Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   33

 

57

azadlığını da tapmış olur. Ekzistensiya termini ilk dəfə S. Kyerkeqor tərəfindən 



işlədilmişdir; cərəyanın nümayəndələrinə görə bu termin insanın "Mən"inin elə bir 

mərkəzi nüvəsidir ki, onun sayəsində insan empirik fərd kimi deyil, konkret, 

təkrarolunmaz şəxsiyyət kimi çıxış edir. Ekzistensializmə görə azadlıq ondan ibarətdir ki, 

insan təbii, yaxud sosial zərurətin təsiri altında formalaşan bir əşya kimi çıxış etməsin, 

özü-özünü seçsin, özünü hər bir hərəkəti, davranışı ilə formalaşdırsın. Bununla da azad 

insan elədiyi hər şeyə görə məsuliyyət daşıyır, "şəraitlə" özünü bəraətləndirmir. Ətrafında 

baş verən hər şey üçün günah hissi-azad insanın hissidir (Berdyayev). Tarixdə baş verən 

hər şey üçün insanın məsuliyyət daşıması barədə ekzistensialistlərin fikri məhz buradan 

çıxır. Lakin, azadlığın subyektiv planda şərhi sırf etik baxımdan dəyərləndirilir. 

Cərəyanın bədii konsepsiyası haqqında tam təsəvvürü E.Munkun "Haray" şəkli verir. 

Abstrakt-urbanist məkanda qorxu ekstazında, dəhşətli qışqırıqla ağzını açmış insan təsvir 

olunub. Uçuruma bənzəyən nəhəng qışqıran ağız şəklin kompozision mərkəzidir. Niyə, 

hansı səbəbə görə bu insan qışqırır? Rəssam onun üçün heç bir təhlükə göstərmir. Kişi və 

ya qadın olmasına baxmayaraq insanın əzabının Böyük səbəbini tamşaçı özü hiss 

etməlidir. Aləm bütövlükdə cinsindən və keyfiyyətindən asılı olmayaraq, şəxsiyyətə 

düşməndir. Bizim qarşımızda "cinssiz insan" durur, onun dünya ilə yeganə əlaqəsi 

dünyanın qeyri-mükəmməlliyi, disharmoniyası, insana düşmənliyi qarşısındakı dəhşətli 

qorxudur. Bağıran ağız ətrafındakı boşluq elə verilib ki, tamaşaçı qəlb parçalayan haraya 

elə bil ki, konsentrik dalğalarla bütün dünyaya yayılmasını və doldurmasını hiss edir. 

Lakin dünya kar və laldır; o dəlicəsinə harayı sezmir, qorxulu həqiqət qarşısında aciz 

qalan şəxsiyyətin ağrısına qarşı biganədir. Munk öz şəkli ilə demək istəyir ki, insana bu 

qərib dünyada ancaq öz ağrısından bağırmaq, can verən canlı orqanizmin instinktiv 

qışqırığı kimi, yardıma ümid bəsləməyən qışqırıq qalır. 

E.Munkun "Haray" rəsmiEkzistensialistlər üçün insan cəmiyyəti və insanların həyatı 

başdan-başa "anlaşılmazlıq" və absolyut absurddan ibarətdir. İnsanlar arasında sevgi və 

bağlılıq yoxdur, ancaq seks var, adamlar arasında bütün insani münasibətlər qırılıb. 

Kişilər və qadınlar prinsipial şəkildə özlərinə qapanıblar, qarşılıqlı başadüşməməzliyə 

məhkumdurlar. Hər bir insan bir dünyadır. Ancaq bu dünyalar bir-biri ilə əlaqə 

saxlamırlar. İnsanların ünsiyyəti ancaq səthidir və qəlbin dərinliklərinə toxunmur. Dünya 

insanının ekzistensialist modeli belədir. 

XX əsrin 50-ci illərin sonunda Fransa ədəbiyyatında (M.Sarrot, A.Rob-Qriyye, M.Byutor 

və b.) "yeni roman" istiqaməti yaranır. Həyatın absurdluğu, real hadisələrdə nəticə 

əlaqələrinin yoxluğu, "dağıdılmış" xaotik dünya haqqında ekzistensializm baxışlarından 

faydalanan "yeni roman" məktəbinin davamçıları öz əsərlərilə bütün ənənəvi 

kompozision elementlərinin təşkilatçı-konseptual mənasını dağıdaraq süjetdən kənar 

nəqli prinsip səviyyəsinə qaldırdılar. Roman həyati fakt və hadisələrin hekayə 

edilməsindən qəhrəmanların mənəvi həyatının faktlarının zərif-esseist impreissionist 

hekayəsinə çevrildi. Psixologizm mütləqləşdirildi. "Şüur seli" real dünya ilə əlaqəsini 

tamam kəsdi, əgər əvvəllər real ədəbiyyatda qəhrəmanların şüuru "informasiyada yarıq" 

ilə əlaqədar olaraq, bir faktdan başqa fakta və ya hipotezə, miras qalan təcrübəyə, 

gələcəyə, ehtimallara atılaraq, həyati proses ilə əlaqəni saxlayırdısa, indi bu sel reallığın 

üstündən aramsız uçub keçir. "Şüur seli" "özüdərketmə selinə" çevrildi. Şüurun 

subeyktivliyi onun subyektlivizminə çevrildi. Təfəkkürün özü eqosentrik şəxsiyyəti üçün 

psixi proses kimi başa düşülməyə başlandı. Hekayə tez-tez sözü bitirməmiş, qəfil və 

motivsiz kəsilir. Əsərlərin ümumi şəklini itirdilər: nəinki təkcə süjet zəiflədi və pozuldu, 

sonluq qaranlıq qaldı, açılma artıq əsərin bədii nəticəsi olmadı. Əsər psixoloji 




 

58

vəsiyyətinin tez-tez dəyişdiyi personajın və onun ruhunun hərəkətlərinin naturalist 



şəklinə çevrildi. 

N.Sarrotun "Naməlumun portreti" romanında qadın və kişi arasında çətin hiss olunan və 

mənası bilinməyən münasibətlərin çox incə çalarları və yarımtonları açılır. Oxucu üçün 

kimliyi bilinməyən kişi şəhər bağından tez-tez keçərkən hər dəfə tanış olmayan bir qıza 

baxır. Kişinin qəlbində yaranan sevgi və şəfqət və onun təkidli baxışlarına qarşı qızın 

qəlbində yaranıb tez-tez dəyişən cavab reaksiyaları zamanın məzmununa çevrilir. Heç bir 

açılma yoxdur, yaranan süjet xətləri qırılır. 

Yazıçı bununla göstərmək istəyir ki, bədii təsvirin və analizin əsil predmeti həyat 

hadisələri deyil, qadın və kişilərin arasındakı hisslərin çalarları, daxili həyəcanlardır. 

"Şüur seli" ədəbiyyatı şəxsiyyətin daxii aləmini mütləqləşdirir. 

 

 

Futurizm 



 

(lat.futura-gələcək)  

XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında avanqard cərəyan. “Gələcəyin 

incəsənətii”ni yaratmağa cəhd edən futuristlər mədəni irsi, xüsusilə onun estetik, bədii, 

mənəvi-əxlaqi sərvətlərini rədd, urbanizmi təbliğ edir, poeziyada təbii dilin əleyhinə 

çıxırdılar. Futurizm ilk dəfə İtaliyada meydana gəlmiş, sonra Rusiya və digər Avropa 

ölkələrində yayılmışdı. Bu cərəyanın banisi sonralar faşizmin fəal təbliğçisi, futurizm 

manifestinin (1909) müəllifi F.T.Marinetti idi. Estetik prinsiplərinin ümumiliyinə 

baxmayaraq, futurizm ayrı-ayrı ölkələrdə müxtəlifideya meyilləri ilə fərqlənmişdir. 

 

Klassisizm 

 

Ədəbiyyatda köhnə Yunan və Roma sənətini təməl alan tarixi yanaşma və estetik 



tutumdur. 1660 məktəbi olaraq da bilinər 

Yenidən doğuş deyə adlandırılan İntibah dövründə inkişaf etmişdir. Bu axının izləri bir 

əvvəlki dövrdə Rebelais və Montaignedə, hətta Aristoteldədir. 

Klassisizmin təməl elementləri öz içində soyluluq, ağılçılıq, uyğunlaşma, açıqlıq, 

məhdudluq, universallıq, idealizm, tarazlıq, ölçülülük, gözəllik, görkəmlilikdir. Yəni bir 

əsərin klassik sayıla bilməsi üçün bu xüsusiyyətləri saxlaması lazımdır. Qısaca klassik bir 

əsər, bir üslubun ən yetişkin və ən uyğun ifadəsini tapdığı əsərdir. Klassisizm təməllərini 

İntibah aristokratiyasından götürür. Klassisizm bir baxıma aristokratiyanın məhsuludur. 

 

Klassisizm cərəyanının xüsusiyyətləri 



 

XVII əsrin II yarısında Fransada meydana gəlib.  

Mövzuları Qədim Yunan və Latın mifologiyasından götürüb.  

Mükəmməlliyətçidir və ana dili əsas götürür.  

"Sənət, sənət üçündür" anlayışı mənimsənmişdir.  

Sənətkarlar əsərlərində şəxsiyyətlərini gizləmişlər.  

Əsərlərdə klassik, dəyişməyən tiplər yaradılmışdır.  

Fiziki və ictimai ətraf əhəmiyyətli deyil, çünki dəyişəndir.  

İstifadə edilən dil, seçmələrin dilidir. İzahat bəzəksiz və sadədir. Xüsusilə şeir, teatr və 

sınaq növlərində inkişaf etmişdir.  

Ən əhəmiyyətli nümayəndələri; Dekart, Molyer  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə