İxtisaslaşma: Maliyyə menecmenti Qrup: 648 Layihə işinin mövzusu



Yüklə 233,84 Kb.
səhifə1/4
tarix07.06.2022
ölçüsü233,84 Kb.
#88976
  1   2   3   4
General Motors səhm analizi


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Layihə işi


İxtisasın şifri və adı: 060403 “Maliyyə”
İxtisaslaşma: Maliyyə menecmenti
Qrup: 648
Layihə işinin mövzusu: General Motors şirkətinin səhmlərinin analizi
Müəllim: Elmir Səfərli
Layihəni hazırladı: Əfqan Həsənov

Giriş
Səhmlərin təhlili investorlar və treyderlər üçün alqı-satqı qərarları vermək üçün bir üsuldur. Keçmiş və cari məlumatları öyrənmək və qiymətləndirməklə investorlar və treyderlər əsaslandırılmış qərarlar qəbul edərək bazarlarda üstünlük əldə etməyə çalışırlar. Səhmlərin təhlili investora şirkətin böyüdüyü, sabit və ya pisləşdiyi barədə qərar qəbul etmək üçün şirkətin cari maliyyə hesabatını əvvəlki illərdəki maliyyə hesabatları ilə müqayisə etməyi əhatə edir. Bu üsulu Fundamental analiz üsulu adlandıra bilərik, hansı ki, bu araşdırmada da bu üsuldan istifadə olunacaq.
Son zamanlarda dəyər sərmayəsi (value investment) olduqca daha vacib ölçü standartına çevrilmişdir. Dəyər sərmayəsi Benjamin Graham və Dodd tərəfindən işlənib hazırlanmış investisiya strategiyasıdır və əsas təhlil konsepsiyaları vasitəsilə az qiymətləndirilmiş səhmlərin axtarışına və investisiya edilməsinə diqqət yetirir. Ötən illər ərzində bu sahə üzrə araşdırma aparan investorlar səhmlərin təhlili vasitəsilə yüksək investisiya performansına nail olublar. Nəticə etibarilə, dəyər sərmayəsi bu əsrdə tədricən aktual mövzuya çevrilməyə başladı.
Qeyd etmək lazımdır ki, dəyər investisiyasının mübahisəli hissələri əsasən tərif və statistik anlaşılmazlıqla izah oluna bildiyindən, bir çox alimlər dəyər investisiyasının vacibliyini sübut ediblər. Bununla belə, dəyər sərmayəsinə dair tədqiqatların əksəriyyəti daha çox makro təhlilə diqqət yetirir, lakin konkret göstəricilər üzrə əsaslı tədqiqata hələ əldə olunmayıb.
Metodologiya
Analizin aparılmasında kəmiyyət və keyfiyyət metodologiyalarından istifadə olunub. Kəmiyyət metodologiyasına uyğun olaraq P/E (Price to Earnings ratio) nisbəti, P/E Growth (Price to Earnings Growth ratio) nisbəti, EV/EBITDA (Enterprise Value/Earnings Before İnterest Tax Depreciation and Amortization) nisbəti, ROE (Return On Equity) və ROA (Return On Assets), dividend gəliri (Diviend Yield), göstəricilərindən istifadə olunub. Keyfiyyət metodologiyasına müvafiq olaraq SWOT analiz üsulundan istifadə olunub.
P/E şirkətin cari səhminin bazar dəyərini hər səhm üzrə mənfəətə nisbətdə ölçən bir nisbətdir. Bundan əlavə, o, şirkətin indiki dövrdəki göstəricilərlə əvvəlki dövrlərdə olan göstəricilər və ya özü ilə digər şirkətlər arasında müqayisə aparmaq üçün istifadə edilə bilər. P/E nisbəti nə qədər aşağı olarsa, şirkətin performansı bir o qədər yaxşı olduğunu göstərər.

Yüklə 233,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə