Nazir əvəzi: S. C. Həsənova



Yüklə 0,99 Mb.
səhifə1/30
tarix19.10.2023
ölçüsü0,99 Mb.
#128025
  1   2   3   4   5   6   7   8   9   ...   30
5-6 Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası


AZƏRBAYCAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİNDƏ
QEYDƏ ALINMIŞDIR
Qeyd № 18
30. 10. 1996-cı il
Nazir əvəzi: ________S. C. Həsənova



AZƏRBAYCAN RESPUBLİKASININ
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL
MÜDAFİƏSİ Nazirliyinin
17 iyul 1996-cı il 5-6
nömrəli kollegiya qərarı
ilə təsdiq edilmişdir


Nazir əvəzi: ___________İ. Rəhimov



TİCARƏT VƏ İAŞƏ SAHƏSİNƏ AİD OLAN FƏHLƏ
PEŞƏLƏRİNİN VƏ İŞLƏRİN VAHİD
TARİF-İXTİSAS SORĞU KİTABÇASI


AZƏRBAYCAN RESPUBLİKASI TİCARƏT NAZİRLİYİ

BAKI — 1996


Azərbaycan Respublikasının Ticarət Nazirliyi


Fəhlə peşələrinin və işlərin


VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI


hissə: 55 - 2


Bölmə: Ticarət və iaşə


Bakı - 1996-cı il


Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial
Müdafiə Nazirliyinin Kollegiyasının
17 iyul 1996-cı il 5-6 nömrəli qərarına
ƏLAVƏ


Ticarət və iaşə sahəsinə aid olan fəhlə
peşələrinin və işlərin


VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI


GİRİŞ



  1. Ticarət və iaşə sahəsinə aid olan qulluqçu vəzifələrinin VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı "Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika Təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında" qırarına əsasən işlənilmişdir.

  2. VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi, fəhlə peşələri üzrə əməyin ödənilmə dərəcələrinin müəyyən edilməsi, bütün kateqoriyadan olan işçilərin əmək kitabçalarının doldurulması üçün ilkin hüquqi normativ sənəd sayılır.

  3. VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI ticarət və iaşə sahəsinə aid edilən peşə adlarının siyahısı, dərəcələr diapazonu və yerləşdiyi səhifə, peşələrin indiyədək qüvvədə olan adları (rusca) və dərəcələr diapazonu ilə yeni adları və dərəcələr diapazonunun müqayisəli siyahısı verilmişdir.

Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin adlarının siyahısı və dərəcələr diapazonu.





Peşələrin adı

Dərəcələr diapazonu

Səh.

1

Aşpaz

2-6

4

2

Bazarda ətdoğrayan

4

7

3

Barmen (çaşnigir)

4-5

7

4

Bufet işçisi

3-5

8

5

Qabyuyan maşının maşinisti

3

10

6

Qabyuyan

1-2

10

7

Qeyri ərzaq mallarının satıcısı

3-5

11

8

Dondurma hazırlayan

3-4

14

9

Ərzaq mallarının satıcısı

3-5

15

10

İçkilər hazırlayan

3-4

17

11

Yeyinti yarımfabrikatların hazırlanması

1-5

18

12

Malları qəbuledən

3

21

13

Malları dəstləşdirən

3

21

14

Mətbəx işçisi

2

22

15

Nəzarətçi-kassir

3-5

22

16

Nişasta hazırlayanın maşinisti

3

25

17

Ofisiant

3-5

25

18

Saturatorçu (qazlı su hazırlayan)

3

27

19

Südlü kokteyllər hazırlayan

3

27

20

Ticarət və soyuducu avadanlıqları üzrə elektrik mexaniki

3-6

28

21

Ticarət zalının kassiri

3-4

30

22

Uşaq yeməkləri üzrə aşpaz

5

31

23

Çayçı

4

32





TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ FƏHLƏ PEŞƏLƏRİ


& 1. AŞPAZ


2-ci dərəcə
İşin xüsusiyyəti.

Xörəklərin və kulinar məmulatlarının hazırlanması zamanı yardımçı işlərin görülməsi. Kartofun, meyvələrin, tərəvəzin, giləmeyvələrin mexaniki vasitələrlə və ya əl ilə yuyulmamışdan qabaq və yuyulandan sonra təmizlənməsi, onların sürtgəcdən keçirilməsi, əzmə hazırlanması. Göyərtinin, meyvələrin, tərəvəzin, giləmeyvələrin, kartofun seçilməsi. Qüsurlu nümunələrdən və kənar qarışıqlardan azad olunması. Tərəvəzin yuyulması, onların təmizləndikdən və yenidən təmizləndikdən sonra su axını altında yuyulması. Çörəyin, kartofun, tərəvəzin, göyərtinin doğranması. Balığın, ətin, quş, ətinin donunun açılması. Əlavə məhsulların emal olunması. Marmitlərdən (xörəyi isti saxlayan avadanlıqdan) istifədə olunması, su qaynadılması və s. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.


Bilməlidir:
xammalın və məhsulların ilkin kulinar emalı qayadalarını, onlardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri; çörəyi doğranması qayadalarını; təmizlənmiş tərəvəzin saxlanması müddətlərini və şərtlərini; müxtəlif markadan olan çörəkdoğrayan, tərəvəzdoğrayan maşınların quruluşunu, nizamlanma və istismar qaydalarını; çörəyin, tərəvəzin əl ilə və maşınla doğranması zamanı təhlükəsiz iş üsullarını; su qaynadıcılarından istifadə qaydalarının; özünəxidmət sistemi ilə işləyən yeməkxanalarda xörəklərin paylaşdırılması.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.


& 2. AŞPAZ


3-cü dərəcə
İşin xüsusiyyəti.


Əriştə, yarpaq xəngəli, sulu xəngəl yarımfabrikatlarının, unlu məmulatların hazırlanması. Kartof və digər tərəvəzlərin, makaron məmulatlarının, paxlaların, sıyıqların suda bişirilməsi; kartofun, tərəvəzin, döyülmüş taba kabab, tas kababı kütlələrindən məmulatların (ət, balıq, tərəvəz) qızardılması; tərəvəz və yarma məmulatlarının bişirilməsi; kökələrin, qatmaların, kətələrin, qutabların və s. bu kimi məmulatların qəlibləşdirilməsi, onların bişirilməsi, döyülmüş, xırdalanmış kütlələrdən olan yarımfabrikatların (ətdən, balıqdan, tərəvəzdən və yarmadan) qəlibləşdirilməsi və urvalanması, Xörəklərin və kulinar məmulatlarının hazırlanması üzrə yardımçı işlərinin aparılması (ələnmə, sürtgəcdən keçirilmə). Xammalın: tərəvəzin, yarmaların, ət və balıq məhsullarının ilkin kulinar emalının aparılması (tərəvəz və göyərtinin yuyulması, təmizlənməsi və doğranması; ətin, balığın donunun açılması; quşların, balığın içalatını təmizlənməsi, əlavə məhsulların (içalat. baş, ayaq və s.) emalı və s). Konsentratlardan xörəklərin hazırlanması. Kütləvi təlabət xörəklərinin paylara bölünməsi, paylaşdırılması.

Bilməlidir:




müxtəlif yeyinti məhsullarının və yarımfabrikatlarının isti emalı üsullarını (pörtləmə, qızartma, suda bişirmə, açıq odda, közdə, fırında bişirmə və s); ətin, balığın, tərəvəzin, yarmaların və digər məhsulların ilkin emalı əməliyyatlarının aparılması qaydalarını, üsullarını və ardıcıllığını; döyülmüş, xırdalanmış kütlələrdən olan yarımfabrikatların çeşidini (tas kabab, tava kabab, küftələrin, lülə kababların, dolmaların və s.) və onların hazırlanması üsullarını; sıyıqların, xaşılların və s. bu kimi xörəklərin növlərini və onların bişirilməsi üsullarını; tərəvəzin və tərəvəz xörəklərinin (sıxmaların, suyuqların, kükülərin, tərəvəz çığırtmaların, tərəvəz-göyərti qutablarının, kartof, göbələk, qulancar və bu kimi tərəvəzlərdən pörtlətmələrin, suda bişmələrin, qızartmaların, bozartmaların və s.) bişirlməsi qaydalarını; ayrı-ayrı yeyinti məhsullarının kulinar təyinatlarını; ərzaqların keyfiyyətliliyi əlamətlərini və bunun orqanoleptik metodlarla müəyyən olunması üsullarını; avadanlığın, istehsalat inventarının, alətlərin, ölçü cihazlarının, qabların, taranın təyinatlarını, onlardan istifadə və onlara xidmət edilməsi qaydalarını; konsentratlardan xörəklərin hazırlanması qaydalarını; kütləvi təlabət xörəklərinin paylaşdırılması qaydalarını.


& 3. AŞPAZ



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə