 XIX əsrin ikinci yarısından 1920-ci ilə qədər



Yüklə 0,53 Mb.
tarix28.11.2023
ölçüsü0,53 Mb.
#134171
Neft tarixi


Azərbaycan neftinin istismarının min illiyi əhatə edən tarixi vardır. Hələ antik dövr mənbələrində Azərbaycan nefti barəsində məlumatlar var. Eyni zamanda orta əsr mənbələrində də dəyərli məlumatlar əldə etmək olar. Lakin Azərbaycanda neft sənayesinin inkişafı XIX əsrdən başlanır. Həmin dövrdən etibarən kapitalıst münasibətlərinin inkişafı neft sənayesinin inkişafına ciddi təsir göstərdi. Respublikada neft sənayesinin müasir inkişaf səviyyəsinə gəlməsi üçün tarixi mərhələlər diqqəti cəlb edir. Bunlar aşağıdakılardır :
 XIX əsrin ikinci yarısından 1920-ci ilə qədər;
 1920-ci ildən 1949-cu ilə qədər,
 1949-cu ildən 1969-cu ilə qədər,
 XX əsrin 70-80-ci illəri; müstəqillik illərində Azərbaycan neft sənayesi.

Ⅰ mərhələ 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyularan hasil edilməsi ilə başlanır və 1920 -ci ilə qədər davam edir.1847-1848 ci llərdə ilk Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sanaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sanayesinin inkişafı başlanır.


1859-cu ildə Bakıda ilk neftayırma zavodu tikilir.Mexaniki üsulla quyuların qazılmasının texnika-teexnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilir.(Binəqədi,Pirallahı və s) neft hasilatı artırçneft sanayesinin infrastrukturu və neftin emalı inkişaf etçəyə başlayır.
Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilirdi. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağının sənaye üsulu ilə işlənilməsinə başlanıb. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilib: "Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və "İcarədarların əlində olan neftli sahələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca çıxarılıb. (Rauf həsənov və neft sanayesi səhifəsi)
XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8%) azərbaycanlı idi. O dövrdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"nın (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və b.) mühüm xidmətləri oldu. 1876-cı ildə Nobel qardaşları tərəfindən Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradılır. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına aksiz verqisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara verildi. 
1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edildi. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına və neftin satışı ilə məşğul olmağa başladı. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft hasil edildi ki, bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif etdi. Uzunluğu 833 km olan kəmərin tikintisinə 1897-ci ildə başlanıldı, 1907-ci ildə başa çatdırıldı.Bu mərhələnin sonunda neft sənayesində ağır vəziyyət yarandı (müharibə, inqilabi hərəkat və s. nəticəsində) və neft hasilatı kəskin surətdə azaldı.
Ⅱ mərhələ
1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı 2,4 milyon tonadək azaldı. II mərhələdə axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilərək istismara verildi. Neft hasilatı 1941-ci ildə 23,6 milyon tona çatdırıldı ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edirdi. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 milyon tona düşdü.
III mərhələ
- 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi - Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlayaraq, 1969-cu ilə kimi davam edir. Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilərək istismara verildi (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olundu.
IV mərhələ -
 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yaradıldı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki avadanlıq yalnız dənizin dərinliyi 40 metrə qədər olan sahələrində işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 metrədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə "Azərbaycan" kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 metr dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırıldı. 
V mərhələ - SSRİ-nin dağılmasını, müstəqillik dövrünü və Azərbaycanın yeni tarixini əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir.
Heydər Əliyevin qətiyyəti, inandırıcı addımları sayəsində 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici dövlətlərin neft şirkətləri qrupu (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti- ABƏŞ) arasında “Əsrin müqaviləsi” adını almış və 1994-2024-cü illəri əhatə edən Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bununla da Azərbaycan dövlətinin yeni neft strategiyası rəsmiləşdirilirdi. 
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra müqavilə çərçivəsində hasil olunacaq neftin Qərb bazarlarına nəqli marşrutu aktuallaşdı. Bakı-Novorossiysk və Bakı-Tbilisi-Supsa neft kəmərlərindən əlavə Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəmərinin reallaşdırılması zəruri hesab edildi. "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir", - deyən ulu öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirdi və müvafiq sazişin imzalanmasına nail oldu.
2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə ölkəmiz üçün rəmzi səciyyə daşıyan mühüm hadisəyə çevrildi. 
14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıl. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur.
Maraqlı faktlar hissəyə Socarın neft tarixi hissəsini yaaz
Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə