Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

 

55

Əlavə:  



 

 

ПОСТМОДЕРНИЗМ. ЭНЦИКЛОПЕДИЯ. I KНИГА 

 (Rusca unikal elmi-populyar ensiklopediya) 

 

HU

http://kitabxana.net/?oper=readBook&id=407

UH

  

 

HU

http://kitabxana.net/?oper=readBook&id=408

UH

  

 

 

Постструктурализм. Деконструктивизм. Постмодернизм. (ИЛЬИН Илья Петрович 

 

HU

http://kitabxana.net/?oper=readBook&id=406

UH

  

 

Aydın Xan (Əbilov). "Dünyanın Kulturoloji dərki" (elmi-kulturoloji kitabın e-variantı) 

 

HU

http://kitabxana.net/?oper=readBook&id=383

UH

  

 

Aydın Xan (Əbilov). "Kulturoloji - alternativ düşüncələr" kitabı 

 

HU

http://kitabxana.net/?oper=readBook&id=266

U

 

 

 

 

(Vikipediya – açıq şəbəkə ensiklopediyası əsasında) 

 

 



Dünyanın əsas ədəbi-sənət cərəyanları 

(estetik istiqamətlər, məktəblər, qruplar)   

 

Dadaizm 

 

(fr. dadisme; dada - mənasız ahəngdarlıq)  



 

 Qərbi Avropa ədəbiyyatı və rəssamlığında modernist cərəyan. Birinci dünya müharibəsi 

illərində İsveçrədə yaranmış, Fransa və Almaniyada geniş yayılmışdı. Dadaistlər burjua 

ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin 

yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər. 

T.Tsara, R.Gülzenbek, Q.Alp dadaistlərin ən görkəmli nümayəndələridir. XX əsrin 20-ci 

illərində dadaistlər başqa dekadent cərəyanlara qoşulmağa başladılar. J.Qross və 

C.Hartfild bu qəbildən olan dadaistlərdən idilər. 

 

 

Ekspressionizm 

 

(fr. expressionnisme-ifadə) 



 

XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində bədii cərəyan. Xırda burjua 

təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai 



 

56

ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçietirazının ifadəsi kimi meydana 



gəlmiş, Birinci Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş 

yayılmışdı. 

Subyektiv idealizmə əsaslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin 

ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyurdular. Bu isə xarici aləmin, obrazların 

təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarırdı. 

Poeziyada ekspressionizm (İ.Bexer, F.Varfel) mücərrəd obrazlar, sözlərin bəzən mənaca 

mahiyyətini itirməsi, dilin ifadəliliyinə həddindən artıqaludəçiliklə xarakterizə olunur. 

Nəsrdə (məs. F.Kafkanın roman və hekayələri) əsasən ağlasığmaz təsvirlər, məntiqi 

əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur. 

Cərəyan məşhur dramaturqlar V.Hazenklever, G.Kayzer, K.Şternheym, E.Toller və b.-

nın yaradıcılığına böyük təsir göstərmişdir. 

 

 

Ekzistensializm 

 

(lat. exsistensia-varlıq)  



 XX əsrdə fəlsəfədə ziyalıların baxışlarına cavab verə biləcək yeni dünyagörüşü yaratmaq 

cəhdi kimi meydana gəlmiş irrasionalist, subyektiv idealist fəlsəfi cərəyanlardan biri. 

Əsas nümayəndələri Haydegger, Yaspers (alman məktəbi), Alber Kamyu, Jan Pol Sartr 

(fransız məktəbi) və s. 

Ekzistensializm Birinci Dünya müharibəsindən sonra Almaniyada, İkinci Dünya 

müharibəsi dövründə Fransada, sonralar isə bir çox ölkələrlə yanaşı ABŞ-da meydana 

gəlmişdir. Müasir Qərb incəsənət və ədəbiyyatına bu cərəyanın çox böyük təsiri özünü 

göstərir. Bu cərəyan bədii istiqamət kimi həyatın absurdlarına əsaslanır. Ekzistensializm 

əsas qəhrəman kimi emosional coşqunluqdan əzilən, ehtiraslardan parçalanan dünyanın 

şəxsiyyətini irəli çəkir. 

Ekzistensializmin ideya kökləri həyat fəlsəfəsi, Qusserlin fenomenologiyası və 

Kyerkeqorun dini-mistik təlimidir. Ekzistensializmdə özünün səthi-nikbin anlayışı ilə, 

mövcud cəmiyyətin mütərəqqi inkişafına inamı ilə birlikdə liberalizmin böhranı əks 

olunmuşdur. Ekzistensializm pessimizm dünyagörüşü kimi meydana gəlmiş və məsələni 

belə qoymuşdur: tarix fəlakətlər qarşısında liberal-mütərəqqi ideyalarını itirmiş insan 

necə yaşamalıdır? Ekzistensializm maarifçilik və Klassik alman fəlsəfəsi dövrünün 

rasionalizminə, həmçinin, XIX əsrin sonu və XX əsrin əvvəllərində geniş yayılmış 

kantçı-pozitivist fəlsəfəyə cavab idi. Ekzistensialistlərin fikrincə, rasional təfəkkürün əsas 

cəhəti ondan ibarətdir ki, o, subyekt və obyektin əksliyi prinsipindən çıxış edir. Buna 

görə də, rasionalist bütün gerçəkliyə, o cümlədən də insana yalnız elmi-tədqiqat nöqteyi-

nəzərindən baxır, bu baxımdan həmin yanaşma "simasız" xarakter daşıyır. Əksinə, 

ekzistensializm şəxsiyyətdən kənar, "obyektiv" elmi fikrin əksliyi kimi çıxış etməlidir. 

Beləliklə, ekzistensializm fəlsəfə və elmi bir-birinə qarşı qoyur. Məsələn, M. 

Haydeggerin dediyi kimi, fəlsəfənin predmeti varlıqdan ibarət olmalıdır. Halbuki, elmin 

predmetini "mövcudluq" təşkil edir. Varlıq vasitəli deyil (mücərrəd təfəkkür vasitəsilə), 

yalnız vasitəsiz dərk olunur, insana onun varlığı, şəxsi mövcudluğu, yəni, ekzistensiyanın 

vasitəsi ilə açılır. Ekzistensiyada məhz subyekt və obyektin nə şüurli-elmi, nə də 

spekulyativ təfəkkürə müəssər olmayan hissələsə parçalanmış bütövlüyü mövcuddur: adi 

həyatda insan özünü heç də həmişə ekzistensiya kimi dərk etmir; bunun üçün onun 

sərhəd (trasdentental) situasiyada olması zəruridir, özünüdərk prosesində insanın ölümlə 

üz-üzə gəlməsindən əhəmiyyətli heç nə ola bilməz. Ekzistensiya olan insan ilk dəfə öz 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə