Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

 

33

açıqlayır. Müəllif əmindir ki, modernizm tərəfindən qapıdan qovulan, lakin elə həmin an 



pəncərədən geri qayıdan keçmişsiz keçinmək olmaz. Amma axı, keçmişin bu günə düşməsinin 

səbəbi təkcə modernizmin nəzəri fəaliyyətinin nəticəsi deyil, eyni zamanda XX əsrin ağır 

böhranlarına məruz qalmış insanın özünün artıq dünyanı bütöv kimi dərk etmək qabiliyyətindən 

məhrum olması ilə bağlıdır: artıq bu bir faktdır ki, çağdaş insan üçün keçmiş bütün məqamları 

bir-birinə pərçimlənmiş, bir-birindən törəyən və bir-birini izah edən fasiləsiz və vahid bir proses 

kimi yox, aralarındakı bütün əlaqələr qırılmış, bir-birindən təcrid olunmuş qəlpələr kimi təzahür 

edir. Məhz buna görə də postmodernist dönəmdə keçmişin bütöv bərpası artıq mümkün deyil

sitat ona müraciətin əsas formasına çevrilmişdir. 

 

Moderndən sonrakı dövrdə həm diaxron-şaquli, həm də sinxron-üfüqi zaman müstəvilərində 



humanitar sferada bütün mövcud olmuş və mövcud olan hadisələri təhlil süzgəcindən keçirmək 

və təcəssüm etmək niyyəti postmodernizmin semantik dairəsinin sürətlə genişlənməsinə səbəb 

oldu; ümumiyyətlə, ekstensiv inkişaf postmodernizmin özəl xüsusiyyətlərindən biridir. Məhz bu 

cəhət konsepsiyanın tədqiqatçılarından biri olan Q.Künqə postmodernizmin tarixi-ədəbi və 

yaxud nəzəri-memarlıq kateqoriyası olmaqdan daha artıq ümumdünya-tarixi anlayışı olması 

nəticəsinə gəlməsinə əsas vermişdir. Problemi bir qədər başqa rakursdan işıqlandıran Z.Bauman 

postmodernizmi “sosial gerçəkliyin inkişafında yeni dövr olmaqdan daha çox şüurun 

irəliləyişində yeni dönəm” kimi dəyərləndirmişdir. Göründüyü kimi, tədqiqatçı heç də 

postmodernizmin sosial gerçəkliklə bağlı olması faktını inkar etmir, lakin onu bir növ 

“daxililəşdirərək” qnoseoloji aspektini ön plana çəkmişdir. 

 

*** 


 

Məlum həqiqətdir ki, bəşər nəsli bu günə qədər gerçəkliyin cəmisi iki - elmi və bədii dərk 

olunma formalarını kəşf etmişdir. Gerçəkliyin hadisələrinə müxtəlif yönümlərdən yanaşan bu 

izahetmə formaları bir qayda olaraq bu hadisələri fərqli şəkildə görmüş və işıqlandırmışlar; təbiət 

elmləri dəqiq-müşahidə, bədii dərk isə emosional münasibət prinsiplərindən çıxış etmişlər. Bu iki 

qütb arasında qalmış humanitar yönümlü elmlər bir tərəfdən dəqiqliyə meyl etmiş, digər tərəfdən 

emosional münasibət prinsipindən yaxa qurtara bilməmişlər. Bu isə gerçəkliyin eyni 

hadisələrinin müxtəlif, ziddiyyətli, bəzən bir-birini rədd edən təqdimat formalarının yaranmasına 

səbəb olmuşdur. 

 

Halbuki insanın nəzərləri qarşısında dayanan və insandan şərhini tələb edən dünya vahid və 



bölünməzdir. Dünyanın bütövlüyü ilə onun dərk olunması prosesi arasındakı zaman-zaman 

özünü büruzə verən bu haçalanma gerçəkliyin adekvat izahına imkan verməmişdir. Əslində belə 

bir izah heç mümkün də deyil; gerçəkliyin dərk olunması prosesində insan onun dəqiq-doğru 

izahına maksimum yaxınlaşa bilər, lakin heç vaxt tam şəkildə ona nail ola bilməz. Mən burada, 

əlbəttə ki, nisbi adekvat izahı nəzərdə tuturam. 

 

Dünyanın dərkolunma formaları arasındakı bu antinomiyanı aradan qaldırmaq üçün hər iki - həm 



elmi, həm də bədii fikir tərəfindən təşəbbüslər olmuş, onların dünyanı görmə və izahetmə 

bucaqları arasındakı fərqi tamam yox etmək mümkün olmasa da, hələ postmodernist konsepsiya 

təşəkkül tapmazdan əvvəl və onun kontekstindən kənarda onları maksimum yaxınlaşdırmaq, bu 

zəmində də gerçəkliyin adekvat təcəssümünə nail olmaq cəhdləri mövcud olmuşdur. XIX əsrin 

ortalarından başlayaraq bu meyl daha da güclənmişdir. 

 

Düzdür, xüsusilə ilk dövrlərdə dünyanı dərk etmənin bu iki mövcud forması arasında qarşılıqlı 



meyl yox idi və onların münasibətləri birtərəfli hərəkət üçün nəzərdə tutulmuş yolu xatırladırdı: 

təbiət elmləri tərəfindən bədii fikrin nailiyyətləri hesabına zənginləşmək meyli çox da hiss 

olunmurdu. Halbuki, əks istiqamətdə - dünyanın obrazlı dərkindən elmi dərkə doğru intensiv 

hərəkət niyyəti nəzərə çarpırdı. Bədii fikrin təbiət elmlərinin metod və prinsipləri hesabına öz 




 

34

dünyanı dərk imkanlarını genişləndirmək əzmini ifadə edən Q.FIober yazırdı:.”Mənə elə gəlir ki, 



böyük sənət elmi və şəxssiz olmalıdır”. 

 

Q.FIoberin bu müddəasını bədii fikrin qeydsiz-şərtsiz prinsipi, harada isə zəmanənin imperativi 



kimi qəbul edən naturalizmin banisi və nəzəriyyəçisi E.Zolya təbiət hadisələrini bütün 

dolğunluğu ilə araşdırmağa can atan elmlərdən, xüsusilə biologiya və fiziologiyadan nümunə 

götürməyə, insanı və cəmiyyəti həmin-elmlərin metod və prinsiplərini rəhbər tutaraq maksimum 

hərtərəfli şəkildə öyrənməyə və inikas etməyə çağırırdı. Naturalizmin “eksperimental roman” 

anlayışı təcrübəni, hərtərəfli təsviri dünyanı dərkin yeganə adekvat forması hesab edən elmi 

təsəvvürlərin təsiri altında formalaşmışdır. 

 

Zaman keçdikcə bədii-obrazlı fikrin elmi prinsiplərə yiyələnməsi prosesi genişlənmiş və 



şaxələnmişdir: bir qayda olaraq modernist cərəyanlardan hərəsi özünü elmin və texnologiyanın 

bilavasitə konkret bir sahəsi ilə bağlanmış elan edirdi. Belə ki, futurizm özünün timsalında bədii 

fikri müasir texnologiyanın əlavəsi hesab edir, sürrealizm poetik dünyaduyumu psixoanalizin 

təhtəlşüur konsepsiyası təməlində dərk etməyə çalışır, əsl və yeganə gerçəklik hesab etdiyi 

fövqəlgerçəkliyi məhz şüuraltının adekvat inikası əsasında mümkün olması ideyasını təsdiq edir, 

kubizm isə artıq öz adında həndəsə elmi ilə bağlılığını ön plana çəkirdi. 

 

XX əsrin aparıcı modernist cərəyanları arasında ekzistensializm bəlkə də yeganə bədii 



konsepsiya idi ki, dünyanın elmi dərk formalarını qətiyyətlə rədd edirdi. Lakin bu da bir 

həqiqətdir ki, “təmiz” ekzistensialist bədii ədəbiyyatın nümunələri, məsələn, J.-P.Sartrın 

romanları və pyesləri ekzistensialist fəlsəfənin bədii illüstrasiyasından başqa bir şey deyildilər, 

yəni əslində tətbiqi səciyyəyə malik idilər. 

 

Lakin ümumiyyətlə XIX əsrin ortalarından başlayaraq həqiqətən də dərin böhrana məruz qalmış 



insanı adekvat şəkildə təcəssüm etmək iqtidarında olmayan bədii fikrin özü uzun əsrlər boyu 

formalaşmış, cilalanmış, öz sahəsində həqiqətən kamil dünyanı dərk alətinə çevrilmiş 

prinsiplərindən imtinası və onları elmi-texnoloji prinsiplərin surroqatı ilə əvəz etmək cəhdi göz 

qabağındadır. Eyni zamanda, XX əsrin ortalarına kimi təbiət elmləri dünyanın bədii dərkini, 

habelə humanitar elmləri, onların özümlü xüsusiyyətləri ilə bağlı təhlil prosesini riyazi metodları 

prinsipial şəkildə tətbiq edə bilmədiklərinə görə qeyri-elmi hesab edir, onlara yuxarıdan aşağı 

baxırdı. 

 

Düzdür, bununla yanaşı A.Eynşteynin özünün bir mütəfəkkir və bir alim kimi formalaşmasında 



dövrünün məşhur fiziklərinin elmi konsepsiyalarından daha artıq F.Dostoyevski ədəbi 

yaradıcılığının təsir göstərməsi haqqında etirafı və yaxud N.Borun kosmik harmoniyalarını 

təcəssüm etməyin dəqiq elmlərə yox, incəsənətlərə nəsib olması ilə bağlı mülahizəsi mövcud idi. 

Lakin bu tipli gəlişigözəl deyimlər incəsənətin təbiət elmləri ilə bərabər hüquqlu, adekvat 

dünyanı - dərk üsulu olmasını təsdiq etməkdən daha çox, ona tərəf bir reverans idi, şikəst balanı 

oxşayaraq onun könlünü almaq idi. Hətta bədii ədəbiyyatsız keçinə bilməyən psixoanaliz də 

bədii nümunələrdən illüstrativ material kimi istifadə edirdi. Belə ki, Z.Freyd və K.Yunq bədii 

nümunələrə bol-bol müraciət edərək öz konsepsiyalarının bu və digər müddəasını sübuta 

yetirmək məqsədini güdürdülər. 

 

Alman filosofu V.Vindelband gerçəkliyi dərk etmənin metodları baxımından təbiət elmlərinin və 



humanitar elmlərin diametral şəkildə bir-birindən fərqli olmasını nəzərə alaraq göstərir ki

birincilər hadisələr arasında sabit və təkrar olunan əlaqələrin mövcudluğu faktından çıxış edərək 

ümumi qanunları üzə çıxarmaq iddiasındadır, ikincilərsə yalnız ayrı-ayrı faktları bir-birindən 

təcrid olunmuş şəkildə təsbit etmək məqsədini güdürlər. V.Vindelbandın dediklərini inkişaf 

etdirərək Q.Rikkert təbiət elmlərinin ümumiləşdirici metodlara, humanitar elmlərin isə 

fərdiləşdirici metodlara söykəndiyini iddia edirdi. Klassik təbiətşünaslıq özünün metodologiyası 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə