Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

 

37

Postmodernistlərin fikrincə, tarix təbiətləri etibarilə yayğın, blr-birilə əlaqəsi olmayan dağınıq 



hadisələri bir araya gətirməyə və onları süni şəkildə bir-birinə calamağa cəhd göstərən mifdən 

başqa bir şey deyildir. Bədii fikir sahəslndə isə roman analoji funksiyanı yerinə yetirir və bir növ 

tarixin gerçəkliyin bütün hadisələri arasında məntiqi bağlılıq olması haqqında illüziyasını bədii 

obrazlar vasitəsilə əsaslandırmağa çalışır. Məhz buna görə də “tarix əsri eyni zamanda roman 

əsri” (J.Bodriyar) hesab oluna bilər. Bundan belə bir nəticə çıxarmaq olar ki, tarixin və romanın 

məhz XIX əsrdə - bəşər nəslinin ən çox illüziyaya qapıldığı yüzillikdə - iInkişaf etməsi təsadüfi 

deyildir. 

 

Bu baxımdan tarixsonrası anlayışı sosial dinamikanın xətti şərhindən, tarixi prosesin hər hansı 



bir məntiqə və məqsədə malik olması ideyasından qəti imtinadır. 

Müasir amerikan filosofu F.Fukuyama bir qədər də qabağa gedərək belə hesab edir ki, əgər tarix 

dövründə brounvari, xaotik, bir-birini tarazlaşdırmayan, heç bir məntiqə sığmayaraq gah 

gözlənilmədən bir-birini inkar, gah da təsdiq edən hadisələrin cərəyan etməsi müşahidə 

olunurdusa, tarixsonrası dönəm ümumiyyətlə tam durğunluğun hökm sürməsi ilə xarakterizə 

olunur. Alimin fikrincə, indən belə bəşər nəslinin taleyinə əhəmiyyətli şəkildə təsir göstərə 

biləcək hər hansı bir hadisənin meydana gəlməsi ehtimalı istisna olunur. 

 

Postmodernizm zaman nöqteyi-nəzərindən ümumbəşər mədəniyyət tarixini üç mərhələyə bölür: 



birincisi, mifologiyanın hökm sürdüyü mənəvi dövr; ikincisi, elmi təsəvvürlərin formalaşdırdığı 

dövr və nəhayət, üçüncüsü, postmodernist dövr. 

Birinci dövrdə insanın zaman haqqında təsəvvürləri çevrə boyu hərəkəti xatırladır; eyni hadisələr 

dönəm-dönəm, il-il, fəsil-fəsil təkrar olunur. Mifoloji dövrdə zaman çevrəsinin hüdudlarını 

aşmaq, bir-birini təkrar-təkrar izləyən hadisələrin təsbit olunmuş nizamını qırmaq qeyri-

mümkündür. 

 

İkinci dövrdə bəşər nəslinin zaman haqqında təsəvvürləri xətt boyu hərəkəti yada salır; hər bir 



hadisə cəmisi bircə dəfə baş verir və heç vaxt təkrar olunmur. Bir-birini ardıcıl şəkildə izləyən 

hadisələr muncuq sayağı düz xətt kimi uzanıb gedən sapın üzərində düzülür. 

 

Üçüncü - postmodernist dövrdə, klassik ənənəvi dönəmdə oldugu klmi, bəşər nəslinin keçmişin 



tabeçiliyində olması iddia olunur, lakin indi zaman qırılmış sap kimi təsəvvür olunur; keçmişdə 

baş vermiş muncuq-hadisələr hara gəldi səpələnir, “əvvəl-sonra”, məntiqi ardıcıllıq prinsipinə 

tabe olmaqdan imtina edirlər. Onlar bir-birinə qarışır, xətti düzümü bərpa etmək - zamanın 

qırılmış sapını düyünləmək qeyri-mümkün olur. 

 

Bu, əlbəttə ki, keçmişdən total imtinaya söykənən modernist zaman təsəvvürlərinə uyğun deyil. 



Eyni zamanda, postmodernizmin ənənəvi zaman konsepsiyasından imtinası mifoloji çevrə 

təsəvvürlərinin də bərpası deyil. Faktiki olaraq postmodernizmdə keçmişə münasibət ayrı-ayrı, 

bir-birindən təcrid olunmuş, bir-birilə əlaqəsi olmayan hadisələri şərh etmək, onları sitata 

çevirmək şəklində özünü büruzə verir ki, bu da onun zaman konsepsiyasının elmi-ənənəvi və 

modernist konsepsiyaları arasında orta mövqe tutmasından xəbər verir. 

 

Ardıcıl şəkildə bir-birini izləyən, məntiqi ardıcıllıqla bir-birinə bağlı olan hadisələrdən ibarət 



keçmişi itirmiş postmodernist zaman konsepsiyası şaquli məhvərdən məhrum olur, indiki zaman 

hüdudları ilə kifayətlənməyə məcbur olur. Çağdaş dövrdə insan “diaxron yox, sinxron zamanda 

yaşayır” (Ceymison). 

 

Postmodernistlər belə hesab edirlər ki, tarixilik ideyası təkcə zamanın xəttilik prinsipinin təsdiqi 



deyil; bu konsepsiya labüd şəkildə teleoloji (tarixi gedişin mütləq bir sonu olması) prinsiplərinin 

təsbit olunmasına gətirib çıxarar. Bu isə zamanın vahid tarixi məntiqə malik olması ideyasının 

təsdiqi ilə nəticələnir. 



 

38

 



Halbuki, postmodernist konsepsiyaya görə gerçəklikdə həm diaxron, həm də sinxron kəsimlərdə 

vahid məntiq axtarmaq, guya zamanın dünyanın həm keçmişini, həm də gələcəyini bütövlükdə 

ehtiva edərək əvvəlcədən müəyyən edilmiş istiqamətə aparmasını iddia etmək kökündən səhvdir. 

Fransız postmodernist fikrinin ən görkəmli nümayəndələrindən biri olan M.Fuko yazırdı: 

“Dünya bir-birindən doğmayan, bir-birini izah etməyən, bir-birini tamamlamayan hadisələrin 

çulğalaşmasıdır. Onun əvvəlini-axırını, mahiyyətini axtarmaq əbəsdir. Bizə elə gəlir ki, bizim 

bugünkü durumumuz dəruni niyyətlərə, əbədi zəruriyyətlərə söykənir. Tarixçilərdən də tələb 

edirik ki, bizi buna inandırsınlar. Bu qətiyyən mümkün deyil; biz, əslində, ilkin koordinatlardan 

məhrum saysız-hesabsız hadisələrin içərisində yaşayırıq”. 

 

Heç bir məntiqə tabe olmayan saysız-hesabsız hadisələrin içərisində yaşamağa, daim onlarla 



üzləşməyə məhkum olan insan nahaq yerə onların mahiyyətini dərk etməyə çalışır. 

 

Sadəcə olaraq belə bir mahiyyət mövcud deyil. Belə olan halda bəşər nəslinin artıq keçdiyi və 



bundan sonra keçəcəyi yolun əsas istiqamətini, məqsədini, hədəfini müəyyən etmək qeyri-

mümkündür. 

 

Vaxtı ilə Hegelin “dünya idrakının hiyləgərliyi” kimi dəyərləndirdiyi “tarixin istehzası” 



fenomeni, postmodernistlərin fikrincə, zaman-zaman bəşər övladının tarixi proseslərə 

əvvəlcədən düşünülmüş və məntiqi baxımdan götür-qoy edilmiş şəkildə müdaxilə etmək 

cəhdləri, prosesləri istədiyi istiqamətə yönəltmək niyyətləri daim boşa çıxır. 

 

Tarixi hadisələrin guya hansı isə düşünülmüş bir məqsədə xidmət etməsi illüziyasından heç cür 



yaxa qurtara bllməyən insan belə hesab edir ki, onları istədiyi şəkildə idarə edə bilər. Platondan 

bəri saysız-hesabsız utopiyalar, XX əsrdə yaranmış bütöv bir futurologiya elmi məhz bu zəmində 

təşəkkül tapmışdır. Halbuki tarix bizi daim barmağına dolayır, hadisələr təşəkkül tapan kimi 

dərhal nəzarətimizdən çıxır, əvvəlcədən onlara sırıdığımız məntiqə tabe olmayaraq 

gözlənilmədən, bəzən bir-birini təsdiq, bəzən də inkar və rədd edir, ağlımıza belə gəlməyən 

kombinasiyalar əsasında bir-blrilə birləşirlər. Tarixi hadisələrin gedişi heç vaxt insanların onlara 

bəslədiyi ümidləri dogrultmur, heç vaxt sonda əldə olunan nəticələr bizim ilkin niyyətlərimizlə 

üst-üstə düşmür. Beləliklə, bəşər nəslinin üzləşdiyi bu və ya digər problemin həllinin 

mümkünlüyü ilə bağlı əvvəlcə illüziya yaradan tarix, sonra bizim planlarımızı alt-üst edir və 

gözlənilməz gedişlə məqsədlərimizin gerçəkləşməsinin qarşısını alır. 

Tarixsonrası labüd şəkildə çağdaş dövrdə hər hansı yeni bir ideyanın, yaxud konsepsiyanın 

yaranmasını qeyri-mümkün edir: bütün hadisələr artıq baş vermiş, bütün sözlər deyilmiş, bütün 

insan düşüncələri və hissləri ifadə olunmuşlar. Biz təkrar-təkrar vaxtı ilə artıq baş vermiş 

hadisələri yaşamağa, keçirilmiş hissləri keçirməyə, deyilmiş sözləri deməyə məhkumuq. Bu isə 

postmodernist dönəmdə yaşayan insanı keçmişdən tam asılı vəziyyətə salır. 

 

Çağdaş postmodernist fikrin öncüllərindən olan Umberto Eko belə hesab edir ki, postmodernizm 



modernizmdən fərqli olaraq keçmişdən imtina etmir və onu qəbul edir; əgər bu gün baş verən və 

yaxud sabah baş verə biləcək hər hansı bir hadisəni dəyişdirmək və hətta ləğv etmək olarsa

keçmişi məhv etmək qəti qeyri-mümkündür… Belə olan halda, keçmişi nəzərə almamaq, onun 

təsir dairəsindən yan keçmək olmur. Keçmiş daim bizim həyatımıza müdaxilə edir, hisslərimizi 

və düşüncələrimizi istədiyi kimi dəyişdirir. Onun təcavüzündən yaxa qurtarmaq, onu 

neytrallaşdırmaqdan ötrü həzm-rabedən keçirmək, onu özününküləşdirmək lazımdır. Bu isə 

yalnız keçmişi eyni zamanda həm inkar, həm təsdiq etmək, ona həm ciddi, həm də qeyri-ciddi 

münasibət bəsləmək əsasında mümkündür. Deməli, keçmişə münasibət yalnız istehza əsasında 

köklənə bilər. İstehzanın postmodernist fəlsəfi-estetik və bədii fikirdə struktur və münasibət 

formalaşdıran funksiyası bununla izah olunur. 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə