Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   33

 

59

 



Hərfçilik 

 

(letrizm də deyilir)  



Bir ədəbi axındır. İkinci Dünya Müharibəsi sonunda ortaya çıxmışdır. Rumıniyalı şair 

İsidore İsou tərəfindən başladılmışdır. 

Şeirlərə istiqamətli bir ədəbi axındır. Xüsusiyyəti, şeirdə sözlərin deyil hərflərin təməl 

alınmasıdır. Məqsədi, hərflərin təməl alınması yoluyla fərqli tərzdə bir şeir yazılmasıdır. 

Ədəbiyyatda klassik axınlara qarşı çıxan bir qarşı-axındır. 

Axının qurucusu Isidore Isou hərfçiliyi "Hərf olmayan və ya hərf olmayacaq heç bir şey 

mənəvi olaraq da var ola bilməz" formasında yekunlaşdırmışdır. Maurice Lemaitre və 

François Dufrêne, Letrizmin qabaqda gələn şairləridir. 

Letrizm bir ədəbi axın olaraq doğulmuş olmasına qarşı kino başda olmaq üzrə dövrün 

musiqi və rəqs axınları üzərində də təsirini göstərmişdir. 

 

 

Maarifçi realizm 



 

 XVII—XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən mənəvi inkişaf. 

Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi baxımdan göstərməyə meyllərinə 

görə bir-birindən fərqlənirdilər. Ona görə romantizm epoxasının özündə yazıcılar iki 

cəbhəyə ayrılırdılar. Onların bir hissəsi həyata fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi 

isə konkret həyat faktlarına, tarixiliyə daha artıq meyl edirdilər. Birincilər romantiklər, 

ikincilər isə maarifçi realistlər sayıla bilər. Lakin bu bölgü çox şərtidir. 

Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə daha ətraflı əsaslandırılmışdır. Bu 

maarifçilik epoxasına marağın artması və maarifçi ədəbiyyatın spesifik tarixi mərhələ 

kimi təqdimi ilə bağlı idi. Bu realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərinin 

Volter, Didro kimi müəlliflərin nəsrində özünü göstərmişdir. Lakin maarifçilər teatr və 

dramaturgiyaya da əsas sosial tərbiyə janrları kimi baxırdılar. Azərbaycan maarifçiliyinin 

də əsas janrı dramaturgiya olmuşdur. 

Bu realizmin əsas əlaməti onun müsbət, şüurlu insanı tərbiyənin və təhsilin məhsulu kimi 

anlamasıdır. Elə buradan da maarifçi realizm termininə yaxın olan pedaqoji roman 

anlayışı yaranmışdır. Maarifçi yazıçılar öz əsərlərində düzgün tərbiyə sistemini və onun 

nəticəsi olan şüurlu vətəndaşların obrazlarını yaratmağa çalışırdılar. 

İlkin maarifçilik mərhələsində hələ Burjua cəmiyyətinin qəddar və yırtıcı təbiəti ortaya 

çıxmamışdı. Onu görə sosial ədalətsizliyin azalmasında düzgün tərbiyə amilinə xüsusi 

əhəmiyyət verilirdi. Maarifçi realizm üçün cəmiyyətin ziddiyyətlərini, insanların 

qüsurlarını tərbiyəsizliyin, savadsızlığın nəticəsi kimi təqdim olunması səciyyəvi idi. 

Azərbaycan ədəbiyyatında maarifçi realizmin ən bariz nümayəndəsi A.A.Bakıxanov və 

M.F.Axundov idi. Sonuncunun pyeslərinin finalında Çar üsul idarəsinin jandarmları gəlib 

konfliktə müdaxilə edir və yerli əhalidən daha Maarifli qüvvə kimi ədaləti bərpa edirlər, 

qanunsuz hərəkətlərin qırçısını alırlar. 

Beləliklə, sivilizasiyalı adam daha ədalətli hesab olunur. Bu xalis maarifçi təsəvvür idi, 

ədalət problemini birbaşa savad və tərbiyə ilə bağlayırdı. M.F.Axundov pyeslərində Çar 

məmurları həm də birmənalı mütərəqqi qüvvədirlər. Böyük ədib inanırdı ki, Rusiya 

tərkibinə daxil olmaq Azərbaycan xalqının sürətli tərəqqisinə xidmət edəcək. 

 

Müsəlman şərqində maarifçi realism 




 

60

 



Müsəlman şərqində maarifçilik dünyagörüşünün ayrılmaz tərəfi Qərb xalqlarının siyasi, 

mədəni və iqtisadi tərəqqi yoluna nümunə kimi baxmaq, Avropa sənaye inqilabları 

istiqamətində inkişafın qaçılmazlığına inam idi. Sovet hakimiyyəti qurulana qədər 

Azərbaycanda bu qərbçi maarifçilik üstünlük təşkil edirdi. Lakin islami maarifçilik də var 

idi. 

 

Azərbaycanda maarifçi realism 



 

Sovetləşmədən sonra Azərbaycanda marksist maarifçilik yayılmağa başladı. Terminoloji 

fərqlərə baxmayaraq marksist maarifçilik də Avropanın ateist maarifçiliyinin bir forması 

idi. Birmənalılıq, ümumiyyətlə, maarifçi realist qəhrəman konsepsiyasının mühüm 

əlaməti idi. Maarifçi realizmdə romantiklərdə olduğu kimi mənfi surətlər canlı adamdan 

çox müəyyən əxlaqi qüsurların birmənalı timsalıdırlar. Hacı Qara xəsislik rəmzidir. 

Maarifçi qəhrəmanlarda mənfi sifətlər müəyyən şəxsi motivlərlə deyil, mütləq bir 

keyfiyyət kimi, mütləq ideyanın timsalı kimi mövcuddur. Kapitalist cəmiyyəti inkişaf 

etdikcə, Burjua inqilabları qanlı proses kimi davam etdikcə maarifçi müsbət 

qəhrəmanların məhdudluğu ortaya çıxdı. Aydın oldu ki, maarif sosial tərəqqiyə də, sosial 

şərə də xidmət edə bilər. Rusiyada və sonradan Azərbaycanda marksizmin yayılması 

mütərəqqi hadisə idi. Amma marksist maarifçiliyin hər iki ölkədə qanlı nəticələri də oldu. 

Ona görə maarif və düzgün tərbiyə sosial tərəqqi yaradan mühüm prosesdir. Lakin 

maarifin çiçəklənməsi birbaşa cəmiyyətdə sosial ədalətin artmasına səbəb olmur. 

Maarifçiliyin böhranı insanın və cəmiyyətin inkişaf mexanizmi barədə belə sadəlövh 

təsəvvürlərin dağılmasının nəticəsioldu. Şər işlər görməkdə savadlı adamların 

savadsızlardan daha təhlükəli olduğu aydınlaşdı. 

Azərbaycan ədəbiyyatında maarifçi realizmin prinsipləri C.Məmmədquluzadə, 

N.Nərimanov, N.B.Vəzirov kimi ədiblərin də yaradıcılığında özünü göstərmişdir. Yalnız 

Birinci Dünya müharibəsi başlanandan sonra cəbhələrdə milyonlarla adamlar qırıldı və 

bu, müsəlman maarifçilərin gözündə Avropa sivilizasiyasının müsbət obrazını məhv etdi. 

Avropa tərəqqi yoluna inam sarsıldı və maarifçi dünyagörüşü az-az aradan çıxdı. 

 

 

Modernizm 



 

(fr.modernisme, moderne-yeni, müasir) 

Ədəbiyyatda və incəsənətdə cərəyan. Modernizmin nəzəriyyəçisi ispan filosofu Orteqa-i 

Qasetin fikrincə modernizm köhnə ədəbiyyatın və incəsənətin bütünlükdə inkarından 

ibarətdir. Bu cərəyanın başlanğıcının fransız dekadentliyi dövrünə, yaxud kubizm (1907-

14) dövrünə aid edilməsi məsələsi indiyədək mübahisəlidir. Araşdırmalara görə 

modernizm Birinci dünya müharibəsi ərəfəsində meydana gəlmiş və sonralar sosial 

fəallığını daha da artımışdır. Müxtəlif tarixi mərhələlərdə ekspressionizm, kubizm, 

futurizm, abstraksionizm, atonal musiqi və s. realizmə zidd cərəyanlara ayrılmışdır. 

odernizm P.Elüar, B.Brext, P.Neruda, N.Hikmət, E.Hemenquey, U.Folkner və Q.Qrinin 

yaradıcılığına ciddi təsir göstərmişdir. Onların əsərləri forma və mündəricə etibarilə 

modernist cərəyanın tələblərinə uyğun gəlir. Hazırda Qərb ədəbiyyatşünasları C.Coys, 

M.Prust və F.Kafkanın (yaradıcılıqlarındakı kəskin ziddiyətlərə baxmayaraq) da 

yaradıcılığına əsasən modernizm haqqındakı təsəvvürlərə yenidən baxır və onları 

dəqiqləşdirmək üçün tədqiqat aparırlar. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə