Cəlil Cavanşir



Yüklə 2,12 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix26.09.2017
ölçüsü2,12 Kb.
#1948
  1   2   3   4   5   6   7   8   9   ...   16


cəlil cavanşir 
 
 
 
 
 
 
 
 
p.s: darıxıram 
 
 
(şeirlər və esselər) 
 
 
 
                        
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1
 
 


 
 
 
 
Naşir: Müşfiq XAN 
Redaktor: Elməddin Süleymanov 
Dizayn və qrafika: Teymur Fərzi 
Mətn tərtibatı: Bəxtiyar Ələkbərov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“XAN” nəşriyyatının rəsmi razılığı olmadan 
kitabın, yaxud onun hər hansı  bir hissəsinin 
təkrar çapı qadağandır
 
ISBN: XXX 
 
© “XAN” nəşriyyatı / 2014 
 
 
2
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
şeirlər 
3
 
 


 
4
 
 


 
sən elə bilirsən… 
 
sən elə bilirsən, 
məni tərk etsən 
göy üzü çökəcək, ulduz axacaq 
gecə düşməyəcək, 
gün doğmayacaq? 
 
gör kimlər tərk edib, unudub, atıb 
eh, hardan biləsən səndən öncə də 
bunu yaşamışam 
bir az darıxıb 
sonra alışmışam bu get-gəllərə. 
bilirsən, 
əvvəl də gedən çox olub 
gör kimlər ağladıb, 
kimlər ovudub. 
sonra peşman olub geri dönənlər 
arxamca qan-qarğış edən də olub 
ürək üzü bərkdir, çoxdan unudub... 
çoxdan unudulub 
çıxıb gedənlər... 
 
sən də hamı kimi çıxıb gedirsən 
nə fərqi  
kimsə var,  
ya kimsə yoxdu. 
bizdə qadın çoxdu kişi sayından 
bir də nə fərqi var sevənim çoxdu? 
Vallah, vicdan haqqı 
inan sözümə 
hələ ki, yerinə namizəd yoxdu... 
5
 
 


gedirsən,  
bu qədər kandarda durma 
qapını tez bağla 
hava soyuqdu... 
 
məndən gedənlərdən xəbər al, 
soruş. 
yaman laqeyidəm 
etibarsızam. 
“yaman unutqanam, 
ürəyi daşam.” 
sənə deyəcəklər necə adamam. 
sənə deyəcəklər necə “oğraşam”. 
mən yorğun adamam, bağışla, çıx get 
çıx get, 
nə qədər ki, ağlamamışam. 
 
sən elə bilirsən bütün şairlər 
içir, 
tənha qalır,  
sonra ağlayır? 
sən elə bilirsən tərk edilənlər 
dəbdən yox, 
dərdindən saqqal saxlayır? 
sən elə bilirsən,  
həzin mahnılar 
sənin boşluğunu doldurmayacaq? 
elə bilirsən ki, daha bu evdə 
heç kəsə şeirlər oxunmayacaq? 
vallah, 
vicdan haqqı,  
narahat olma. 
 
6
 
 


 
vallah düz sözümdü, çıx get, yubanma 
məni xoşbəxt etmir birlikdə olmaq 
mənim ki, yalqızlıq, 
təklikdi ancaq. 
bir də qadan alım 
açarı qoy get, 
qapını bağlama, 
gələn olacaq... 
 
 
7
 
 


 
qayıt gəl 
 
ceni üçün... 
 
 
bilirsən də,  
mən darıxan adamam 
bilirsən də, 
çox içirəm gecələr 
bir də hava tutuldumu... 
zülümdü! 
sonra hamı yaddan çıxır 
yada düşür bir nəfər... 
allah haqqı darıxıram 
qurban olum qayıt gəl... 
 
bir az saat əqrəbləri,  
bir az gecə vicdansız 
qıvrılıram,  
sıxılıram 
ürəyim səksəkədə 
niyə belə daşürəksən,  
niyə belə amansız? 
qayıtsaydın,  
sabahacan sevişərdik  
bəlkədə... 
allah haqqı darıxıram 
qurban olum qayıt gəl... 
 
indi elə tənhayam ki 
indi elə təkəm ki, 
biri çağırsa adımı, 
8
 
 


diksinərəm səsindən 
lənət olsun bu gecəyə 
mən elə sərxoşam ki 
gəlsən bir də viski al gəl, 
beləəə... 
lap yekəsindən 
allah haqqı darıxıram 
qurban olum qayıt gəl... 
 
gecə hələ yarı deyil 
siqaretim qurtarıb... 
kimə deyim “siqaret ver” 
axı mənim kimim var? 
bilirəm ki, gələcəksən 
siqareti unutma 
bircə qutu bəs eliyər 
təki çıxım sabaha 
sabah özüm də alaram... 
vicdan haqqı pulum var 
allah haqqı gicləyirəm 
qurban olum qayıt gəl... 
 
 
 
 
 
 
 
 
 
9
 
 


 
şəbnəm karslıya... 
 
yenə də tənhayam, Şəbnəm 
çirkli yataqda sevişdiyim, 
bütün qadınları unutmuşam 
elə kövrəyəm ki, Şəbnəm 
hətta qonşu balkondakı tənha qarını da 
öz nağıllarımla ağlatmışam... 
gecənin yaxasından tutmuşam, Şəbnəm... 
 
ölüm sükutu çöküb gecəyə 
yenə də göz yaşıyla dinlədiyim mahnılar, 
hüzünlə başıma çəkdiyim şərab şüşəsi 
səliqəsiz çarpayımın üstünə 
atılıb qalmış paltarlarımın arasından 
boylanır tənhalıq 
yenə də içki badəsi ilə toqquşub çiliklənmiş 
arzular, 
və bir də gecənin ağır kədəri var canımda... 
düzünü deyimmi sənə? 
daha 
insan övladı istəmirəm yanımda... 
elə tənhayam ki, Şəbnəm... 
 
atamı xatırlayıram, atamı 
saçlarıma tumar çəkməmiş, 
üzümə gülməmiş  
sərt baxışlı atamı... 
məni bivec bilən, 
“şeir yazmaq da işdi?” deyən atamı... 
 
oğlumu xatırlayıram Şəbnəm, oğlumu 
10
 
 


Yüklə 2,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə