Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   33

 

65

Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir 



vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız 

ədəbiyyatının "realist məktəb" adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində 

yayılmağa başlamışdır. Adətən realizmə XIX əsrdə romnatizmi əvəz etmiş, naturalizmə, 

müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri 

kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki 

cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür 

etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər 

özünü göstərir. Dünya ədəbiyyatında O.Balzak, Q.Flober, G.Mopassan, Ç.Dikkens, 

M.Y.Dostoyevski, L.Araqon, P.Nerudanın, Azərbaycan ədəbiyyatında isə M.F.Axundov, 

M.Ə.Sabir və C.Məmmədquluzadənin əsərləri realist ədəbiyyatın. parlaq nümunələridir. 

 

Romantizm 

 

(fr.romantisme)  



 

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii 

cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada "Yena məktəbi" 

nümayəndələrinin ( Şlegel qardaşları, F.Novalis, L.Tik, V.Vakkenroder) fəaliyyəti (1798-

1802) sayəsində yayılmağa başlamışdır. Romantizmin estetik əsasını "bədii 

ideallaşdırma" prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın 

olduğu kimi kimi deyil, "olmalı olduğu kimi" təsviri təşkil edir. 

 

Puşkin, M.Y.Lermontov, A.Hofman, C.Q,Bayron, P.B.Şelli, C.Kits, 



V.Hüqo,F.R.Şatobrian, A.Vinyi, C.Leopardi, A.Mandzoni, Ş.Petöfi, K.Maxi, 

M.Eminesku, T.Şevçenko, Azərbaycan ədəbiyyatında isə H.Cavid, M.Hadi, A.Səhhət və 

b. romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar. 

 

Sentimentalizm 

 

Əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatəyə alan təlimlərin ümumi adı. Fəlsəfə və 



ədəbiyyatda daha geniş rast gəlinir. Çox vaxt rasionalizmə qarşı çıxma olaraq qəbul 

edilir. 


Ədəbi termin kimi ilk dəfə Lessinqin təsiriylə J.J. Bode tərəfindən 1868-də istifadə edilib. 

Duyğunu əsas alan bir ədəbiyyat janrında duyarlığı və romantikliyi əsas və ölçü sayan 

sənət anlayışını ifadə edir. İçə bağlanma, dəymədüşərlilik, gözü yaşlı bir duyğululuq, 

gedərək xoşbəxtliyi ümidsizlik, heç nə etməmək kimi yollarda axtarır. 

 

Simvolizm 

 

(fr. symbolisme, yun.-symbolon-işarə, rəmz)  



 

XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan. XIX əsrin 2-ci 

yarısında naturalist romanında realist prinsiplərin təhrifi ilə bağlı olaraq meydana 

gəlmişdir. Simvolizmin estetik əsasları fransız şairləri P.Verlen, A.Rembo, 

Q.Hofmanstal, H.İbsen və A.Blokun yaradıcılığına ciddi təsir göstərmişdir. Oxucunu 

dövrün mühüm ictimai-siyasi məsələlərindən uzaqlaşdıran ifrat fərdiyyətçilik və 

mistikanın təbliği, ədəbiyyatın ictimai vəzifələrinin inkarı, gerçəkliyin mücərrəd 



 

66

simvollarla şərti və təhrif olunmuş inikası, pessimizmin, həyata nifrət hissinin və ölümün 



(əsasən intihar yolu ilə) tərənnümü simvolizmin səciyyəvi cəhətləridir. 

Sosialist realizmi 

 

Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovet hakimiyyətinin 



rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından 

sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana 

çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat 

yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr 

arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm 

adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi. 

Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi 

ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar 

ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında 

ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini 

nəzərdə tuturdu. Proletar ədəbiyyatı anlayışı inqilabçı maarifçiliyin bir şəkli idi. 

Maarifçilər ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə sosial tərbiyə üçün 

istifadə edirdilər. 

Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları tərəfindən ədəbiyyata dair qəbul 

edilən xüsusi direktiv qərarlar əsasında aparılırdı. Bu qərarlar ehkam kimi tətbiq 

olunurdu. Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi ilə dini maarifçilik arasında 

olan bir hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən şüurlu, qabaqcıl fəhlə 

tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl qanunları ilə yaşayan insan 

nəzəriyyəsinə uyğun idi. İkinci tərəfdən, proletar ədəbiyyatı proletar dünyagörüşünü, 

marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu da onu dini maarifçiliyə, din 

təbliğinə yaxınlaşdırırdı. 

30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya daha dəqiq olan sosialist 

realizmi termini ilə əvəz edildi. Bu termin sosializm quran cəmiyyətin realizmi anlamına 

gəlirdi. Ad dəyişsə də, proletar ədəbiyyatı anlayışındakı əsas prinsiplər dəyişməz olaraq 

qaldı. Sosialist realizmi termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də 

qüvvətləndi. Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan saraylarda məddah şairlərin 

olması ənənəsi olmuşdur. Onlar kralı və sultanı tərifləməklə əsasən onun insanlar 

arasında nüfuzunun artmasına və bu yolla hakimiyyətinin möhkəmlənməsinə xidmət 

etməli idilər. Rəsmi ədəbiyyatın əsas əlaməti onda müəllif başlanğıcının, istedad və daxili 

istəklərin ikinci dərəcəli olmasıdır. Yəni rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə 

yetirir və pul qazanır. Onun istedadının əsas əlaməti də bədiilik yaratmaqda yox, 

yaltaqlıqda, hakimiyyətə yarınmaqda, hakimiyyəti təmsil edən adamların şəxsi 

ambisiyalarına maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyyatın əsas siması yazıçı 

yox, sifarişçidir, haqq ödəyən hakimiyyətdir. Sovet dövründə rəsmi ədəbiyyat Yazıcılar 

İttifaqı vasitəsi ilə yaradılırdı. Bu ittifaq formal olaraq seçkili ictimai birlik idi. Amma 

əslində Yazıcılar İttifaqı dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi. 

İttifaqın bütün işçiləri dövlət büdcəsindən əmək haqqı alırdı. İttifaqın rəhbərliyində DTK-

nın məxfi zabiti işləyir və hamıya göz qoyurdu. Rəhbər işçilər, xalq yazıcıları 

Kommunist partiyası MK-nın üzvləri, Ali Sovetin deputatları idi, onlar dövlətin xüsusi 

güzəştlər sistemindən, xüsusi mağazalardan, istirahət evlərindən, xəstəxanalardan istifadə 

edirdilər. İttifaqın rəhbərləri, xalq yazıcıları, qəzet və jurnalların redaktorları partiyaçı 

idilər və partiyanın ədəbi siyasətini, sosialist realizmi ədəbiyyatının prinsiplərini həyata 

keçirən adamlar idilər. Buna görə onlar nəşriyyatlarda dövlət planlarına daxil olan 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə