Keçmiş keçib gedib. Bu, məntiqi cəhətdən həqiqət olsa da, o qədər də sadə



Yüklə 95,03 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü95,03 Kb.
#43030


26

98 İyul

Keçmiş keçib gedib. Bu, məntiqi cəhətdən həqiqət olsa da,   o qədər də sadə 

həqiqət deyil. Keçib gedən bizim keçmişimizdir, biz o keçmişdən əmələ gəlmişik. 

Kimliyimizi,  mahiyyətimizi  o  keçmişsiz  təsəvvür  etmək  mümkün  deyil.  Biz  öz 

keçmişimizə bağlıyıq. Biz keçmişimizin davamıyıq.

Bəşəriyyətin  keçmişi  necə  olub?  Bu  barədə  əfsanələr,  miflər  və  tarix  söz 

deyir. Tarix daha dəqiq məlumat verməyə çalışır. Əslində, biz keçmişi tam deyil, 

tarixin bizə söylədiyi qədər bilirik. Başqa sözlə desək, tarixin məzmunu keçmiş 

haqqında bildiklərimiz və öyrənib yazdıqlarımızdan ibarətdir. Tarixin məzmunu 

və  tutumu  ayrı-ayrı  şəxslərin,  tarixçilərin  yazıb  toplaya  bildiyi  qədərdir.  Tarix 

subyektivdir, nisbidir, tarix yazanların iradəsindən, ideyasından, şəxsiyyətindən, 

gücündən müəyyən dərəcədə asılıdır. 

Keçmişin təbiəti və ruhu nədir?  Keçmiş necə dərk olunur? Bəlkə keçmiş kəşf 

olunur?  Keçmişin  dərkində  subyektivlik  varsa,  keçmişi  öyrənən  tarix  nədir, 

elmdir, yoxsa sənət? Tarixi subyektiv edən hansı amillərdir?Tarix gözəldir; bu 

gözəllik öz heyranlarını yoldan, başdan çıxarmırmı, tarix təhlükə törədə bilərmi? Tarix necə yazılır və ya necə 

yazılsa yaxşıdır?

Bu və buna bənzər suallar tarixin fəlsəfəsinə aiddir. Bu yazı keçmişdə baş verənlərin dərki ilə məşğul 

olan tarixin mahiyyəti haqqındadır. Elm və sənətin qovşağında yer tutan tarixin fəlsəfəsi, çox güman ki,  tək 

tarixçilərə və filosoflara deyil, bəşəri düşüncələrə dalan hər kəsə maraqlıdır.

     KEÇMİŞİN  FƏLSƏFƏSİ  VƏ  YA TARİX  NECƏ  YAZILIR? 

Hamlet İSAXANLI

TƏDQİQAT

TƏDQİQAT

Əvvəli jurnalın 284-cü (aprel 2010), 286-287-ci (iyun 2010 -

288 - 297 - ci (sentyabr 2010 - iyun 2011) nömrələrində

iyul 2010),

dıcılarından  biri  olan  Auguste  Comte  (1798-1857) 



Tarixin hərəkətverici qüvvələri. Tarix və 

bəşəriyyətin  əqli  inkişaf  prinsipini  tarixin  əsas  qa-



tərəqqi (2)

nunu sayırdı. O, sosial tərəqqini üç ardıcıl pilləyə ayı-



Təkamül  keyfiyyətcə  yeni  formaya  keçid  de-

rır (“Cours de philosophie positive”, 1830-1842): qey-

məkdir,  ümumiyyətlə  desək,  təkamül  ancaq  inkişaf 

ri-təbii,  mifik  izahlarla  müşaiyət  olunan  və  ardıcıl-

demək deyil, azalma və digər növ köklü dəyişmələr 

lıqla fetişizm, politeizm, monoteizm dövrlərindən ke-

də bura aid ola bilər. 19-cu əsr sosial təkamül ideyala-

çən teoloji pillə, təbii səbəb və qüvvələrin varlığını qə-

rı (tarixi materializm daxil olmaqla) - sosial tərəqqi 

bul edən mücərrəd metafizik pillə və qüvvələr müna-

var və tarixin inkişaf qanunları var - deyirdi. Digərlə-

sibətini  elmi  yolla  izah  et-

rinə  görə  tarixdə  qanunlar  olmasa  da,  təbii  sosial 

məyə çalışan pozitiv pillə. 

meyllər, davranışlar mövcuddur, sosial mühit var və 

A. Comte`nin üç pillə-

bu  mühitdə  dəyişmələr  baş  verir.  Birxətli  təkamül 

sinə  dördüncünü  –  texnolo-

anlayışı  tarixi  inkişafın  ancaq  bir  yolla  getdiyini 

giya fəlsəfəsini əlavə etməyi 

qəbul etməklə bağlıdır, bir sivilizasiya dayanır (yox 

israr  edənlər  olub.  M.  We-

olur,  ölür?!),  digəri,  mümkündür  ki,  əvvəlkindən 

ber`in  (1864-1920)  bölgüsü 

estafeti alıb irəli gedir, bəzən də sürətlə qaçır. Bir sıra 

başçının və ya liderin hakim, 

mütəfəkkirlər (o cümlədən Hegel) ibtidaidən yüksək 

üstün  xüsusiyyətinə  əsasla-

formaya,  sadədən  mürəkkəbə,  qarmaqarışıqlıqdan 

nır,  formaca  fərqli  görünsə 

nizama doğru birxətli sosial tərəqqini 1) ovçuluq və 

də,  məzmunca A.  Comtenin 

yığıcılıq,  2)  çobanlıq  və  köçərilik,  3)  aqrar  və  4) 

bölgüsü ilə səsləşir: xarizma-

ticarətin  üstün  olduğu  dörd 

tik (ailə və dində çox rast gə-

pilləyə  ayırırlar.  Çoxxətli 

linir), ənənəvi (patriarxal, feodal cəmiyyətə xas) və 

təkamül  isə  bir  neçə  fərqli 

rasional  (çağdaş  dövlət  və  hüquqa,  bürokratiyaya 

inkişaf  yollarının  paralel 

xas) başçıların hökm etdiyi dövrlər. Weber tarixin və 

varlığı  deməkdir;  bu  cür 

cəmiyyətin  rasionallaşma  istiqamətində  hərəkət 

təkamül  nəzəriyyələri  daha 

etdiyini,  rasionallaşmanın  iqtisadiyyat,  mədəniyyət, 

çox 20-ci əsrə xasdır. 

din  və  psixologiyada  dərin  dəyişmələrə  səbəb 

Pozitivizm cərəyanının 

olduğunu  vurğulayır.  O,  kapitalizmin  yaranması  və 

banisi, çağdaş elm fəlsəfəsi-

inkişafını,  həmçinin  Qərb  dünyasının  çox  irəli 

nin  ilk  böyük  nümayəndəsi 

çıxmasını  məhz  rasional-iqtisadi  düşüncənin  gücü 

və sosiologiya elminin yara-



Auguste Comte

 M. Weber


27

98

İyul

baxımından  izah  edir.  Weber 

enerjini informasiya ilə əvəz edir. O, dörd mərhələni 

tarixin  çox a l lah lı lıq dan 

informasiyanın miqdarı və istifadəsi ilə ölçür: 1. in-

təkallahlılığa  və  ondan  Al-

formasiya  genlərlə,  irsiyyətlə  ötürülür;  2. Aqrar  in-

lahsız elmə doğru irəlilədiyini 

kişaf zamanı informasiya fərdi təcrübə ilə; 3. İşarələr 

qeyd  edir.  O,  rasionallığın 

və məntiqin inkişafı ilə; 4. Simvollar, dil və yazı ilə 

insanı  maşına  döndərdiyini, 

ötürülür. 

onun  azadlığını  əlindən  al-

Sosiologiyanı  akade-

dığını da söyləyir. Bir çox mü-

mik səviyyəyə qaldıran Emi-

təfəkkirlər  tərəfindən  o  döv-



le  Durkheim  (1858-1917) 

rün  ən  böyük  almanı  adlan-

sosial təkamülü zəif inteqra-

dırılan Weber, ümumiyyətlə, antipozitivist idi.

siyalı, həyat tərzi çox rənga-

Amerikan bioloqu və sosioloqu Lester F. Ward 

rəng  olmayan,  ənənəvi,  nis-

(1841-1913)  elmin  inkişafını  ilə  dinin  təsirini 

bətən  sadə  və  kiçik  cəmiy-

qarşılaşdırır,  dinin  rolunun  azaldığı,  elmin  rolunun 

yətlərə  xas  olan  mexaniki 

artdığı ölkələrin daha xoşbəxt 



həmrəylikdən  güclü  inteqra-

olacağına inanırdı. 

siyaya  malik,  çağdaş,  sənayeləşmiş  cəmiyyətə  xas 

olan  üzvi  həmrəyliyə  keçidlə  izah  edirdi.  Əhalinin 



L.H.  Morgan  (1818-

artması,  sıxlıq  və  sosial  bağlılıqların,  qarşılıqlı 

1881) texnoloji tərəqqini sosi-

asılılıqların  artması,  xüsusilə  də  ixtisaslaşma  üzvi 

al  tərəqqinin  əsas  əlaməti  sa-

həmrəyliyə  doğru  hərəkəti  zəruri  edir.  Sosial 

yırdı. O, klassik “Ancient So-

həmrəylik  fikri  E.  Durkheimdən  təqribən  beş  əsr 

ciety”  (1877)  əsərində  da-xil 

əvvəl İbn Xəldunun “Müqəddimə”sində “Asabiyyə” 

etdiyi üç dövrü (savaş, barbar-

adı ilə nəzəri və tarixi baxımdan geniş təhlil olunmuş-

lıq və sivilizasiya) uyğun ola-

du (bu barədə yazımızın əvvəlki hissələrində danış-

r a q   o d ,   o x   v ə   d u l u s ç u l u q ;   h e y v a n l a r ı n  

mışıq). 


əhliləşdirilməsi, aqrar təsərrüfat və metal işi; əlifba və 

yazı  ilə  səciyyələndirir.

  Sosial  tərəqqi  tərəfdarları 

Sosial tərəqqi və onun tarixi problemi sosiolo-

bütün  cəmiyyətlərin  tərəqqi 

giya ilə tarixi birləşdirir, burada görüş baş verir. Cə-

pillələrini  eyni  ardıcıllıqla, 

miyyətlərin  tarix  boyu  dəyişməsi,  dövlətlərin  necə 

amma  müxtəlif  vaxtda  (və 

inkişaf etməsi, tarixdə baş verənlərin izahı ilə məşğul 

müxtəlif  sürətlə)  keçdiyini 

olan sahəni tarixi sosiologiya adlandırmaq olar. 

söyləyirdilər. L.F. Ward dünya 

H. Spencer və A. Comte cəmiyyəti bioloji orqa-

tarixini dörd parçaya bölürdü: 

nizmlərə  bənzədir,  cəmiyyətə  dəyişmə,  müxtəliflik, 

kosmogenezis  (dün yanın 

təbii seçmə və irsiyyət kimi xüsisiyyətlərin xas oldu-

yaranması  və  tə ka mü lü), 

ğunu iddia edir və bundan nəticələr çıxarırdılar. L.F. 

biogenezis  (həyatın  yaran-

Ward  isə  insan  təkamülünün  bitki  və  heyvanlardan 

ması),  antropogenezis  (insan 

çox fərqli getdiyini bildirirdi; bitki və heyvanlar təbi-

ağlının  güc  qazanması)  və 

ətə uyğunlaşır, insan isə təbiətə təsir edir, onu özünə 

sosiogenezis  (tərəqqinin  elmi  və  digər  yollarını 

(insana) fayda verəcək istiqamətdə dəyişməyə çalışır. 

aramaq,  şəxsi  fəallıq  və  xoşbəxtlik  dövrü).  Lakin 

İnsan təbiətlə yarışır, bu yarış bəşər tarixinin hərəkət-

sosial  tərəqqi  mükəmməl  deyil,  cəmiyyət  və  mə-

verici qüvvəsidir. Təkamülü sadədən mürəkkəbə doğ-

dəniyyətin  geriləməsi  və  cır-

ru deyil, az uyğunlaşandan çox uyğunlaşana doğru ge-

laşması  da  baş  verə  bilir  (bu 

dən yol kimi də şərh edirlər. 

fikrin  tərəfdarları  çox  olub, 

Dövri və ya dairəvi tə-

indi  də  çoxdur).  Amerikan 

rəqqi modelləri müəyyən əla-

antropoloqu  Leslie  White 

mətlərə görə, bioloji aləmdə 

(1900-1975)  tarixi  dövləş-

olduğu  kimi,  cəmiyyətlərin 

dirməni istifadə olunan enerji 

yaranması,  uşaqlığı,  yetkin-

növlərinə görə həll edir, tarixi 

liyi,  qocalması  və  ölməsini, 

birxətli  tərəqqi  baxımından 

sonra yeni cəmiyyətin yaran-

beş  dövrə  bölür:  İnsanın  öz 

masını və həmin həyat dairə-

əzələsi,  əhliləşmiş  heyvanın 

sinin  təkrarlanmasını  iddia 

işlədilməsi, bitki (aqrar), təbii 

edir.  Nikolay  Danilevski 



1

qaynaqlar  (kömür,  nüft,  qaz),  nüvə  enerjisi  dövrü . 

(1822-1855),  Oswald  Spengler,  Vilfredo  Pareto 

Amerikan  sosioloqu  Gerhard  Lenski  (1924)  insan 

(1848-1923),  Rus-Amerika  sosioloqu  Pitirim  A. 

inkişafındakı  ardıcıl  dövrləri  müəyyən  edərkən 

Sorokin  (1889-1968),  Nikolay  Kondratyev  (1892-

Lester F. Ward

L.H. Morgan

Leslie White

1

The Evolution of Culture: The Development of Civilization to the Fall of Rome, 1959



Gerhard Lenski 

Emile Durkheim

Nikolay Danilevski


28

98 İyul

1938)  və  bəzi  digər  tarixçi,  filosof,  iqtisadçı  və 

səbəblərini tək bir əsas amillə izah edənlərə monist-

sosioloqlar  bu  növ  modellər  qurmağa  çalışmış, 



lər deyilir. Yuxarıda bir az toxunduğumuz iqtisadi, el-

bütövlükdə  tarixin  və  ya  müəyyən  növ  tarixin 

mi-fikri, demoqrafik və digər növ hərəkətverici qüv-

(iqtisadi, demoqrafik, siyasi və   texnoloji inqilablar, 

vələrə coğrafi-iqlim şəraiti, irqlərin mübarizəsi (an-

savaşlar və s.) müəyyən mənada təkrarlanmasını, qal-

tropoloji), dini qüvvə (Weberdə protestanizmə xüsusi 

xıb-enməsini, dalğalanmasını iddia etmiş, bu mənada 

rol, missiya ayrılmışdı), təqlidçilik (bənzəmək istəyi) 

“mütləq tərəqqi yoxdur, lakin sosial tərəqqi var” fik-

kimiləri  əlavə  oluna  bilər.  Plyuralistlər  isə  tarixdə 

rini  vurğulamışlar.  N.  Danilevski  “Rusiya  və  Av-

baş verənləri hər hansı bir tək amillə izah etməyə ça-

ropa: Slavyan dünyasının Roma-German dünyası ilə 

lışmırlar. Uyğun olaraq “tarix birməchullu və ya çox-

mədəni  və  siyasi  münasibətlərinə  bir  baxış”  (1869) 

məchullu tənlikdir” deyənlər var. (P. Sorokin və baş-

əsərində hər xalqın və ya sivilizasiyanın dil və mədə-

qaları)

niyyətlə müəyyən olunduğunu və bu səbəblə başqası-



T h o m a s   M a l t h u s  

na verilmədiyini söyləmiş, sivilizasiyaları təsnif et-

(1766-1834) - şərtlər bərabər 

miş, slavyanların gənclik dövrünü yaşadığını, onların 

deyil,  insan  artımı  (həndəsi 

inkişaf  planının  paytaxtı  Konstantinopol  (İstanbul) 

silsilə) Yer kürəsinin verə bi-

olan imperiya qurmaqla bağlı olduğunu irəli sürmüş-

ləcəyi nemətlərdən, qida artı-

dü. N. Danilevski və ondan sonra gələn O. Spengler, 

mından  (ədədi  silsilə)  daha 

A. Toynbee kimi “təsnifatçı” roluna girən tarixçi, fi-

sürətlidir - deyirdi. Bu səbəb-

losof və sosioloqların fikrincə vahid tarix yoxdur, ay-

lə tərəqqi olmayacaq – fikri-

rı-ayrı  sivilizasiyalar,  mədəniyyətlər  var.  Spengler 

ni,  qısa  zamanda  çox  məş-

ilahiliyə, kosmikliyə, ritm və 

hurlaşmış  ziddiyyətli  nəzə-

takta (vəznə) can atmağı mə-

riyyəsini əsaslandırmağa ça-

dəniyyətlərin  hərəkətverici 

l ı ş ı r d ı .   İ n s a n   t ə b i ə t i n  

qüvvəsi sayırdı. A. Toynbee 

dəyişməz  olduğunu  da  qeyd  edirdi.  1968-ci  ildən 

“çiçəklənən”, “inkişaf etmə-

fəaliyyətə başlayan qlobal düşüncə qurumu - Roma 

yən” və “donub qalan” mux-



klubu  da  təbii  qaynaqların  (o  cümlədən  neftin) 

tar  sivilizasiyaların  içində 

məhdudluğu  üzündən  qlobal  iqtisadi  artımı 

müxtəlif əlamətlərə görə da-

məhdudlaşdırmaq  lazım  olduğunu  iddia  edir,  ətraf 

ha  xırda  sivilizasiyaların 

mühiti və gələcək dünya faciəsini bu yolla önləmək 

mövcud olduğunu irəli sürür, 

lazım gəldiyini irəli sürür. Lakin sonralar qaynaqların 

rus matryojkasına və ya ağac 

məhdudluğu  şəraitində  də  artımın  mümkünlüyü 

şaxələnməsinə bənzər bir-birinin içində yerləşmiş alt-

məsələsini əsaslandırmışdılar. 

sivilizasiyalardan və ya bala-sivilizasiyalardan bəhs 

Qul  alveri,  kolonia-

edir. A. Toynbee onların hamısına bir ömür yolu və so-

lizm,  1-ci  və  2-ci  dünya  sa-

nunda  ölüm  xas  olduğunu  əsaslandırmağa  çalışıb. 

vaşları  kimi  qlobal  əksiklik 

Tonnbee tarix prosesi belə izah edir: tarixi vəziyyətlə-

və faciələr sosial tərəqqi ide-

rin əmələ gətirdiyi zəncir zamana meydan oxuyur, bu 

yasını  iflasa  uğratdı.  O. 

çağırışa isə insan dühası, insan idrakı cavab verir (Al-



Spengler Avropanın  çökdü-

lahın izni və nəzarəti ilə). A. Toynbee Allahın və xris-

yünü və tərəqqinin sonu gəl-

tianlığın  bəşəriyyəti  xilas  edə  biləcəyini  söyləyirdi. 

diyini  elan  etdi  (“The  Dec-

O, sivilizasiyaların estafetlə bir-birini əvəz etməsi fik-

line  of  West”,  1920).  O, 

ri barədə düşünmür (hər halda, bizə belə gəlir). 

“dünya tarixi bir dünya məh-

Çin sülalələr dövrəsi (dairəsi) adlanan fikir ma-

kəməsidir; bu məhkəmə hə-

raqlı  hakimiyyət  ideyası  üzərində  qurulmuşdu. 

mişə daha güclü, özünə daha 

Hökmdar göylərdən tapşırıq, yəni ilahi mandat alaraq 

inamlı  olanın  xeyrinə  həll 

hakimiyyətə gəlir. Dövlət çiçəklənir, əhali artır, kor-

edir” fikrini vurğuladı. Yəni, 

rupsiya güclənir, çöküş başlayır, sabitlik pozulur, baş-

tarixin hərəkətverici qüvvəsi 

lanan və genişlənən üsyanlar və vətəndaş savaşları nə-

gücdür. Gücün insaf və ədaləti məğlub etdiyi fikri bir 

ticədə hökmdarın məğlubiyyətinə, onun ilahi tapşırı-

daha alovlandı. 

ğı, mandatı itirməsinə gətirib çıxarır. Növbəti hökm-

Digər tərəfdən, sosial tərəqqinin avromərkəzçi-

dar ilahi tapşırıq alana qədər çöküş davam edir.

lik  və  kolonializm  məhsulu  olduğunu  irəli  sürənlər 

Tərəqqi tarixi insan ağlının tərəqqi ilə azad ol-

meydana çıxdı (o cümlədən, F. Boas, M. Mead, R. Be-

ması, cahilliklə mübarizə tarixidir. Fransız maarifçi-

nedict kimi antropoloqlar). Rasionalizmi müasirliyin 

ləri faktik olaraq elm tarixini tarix fəlsəfəsinə döndər-

elanı kimi vermək fikri və elmi düşüncənin ideologi-

mişdilər. Condorce qeyd edirdi ki, elmin tərəqqisinin 

yaya çevrilməsi çox tənqidlərə məruz qaldı (hərçənd 

hərəkətverici qüvvəsi təsadüflər və dahi elm adamla-

ki,  irrasionallıq  da  dağıdıcılıq  törədə  bilir;  nə 

rıdır. 


etməli?).  J.J.  Rousseau`dan  M.  Weberə  qədər  çox 

Tərəqqini və ümumiyyətlə, ictimai hadisələrin 

mütəfəkkirlər tərəqqi ilə insan azadlığı və ləyaqətinin 

A. Toynbee

Thomas Malthus

O. Spengler



29

98

İyul

itdiyini  vurğulamışlar.  Sosial  elmlərin  hal-hazırkı 

azadlıq ideyası-antitezisdir, onların sintezi isə Hege-

ruhu cəmiyyətlərin müxtəlifliyinə ehtiyatlı və fərqli 

lin öz dövründəki alman konstitusiyalı monarxiyası-

yanaşmalar nümayiş etdirir, mədəni nisbiliyi (relyati-

dır. Lakin Hegelin öz dialektikasını bura tətbiq etsək, 

vizm)  və  çoxxətli  təkamülü,  mədəniyyətlərarası 

bu, tezis olaraq yeni dialektik hərəkatın əsasında da-

bağlantıların  rolunu  önə  çəkir.  Sosial  tərəqqi  və 

yana bilməzmi?

determinizm  əvəzinə  təsadüflərin  və  azad  iradənin 

Hegelin tarixi prosesə sadə xətti tərəqqi və ya 

yönəldici rolundan, bu və ya 

dövri  təkrarlanma  kimi  baxanlarla  razılaşmır;  tarix 

digər  ehtimaldan,  cürbəcür 

təkrar olunmur, spiral üzrə hərəkət edir (Vico`da da 

inkişaf  yollarının  mümkün-

buna bənzər fikirlər var). Digər tərəfdən, tarix insanın 

lüyündən də danışılır. 

iradəsinin  məhsuludur.Agıl,  dərrakə  öz  məqsədinə 

G. W. F.

 Hegel dünya 

çatmaq üçün ehtirasdan istifadə edir, ehtiraslar qaba-

tarixini azadlıq şüurunun tə-

rıq görünsə də, əsas o deyil. Tarix düşüncənin tarixi-

rəqqisindən, inkişafından iba-

dir və bu baxımdan məntiqin bir şəklidir. Bu səbəb-

rət hesab edirdi. Onun məş-

dən də tarixdə heç nə təsadüfi 

hur ifadəsini yada salaq: şərq 

deyil  –Hegel  belə  düşünür-

xalqları bilir ki, orada yalnız 

dü. 

bir adam azaddır, Yunan və Romada bəziləri azad idi, 



Hegelçi  Francis  Fu-

biz  isə  bilirik  ki,  bütün  insanlar  mütləq  azaddırlar. 



kuyama  (1952)  hesab  edir 

Həm Kant, həm də Hegel əmin idilər ki insanların bu 

ki,  tarıx  sona  çatıb.  Liberal 

məqsədə çatması ilə (mülki konstitusiya və ya azadlıq 

demokratiya əsasən əldə edi-

əldə etməklə)   tarix sona çatır, tərəqqinin yeni daha 

lib və ya edilməkdədir (cüzi 

yüksək pilləsi qalmır. Hegel, insan öz dərin təbiətinə 

istisnalarla, məsələn İslam öl-

görə azad olmalıdır, -deyir. O, azadlığın ancaq konsti-

kələrində,.,). İstək (daha çox 

tusiyalı  monarxiyada  tam  reallaşa  biləcəyini  irəli 

iqtisadi istək) və tanınma, qə-

sürür  (kiminsə  son  qərar  gücü  olmalıdır).  Bu  halda 

buledilmə, etirafedilmə, qürur hissi keçirmək mexa-

fərdi maraqlarla icmanın maraqları həmahəng olur.

nizmləri  işə  düşür.  Tanınma  mexanizmi  liberal 

K. Marks da əsl azadlığı tarixin əsas ideyası sa-

demokratiyada gerçəkləşə, işləyə bilər. Nietzsche`yə 

yırdı.  H.  Spencer,  sosial 

görə üstün insan, sonuncu insan öz arzularını həyata 

tərəqqinin əsas nəticəsi fərdi 

keçirməkdən  çəkinmir,  utanmır.  Ta nınma 

a z a d l ı ğ ı n   a r t m a s ı d ı r, -  

məsələsində  Nietzsche`ni  qəbul  etsə  də,  Fukuyama 

deyirdi.


“yeni  mənəviyyat”  axtarmır,  liberal  demokratiyanı 

Filosof və riyaziyyatçı 

yeganə  xilas  yolu  bilir.  O,  tarixi  liberal  demok-

(Karl  Weierstrass  və  Leo-

ratiyaya aparan “universal tarix” sayır.

pold  Kronecker  kimi  böyük 

Hegel tarixi qeyri-materialist ideya ilə, insanın 

riyaziyyatçıların  tələbəsi) 

tanınmaq uğrunda mübarizəsi kimi şərh edirdi. Ayıb 

Edmund  Husserl  (1859-

və qürur hissləri tarixin aparıcı qüvvələridir. Bu mü-

1938)  universal  bilik  siste-

barizə insan ləyaqətinə hörmət, insan haqlarına hör-

minin yaradılmasını son məq-

mət üzərində qurulan müasir demokratiyalara gətirib 

səd  və  tarixin  mənası  sayır. 

çıxardı.  Beləliklə,  tanınma, 

B. Croce xeyiri əldə etməni məqsəd, şəri isə bu yolda 

qəbul  edilmə  siyasətin  mər-

stimul  hesab  edir.  R.  Arona  görə  tarixin  məqsədi 

kəzi məsələsi sayıla bilər. 

insanın öz fikirlərini həyata keçirmək istəyidir. 

Marks  (1818-1880) 

“Fərdin, şəxsin bir iş görmək, bir arzuya çatmaq 

(Karl Marx) Hegelin dialek-

məqsədi var, bəşər tarixinin isə heç bir məqsədi yox-

tikasını qəbul etdi, lakin mad-

di  həyat  tezisini  irəli  sürdü. 

dur” deyənlər də var. Onlar təfəkkürün kazuallığını 

Şüur  həyatı  müəyyən  etmir, 

(təsadüflər üzərində qurulduğunu) iddia edərək uni-

həyat  (maddi  şərtlər)  şüuru 

versal və vahid istək və arzuların mövcud olmadığını 

müəyyən  edir.  Sosial  möv-

irəli sürürlər.

cudluqdur  şüuru  müəyyən 

Dialektikaya əsasən ideya (tezis) meydana gə-

edən.  Hegelə  görə  tarixin 

lir, onun məhdudluğu, sədləri var, bu səbəbdən dia-

məqsədi bəşəriyyətin azadlıq əldə etməsidir. Buna ma-

metrik  əks  ideyaya  (antitezisə)  baxmaq  zəruri  olur. 

ne  olan  nədir?  Ludwig  Feuerbach`a  görə  ortodoks 

Əksliklərin  bu  mübarizəsi  və  vəhdəti  yeni  ideyaya 

dindir.  Allahı  insanlar  öz  ideallarının  proyeksiyası 

(sintezə)  gətirib  çıxarır.  Hegelə  görə  konstitusiyalı 

kimi  kəşf  etdilər,  bu  isə  onları  öz  təbiətlərindən 

monarxiya məhz dialektikanın təbii nəticəsidir. Daha 

uzaqlaşdırdı, yadırğalaşdırdı. Marksa görə azadlığın 

doğrusu, bu halda yunan ənənəvi mənəviyyatı-tezis, 

qazanılmasında  əsas  maneə  iqtisadi  və  maddi 

Sokratın idraka, rasional düşüncəyə əsaslanan fərdi 

G. W. F.

 Hegel

Edmund Husserl

Francis Fukuyama

Marks



30

98 İyul

şərtlərdir, yoxsulluqdur. Məsələnin praktik həlli üçün 

likçilərlə mühafizəkarlar arasında ziddiyyətlər əmələ 

2

mübarizədə  heç  nə  itirməyən,  ancaq  qazana  bilən 

gələcək” .

sinif lazımdır, bu, işçi sinif –proletariatdır. O, öz zən-

Digər  tərəfdən  indiki  dövrdə  proletariatla 

cirindən başqa heç nə itirə bilməz. O, dünyaya qələbə 

burjuaziya arasında mübarizədən ibarət hesab edilən 

çala bilər, onu dəyişdirə bilər. Digərləri mülkiyyətini 

sinfi  mübarizə  proletariatın  diktaturası  ilə  deyil, 

və ya sosial statusunu itirməkdən qorxurlar. 

proletariat  adından  danışanların,  yəni  yenə  də 

Məhsuldar  qüvvələr  maşınlar,  xammallar  və 

imtiyazlı azlığın, keçmişdə olduğu kimi elitin və on-

3

insanların  bacarıqlarından  ibarətdir.  Bu  qüvvələr 

lardan sonra gələnlərin ağalığı ilə bitəcək . ”Cəmiy-

istehsal  münasibətlərini,  yəni  insanlar  arasında  və 

yətlərin tarixi əsasən aristiokratiyanın (yəni imtiyazlı 

4

insanlarla əşyalar arasında münasibətləri əmələ gəti-

azlıqların) varisliyi tarixidir . “ Öz vəziyyətini qoru-

rir. Bu münasibətlər təməldir (bazisdir, altqurumdur, 

maq uğrunda vuruşmağa hazır olmayan hər hansı bir 

altyapıdır),  cəmiyyətin  iqtisadi  quruluşudur.  Bu  isə 

elit tam tənəzzüldədir. Ona öz yerini onda çatışmayan 

öz növbəsində onun üzərində qurulanı, yəni üstquru-

cəsarətə malik digər elitaya verməkdən başqa bir şey 

5

mu ( üstyapını) – cəmiyyətin siyasi və hüquqi qurum-

qalmır” .

larını, eləcə də insanların (cəmiyyət üzvlərinin) özlə-



W. W. Rostow (1916-

rini dərk etməsi yollarını və onların münasibətlərini 

2003)  Marksizmə  alternativ 

doğurur. Əslində Marksı “cəmiyyəti istehsal münasi-

və  siniflər  mübarizəsini  qə-

bətləri və üstqurum hər ikisi formalaşdırır” deyə şərh 

bul  etməyən,  görkəmli  in-

edənlər də var.

sanlardan  ibarət  zümrələrin 

V i l f r e d o   P a r e t o  

öncüllük  etdiyi  və  beş  iqti-

(1848-1925) “sinfi mübarizə 

sadi artım pilləsindən ibarət 

bütün  tarixin  köklü  kəmiy-

xətti tarixi tərəqqi nəzəriyyə-

yətidir” fikrində Marksla ra-

si qurmağa çalışıb. Onun beş 

zılaşır. Lakin sinfi mübarizə-

pilləsi,  əslində,  məlum  tex-

nin ancaq iqtisadiyyatla, yə-

noloji inkişaf pillələri ilə mü-



6

ni  istehsal  vasitələri  üzərin-

əyyən olunur . 

də mülkiyyətdən doğan mü-

Nietzsche kimi filosoflar tarixi müxtəlif qüvvə-

naqişə ilə müəyyən olundu-

lər arasında arasıkəsilməyən mübarizə hesab edirlər

ğu fikrini yanlış sayır. Elit və 

bu qüvvələr öz iradələrini həqiqət kimi qəbul etdir-

kütlə  arasındakı  əksliyin  il-

məyə çalışırlar (üstün olmaq ehtirası!). Bu belədirmi? 

kin  səbəbini  hökumətə  və  hərbi  gücə  malik  olub-

Bəlkə mübarizə deyil, sadəcə hərəkət və əks hərəkət 

olmamaqda  da  görmək  mümkündür.  Paretonun 

var?!  Bəlkə  cəmiyyət  inkişaf  etdikcə  (mürəkkəb-

sosializm  haqqında  fikirləri,  maraqlı  öngörməsinə 

ləşdikcə, bürokratikləşdikcə) hərəkətlər küllisi insti-

diqqət edək. “Orta əsrlərdə belə düşünmək olardı ki, 

tutlaşmağa doğru gedir, ideyalar deyil, müəyyən qüv-

guya dini münaqişələrin yoxa çıxması ilə cəmiyyətdə 

vələr qruplaşır, lobbiçilik işə düşür və güclü olan qa-

sülh  olcaq.  Dini  münaqişələr  ancaq  sinfi  mübarizə 

zanır?!

forması idilər; onlar, ən azı bir hissəsi, yoxa çıxdı və 



Tarixin  hərəkətverici  qüvvəsi  (qüvvələri)  var-

onları sosial münaqişələr əvəz etdi. Təsəvvür edin ki, 

mı? Varsa nədir? Tərəqqi konsepsiyası necə olmalı-

kollektivizm  bərqərar  oldu,  artıq  “capital”  yoxdur. 

dır?  Oxuyub-yazan  intellektual  azlıq  çərçivəsində 

Aydındır ki, bu halda əməklə bağlı münaqişə yoxdur, 

çox fikirlər, modellər irəli sürülüb. Onlar hər biri mü-

amma  bu,  yalnız  sinfi  mübarizənin  bir  formasının 

əyyən məsələlərə işıq salsa da, cürbəcür sxem və ide-

yoxa çıxması deməkdir, onu başqaları əvəz edəcək. 

yalarla  tarixi  gediş  və  gerçəklik  arasındakı  təzadlar 

Sosialist  dövlətində  zəhmətkeşlərin  müxtəlif  təbə-

göz qabağındadır.

qələri  arasında,  “intellektuallar”  və  “qeyri-

intellektuallar” arasında, müxtəlif növ siyasətçilər ara-

(davam edəcək)

sında,  onlarla  onlara  tabe  olanlar  arasında,  yeni-



Vilfredo Pareto 

2

Raymon Aron. Etapı razvitiya sosioloqiçeskoy mısli. Moskva, Proqress, 1993; səh. 456-7.

Və ya Raymond Aron. Les etapes de la pensee sociologique. Editions Gallimard, Paris, 1967

3

Raymon Aron. səh. 457



4

Raymon Aron. səh. 458

5

Raymon Aron. səh. 459



6

W. W. Rostow. The Stages of Economic Growth: A Non-Communist Manifesto.



Cambridge University Press, 1960

W. W. Rostow


Yüklə 95,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə