Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   33

 

61

 



Naturalizm 

 

(fr. Naturalisme) 



XIX əsrin 2-ci yarısında Avropa və ABŞ ədəbiyyatında formalaşmış cərəyan. 

Naturalizmin estetikası təbiətşünaslığa, başlıca olaraq, fiziologiyaya əsaslanırdı. 

İtaliyadakı verizm cərəyanı da naturalizmə yaxın cərəyanlardandır. Naturalizm XIX əsrin 

60-cı illərində Fransada yaranmış, 70-80-ci illərdə başqa ölkələrdə əd geniş yayılmışdı. 

Onun ilk əlamətləri Q.Flober, xüsusilə Qonkur qardaşlarının yaradıcılığında əksini 

tapmışdır. Lakin naturalizmin formalaşması onun nəzəriyyəsini işləyib hazırlamış Emil 

Zolyanın adı ilə bağlıdır. G.Mopassan, H.Hauptman, F.Norris, A.Strindberq, H.İbsen, 

K.Hamsun və başqalarının yaradıcılığına ciddi təsir göstərmişdir. 

Şüurlu surətdə ədəbi obrazın fərdiliyinə meyl XIX əsrdə Fransada realizmin naturalizm 

deyilən bir qolunun yaranmasına gətirib çıxardı. Naturalistlər realist yaradıcılıq üçün 

ədəbi materialın və obrazın fərdiliyinin prinsipial xarakterini nəzərə alaraq rəssamlıqda 

naturadan şəkil çəkmə prinsipinə bənzər bir ədəbi təsvir üsuluna meyl etməyə başladılar. 

Bir sıra fransız realistləri yazıcıdan obyektivlik, elmilik və s. tələb edirdilər. Bunlar da 

tarixilik məsələsinin aspektləri idi. Naturalizmin ədəbi manifestini 1880-ci ildə Emil 

Zolya “Eksperimental roman” adı ilə çap etdirdi. Buradakı eksperiment anlayışı o zaman 

darvinizmin əsas üsulu olan canlı müşahidəni əks etdirirdi. Belə müşahidə konkret və 

fərdi faktın həm bədii, həm də elmi mənasını ortaya qoyurdu. Yeni cərəyan Avropanın 

digər ölkələrində də özünə tərəfdarlar tapdı. E.Zolya müəyyən tibbi və genetik 

fərziyyələri təsvir edən, tibbi eksperimenti proses kimi təsvir edən əsərlər də yazmışdır. 

Naturalistlər həm də coşqun inkişaf edən təbiətşünaslığın, xüsusilə darvinizmin müşahidə 

yolu ilə təbiəti öyrənmək metodunun təsiri altında idilər. Onlar da obrazın, xüsusilə insan 

obrazlarının dəqiq təsvirini, müşahidə vasitəsi ilə göstərilməsini, hətta fərdlərin genetik 

xüsusiyyətlərini belə dəqiq qələmə almağı tələb edirdilər. Təbiət mənasına gələn natura 

sözü də bununla əlaqədar idi. Ədəbi təsvirin dəqiqliyi elmi fakt dəqiqliyi ilə müqayisə 

olunurdu və yazıçıdan elmi obyektivlik tələb edilirdi. 

Naturalizmin əsas prinsipindən – həyati konkret müşahidə ilə öyrənmək və göstərmək 

prinsipindən Balzak da istifadə etmişdi və bu yolla böyük məhsuldarlığa nail olub 

doxsandan artıq roman yazmışdı. Lakin Balzak üçün həmişə bədii ümumiləşdirmə üsulu 

daha əsas idi. O konkret müşahidələrdəki ən fərdi, ünvanlı cəhətləri atırdı. Lakin Emil 

Zolya və onun davamçıları canlı müşahidəni məqsədə çevirirdilər. O özü şaxtaçıların 

həyatını öyrənib ən yaxşı romanlarından birini “ Jerminal” əsərini yazmışdı. 

Əlbəttə, naturalizmin proqramında və təcrübəsində ədəbiyyatın inkişaf tarixi üçün mütləq 

yenilik yox idi, bu realizmin ümumi inkişaf məcrası daxilində olan bir hadisə idi. Emil 

Zolya sadəcə öz zəmanəsində coşqun inkişaf edən elmi prinsip və informasiyadan, elmin 

nəticələrindən ədəbi yaradıcılıqda istifadə etməyə çağırırdı. Bu isə əslində onun həyata 

qiymətləndirici münasibətinin Balzaka nisbətən yoxsulluğunu doldurmaq üçün idi. Bu 

mənada naturalizm realizmin tarixi inkişaf üsullarından və yollarından biridir və öz 

proqramı və prinsipi ilə dünyanı ədəbi təsvirin əsas fundamental əlamətinə – dünyanı 

fərdi görümdə təsvir prinsipinə bir qədər zidd idi. Aydındır ki, naturalistlər elmin 

nailiyyətlərindən istifadə yolu ilə özlərinin dünyaya qiymətləndirici münasibətlərini 

fərdiləşdirmək üçün istifadə edirdilər. 

Naturalizm çox inkişaf etmədi: çünki onun təsvir prinsipi naturalistlərdən əvvəl də, 

onlardan sonra da olmuşdur. Sosialist realizmində, bədii publisistikada, sənədli kinoda

foto sənətində, neorealist kinoda naturadan təsvir prinsipindən geniş istifadə edilmişdir və 




 

62

edilir. Müasir bədii kinoda müəyyən fərdi tibbi xəstəlik tarixçələrini ssenariləşdirən kino 



janrı da naturalist sayıla bilər. Əslində hər bir yazıcı az-çox naturalistdir. E.Zolya öz 

naturalistliyini prinsip kimi təbliğ edirdi, amma sonralar yazıcılar bu təbliğatda aktual 

məntiq görmədilər 

 

Neoklassisizm 

 

Ədəbiyyatda neoklassisizm məhdud bir dövrü (1890-1900-cü illərin ortası) əhatə edən 



cərəyan kimi götürülür. Neoklassisizm antik obraz və motivlərdən, süjet və 

konfliktlərdən istifadəyə əsaslanan ideya-üslub prinsipidir. Ötən əsrin 30-cu illərində 

ABŞ ədəbiyyatındakı "yeni humanizm" də neoklassisizmin bir növü idi. 

 

 



Parnas 

 

(fr. "Parnasse") 



 XIX əsrin ikinci yarısında Fransada ədəbi cərəyan, məktəb. Fransız şairləri Ş.Lekont De 

Lil, T.Qotye, Ş.Bodler, A.Sülli-Prüdom, P.Verlen, S.Mallarme və başqaları tərəfindən 

yaradılmışdır. Parnasizmdə "sənət sənət üçündür" ideyası müdafiə olunur, ədəbiyyatın 

ictimai-siyasi rolu qəbul olunmur, bədii forma əsas götürülür. 



 

 

Personalizm 

 

 (lat.persona-şəxsiyyət) 

Şəxsiyyəti ilkin reallıq və ali ruhi sərvət, bütün aləmi isə ali şəxsiyyətin (Allahın) 

yaradıcı fəallığının təzahürü hesab edən cərəyan.P.Leybnitsin monadologiyası ilə ilə 

əlaqədardır və XIX əsrin sonu XX əsrin əvvələrində yaranmışdır. Aləmin elmi-materialst 

anlayışına qarşı çıxan personalizmin konsepsiyasına görə təbiət ruh-"şəxsiyyətlərin" 

məcmusundan ibarətdir (Plüralizm), "Ali şəxsiyyət"-hər şeyə qadir Allahdır (Teizm). 

B.Boun, R.Flüellinq, E.Braytmen,E.Munye, J.Lakrua bu cərəyanın görkəmli 

nümayəndələri hesab olunurlar. 

 

 



Postmodernizm 

 

Postmodernizm - XX əsrin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda inkarı 

inkar nəticəsində yaranmış cərəyan. 

Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar 

yaratdığı kimi postmodernizm (almanca "moderndən sonra gələn") də modernizmi inkar 

edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı 

Con Bartın fikrincə, postmodernizm - keçmişin mədəniyyətindən şirə çəkən bədii 

təcrübədir. Postmodernizm nəzəriyyəsi məşhur filosof J.Liotarın, Jak Derridanın və 

digərlərinin fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə "dünya-

mətndir", "mətn-reallığın yeganə mümkün modelidir". Postmodernizmin əsasında duran 

ideya mənbələrindən bri olan Poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasına 

filosof-kulturoloq Mişel Fukonun və başqalarının böyük rolu olmuşdur. C.Bart, T.Pinçon, 

C.P.Danlivi, D.Bartel ("Qara yumor məktəbi"nin nümayəndələri), D.Delillo, J.Dölöz, 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə