacaq. 

qapını döyürəm keçmişin açır… 

getməyə yeri olmayanda adamın 

ölməyə də yeri olmur. 

 

Xaqani Hassın şeirlərində XXI əsrin mürəkkəb, təzadlı, dünəni bugünündən, bugünü dünənindən 



boz, bəzən ilıq, bəzən dumanlı, bəzən tamam mənasız, bəzən də doğrumu-yalançımı bir ümidə 

boylanan anlarının hirsini, qəzəbini, acığını hiss edirəm. Zaman onun içinə, hissinə, duyğularına 

təsirsiz qalmır və onun içindəki Zaman da o Zamanla barışmır. İçindəki Zamandan boylanan 

Xaqani Hass siqaret söndürülən nəlbəkidə dünyanın dünənki və bugünkü «mənzərəsini» rəsm 

edir. O, beləcə istənilən bir əşyanı qarşısına qoyub bu əşyadan beləcə dünyanı, keçmişi seyr edə 

bilər, bugünün mənzərəsini yarada bilər. 

 

Mən hər hansı bir şairin (xüsusilə cavan şairlərin) adı qarşısında bir «izm» qoymağı sevmirəm. 



Amma Xaqani Hassın adının qarşısında məmnuniyyətlə bir «sürrealist» kəlməsini işlədərdim. 

Bizdə sürrealizmə meyil və ondan təsirlənən şairlər az deyil. Adil Mirseyidin, Rasim Qaracanın 

bir çox şeirlərində bunun şahidi olmuşam. Rasimin «Qırılmış düymələrin vətəni», «Ağ köynəkli» 

və Adilin çox şeirində bir-birindən təcrid olunmuş təsadüfi ünsürlər arasındakı «əlaqə» məhz 

sürrealizmdən gəlir. Xaqaninin şeirlərinin əksəriyyəti məhz sürrealist pozada yazılıb. Ancaq 

mənim fikrimcə, Xaqaninin şeirlərinə termin və nəzəriyyələrlə yanaşmaq və nəyisə «kəşf» etmək 

nə səmərə verəcək? Elə bilirəm, Xaqani Hass -heç üzünü görmədiyim bu cavan şair təmiz 

Azərbaycan şeiri yazırsa və… yazacaqsa …bu, poeziyada yeni bir Səsin, Nəfəsin varlığına sübut 

olacaq. 

 

Əlbəttə, Xaqaninin şeirlərində də «şeirin dil», «dilin şeir» olmadığı məqamlar var. Məsələn, 



«dilin şeir»ə çevrilməsində «təbəssümdə senzuralanır insan», «yaşılın bərisində gül açanlara», 

«indi bütün dillərdə aksentli danışıram» və s. kimi şeiriyyətdən uzaq misralar, ayrı-ayrı nahamar, 

şeirdə öz yerini tapmayan sözlər, ifadələr gərək işlənməsin. Vəssalam. Xaqaninin şeirləri barədə 

təəssüratım bu kiçik qeydlərdən ibarətdir və güman edirəm, haçansa onun kitabıyla da tanış 

olaram.  

 

Qaynaq: 



HU

http://xariciedebiyyat.azeriblog.com/2009/04/03/vaqif-yusifli-xaqani-hassin-sheirleri

U

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə